Məhkəmə qərarları › İş №2(102)-3708/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3708/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3708/2020 17.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə qızının, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)14936/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Emin Məmmədli) xx xxxxxxxx 2 019-cu il tarixli 2(003)-2281/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq Cavabdeh 68300 manat pulun alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Xəyal Sarıyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(003)-2281/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı “torpağa dair ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, -də yaşayan Cavabdeh onun xüsusi mülkiyyətində olmuş Xəzər rayonu Buzovna qəsəbəsində 55 ünvanda yerləşən 825 kv adrat metr torpaq sahəsinin alqı-satqısı üçün bank vasitəsilə Cavabdeh hesabına bank hesabı ilə bilavasitə keçirilmiş və Cavabdeh tərəfindən alınmış 69000 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illər ailəsi ilə birlikdə Ukrayna Respublikasında yaşamışdır. Həyat yoldaşı ilə Azərbaycan Respublikasına qayıtdıqdan sonra tərəvəz biznesi ilə məşğul olmaq istədilər. Həyat yoldaşı makler vasitəsilə hazır parniklərlə torpaq sahəsi satan -də yaşayan Cavabdeh oglu ilə tanış oldu. Cavabdeh onların torpaq sahəsi almaq fikrinin ciddi olduğunu bildikdən sonra dediyinə görə cavabdehin mülkiyyətində olan 84 sot torpaq sahəsini satmaq niyyətini bildirmişdir. Onları aldadaraq həmin torpaqda yüksək keyfiyyətli pomido r-xiyar məhsulunun yetişdirildiyini, bu torpağın yüksək məhsuldarlığının olmasını bildirmişdir. Həmin torpaq sahəsini pomidor-xiyar məhsulu yetişdirmək üçün 380000 manata razılaşmışlar. Onlar həmin torpaq sahəsində pomidor-xiyar məhsulu əkib becərdikdən sonra onlara məlum olmuşdur ki, həmin torpaq sahəsində gül əkilib becərildiyindən torpaq sahəsi zəhərli dərmanlardan istifadə edildiyi üçün pomidor–xiyar yetişdirilməsi üçün yararlı deyildir. Onlar anlamışlar ki, cavabdeh torpaq sahəsindən canını qurtarmaq üçün onları aldatmışdır. Hətta ilkin ödənişlərdən sonra cavabdehin xüsusi mülkiyyətində olan ünvan ünvanda yerləşən ayrıca mülkiyyət sənədi olan 825 kvadrat metr torpaq sahəsinin alqı-satqısı barədə razılaşaraq onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 46,39 kvadrat metr ümumi sahədən ibarət 70 saylı mənzili və ünvan 4 ünvanında yerləşən 0,15 ha torpaq sahəsini “xxxx" ASC ilə aralarında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli, 100850-272718\2 nömrəli kredit müqaviləsinə əsasən, illik 24 faiz dərəcəsi ilə, 24 ay müddətinə qaytarmaq şərti ilə 70000 manat məbləğində kredit götürərək bank vasitəsilə birbaşa onun hesabına köçürmüşlər. Cavabdeh onları aldadaraq 69000 manat pullarını və yetişdirdikləri təxminən 20000 manatlıq pomidoru sataraq onların inamlarından sui-istifadə edərək pullarını mənimsədiyindən məcbur olub hüquq mühafizə orqanlarına müraciət etmişdlər. Polisə verdiyi izahatından da göründüyü kimi cavabdeh torpağa dair alqı-satqı aparılması zamanı onlardan 69000 manat almasını etiraf etmişdir. Lakin sonradan onların notariat işini polisə təqdim etdiyini gö rərək çarəsiz qaldığı üçün və satqı ilə bağlı 69000 manat pulun bank vasitəsilə onun hesabına köçürüldüyünü görüb başqa çıxış yolu tapa bilmədiyindən aldığı pulun guya onlara qaytarıldığını bildirmişdir. Bu günə kimi 69000 manat puldan cavabdeh görünüş üçün cəmi ona bir dəfə 700 manat pul qaytarmışdır ki, onda cavabdehə inam yaransın, cavabdehdən şikayət etməsin və cavabdehə inansın. Hazırda da iddiaçı “xxxx" ASC onlara qarşı (“kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair) iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili Nümayəndə qızı məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilə r. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkə mə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəvəz biznesi ilə məşğul olmaq üçün iddiaçının həyat yoldaşı makler vasitəsilə hazır parniklərlə torpaq sahəsi satan -də yaşayan Cavabdeh oglu ilə tanış olmuşdur. Cavabdeh mülkiyyətində olan 84 sot torpaq sahəsini satmaq niyyətini bildirmişdir. İlkin ödənişlərdən sonra -də yaşayan Cavabdeh onun xüsusi mülkiyyətində olan ünva n ünvanda yerləşən ayrıca mülkiyyət sənədi olan 825 kvadrat metr torpaq sahəsinin alqı-satqısı barədə razılaşaraq onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 46,39 kvadrat metr ümumi sahədən ibarət 70 saylı mənzili və ünvan 4 ünvanında yerləşən 0,15 ha torpaq sahəsini “xxxx" ASC ilə aralarında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli, 100850-272718/2 nömrəli kredit müqaviləsinə əsasən, illik 24 faiz dərəcəsi ilə, 24 ay müddətinə qaytarmaq şərti ilə 70000 manat məbləğində kredit götürərək 69000 manatı bank vasitəsilə birbaşa Cavabdeh hesabına köçürmüşlər. 69000 manat pul da xx.xx.2017-ci il tarixdə Yasamal rayonu ərazisindəki 53 saylı notariat kontorunda aparılmış alqı-satqı əsasında onun bank hesabına köçürülmüşdür. Cavabdeh Bakı şəhəri ünvanında yerləşən 0,825 ha torpaq sahəsini x x xxx 2018-ci il tarixdə alqı-satqı müqaviləsi ilə Ədalət Həsənov adlı şəxsə 22000 manata satmışdır. Cavabdeh götürdüyü 69000,0 manat məbləğində pul vəsaitindən 700,0 manatı iddaçıya qaytarmışdır. Hazırda iddiaçı cavabdehdən həmin torpaq sahəsinə görə verdiyi pulu tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisnaolmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 646.2-ci maddəs inə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakımüddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569-cu maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər alğı-satqı müqaviləs inin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərənc am verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Yuxarıda göstərilən qanunvericiliyin tələblərindən görünür ki, daşınmaz əşyaların alğısatqısı barədə müqavilələr notarial qaydada təsdiqlənməli və həmin daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən sonra daşınmaz əmlak üzərində sərəncam vermək hüququ əmələ gəlir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, tərəflər daşınmaz əmlakın (0,825 ha torpaq sahəsi) alqı-satqısına dair notarial qaydada alğı- satqı müqaviləsi bağlasalar da, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Belə ki, cavabdehin Xəzər rayon Polis İdarəsinin 2-ci Polis bölməsində verdiyi izahatında da qeyd olunan Bakı şəhəri ünvanında yerləşən 0,825 ha torpaq sahəsini x xxxx 2018-ci il tarixdə alğı-satqı müqaviləsi ilə Ədalət Həsənov adlı şəxsə 22000 manata satdığını etiraf etmişdir. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi müqaviləsi bağlansa da, müqavilənin bir tərəfi olan alıcıya, yəni hazırki iş üzrə iddiaçıya torpaq sahəsi təhvil verilməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi alğı-satqı müqaviləsinin icrası müddəti pozulmuş, birtərfli qaydada icra edilmiş satıcı öz vəzifələrini müqavi lə şərtlərinə uyğun olaraq icra etmədiyindən alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlir. Qanunvericiliyin tələbindən görünür ki, satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən 69000,0 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etsə də, məhkəmə iclasinda həmin vəsaitdən 700,0 manat məbləğində olan hissəsinin cavabdeh tərəfindən ona qaytarılması etiraf etmişdir. Qeyd edilənlərəapelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, alğı-satqı müqaviləsinin tələblərindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən, yəni müqaviləyə əsasən alınmış pulun müqabilində alıcının haqqı çatan əmlak sonuncunun sərəncamına verilmədiyindən Bakı şəhəri, ünvanında yerləşən 0,825 ha torpaq sahəsinin alqısatqısı üçün bank vasitəsi ilə Cavabdeh bank hesabına keçirilmiş 69000 manat pul vəsaitindən 68300,0 manat (69000,0 – 700,0) Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuş, məhkəməin gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə və işin hallarına uyğun əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçıya 69000,0 manata satdığı yuxarıda qeyd edilən əmlakı sonradan 22000,0 manat digər şəxsə satması cavabdehin özünün polis orqanlarında verdiyi izahatında, həmçinin apelyasiya şikayəti təsdiq olunduğundan, iddiaçının cavabdehlə aralarında bağlanmış daşınmaz əml akın alğısatqısına dair xx xxxxxxx 2017-ci il tarixli müqaviləni mübahisələndirmədən hazırkı iddia ilə çıxış etməkdə haqlıdır. Cavabdehin apelyasiya şikayətlərinin dəlillərinə qiymət verən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şikayətdə iddiaçının ona məxsus əlavə torpaq sahəsindən və istixanadan istifadə etməsi və pulunu verməməsi ilə bağlı cavabdeh qarşılıqlı iddia verməməklə yanaşı, bunları təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştira k edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən d əlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasını n 2(103)-14936/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar