Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3708/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh XXXoğlu İddia tələbi: torpaq sahəsindən çıxarılma Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı, X4, X1, X2 Balakən rayonu Hənifə kəndi ərazisindən 1.51 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı Ceerci oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh XXXoğlu İddiaçı ilə onun arasında bağlanmış 07 dekabr 2001-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi Balakən Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli qərardadı ilə baxılmamış saxlanmışdır. Birinci instansiya məhkəməsində icraat 21 sentyabr 2020-ci il tarixdə İddiaçı Cavabdeh XXXoğ luna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-798/2020 saylı iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) iddia təmin edilmiş, iddiaçının xüsusi mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması qət edilmişdir Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində Balakən rayonunun Hənifə (Roçəhməd) kəndində 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmçinin Muqumova Gülbahar Həmzat qızı, X3 və X5 ilə ümumi birgə mülkiyyətində 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Uzun müddətdir ki, onun mülkiyyətində olan 0,35 hektar torpaq sahəsi və X6, X3 və X5 ilə ümumi birgə mülkiyyətində olan, JN 511F KOD 40102018 olan Dövlət Aktında 511F cizgidə göstərilən, payına düşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh XXXoğlu heç bir hüququ olmadan istifadə edir və iddiaçının oradan istifadə etməsinə imkan vermir. Nəticədə İddiaçı xüsusi mülkiyyətində olan 0.45 ha torpaq sahəsindən istifadə edə bilmir, onun mülkiyyət hüququ pozulur. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandır mışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-451/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov, Ə.T.Məcidov, M.A.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin onlara məxsus olduğunu, həmin torpaq sahəsində n neçə illərdir istifadə etdiyini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza keçirilmədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, h abelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilm ir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3708/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3708/2021
14.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver