Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3708/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə, müstəqil tələblər irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının İddiaçı və Cavabdeh qarşı iddia tələblərinə, müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 İddiaçı qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisəsi, ekspert rəyləri arasında ziddiyyət, Konstitusiya Məhkəməsinin qərarlarının və kassasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaç ı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi, müstəqil tələblər irəli sürən üçün şəxs Cəfərova Raya Yusif qızının İddiaçı qarşı müqavilənin etibarsız hesab olunması və Cavabdeh qarşı mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və sair tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-35/2024 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürən üçün şəxs Cəfərova Raya Yusif qızı, müstəqil tələb irəli sürməyən üçün şəxs X14 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında tikilməkdə olan yaşayış binasının (bundan sonra – yaşayış binası və ya evi) 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili xx.xx.2006-cı il tarixli 53 saylı müqaviləyə əsasən isə X3, sonuncu tərəfindən həmin mənzilin dəyəri xx.xx.2008-ci il tarixində tam ödənilmişdir. 2. "xxxx" MMC Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında tikilməkdə olan yaşayış binasının (bundan sonra – yaşayış binası və ya evi) 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili xx.xx.2008-ci il tarixli 240 sayli müqaviləyə əsasən X5, xx.xx.2009-cu il tarixli 263 saylı müqaviləyə əsasən isə İddiaçı (bundan sonra – iddiaçı) satmış, sonuncu tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. 3. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, yaşayış binasında tikintinin başa çatdırılmasını və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsini öhdəsinə götürən "xxxx" MMC ilə payçı Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən, icraçı yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı izolə olunmuş mənzili bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği vaxtında tamamilə ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüş, "xxxx" MMC tərəfindən cavabdehə verilmiş xx.xx.2013-cü il tarixli 360 saylı maliyyə arayışına əsasən, cavabdeh həmin mənzilin müqavilə dəyərini tam ödəmişdir.
4. İcraçı "xxxx" MMC ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2014-cü il tarixli komm unal xərclərin ödənilməsi barədə 23 saylı müqaviləyə əsasən, sifarişçi yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı 70 saylı mənzilin təmir işlərinin görülməsini icraçıya həvalə etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-91/2014 saylı hökmünə əsasən, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən X9 ifadəsində "xxxx" MMC ilə xx.xx.2008-ci il tarixli 240 №li müqavilə bağlamasını, müqaviləyə əsasən ona Bakı şəhəri, Gəncə pr-ti 2935A ünvanında 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsındən sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzilin satılmasını, dəyəri 34.492,60 manat olan mənzilə görə ilkin ödəniş olaraq 17.500 manat ödəməsini, qalan pulu hər ay 944,03 manat olmaqla ödənilmə li olmasını, mənzil üçün cəmi 18.100 manat pul ödəməsini, 2012-ci ilin əvvəllərində K.Kazımzadənin həbs olunmasını bildiyini göstərmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(103)-285/2015 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin X11 və qeyriləri haqqındakı xx.xx.2015ci il tarixli qərarının nəticəvi hissəsində anlaşılmazlıq aradan qaldırılaraq "İddiaçı Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 13-cü mərtəbəsində ümumi sahəsi 75,46 kv.m olan mənzil və ya 111.708 manat pul tələblərinə dair mülki iddiaları təmin olunsun" ifadəsi "İddiaçı Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 13-cü mərtəbəsində ümumi sahəsi 75,46 kv.m olan mənzil və ya 27.920 manat, həmin binanın birinci mərtəbəsində 50 kv.m qeyri-yaşayış sahəsi və ya 60.000 manat, həmin binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil və ya 23.788 manat pul tələblərinə dair mülki iddiaları təmin olunsun" ifadəsi kimi oxunması qərara alınmışdır.
7. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-103/2017 saylı hökmünə əsasən, zərərçəkmiş şəxs və mülki iddiaçı Cəfərova Raya Yusif qızının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən binanın 1-ci blokunun 10-cu mərtəbəsindəki ümumi sahəsi 59,47 kv.m olan 70 saylı mənzillə təmin olunması hökm edilmişdir.
8. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2017-ci il tarixli ********** saylı məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin direktoru X12 barəsində hazırda istintaqı aparılan, həmçinin əvvəllər istintaqı tamamlanaraq məhkəməyə göndərilmiş cinayət işləri üzrə məktubda adları çəkilən İddiaçı və Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmamışdır, həmin şəxslər hər hansı şikayətlə müraciət etmədiklərinə və onların adlarına mənzil alqısatqısına dair istintaqa hər hansı sənəd təqdim edilmədiyinə görə onlarla bağlı xüsusatlar üzrə cinayət təqibi aparılmamışdır. Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci girişində binanın layihə-texniki sənədlərinə əsasən 12-ci mərtəbə, lakin mərtəbələrin sıra sayının özbaşına dəyişdirilməsi yolu ilə 11-ci hesab edilən mərtəbədə yerləşən 59,47 kv.m sahədən ibarət bir otaqlı mənzil "xxxx" MMCnin direktoru Əkbər Cəfərov tərəfindən xx.xx.2013-cü il tarixli 84 saylı m üqavilə ilə 11-ci mərtəbədə yerləşən mənzil kimi X1. Lakin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə mənzil üzərində X16 "xxxx" MMC ilə bağladığı xx.xx.2007-ci il tarixli 191 saylı müqavilə ilə qanuni hesab edilərək mənzilin onun istifadəsinə verilməsi, Hüseyn Süleymanovun adına verilmiş xx.xx.2015-ci il tarixli 312 saylı çıxarışın etibarsız hesab edilməsi və onun mənzildən çıxarılması qərara alınmış, apellyasiya və kassasiya instansiyaları qətnaməni qüvvəsində saxlamışlar. Şahin Ağayev və Hüseyn Süleymanov hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsindəki ümumi sahəsi 59,47 m olan 1 otaqlı mənzildən cavabdehin ailə üzvləri və əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili "xxxx" MMC-nin sahibi K.Kazımzadədən almışdır. Həmin binanın 10-cu mərtəbəsində yerləşən 1 otaqlı mənzilə dair cavabdehlə müqavilə bağlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə yaşayış binasının 11-ci mərtəbəsində yerləşən sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzilin ona məxsus olduğu qeyd edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə də göstərilən mənzil o na verilmişdir. Cavabdeh isə 10-cu mərtəbənin əvəzində 11-ci mərtəbənin bir otaqlı mənzilini zəbt etmiş və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurları nəticədə iddiaçının icra sənədini icra edə bilmirlər.
11. Məhkəmədə tədqiq olunan satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış "xxxx" MMC ilə alıcı İddiaçı arasında xx.xx.2009-cu il tarixli 263 saylı müqaviləyə xx.xx.2013-cü il tarixli əlavədə qeyd olunmuşdur ki, icraçı yaşayış binasının 2ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı izolə olunmuş mənzili bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği vaxtında tamamilə ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1ci bəndinə əsasən, müqavilə üzrə mənzilin dəyəri hər kv.m üçün 500 manat olmaqla, sahəsi 59,47 kv.m olan mənzil üçün 29.735 manat müəyyən edilmişdir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-2394/2017 nömrəli iş üzrə 5 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia rədd edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC yaşayış binasının 1-ci blokunun 11ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili xx.xx.2009-cu il tarixli 263 saylı müqaviləyə əsasən iddiaçıya satmışdır.
14. Həmçinin, müəyyən edilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, yaşayış binasında tikintinin başa çatdırılmasını və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsini öhdəsinə götürən "xxxx" MMC ilə iddiaçı arasında, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 263 saylı müqaviləyə xx.xx.2013-cü il tarixli əlavə müqavilə bağlanaraq icraçı, yaşayış binasının 2-ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixli müqaviləni imzalamadığını, müqavilənin yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzildən iddiaçının imtina etmək məqsədi ilə bağlanmadığını bildirsə də, məhkəməyə təqdim olunan "xxxx" MMC-nin direktoru Ə.Q.Cəfərovun ərizəsi, məhkəmə iclasında şahid qismində dindirilən "xxxx" MMC-nin xəzinədarı Şahid1 ifadəsi ilə həmin müqavilənin xx.xx.2009-cu il tarixli 263 saylı müqavilə əsasında id diaçıya satılmış mənzilin əvəzində yaşayış evinin 2-ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzilin iddiaçıya verilməsi niyyəti ilə bağlandığı müəyyən olunmuşdur. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən, yaşayış evinin 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzil 27.000 manata sonuncuya satılmış, müqavilədə mənzilin 10-cu mərtəbədə yerləşməsi qeyd olunsa da, binada qeyri-yaşayış sahələri ilə yaşayış sahələrinin hesablanmasında dəyişiklik edildiyindən həmin mənzilin binanın 11-ci mərtəbəsində yerləşməsi müəyyən edilmişdir.
16. Məhkəmə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(103)- 285/2015 nömrəli qərarı ilə mənzilin ona verilməli olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin qərarda Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzilin və ya 23.788 manat pulun iddiaçıya verilməsi qeyd olunmuşdur. İddiaçı Gəncə prospekti 2935A ünvanında inşa olunan binada tikintinin başa çatdırılmasını və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsini öhdəsinə götürən "xxxx" MMC ilə xx.xx.2013cü il tarixli əlavə müqavilə bağlamaqla həmin mənzilə və ya mənzilin dəyərinə görə Gəncə prospekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili qəbul etməklə razılaşmışdır.
17. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixli əlavə müqavilə bağlamaqla əvvəlki müqavilədən irəli gələn hüquqlarından imtina etmiş, yaşayış evinin 2-ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan mənzili qəbul etməyə razılaşmışdır. Beləliklə o, həmin binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzildən imtina etmişdir. Odur ki, iddiaçının həmin mənzili tələb etməyə subyektiv hüququ yoxdur.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 389.1, 390.1, 390.2, 567, 646.1, 646.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
20. İddi açı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir, məhkəmə sübutlara qiymət verərkən qərəzliliyə yol vermiş, MPM-in tələbləri baxımından sübut kimi qəbul edilməsi mümkün olmayan fakta istinad etmişdir. "xxxx" MMC ilə bağlanmış, 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqaviləyə 23 fevral 2013-cü il tarixli əlavə müqavilənin əsli, yaxud onun notariat qaydasında təsdiq olunmuş surəti mövcud deyildir.
21. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizası üzrə 27875 nömrəli, 08 yanvar 2018-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən işlənib hazırlanmış eskiz layihədə və Fövqəladə Hallar Nazirliyinin (F HN) 2016-cı il tarixli rəyində qeyd olunanlara əsasən, iddiaçı və "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədə qeyd olunmuş yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində olan 1 otaqlı mənzilin və mübahisələndirilən, cavabdehin istifadəsində olan yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 1 otaqlı mənzilin eyni mənzil olduğu və həmin mənzilin tədqiq olunan binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən işlənib hazırlanmış eskiz layihəyə və FHN-nin TTNDA-nin "Azkommunlayihə" KLİ-nin direktoru Sahib Qarayev tərəfindən imzalanmış 10 mart 2016-cı il tarixli rəydə qeyd olunanlara əsasən, cavabdeh və "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə 1 otaqlı mənzilin yaşayış bina sının 1-ci blok, 10-cu mərtəbədə yerləşməsi qeyd olunduğu halda, mövcud vəziyyətdə cavabdehin istifadəsində olan mənzilin həmin binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-tikinti texniki ekspertizası üzrə 10725 nömrəli, 21 iyun 2018-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, mübahisəli mənzilin "xxxx" MMCnin sifarişi ilə "xxxx" MMC tərəfindən işlənib hazırlanmış eskiz layihəyə əsasən, tədqiq olunan binanın 1ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Lakın baxış zamanı binada pilləkən meydançasında quraşdırılmış liftin mərtəbələr üzrə sıralanması, digər mərtəbələrdə yerləşən mənzillərdə yaşayan sakinlərin yerləşməsi nəzərə alına raq, halhazırda mübahisəli mənzilin 10-cu mərtəbədə yerləşdiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən işlənib hazırlanmış eskiz layihəsi ilə cavabdeh və "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə arasında uyğunsuzluq olsa da, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdehin istifadəsində olan mənzilin "xxxx" MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə göstərilən 1 otaqlı mənzilin yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1462/2018 nömrəli iş üzrə 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və S.Hacıyev) apellyas iya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşaraq hesab etmişdir ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
25. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdehin mənzilə dair hüquqları (müqaviləsi) mübahisələndirilməmiş və onun həqiqiliyi prezumpsiyası təkzib edilməmişdir. Bundan əlavə, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 1(103)-285/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə (Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddia təmin olunmuşdur) mülki iddiaçı kimi tanınmış iddiaçının mülki iddiası təmin edilərək mənzilin və ya 23.788 manat məbləğində pulun iddiaçıya təqdim edilməsi "xxxx" MMC-yə həvalə edildiyindən, preyudisial mənaya görə mülki hüquqi məsuliyyət hazırkı iş üzrə cavabdehə deyil, məhz "xxxx" MMC-yə məxsusdur və hökmün icrası üzrə məsuliyyəti də o daşıyır.
26. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 389.1, 390.1, 390.2, 567, 646.1, 646.2-ci, MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(1 02)-8753/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və Ə.Nurməmmədov) kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. d) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində icraat
30. İddiaçı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək kassasiya instansiyası məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uy ğunluğunun yoxlanılmasını xahiş etmişdir.
31. Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 178.1-ci maddəsi və MPM-in 89.1, 89.3, 103.2, 416, 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmiş, bununla da onun Konstitusiyanın 29-cu maddəsinin İ hissəsində və 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.
32. Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə kassasiya instansiyası məhkəməsinin 19 dekabr 2018ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, MPM-in 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
33. Konstitusiya Məhkəməsinin Plenumu gəldiyi nəticə üzrə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş əlavə müqavilənin MPM-in 89.1 və 89.3-cü maddələrinə uyğun olaraq lazımi qaydada təsdiq edilmədiyini nəzərə almamış və qətnaməsində iddiaçının apellyasiya şikayətinin bu dəlilinin əsaslı olub-olmamasına münasibət bildirməmişdir.
34. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, göstərilən mənzil üzrə mübahisə yaranmasına baxmayaraq, iddiaçı cavabdehin həmin mənzilə dair hüquqlarını (müqaviləsini) mübahisələndirməmiş və həmin müqavilənin həqiqiliyi prezumpsiyası təkzib edilməmişdir.
35. Halbuki Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2015-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddiası təmin edilmişdir.
36. Cinayət işi üzrə yuxarıda qeyd olunan məhkəmə qərarlarının icrası zamanı icra məmuru tərəfindən mübahisəli mənzilin cavabdehin istifadəsində olması müəyyən edilmişdir. Bundan sonra həmin məhkəmə qərarlarına əsaslanaraq iddiaçı cavabd ehin ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır.
37. Bu baxımdan qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən cavabdehlə "xxxx" MMC arasında bağlanan 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilənin etibarsızlığının mübahisə predmetinə aid olmamasını, mülki iş üzrə iddia tələbinin məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən iddiaçıya müqavilə üzrə təhvil verilməli olan mənzildən cavabdehin çıxarılması ilə bağlı irəli sürülməsini nəzərə almamışdır.
38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
39. Mənzilin dəyərini tam ödəməklə iddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə cavabdehlə 12 noyabr 2013-cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır.
40. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxs in (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, "xxxx" MMC mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.
42. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün müstəqil məhkəmə-hüquq ekspertizası təyin edilmiş, habelə məhkəmə təkrar ekspertizanın keçirilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
43. Lakin məhkəmə ilkin ekspertizanın rəyi ilə razılaşmamasının və təkrar ekspertiza təyin edilməsinin səbəblərini göstərməmiş və bunu əsaslandırmamışdır.
44. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmlak hüququnun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamaqla, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərə heç bir münasibət bildirməmiş, təkrar məhkəmə ekspertizasının keçirilməsinin zəruriliyini və ilk ekspertiza rəyinin nəticələri ilə razılaşmamasının səbəblərini göstərməmi ş, eyni zamanda həmin ekspertizaların nəticələrini prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir.
46. Kassasiya instansiyası məhkəməsi isə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 20 avqust 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla MPM-in 416, 418.1, 418.2 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 19 dekabr 2018-ci il tarixli qərar qəbul etmişdir. Nəticədə ərizəçinin Konstitusiyanın 29-cu m addəsinin İ hissəsində və 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş mülkiyyət və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur. e) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat
47. Ali Məhkəmənin Plenumunun 13(102)-5(k)/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin 2(103)-1462/2018 nömrəli iş üzrə 20 avqust 2018-ci il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair kassasiya instansiyası məhkəməsinin 2(102)-8753/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarının ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
48. Ali Məhkəmənin Plenumunun qərarı Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci i l tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun əsaslandırılmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
49. Mülki iş yeni apellyasiya baxışına qaytarıldıqdan sonra Cəfərova Raya Yusif qızı müstəqil tələb irəli sürən üçüncü şəxs (bundan sonra – üçüncü şəxs), X14 və "xxxx" Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar.
50. Üçüncü şəxs iddiaçıya qarşı ”AENT-E” MMC ilə iddiaçı arasında bağlanmış 05 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilənin etibarsız hesab edilməsi barədə və cavabdehə qarşı sonuncunun yaşayış binasının 1-ci blok, 10-cu mərtəbədəki ümumi sahəsi 59.47 kv.m olan 70 saylı mənzilin qanunsuz sahibliyindən geri alınması, onun tərəfindən yaradılan bütün maneələrin aradan qaldırılması, əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və həmin mənzilin üçüncü şəxsə təhvil verilməsi barədə müstəqil iddialar irəli sürmüşdür. İddia ərizələri üçüncü şəxs birinci instansiya məhkəməsində iştirak etmədiyindən icraata qəbul edilmişdir.
51. Üçüncü şəxs iddiaçıya qarşı tələbini onunla əsaslandırmışdır ki, 28 iyun 2006-ci il tarixli, 110 saylı müqavilə əsasında "xxxx" MMC-dən yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan ikiotaqlı mənzili dəyərini tam ödəyərək əldə etmişdir. "xxxx" MMC-nin direktoru Kazım Kazımzadə qeyd edilən binada bir mənzili bir neçə nəfərə satdığı üçün cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Kazım Kazımzadə barədə cinayət mühakimə icraatı davam edərkən göstərilən bina üzərində sərəncam vermə səlahiyyətləri "xxxx" MMC-yə keçmişdir. MMC-nin direktoru X19 həmin vaxt onu yanına çağıraraq müqaviləsində göstərilən mənzilin başqasına verildiyini bildirmiş, lakin əlavə ödəniş ediləcəyi halda ona həmin binanın 1-ci blok, 10-cu mərtəbəsində yerləşən 59.47 kv.m sahəsi olan 70 nömrəli mənzili verəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq tərəfindən ilkin olaraq əldə etdiyi mənzildən imtina edilmiş və X15 əlavə 6.040 manat məbləğində ödəniş edilmişdir. Lakin "xxxx" MMC-nin direktoru ona 1-ci blok, 10-cu mərtəbədə yerləşən 59.47 kv.m sahəsi olan, 70 nömrəli mənzili satarkən dələduzluq edərək onunla heç bir müqavilə bağlamamış, yalnız həmin mənzillə bağlı MMC tərəfindən təsdiq edilmiş 19 sentyabr 2012-ci il tarixli, 057 nömrəli saxta çıxarış vermişdir. Lakin faktiki olaraq həmin mənzillə bağlı heç bir real hərəkət edə bilməmişdir. "xxxx" MMC-nin direktoru X19 tərəfindən bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı çoxsaylı şikayətlər olduğundan onun da barəsində cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)103/2017 nömrəli, 6 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə onun Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2395 A ünvanında yerləşən binanın 1-ci blok, 10-cu mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan 70 saylı mənzillə təmin edilməsi qərara alınmışdır. Yəni, hökmlə onun dələduzluq nəticəsində aldadıldığı təsbit edilmiş və həmin mənzilin dəyərini tam ödədiyindən mənzil üzərində hüquqlarının tam bərpa edilməsi n əticəsinə gəlinmişdir. Həmin mənzil qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə ona məxsusdur və hazırda həmin mənzildə faktiki yaşayan cavabdehin mənzildən çıxarılması və ona təhvil verilməsi ilə bağlı onun iddiası üzrə mülki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır. Lakin məhkəmə xx.xx.2020-ci il tarixində məhkəmə iclasının tarixi və vaxtı barədə nə ona, nə də vəkilinə heç bir məlumat verməmiş, məhkəmə işində ona qədər heç bir prosessual statusu olmayan və iştirak etməyən İddiaçı üçüncü şəxs kimi tanınmış və onun ərizəsi əsasında sözügedən mülki iş dayandırılmışdır. Məhz həmin qərardad ona təqdim ediləndən sonra bilmişdir ki, ona məxsus olan mənzillə bağlı İddiaçı iddiaları mövcuddur. Onunla "xxxx" MMC arasında yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60.18 kv. m sahəsi olan ikiotaqlı mənzillə bağlı müqavilə 2006-ci il tarixində bağlanmışdır. Hazırkı mənzil isə 2012-ci ildə məhz ilkin mənzilin əvəzi olaraq ona verilmişdir. Bu o deməkdir ki, əslində həmin mənzilə dair ilkin hüquq ona məxsusdur. Digər tərəfdən tərəflər onun həmin mənzillə bağlı hüquqlarını bilə-bilə vicdanlı davranmayaraq məhkəməyə bu barədə heç bir məlumat verməmişlər.
52. Üçüncü şəxs cavabdehə qarşı iddia tələbini iddiaçıya qarşı iddia tələbi ilə oxşar məzmunda əsaslandırmışdır.
53. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-874/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilmiş, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaçıya və cavabdehə qarşı iddia tələblərinin təmin olunmaması qət edilmişdir.
54. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2015-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil və y a 23.788 manat pul tələbinə dair mülki iddiası təmin edilmişdir. Cinayət işi üzrə yuxarıda qeyd olunan məhkəmə qərarlarının icrası zamanı icra məmuru tərəfindən mübahisəli mənzilin cavabdehin istifadəsində olması müəyyən edilmişdir. Bundan sonra həmin məhkəmə qərarlarına əsaslanaraq iddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı haqlı olaraq cavabdehlə "xxxx" MMC arasında bağlanan 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilənin etibarsızlığını mübahisə predmetinə aid etməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən iddiaçı müqavilə üzrə təhvil verilməli olan mənzildən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması ilə bağlı tələb irəli sürmüşdür.
55. Müəyyən olunmuşdur ki, iddiaçı ilə "xxxx" MMC arasında 05 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, həmin MMC Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 1-ci blok 11-ci mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilin iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, iddiaçı mənzilin dəyərini tam ödəmişdir. Lakin həmin mənzil iddiaçıya təhvil verilməmişdir.
56. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdehlə "xxxx" MMC arasında bağlanan 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilənin etibarsızlığının mü bahisə predmetinə aid olmamasını, mülki iş üzrə iddia tələbinin məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən iddiaçıya müqavilə üzrə təhvil verilməli olan mənzildən cavabdehin çıxarılması ilə bağlı irəli sürülməsini nəzərə almamışdır.
57. Həmçinin, iş materialları, tərəflərin izahatları, eləcə də Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 08 yanvar 2018-ci il tarixli ekspert rəyi ilə mübahisəli mənzilin cavabdehin istifadəsində olan eyni mənzil olduğu və həmin mənzilin tədqiq olunan binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir.
58. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqaviləyə əsasən, "xxxx" MMC hə min binada dəyəri ödənilmiş mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan nəzərə alınmalıdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə sonuncuya razılaşdırılmış mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilmiş vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq cavabdeh tərəfindən tələb irəli sürülə bilər.
59. Beləliklə, iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, "xxxx" MMC mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Mənzilin dəyərini tam ödəməklə iddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.
60. Üçüncü şəxsin iddia tələblərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, üçüncü şəxs ilk olaraq yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilə deyil, 28 iyun 2006-ci il tarixli, 110 saylı müqavilə əsasında "xxxx" MMC tərəfindən yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan ikiotaqlı mənzilə dair müqavilə bağlamışdır.
61. Həmçinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 onunla "xxxx" MMC arasında bağlanmış mənzil alqı-satqısı barədə 05 aprel 2006-cı il tarixli, 53 saylı müqaviləyə və mənzilin dəyərinin tam ödənilməsinə dair 02 may 2008-ci il tarixli maliyyə arayışına istinad etməklə, iddiaçınin iddia tələblərinin onun maraqlarına toxunduğunu, mübahisəli mənzilin ona aid olduğunu bildirmişdir.
62. Bununla bağlı isə məhkəmə qeyd etmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 ilə "xxxx" MMC arasında bağlanmış mənzil alqı-satqısı barədə 5 aprel 2006-cı il tarixli, 53 saylı müqaviləyə əsasən, X2 iddia olunan mənzilin iddiaçınin iddia etdiyi mənzil ilə eynilik təşkil etməsi müəyyən olunmamışdır.
63. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 425.1-ci, MPM-in 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. g) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
64. Qətnamədən Cavabdeh və üçüncü şəxs Cəfərova Raya Yusif qızı kassasiya şikayətləri vermişlər.
65. Cavabdeh (vəkil X17) kassasiya şikayətind ə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməsi və sözügedən mənzillərin yerləşdiyi binalara vizual baxış keçirilməsi məqsədi ilə işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
66. Üçüncü şəxs (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
67. Kassasiya instansiyası məhkəməsinin 2(102)-5351/2021 nömrəli, 1 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər A.H.Hüseynov (sədrlik edən və məruzəçi), İ.Ə.Şəfiyev və Z.Ə.Əliyev) cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmuş, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
68. Məhkəmənin mövqeyi belə olmuşdur ki, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarının qüvvədən düşməsi (ləğv olunması) zamanı Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun hüquqi mövqeyi, həmçinin ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün müstəqil məhkəmə-hüquq ekspertizası təyin edilmiş, habelə məhkəmə təkrar ekspertizanın keçirilməsinin zəruriliyi qənaətinə gəlinmişdir. Lakin məhkəmə ilkin ekspertizanın rəyi ilə razılaşmamasının və təkrar ekspertiza təyin edilməsinin səbəblərini göstərməmiş və bunu əsaslandırmamışdır. Məhkəmə iddiaçının əmlak hüququnun müqəddər atını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir.
69. Buna baxmayaraq işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi də yuxarıda göstərilən pozuntuların aradan qaldırılması üçün heç bir prosessual addım atmamış, mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün verilmiş iki ekspert rəyi arasında ziddiyyətə aydınlıq gətirməmiş, yaxud ekspert r əylərindən biri ilə razılaşmamasının və yenidən təkrar ekspertiza təyin edilməməsinin səbəblərini göstərməmiş və bunu əsaslandırmamış, bununla bağlı prosessual qanunvericiliyin verdiyi digər imkanlardan istifadə etməmişdir. Halbuki təkrar apellyasiya baxışında işə müstəqil tələb irəli sürən və sürməyən yeni şəxslər qoşulmuş, həmin şəxslər də mübahisəli mənzilin onlara məxsus olduğunu iddia etmişdir. Mövcud vəziyyətdə isə tərəflər və üçüncü şəxslərlə bağlanmış müqavilələrdə göstərilən mənzillərin və mübahisəli mənzilin eyni sahə olubolmadığının müəyyənləşdirilməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması baxımından həlledici əhəmiyyətə malik olmuşdur.
70. Məhkəmə tərkibi öz hüquqi mövqeyini MPM-in 13.7, 64.1, 88, 97.1, 101.7, 102.1, 102.2, 102.3, 103.1, 103.2, 175.1, 175.2, 217.3, 220.4, 420-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına istinadən əsaslandırmışdır. h) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
71. Mülki iş yeni apellyasiya baxışına qaytarıldıqdan sonra X14 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
72. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 İddiaçı qarşı, "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsindəki 59,47 kvm mənzilə dair bağlanmış xx.xx.2009-cu il tarixli 263 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə müstəqil iddia irəli sürmüşdür.
73. İddia ərizəsi üçüncü şəxs birinci instansiya məh kəməsində iştirak etmədiyindən icraata qəbul edilmişdir.
74. Üçüncü şəxs iddiaçıya qarşı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdə aralarında bağlanmış 53 saylı müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən tikiləcək bir bloklu binanın 11–ci mərtəbəsində bir otaqlı mənzili "xxxx" MMC-dən almış və 2008-ci ilin may ayında həmin mənzilə dair ödəniləcək bütün məbləği-yəni 17317,6 (on yeddi min üç yüz on yeddi) manat pulu ödəyib qurtardı. Həmin mənzilə köçmək istədikdə oranın mübahisəli olduğunu və həmin mənzilin İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2009-cu il tarixli 263 saylı müqavilə ilə satıldığını öyrəndi. Bundan sonra X4 qarşı Bakı şəhər Xətai rayon məhkəməsində sözügedən mənzilə dair müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırm ışdır. Lakin, işə Xətai rayon məhkəməsində baxılan zaman cavabdeh vəsatət verərək oxşar işin Bakı Apellyasiya məhkəməsində baxılmasını əsas gətirərək icraatın dayandırılmasını xahiş etmiş, məhkəmə vəsatəti təmin edərək icraatı dayandırmışdır. Hazırda o, tərəf olaraq müstəqil tərəf olmayan 3-cü şəxs qismində sözügedən mülki işə məhkəmə tərəfindən cəlb edilmişdir və Xətai rayon məhkəməsində cavabdeh İddiaçı qarşı qaldırmış olduğu işlə eyni predmetə dair işə baxılmaqdadır. Hesab edir ki, mübahisələndirilən mənzilə dair onun da hüquqları var, hazırki mülki işin nəticəsini gözləməyə lüzum yoxdur. Hazırki halda göründüyü kimi "xxxx" MMC tərəfindən qeyd olunan mənzilin cavabdehə satıldığı və həmin əmlaka dair ona 2006-cı ildə müqavilə verildiyi halda, sonradan vətəndaş İddiaçı da bu formada müq avilə verilmişdir. Təbii ki, bu həmin vaxtı binanı tikən "Ələsgəroğlu-K” MMCnin səhvi olmuş və həmin mənzil ilk olaraq onun faktiki mülkiyyətimə verilmişdir. Belə olan halda hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 263 saylı müqavilə bağlandığı andan etibarsız olmuşdur. Faktiki olaraq şirkət onunla müqavilənin olduğunu bildiyi halda İddiaçıla müqavilə imzalamış və qanunuszluğa yol vermişdir.
75. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mənzili 2009-cu ildə almış, müqavilədə mənzil 11-ci mərtəbədə göstərilmişdir. O, özü hündürmərtəbəli bina tikən şəxsdir, həmin binanı tikən zaman tikintini apara bilmirdilər, o, öz binasını tikib qurta rdıqdan sonra hündür kranı həmin binanın qarşısında quraşdırmışdır və bina tikilib qurtarmışdır. O, Kazım adlı şəxslə müqavilə bağlamış, işlərinin hamısı onunla olmuşdur. Daha sonra eşitdi ki, Kazımı həbs ediblər və yerinə Əkbər adlı şəxsi qoydular. Əkbərlə danışdıqdan sonra onunla Əkbərin münasibəti düz gətirmədi və ondan sonra onun Əkbərlə heç bir əlaqəsi qalmadı. Əkbər bir dəfə onu görüb, yeni gələn zaman bir dəfə onun xidməti otağına getmişdir. Əkbər 12C mərtəbəsi yarada bilməzdi, onun Əkbərlə əlaqəsi olmayıb, heç bir sənədə imza çəkməmişdir. O, müqaviləni 11-ci mərtəbə üçün bağlamışdır, pulunu ödəmişdir, Bakı Ağır Cinayətlər Məhkəməsi, Konstitusiya Məhkəməsi mənzilin ona məxsus olduğu təsdiq edilmişdir. O, Cavabdehi tanıyır, Cəfərova Raya Yusif qızını tanımır. Lavuza adlı xanımı tanım ır. O, Kazım Kazımova pul ödəyərək mənzil almış, bununla bağlı maliyyə arayışı da vardır. O, mənzili alan zaman Cavabdeh hələ yox idi. O, pulu 11-ci mərtəbə üçün ödəmiş, sənədin həmin mərtəbə ilə bağlıdır, ondan yuxarı tikilmiş mərtəbələr onu maraqlandırmır, lakin əlavə olaraq bildirir ki, 12, 13 və 14-cü mərtəbələr faktiki olaraq tikilmişdir. 12C adlı mərtəbə yoxdur, 12-13-cü mərtəbələrin qanuni yaxud qanunsuz tikilməsindən məlumatı yoxdur. Həm müqavilə, həm də maliyyə arayışının əsli onda vardır. Aldığı mənzilin sənədləri ondadır. 12C mənzili birinci mənzilin əvəzində verilməyibdir.
76. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 qeyd etmişdir ki, binanın layihəsi vardır, həmin layihənin preambula hissəsində konkret olaraq yazılıb ki, Dövlət Tikinti Memarlıq Komitəsi tərəfindən verilən razılığa əsasən, həmin razılıq da təsdiq olunmuş layihə deməkdir. Orada birmənalı olaraq mərtəbələr göstərilmişdir. Layihəyə əsasən binanın yuxarı mərtəbəsi artırılıbdır. Tikintidə həmin qaydalar “+” “-“ 0-la götürülür. Sıfır başa düşüləndir zirzəminin birinci mərtəbəsidir. Ondan sonra düşənlər də mənfi ilə götürülür. Birinci mərtəbə qaydalara uyğun olaraq birinci mərtəbədir. İş materiallarında Xətai İcra Şöbəsinin aktı vardır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü icra olunan zaman müəyyən olunur ki, həmin mənzildə Cavabdeh yaşayır. Ekspert rəyi mövcuddur. İddiaçı mənzili alan zaman heç bina mövcud deyildir. Binanın üzərində əlavə mərtəbənin artırılması müqavilədən sonra baş veribdir. Müqavilədə konkret olaraq 11-ci mərtəbə göstərilmişdir, orada yaşayışın 11-ci mə rtəbəsi göstərilməmişdir. İddia etdiyi mənzil 11-ci mərtəbədədir. Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi faktiki olaraq bu məsələlərə qiymət vermişdir, burada preyudisiallıq məsələsi vardır. Əlavə araşdırmaya ehtiyac yoxdur.
77. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızı qeyd etmişdir ki, o, 2006-cı ildə, bünövrə qazılanda həmin evi almışdır. Artıq neçə ildir məhkəmə gedir, axırda Bakı Ağır Cinayətlər Məhkəməsi evi ona verdi. 10– cu mərtəbə 70 nömrəli mənzil ona verildi. Hazırda 70 nömrəli mənzildə Cavabdeh yaşayır, heç cür evə girə bilmir, məhkəmələrdə qalıb. Binaya girib liftin 10-cu mərtəbəsini basanda 70 –nömrəli mənzilin olduğu 10-cu mərtəbəyə qalxır. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, mənzil ə vvəldən ona təhvil verilməyibdir, sadəcə müqavilə bağlandı. Onu heç binaya buraxmadılar.
78. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürən üçün şəxs Cəfərova Raya Yusif qızının vəkili və nümayəndəsi Vəkil2 qeyd etmişdir ki, 2006-cı ildə həmin binanın fundamenti qoyulanda 2006-cı il 28 iyunda müqavilə ilə ikinci blokda Ələsgəroğlu MTK-dan ev almışdır, daha sonra həmin şəxs tutulduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsində iş gedən zaman Cəfərova Raya zərərçəkmiş şəxs qismində tanınmalı və mənzil məsələsi olmalı idi. Lakin 2012-ci il tarixində yeni "xxxx" MMC gəldi, direktoru X19 idi. Cəfərov Əkbər sakinləri çağırdı ki, siz şikayət etməyin, hər hansı tələb irəli sürməyin. 2012-ci il sentyabr ayının 19–da Cəfərova Raya Yusif qızı və digər əlavə vətəndaşları da çağırdı ki, əla və 6 min də ödəniş edin başqa mənzil veriləcək. Cəfərova Raya Yusif qızı 2012-ci il tarixində 6 mini verir. X19 bir çıxarış verir, həmin çıxarış DƏDRX-in çıxarışı olmur, saxta olur. Cavabdeh isə aprel ayının 2013-cü ilin aprel-noyabr ayında müqavilə bağlayır. Daha sonra "xxxx" MMC-nin rəhbəri barəsində də eyni cinayət işi qaldırılır. Bakı Ağır Cinayətlər Məhkəməsində iş başlayanda Cəfərova Raya gedir və öz iddia ərizələrini məhkəməyə verir. 2017-ci ilin 6 noyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə indiki 1-ci blok, 10-cu mərtəbə, 70 nömrəli ev Cəfərova Rayaya verilməsi qərara alınır. Hökmün bu hissəsinin icrası mümkün olmamışdır, çünki həmin evdə Cavabdeh yaşayır və məhkəmə hökmündə onun oradan çıxarılması ilə bağlı heç bir göstəriş yoxdur. Mülki qay dada mənzildən çıxarılma ilə bağlı müraciət etmişlər. Əgər iş üzrə ekspert rəyi əsas götürüləcəksə İddiaçı iddiasının 11-ci mərtəbə ilə əlaqədar olduğu nəzərə alınmalı, əgər 10-cu mərtəbə 10-cu mərtəbə, 11-ci mərtəbə 11-ci mərtəbədirsə, bel olan halda belə çıxır ki, eyni mənzil üzərində mübahisələri yoxdur. Daha əlavə sübutlara ehtiyac vardır. Ekspertizanın rəyində qanunsuz olsa belə 12 və 13-cü mərtəbələrin tikildiyi təsdiq olunur.
79. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçının 12-ci mərtəbəyə aid müqaviləsinin necə əldə edildiyini bilmir, müqaviləni vəkili təqdim etmişdir. O orada yaşadığı müddətdə İddiaçı həmin evə gəlməmişdir. Evin təmiri tez bir zamanda oldu, onun başqa yaşamağa evi yoxdur. O, mənzilə köçən zaman mənzil mübahisəli deyildi. Ona mənzili Əkbər Cə fərov təhvil vermişdi. Mənzil üçün pulu 2013-cü il tarixində ödəmişdir. İddiaçı və X7 tələb etdiyi mənzil 11-ci mərtəbədədir, lakin onun yaşadığı mənzil 10-cu mərtəbədədir. Yəni 4 nəfər eyni mənzili tələb etmir.
80. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil4 bildirmişdir ki, mübahisəli mənzil Cavabdeh 10-cu mərtəbədədir. Amma bunlardan birinin müqaviləsi 10-cu digərinin müqaviləsi isə 11-ci mərtəbəyədir, amma faktiki olaraq 13-cü mərtəbədir. Belə olan halda hesab edir ki, subyektiv hüquqları yaranmır. Layihəyə görə onuncu mərtəbə onuncu mərtəbədədir, faktiki olaraq onuncu mərtəbə on ikinci mərtəbədədir. İddiaçı iddiası isə on birinci mərtəbəyədir. Keçən məhkəmə iclasında ekspert də bildirdi ki, layihəyə görə 10-cu mərtəbə 10-cu mərtəbədə, 11-ci mərtəbə isə 11ci mə rtəbədədir. Faktiki olaraq isə mübahisəli mənzil 12-ci mərtəbədədir. Faktiki olaraq mübahisəli mənzilin neçənci mərtəbədə yerləşməsi müəyyən olunmalıdır. İddiaçılə bağlı ərizə vardır, hesab edir ki, iş üzrə xətşünaslıq ekspertizası təyin olunsa və ekspertiza zamanı müəyyən olunsa ki, imza ona məxsusdur, onda bu mübahisədən İddiaçı çıxır, ona görə ki, ərizə əsasında mənzildən imtina etmiş və əvəzində yeni mənzil verilmişdir.
81. Məhkəmə iclasında iştirak edən X7 nümayəndəsi və vəkili Vəkil3 qeyd etmişdir ki, nə iddiaçının, nə də müstəqil tələb irəli sürən üçüncü şəxslərin hüquqları yaranmır. Mübahisəli mənzili hamıdan qabaq onlar alıblar. Onların hüquqları hamıdan qabaq yaranıb.
82. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-nin nümayəndəsi Nümayə ndə qeyd etmişdir ki, hal-hazırda "xxxx" MMMCnin sədridir. Bina 2006-cı ilin layihəsinə belə zirzəmi və kürsülülük gedir, 12 mərtəbə və texniki mərtəbə. 12 fevral 2007-ci ildə ekspertiza keçirilib, buna baxmayaraq bir mərtəbə artıq tikiblər, yaşayışın 14-cü mərtəbəsi. Ona görə də 000 səviyyə göstərilən yer yaşayış sahəsinin birinci mərtəbəsindən başlayır. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, 2012-ci ildə Kazım adlı şəxs həbs olunandan sonra "xxxx" MMC oraya gəldi və əlavə tikililər apardı. Tikinti aparılan zaman insanlar hələ 2012-ci ilə qədər binada yerləşdirilməmişdi, yaşayışa başlanılmamışdır. Bu qaydada bir mərtəbə fərqlə insanları mənzilinə yerləşdirdi. Daha sonra hazırkı mövcud problemlər yarandı. O, təqribi 8 ilə yaxındır orada fəaliyyət göstərir. Hazırda mübahisələr fərd i qaydada məhkəmə yolu ilə həll olunur. Ekspert öz rəyində ilkin layihədə olanları yazıbdır. Layihəyə uyğun 1 mərtəbə artıq tikintisi vardır. Binada iki mərtəbə qeyri-yaşayış sahəsi vardır, zirzəmi və kürsülük. Zirzəmi dediyi yerin adı zirzəmi gedir, lakin yerin üzərindədir və yer səviyyəsində 4-5 metr yüksəklikdədir. Kürsülük dediyi yer zirzəmi dediyi mərtəbənin üzərindədir, o iki mərtəbə çıxdıqdan sonra 14 mərtəbə yaşayış vardır. Cavabdeh mənzilindən aşağıda Zeynalov Səday yaşayır, həmin mənzil məhkəmə qərarı ilə ona verilmişdir Bina 2006-cı ilin ortalarından layihələndirilmişdir, ekspert rəyi isə 2007-ci ildə verilmişdir. Bina zirzəmi, kürsülü, 12 yaşayış sahəsi və texniki mərtəbə mövcuddur. 12C mərtəbəsi binada mövcud deyildir. Əkbər adlı şəxs qeyri-qanuni fəaliyyət göstərirdi, həmin ş əxs bu nömrələməni özündən etmişdir. Həmin binada layihə üzrə 13-cü mərtəbə nəzərdə tutulmayıbdır. Texniki mərtəbə "xxxx" dövründə 13-cü mərtəbə kimi satılmışdır. 14-cü mərtəbə inşa edilən zaman FHN-i tərəfindən dayandırılması haqqında protokollar tərtib olunmuşdur. Binada boş mənzil yoxdur. Ələsgəroğlu firmasının rəhbəri barəsində 2012-ci ilin yanvar ayının 12-də istintaq başladı, həmin vaxtın istintaqında 52 mənzilin artıq satılması müəyyən edilmişdir. Binanın özündə 96 mənzil var idi. Bina layihə üzrə zirzəmi, kürsülü, 12 yaşayış mərtəbəsi və texniki mərtəbədir. Texniki mərtəbə 12-ci mərtəbə kimi sayılır, onun üzərində bir mərtəbədə tikilmişdi, 2018-ci il tarixində FHN-i tərəfindən binanı müayinə edən zamanı (rüsum ödənilərək müqavilə bağlanır) həmin dövrdə yarımçıq tikili olduğu üçün h əmin mərtəbənin sökülməsi ilə əlaqədar əmr verildi. 12C adlı Əkbərin dövründə həmin mərtəbə adlandırılmışdı. 12C sökülməsə idi, hazırda yaşayışın 15-ci mərtəbəsi olacaqdı, lakin həmin mərtəbə sökülmüşdür. Həmin mərtəbə layihədə yox idi. Bina 162 mənzildən ibarət idi, lakin bina təqribi 600 nəfərdən çox şəxsə satılmışdır. Mərtəbələr məcburi şəkildə artırılmışdır ki, heç olmaya zərərçəkmiş şəxslərdən bəzilərinə mənzil verilə bilsin. Müqaviləni və qəbzi iddiaçı şəxsən imzalamışdır.
83. Məhkəmə kollegiyasının iclasında təkrar dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdi ki, iddiaçı Əkbəri hələ MTK-ya gəlməmişdən qabaq tanıyırdı. 12C ilə bağlı müqaviləni iddiaçı şəxsən imzalamışdır. Ələsgəroğlu-K mənzili iki nəfərə satmışdı, həmin mənzili iddiaçıdan qabaq başqa bir nəfər almışdır. İddiaçı bu mə sələni həll etmək üçün Əkbərlə razılaşmışlar ki, həmin müqavilənin müqabilində 12C mərtəbəsini verəcək. Müqavilədəki imza iddiaçıya məxsusdur. İddiaçı köhnə müqaviləni onlara təqdim etməli idi. Müqaviləni təqdim etməmişdən qabaq yeni müqaviləni imzalamış, möhürləmişdir. O, binada kassir işləyirdi. Əmək funksiyası pul vermək, pul almaq, işçilərin əmək haqqını vermək idi. Onun əmək funksiyasına müqavilə bağlamaq daxil deyildi, o, müqavilə bağlamamışdır. Müqavilə bağlanan zaman otaqda şahid olurdu. Pulu Əkbər alırdı. O, sadəcə işçilərin pulu verirdi. Müqavilə bağlanan zaman Əkbər müəllim çekə möhürü vururdu, çeki ona verirdi, pulu Əkbər qəbul edirdi. Mübahisəli mənzilin krandan istifadə haqqının əvəzi olaraq verildiyi eşitmişdir, lakin konkret olaraq bu barədə məlumatı yoxdur. Digər mənzillər lə bağlı da müqavilələr bağlanan zaman adətən iştirak edirdi, digər müqavilələr də iddiaçı ilə bağlanan formada bağlanırdı. Müqavilədəki imza Əkbərə məxsusdur. 12C mərtəbəsində bağlanan müqavilə, əvvəlki müqavilənin əvəzinə bağlanan müqavilədir. Bu barədə danışıqlar onun yanında olubdur. 12C mərtəbəsində olan müqavilə üçün pul ödənilməyibdir, pul ödənilsə idi qəbz verilərdi, yeni müqavilə əvvəlki müqavilənin əsasında bağlanıbdır.
84. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev və G.T.Axundova) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2394/2017 nömrəli 5 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İdd iaçı Cavabdeh qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddiasının təmin olunması, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının Cavabdeh qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tə ləb irəli sürən üçüncü şəxs X7 İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının (xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli) tədqiqat dəyəri olan 200 manat Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Cəfərova Raya Yusif qızı və X6 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
85. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarının qüvvədən düşməsi (ləğv olunması) zamanı Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin Plenumunun və sonuncu dəfə işə baxan kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi, həmçinin ondan ibarət olmuşd ur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün məhkəmə-hüquq ekspertizası təyin edilmiş, habelə məhkəmə təkrar ekspertizanın keçirilməsinin zəruriliyi qənaətinə gəlinmişdir. Lakin məhkəmə ilkin ekspertizanın rəyi ilə razılaşmamasının və təkrar ekspertiza təyin edilməsinin səbəblərini göstərməmiş, gəldiyi qənaəti də əsaslandırmamışdır. Bununla da məhkəmə iddiaçının əmlak hüququnun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə pri nsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir.
86. Bununla əlaqədar işə yenidən baxan məhkəmə kollegiyası yuxarıda göstərilən pozuntuların aradan qaldırılması, mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi, verilmiş iki ekspert rəyi arasında mövcud olan ziddiyyətlərə aydınlıq gətirilməsi üçün, hazırki vəziyyətdə tərəflər və üçüncü şəxslərlə bağlanmış müqavilələrdə göstərilən mənzillərin mübahisəli mənzil ilə eyni sahə olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə yenidən təkrar ekspertiza təyin etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi təkrar apellyasiya baxışlarında işə müstəqil tələb irəli sürən yeni şəxslər qoşulmuş, həmin şəxslər də mübahisəli mənzilin onlara məxsu s olduğunu iddia etmişlər.
87. İş üzrə əldə olunmuş ekspert rəylərinin qiymətləndirilməsinə keçməmişdən əvvəl məhkəmə kollegiyası hazırki baxış predmetinin dəqiqləşdirilməsi məqsədilə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.
88. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2015-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddiası təmin edilmişdir. Cinayət işi üzrə yuxarıda qeyd olunan məhkəmə qərarlarının icrası zamanı icra məmuru tərəfindən mübahisəli mənzilin Cavabdeh istifadəsində olması müəyyən e dilmişdir. Bundan sonra həmin məhkəmə qərarlarına əsaslanaraq iddiaçı Cavabdeh ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır.
89. Bu baxımdan qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iddiaçı ilə "xxxx" MMC arasında 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqaviləyə 23 fevral 2013-cü il tarixli əlavə müqavilə bağlandığı, iddiaçının əvvəlki müqavilədən irəli gələn hüquqlarından imtina edərək həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 12C mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan 1 otaqlı mənzilin qəbul etməsinə razılaşmaqla mübahisəli mənzildən imtina etdiyi, bununla da həmin mənzilə dair tələb irəli sürülməsi üçün subyektiv hüquqa malik olmadığı barədə halların hazırki mü bahisə predmetinə aid olmamasını, mülki iş üzrə iddia tələbinin məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən İddiaçı təhvil verilməli olan mənzildən cavabdehin çıxarılması ilə bağlı irəli sürülməsini nəzərə almamışdır.
90. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 yanvar 2020-ci il tarixli Qərarında da İddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qey d etmişdir ki, "xxxx" MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə Cavabdeh ilə 12 noyabr 2013-cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. "xxxx" MMC də İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.
91. Bu baxımdan, məhkəmə kollegiyası hesab etmişdir ki, iddia üzrə araşdırma predmeti müqavilələrin etibarlı olub-olmaması deyil, qanuni qüvvəyə minmiş hökmlə zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı verilməsi müəyyən edilmiş Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzilin, yəni iddia etdiyi mənzilin Cavabdeh istifadəsində olan mənzil ilə eynilik təşkil edib-etmədiyi ilə əlaqədardır. Belə ki, hökmlə müəyyən edilmiş müvafiq faktlar hazırki mülki iş üçün preyudisiya əhəmiyyətinə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin yenidən araşdırma predmeti ola bilməz.
92. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki mübahisəyə sonuncu dəfə işə baxmış kassasiya instansiyası məhkəməsinin qanuni göstərişlərinə uyğun şəkildə baxılmalı, araşdırma "xxxx" MMC ilə 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqaviləyə 23 fevral 2013-cü il tarixli əlavə müqavilə bağlamaqla, əvvəlki müqavilədən irəli gələn hüquqlarından imtina edərək həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış evin in 2-ci blokunun 12C mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan 1 otaqlı mənzilin qəbul etməsinə razılaşmaqla mübahisəli mənzildən imtina edib-etmədiyi, bununla da həmin mənzilə dair tələb irəli sürülməsi üçün subyektiv hüquqa malik olub-olmadığı deyil, preyudisiya əhəmiyyətinə malik olan hökmlə verilməsi müəyyən edilmiş mənzilin yerləşməsinin, mövcud olan ekspert rəyləri əsasında tərəflər və üçüncü şəxslərlə bağlanmış müqavilələrdə göstərilən mənzillərin mübahisəli mənzil ilə eyni sahə olubolmamasının müəyyənləşdirilməsi istiqamətində aparılmalıdır.
93. Bununla əlaqədar qeyd edilməlidir ki, digər sübut növləri kimi ekspertin rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspertin rəyini məhkəmə prosesi zamanı tədqi q etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
94. Apellyasiya instansiyası məhkəməsinin 9 oktyabr 2017-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi (bundan sonra – Məhkəmə Ekspertizası Mərkəzi) tərəfindən keçirilmiş məhkəmə tikintitexniki ekspertizası üzrə 8 yanvar 2018-ci il tarixli ekspert rəyində mübahisəli mənzilin Cavabdeh istifadəsində olan eyni mənzil olduğu və həmin mənzilin tədqiq olunan binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir.
95. Bundan sonra, apellyasiya instansiyası məhkəməsinin 2 aprel 2018-ci il tarixli qər ardadı ilə mübahisəli mənzilin yerləşməsinin müəyyən edilməsi üçün əvvəlki ekspertizanın keçirilməsinin əsasını təşkil edən eyni layihə və digər hüquqmüəyyənedici texniki sənədlər əsasında təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
96. Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2018-ci il tarixli ekspert rəyində təkrar olaraq mübahisəli mənzilin binanın eskiz layihəsinə görə 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmiş, lakin baxış zamanı binada pilləkən meydançasında quraşdırılmış liftin mərtəbələr üzrə sıralanmasını, mübahisəli mənzilin digər mərtəbələrdə yerləşən mənzillərdə yaşayan sakinlərin yerləşməsini nəzərə alaraq mənzilin 10-cu mərtəbədə yerləşdiyi müəyyən edilmişdir.
97. Göründüyü kimi mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün y enidən təkrar ekspertizanın keçirilməsi zərurəti yaranmışdır.
98. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasında layihədə nəzərdə tutulmayan əlavə mərtəbənin, 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən (+-0.000 səviyyəsindən) başlayan birinci mərtəbəsi səviyyəsində əlavə yaşayış sahəsinin inşa edilməsi, layihədə göstərilmiş zirzəmi və kürsülülük mərtəbələrinin faktiki olaraq yerüstümərtəbələr olması, binanın girişinin ön fasad hissədə (layihə üzrə zirzəmi mərtəbəsi kimi qeyd olunan hissədə) nəzərdə tutulmasına baxmayaraq faktiki vəziyyətdə arxa fasad hissədən (layihə üzrə kürsülük mərtəbəsi kimi qeyd olunan sahə) açılması nəzərə alına raq, həmin binanın tikintisinin layihə üzrə aparılmadığı müəyyən edilmişdir.
99. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının layihəsində 2 qeyri-yaşayış mərtəbəsinin (kürsülük və zirzəmi kimi qeyd olunan sahələr) üst hissəsindən +-0.000 səviyyəsinin başlamasını, faktiki vəziyyətdə isə binanın layihəsində qeyd olunan zirzəmi mərtəbəsinin birinci yerüstü mərtəbə, kürsülülük mərtəbəsinin ikinci yerüstü mərtəbə olmasını nəzərə aldıqda layihə üzrə 1-ci blok, 10-cu mərtəbədə yerləşməsi nəzərdə tutulan mənzillərin faktiki olaraq binanın 12-ci mərtəbəsində (yaşayışın 10-cu mərtəbəsi), layihə üzrə birinci blok, 11-ci mərtəbələrində yerləşməsi nəzərdə tutulan mənzillərin faktiki olaraq binanın 13-cü mərtəbəsində (yaşayışın 11-ci mərtəbəsi) yerl əşdiyi müəyyən edilmişdir.
100. Qeyd olunmuşdur ki, faktiki vəziyyətdə yaşayış binasının +-0.000 səviyyəsini layihədə qeyd olunduğu kimi 2 qeyri-yaşayış mərtəbəsinin (kürsülük və zirzəmi kimi qeyd olunan sahələr) üst hissəsindən nəzərə aldıqda layihə üzrə birinci blok 10-cu mərtəbədə yerləşməsi nəzərdə tutulan mənzillərin faktiki olaraq binanın 10-cu mərtəbəsində, layihə üzrə birinci blok 11-ci mərtəbələrində yerləşməsi nəzərdə tutulan mənzillərin faktiki olaraq binanın 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir.
101. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən isə, Cavabdeh istifadəsində olan mənzil kimi təqdim olunan mənzilin binanın layihəsi üzrə 11-ci mərtəbəsində yerləşməsi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müq avilədə əks edilən bir otaqlı ümumi sahəsi 59,47 kv.m olan mənzilin 11-ci mərtəbədə yerləşməsinin qeyd olunması, binanın layihəsində eynitipli mərtəbələrin planında hər blokda cəmi bir ədəd 59,47 kv.m-lik bir otaqlı mənzilin qeyd olunması nəzərə alınaraq, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədə əks edilən Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindən 1 otaqlı mənzil ilə Cavabdeh istifadəsində olan bir otaqlı mənzilin eyni mənzil olduğu müəyyən edilmişdir.
102. Aparılmış müqayisəli tədqiqatla, Cavabdeh istifadəsində olan mənzil kimi təqdim edilən mənzilin Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının layihəsi üzrə 11-ci mərtəbədə, binanın mövcud vəziyyəti üzrə 13-cü mərtəbədə yerləşdiyi müəyyən edilmişdir. Belə ki, yaşayış binasında faktiki vəziyyətdə mövcud olan və qeyriyaşayış sahəsi kimi istifadə olunan birinci və ikinci mərtəbələri binanın layihəsində zirzəmi və kürsü mərtəbəsi kimi nəzərdə tutulmuş, faktiki vəziyyətdə mövcud olan və yaşayış sahəsi kimi istifadə olunan üçüncü mərtəbə binanın layihəsində birinci mərtəbə kimi nəzərdə tutulmuşdur.
103. Aparılmış müqayisəli tədqiqatla, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının layihəsində nəzərdə tutulmuş 10-cu mərtəbənin faktiki vəziyyətdə binanın 12-ci mərtəbəsinə, binanın layihəsində nəzərdə tutulmuş 11-ci mərtəbənin isə faktiki vəziyyətdə 13-cü mərtəbəsinə uyğun gəldiyi müəyyən edilmişdir.
104. Gəncə prospekti 2935A 1-ci blok ünvanında yerləşən binada faktiki vəziyyətdə mövcud olan və qeyri-yaşayış sahəsi kim i istifadə olunan birinci və ikinci mərtəbə binanın layihəsində zirzəmi və kürsü mərtəbəsi kimi, faktiki vəziyyətdə mövcud olan və yaşayış sahəsi kimi istifadə olunan üçüncü mərtəbə binanın layihəsində birinci mərtəbə kimi nəzərdə tutulduğu müəyyən edilmişdir.
105. Göründüyü kimi sonuncu ekspert rəyinə əsasən dəqiq müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi mübahisəli mənzil cavabdehin istifadəsində olan mənzildir və həmin mənzil tədqiq olunan binanın layihəsi üzrə 1-ci blokunun 11-ci mərtəbəsində yerləşir. İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, "xxxx" MMC mənzili iddiaçıya təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçı mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifa də etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMCnin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.
106. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilə ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, cavabdeh tərəfindən MMC ilə onun arasında bağlanmış müqavilə üzrə sonuncuya razılaşdırılmış mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilmiş vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq tələb irəli sürülə bilər.
107. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” və Cavabdeh qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” barədə iddia tələblərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri saymışdır.
108. Cəfərova Raya Yusif qızı ilə "xxxx" MMC arasında xx.xx.2006-ci il tarixində bağlanmış müqavilənin predmeti yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan ikiotaqlı mənzil olmuş, 1-ci blok, 10-cu mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan 70 saylı mənzil isə 2012-ci ildə məhz ilkin mənzilin əvəzi olaraq ona verilməsi nəzərdə tutulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2017 nömrəli, 6 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə də onun məhz Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2 395 A ünvanında yerləşən binanın 1-ci blok, 10-cu mərtəbəsindəki ümumi sahəsi 59,47 kv.m olan 70 saylı mənzillə təmin edilməsi qərara alınmışdır.
109. Bununla bağlı sonuncu ekspert rəyi nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi mübahisəli mənzil cavabdehin istifadəsində olan mənzildir və həmin mənzil tədqiq olunan binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşir. Bu o dəməkdir ki, hazırda müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızı iddiaçının tərəf olduğu, binanın 1-ci blok, 11-ci mərtəbəsində yerləşən mənzilə aid 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilənin etibarsız hesab edilməsini, həmçinin hazırda cavabdehin faktiki sahibliyində olan bu mənzilin sonuncudan geri alınması, yaradılan bütün maneələrin aradan qaldırılması, həmin mənzilin ona təhvil verilməsi və s. barədə iddia tələbləri irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Belə ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddia etdiyi mənzilin iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisənin predmeti olan mənzil ilə eynilik təşkil etməsi halı öz təsdiqini tapmamışdır.
110. Bundan başqa iş materiallarından görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X14 da İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 5 oktyabr 2009-cu il tarixli, 263 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
111. O, iddiaçıya qarşı olan iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixdə bağlanmış 53 saylı müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında tikiləcək bir bloklu binanın 11–ci mərtəbəsində bir otaqlı mənzili "xxxx" MMC-dən almış və 2008-ci ilin may ayında həmin mənzilə dair ödəniləcək bütün məbləği-yəni 17.317,6 manat pulu ödəmişdir. Həmin mənzilə köçmək istədikdə oranın mübahisəli olduğunu və həmin mənzilin İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2009cu il tarixli 263 saylı müqavilə ilə satıldığını öyrənmişdir. Hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 263 saylı müqavilə bağlandığı andan etibarsız olmuşdur. Çünki şirkət onunla müqavilənin olduğunu bildiyi halda mübahisəli mənzili qanunsuz olaraq İddiaçı satmışdır.
112. Beləliklə məhkəmə kollegiyası iş materiallarına əsasən mü əyyən etmişdir ki, "xxxx" MMC ilə həm müstəqil tələb irəli sürən üçüncü şəxs X14, həm də da İddiaçı arasında eyni formada, eyni məzmunda, alıcıların iradə ifadəsinə, əqdin məzmununa uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə müqavilələr bağlanmışdır. Həmçinin hər ikisinin eyni qaydada MMC-nin direktoru olan Kazım-zadə Kazım Ələsgər oğlu tərəfindən aldadılmaqla, müqavilə üzrə məbləğlərin ələ keçirildiyi, müqabilində razılaşdırılmış şəkildə yaşayış sahəsinin verilmədiyi müəyyən edilmişdir.
113. İşin digər bir mübahisələndirilməyən halı da ondan ibarətdir ki, yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-91/2014 saylı hökmünə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(103)-285/2015 saylı qərarına əsasən MMC-nin direktoru olan Kazım-zadə Kazım Ələsgər oğlunun Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzili iddiaçıya satmaqla ona məxsus pul vəsaitinin ələ keçirməklə dələduzluq etdiyi müəyyən edilmişdir. Həmin məhkəmə aktları ilə İddiaçı binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzilin verilməsi, olmadığı təqdirdə 23.788 manat məbləğində pul ödənilməsi tələblərinə dair mülki iddiasının təmin olunması qərara alınmışdır.
114. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçı zərərçəkmiş kimi tanınmış, həmin hökmlə İddiaçı mübahisəli mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyi müəyyən edilmiş, bu mənzilin ona təhvil verilməli olması ba rədə nəticəyə gəlinmişdir. Müəyyən edilən bu hallar da ona faktiki olaraq mübahisəli mənzilə münasibətdə üstün hüquqa malik olmasına dəlalət edir. Bu halda, üçüncü şəxsin MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması barədə tələbi əsaslı hesab edilə bilməz.
115. Belə ki, qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən İddiaçı mübahisəli mənzilinin qanuni sahibi statusunun yaranmasına əsas olan müqavilənin etibarlılığı məhkəmə qaydasında öz təsdiqini tapmış, bununla onun digər şəxsin qanunsuz sahibliyindən bu mənzili tələb etmək üzrə subyektiv hüququ tanınmışdır.
116. Bu baxımdan nəzərə alınmalıdır ki, "xxxx" MMC ilə X14 arasında bağlanmış müqavilə üzrə sonuncuya razılaşdırılmış mənzilin təhvil verilməməsi barədə öhdəliyin icra edilməməsi ona mülki qanunvericiliyə uyğun olaraq göstərilən bina üzərində sərəncamvermə səlahiyyətləri keçmiş hüquqi şəxsə qarşı dəymiş zərərin (ödənilmiş vəsaitin və digər xərclərin) ödənilməsi barədə məhkəməyə müraciət etmək üzrə hüququnu yaradır.
117. Beləliklə məhkəmə kollegiyası Mülki Məcəllənin 178.8-ci (1 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) və 157.2-ci maddələrinə əsasən qeyd edir ki, iddiaçı kooperativin verdiyi mənzil üçün pay haqqını tam verdiyindən həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmiş, beləliklə də, o, mülkiyyətçi olaraq mübahisə predmeti olan mənzili özgəsinin qanunsuz sahibliyindən geri tələb etməklə haqlı olmuşdur.
118. Məhkəmə kollegiyası tərəfindən yuxarıda aparılan araşdırma nəticəsində, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu mü əyyən edilmişdir. Belə ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur və cavabdehin faktiki sahibliyindədir, onun isə həmin əşyaya hər hansı hüququ yaranmamışdır. Beləliklə, cavabdehin həmin sahədən hər hansı hüququ olmadan istifadə etməsi, sahibliyində saxlaması, əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.
119. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən yaranması öz təsdiqini tapmış əmlak hüququnun müqəddəratını həll edərkən həqiqətə nail ol maq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir.
120. Məhkəmə tərkibi öz hüquqi mövqeyini «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 29, 32-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 178.1, 178.2, 178.8, 324.1, 324.2, 324.3, 337.1337.4, 358.1, 358.2, 386.1, 399.1, 425.1, 452.1, 567, 752.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1, 113.1-ci maddələrinə, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
121. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)35/2024 nömrəli qətnaməsi ləğv edilməsini və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə gö ndərilməsini xahiş etmişdir.
122. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızı şikayətini belə əsaslandırmışdır ki, işə ikinci dəfə baxan məhkəmə Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin qərarlarında və işin ikincə dəfə apellyasiya baxışı zamanı meydana çıxan hallara lazımı münasibət bildirməmişdir. Formal olaraq bəzi bəzi göstərişlər yerinə yetirilmiş kimi görünsə də mahiyyət etibarı ilə dərindən və hərtərəfli araşdırma aparılmamış və meydan çıxan hallara da ümumiyyət münasibət bildirməmişdir. İşə baxan məhkəmə əsas vəzifəsi kimi təkrar ekspertizanın keçirilməsini göstərmişdir. Lakin Konstitusiya məhkəməsi işə baxarkən də artıq iki ekspertiza rəyi idi. Məsələ ekspertizaların sayında yox onların digər sübutlarla əsaslandırılmamasıdır. Hesab edirlər ki, ikinci apelyasiya baxışı zamanı da ekspertiza rəyi məsələlərə tam aydınlıq gətirməmişdir. Belə ki,ikinci apellyasiya icraatı zamaı 2 dəfə ekspertiza rəyi təyin edilmiş və rəylərin müzakirəsi zamanı bir çox mübahisəli məqamlar olmuşdur. Bununla bağlı olaraq eskpetin məhkəməyə dəvət edilməsi qərara alınsa da bu məsələ öz həllini tapmamış və məhkəmə bunun üçün səy göstərməmişdir. Bu iş üzrə ümumilikdə birinci instansiya məhkəməsindən başlayaraq bir neçə ekspertizalar keçirlmiş və bir biri ilə zidd rəylər alınmışdır. Sual olunur ki nə üçün hazırki rəy əsas kimi götürülməlidir? Çünki bu rəy digər subutlarla təsdiqlənmir. Digər tərəfdən məlumat olduğumuz kim "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış "xxxx" MMC ilə alıcı İddiaçı arasında xx.xx.2009-cu il tarixli 263 saylı müqaviləyə xx.xx.2013-cü il tarixli əlavədə qeydolunmuşdur ki, icraçı yaşayış binasının 2-ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı izolə olunmuş mənzili bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği vaxtında tamamilə ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. X21 bu əlavə razılaşmanın mövcudluğunu inkan etsə də iş üzrə şahid kimi dindirilmiş MTK-nın kassiri vəzifəsində işləmiş Şahid1 öz ifadəsində bildirmişdi ki, iddiaçı Əkbəri hələ MTK-ya gəlməmişdən qabaq tanıyırdı. 12C ilə bağlı müqaviləni iddiaçı şəxsən imzalamışdır. Ələsgəroğlu-K mənzili iki nəfərə satmışdı, həmin mənzili iddiaçıdan qabaq başqa bir nəfər almışdır. İddiaçı bu məsələni həll etmək üçün Əkbərlə razılaşmışlar ki, həmin müqavilənin müqabilində 12C mərtəbəsini verəcək. Müqavilədəki imza iddiaçıy a məxsusdur. İddiaçı köhnə müqaviləni onlara təqdim etməli idi. Müqaviləni təqdim etməmişdən qabaq yeni müqaviləni imzalamış, möhürləmişdir. O, binada kassir işləyirdi. Əmək funksiyası pul vermək, pul almaq, işçilərin əmək haqqını vermək idi. Onun əmək funksiyasına müqavilə bağlamaq daxil deyildi, o, müqavilə bağlamamışdır. Müqavilə bağlanan zaman otaqda şahid olurdu. Pulu Əkbər alırdı. O, sadəcə işçilərin pulu verirdi. Müqavilə bağlanan zaman Əkbər müəllim çekə möhürü vururdu, çeki ona verirdi, pulu Əkbər qəbul edirdi. Mübahisəli mənzilin krandan istifadə haqqının əvəzi olaraq verildiyi eşitmişdir, lakin konkret olaraq bu barədə məlumatı yoxdur. Digər mənzillərlə bağlı da müqavilələr bağlanan zaman adətən iştirak edirdi, digər müqavilələr də iddiaçı ilə bağlanan formada bağlanırdı. Müqavi lədəki imza Əkbərə məxsusdur. 12C mərtəbəsində bağlanan müqavilə, əvvəlki müqavilənin əvəzinə bağlanan müqavilədir. Bu barədə danışıqlar onun yanında olubdur. 12C mərtəbəsində olan müqavilə üçün pul ödənilməyibdir, pul ödənilsə idi qəbz verilərdi, yeni müqavilə əvvəlki müqavilənin əsasında bağlanıbdır.
123. Göründüyü kimi şahidin ifadələri kifayət qədər dəqiqdir və sübut edirki Sabir Allahverdiyev sözügüdən mənzildən imtina edib başqa mənizlin alışına razılıq vermişdir. Bu hal isə sübut edirki Sabir Allahverdiyev mübahisə edilən mənzilə heç bir subyektiv hüququ yoxdur. Son məhkəmə iclası zamanı məhkəmə kollegiyası bu halın araşdırılmasının zəurətini bildirərək əldə olan sənəd üzrə Sabir Allahverdiyev imzasının həmin Əlavə Razılşamadakı imza ilə olub olmaması ilə bağlı şifahi olaraq ekspert iza barədə qərar qəbul etsə qarşı tərəfin Məhkəmə Hüquq Şurasına şikayət edəcəyi ilə bağlı sözlərindən sonra təəccüblü şəkildə öz qərarından dönərək işi yekunlaşdıraraq iddiaçının xeyrinə qətnaməni elan etmişdir. Göründüyü kimi şahidin ifafədələri tamamilə araşdırılmamış və qiymət verilməmiş qalmışdır. Ümumiyyətlə məhkəmə işinin xeyli uzanması və bir neçə proses olmasına, hətta prosessual hərəkətlərin olmasına baxmayaraq əslində bütün bunlar formal xarakter daşımış və həqiqətin müəyyən edilməsinə xidmət etməmişdir.
124. Müstəqil tələb irəli sürən şəxs X14 (vəkili Vəkil5) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən: hakim Cəmilə Musayeva) xx.xx.2024-cü il tarixli 2(103)-35/2024 saylı qətnaməsinin ləğv edilməsi və apelyasiya instansiyası məh kəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
125. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə apelyasiya instansiyasının gəldiyi nəticə qanunsuzdur, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 münasibətdə maddi hüquq normalarını tətbiq edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad edərək, həmin maddədə mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsinin nəzərdə tutulmasını göstərmiş, həmi n maddəyə əsasən mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilməsini izah etmişdir. Əvvəla, həmin nəticədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 həmin mənzilin, yəni daşınmaz əmlakın mülkiyyətçisi olmasını qəbul və etiraf etmişdir. İkincisi, apellyasiya instansiyası məhkəməsi daha sonra gəldiyi nəticənin hüquqi izahını verərək göstərir ki: “Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır”. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsindən də göründüyü kimi, vindikasiya iddiasına görə əmlaka sahiblik etməyən mülkiyyətçinin, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə tələbi başa düşülür; X14 əmlakın mülkiyyətçisisidir; mülkiyyətçi X14 öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmuşdur; mülkiyyətçi X13in məhrum olduğu əmlak naturada mövcuddur və başqa şəxsin faktiki sahibliyindədır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin isə əşyaya sahiblik hüququ yoxdur. İşdən göründüyü kimi: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 5 oktyabr 2009-cu il tarixli, 263 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir; O, id diaçıya qarşı olan iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixdə bağlanmış 53 saylı müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında tikiləcək bir bloklu binanın 11–ci mərtəbəsində bir otaqlı mənzili "xxxx" MMC-dən almış və 2008-ci ilin may ayında həmin mənzilə dair ödəniləcək bütün məbləği-yəni 17.317,6 manat pulu ödəmişdir; Həmin mənzilə köçmək istədikdə oranın mübahisəli olduğunu və həmin mənzilin İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2009-cu il tarixli 263 saylı müqavilə ilə satıldığını öyrənmişdir;
126. Haqlı olaraq hesab etmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 263 saylı müqavilə bağlandığı andan etibarsız olmuşdur, çünki şirkət onunla müqavilənin olduğunu bildiyi halda mübahisəli mənzili düz 3 il 6 ay sonra qanunsuz olaraq İddiaçı satmışdır. Belə ki, iş materiallarında olan Xətai Rayon Məhkəməsinin (hakim Sahibə Hacıyeva) Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 2(011)-3/2014 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3006/2020 saylı iş üzrə iddiaçı X14 cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia ərizəsi və İddiaçı cavabdeh X8 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatındadır, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3006/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin mülki iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinə icraatında olan İddiaçı Cavabdeh qarş ı mənzildən çıxarılma və sair tələblərə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək icraat dayandırılmışdır və həmin məktubla işin nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, X14 mübahisə predmeti olan mənzili İddiaçı 3 il 6 ay əvvəl əldə etmş, mənzilin ilkin alıcısı və mülkiyyətçisi olmuş, həmin mənzilə köçmək istədikdə isə oranın mübahisəli olduğunu və həmin mənzilin İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2009-cu il tarixli 263 saylı müqavilə ilə satıldığını öyrənmiş və bu barədə məlumatı olan kimi dərhal Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3006/2020 saylı iş üzrə iddiaçı X14 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bundan sonra həmin iş üzrə İddiaçı cavabdeh X8 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etmiş, bundan sonra isə hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, apelyasiya instansiyasının gəldiyi nəticəni Mülki Məcəllənin 157.2-ci maddəsini tətbiq etməklə əsaslandırması formal xarakter daşımışdır.
127. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 hazırkı iş üzrə vicdanlı sahib, İddiaçı isə vicdansız sahibdir. Bu fakt da, apelyasiya instansiyası məhkəməsinin nəticəsinin tamamilə qanunsuz olduğunu, maddi hüquq normasının düzgün tətbiq edil məməsini bir daha təsdiq edir.
128. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 339-cu maddələrini tətbiq edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddianı təmin etməli olduğu halda, bunu etməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 mübahisə predmeti olan mənzili İddiaçı 3 il 6 ay əvvəl əldə etməklə, mənzilin ilk mülkiyyətçisi olmuş, həmin mənzilə köçmək istədikdə isə oranın mübahisəli olduğunu və həmin mənzilin İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2009-cu il tarixli 263 saylı müqavilə ilə satıldığını öyrənmiş və bu bar ədə məlumatı olan kimi dərhal məhkəməyə müvafiq iddia ilə müraciət etmişdir.
129. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını (Mülki Məcəllənin 337 və 340-cı maddələri) tətbiq edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddianı təmin etməli olduğu halda, tamamilə qanunsuz, eyni zamanda qərəzli olaraq iddianı təmin etməmişdir.Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsassız və qanunsuz olmaqla yanaşı həm də məntiqsizdir, nəticə etibarilə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
130. Apellyasiya instansiyası məhkəməsi həmin qərarını əsaslandırarkən Azərbaycan Respublikası MPM-nin 372, 384-392-ci maddələrinə istinad etmişdir ki, hə min normaların da tətbiqi formal xarakter daşımışdır.
131. Apellyasiya instansiyası məhkəməsi həmin qətnaməni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsini düzgün tətbiq etməmişdir. Əvvəla ona görə ki, apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-91/2014 saylı hökmünə və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(103)-285/2015 saylı qərarına əsasən MMC-nin direktoru olanKazım-zadə Kazım Ələsgər oğlunun Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzili iddiaçıya satmaqla ona məxsus pul vəsaitinin ələ keçirməklə dələduzluq etdiyi müəyyən edilmişdir, həmin məhkəmə aktları ilə İddiaçı binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzilin verilməsi, olmadığı təqdirdə 23.788 manat məbləğində pul ödənilməsi tələblərinə dair mülki iddiasının təmin olunması qərara alınmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin həmin normanı tətbiq edərkən istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(103)-285/2015 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin X11 və qeyriləri haqqındakı xx.xx.2015-ci il tarixli qərarının nəticəvi hissəsində anlaşılmazlıq aradan qaldırılaraq "İddiaçı Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 13-cü mərtəbəsində ümumi sahəsi 75,46 kv.m olan mənzil və ya 111.708 manat pul tələblərinə dair mülki iddiaları təmin olunsun" ifadəsi "İddiaçı Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 13cü mərtəbəsində ümumi sahəsi 75,46 kv.m olan mənzil və ya 27.920 manat, həmin binanın birinci mərtəbəsində 50 kv.m qeyri-yaşayış sahəsi və ya 60.000 manat, həmin binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil və ya 23.788 manat pul tələblərinə dair mülki iddiaları təmin olunsun" ifadəsi kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(103)-285/2015 saylı həmin qərarından göründüyü kimi, "İddiaçı Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil və ya 23.788 manat pul tələblərinə dair mülki iddiası təmin olunmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predme ti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 mübahisə predmeti olan mənzili İddiaçı 3 il 6 ay əvvəl əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsinin nəticəsi o halda qanuni və əsaslı, eyni zamanda ədalətli ola bilərdi ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası, həmin mənzilin ilk alıcısı olduğuna görə, o cümlədən İddiaçı 3 il 6 ay əvvəl əldə etdiyinə görə təmin edilməli, həmçinin İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(103)-285/2015 saylı həmin qərarına əsasən verilmiş icra sənədi üzrə icranı, yəni mübahisə predmeti olan mənzili deyil, həmin mənzilə görə aldadılaraq ödədiyi 23.788 manat pul məbləğini hökmün icrası qaydasında tələb et mək hüququ izah edilməli idi. Bir daha qeyd edirlər ona görə ki, mübahisə predmeti olan mənzilin X14 tərəfindən İddiaçı 3 il 6 ay əvvəl əldə edilməsi işin müəyyən edilmiş və mübahisəsiz halıdır.
132. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi tamamilə qərəzli və məqsədyönlü olaraq yanlış nəticəyə gəlmiş, bunun da nəticəsində prosessual hüquq normasını düzgün tətbiq etməmişdir.
133. Nəzərə almaq lazımdır ki, X14 mübahisə predmeti olan mənzili İddiaçı 3 il 6 ay əvvəl əldə etmişdir, mənzilin ilkin alıcısı kimi, bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi həmin cinayət işi üzrə ibtidai istintaq və məhkəmə proseslərində iştirak etməmiş, heç buna zərurət də olmamışdır. Göstərilən səbəbdən apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi həmin qərarların X8 münasib ətdə heç bir preyudisial əhəmiyyəti yoxdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
134. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
135. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
136. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə b ilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
137. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
138. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
139. Maddə 178.8 (hüquq münasibəti yarandığı vaxt qüvvədə olmuş redaksiya). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
140. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
141. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
142. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
143. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
144. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavi lənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
145. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
146. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
147. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
148. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 14
9. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
150. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
151. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
152. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istif adəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
153. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
154. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmu lata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
155. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
156. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tiki nti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
157. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
158. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
159. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilm iş qüvvəsi yoxdur.
160. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
161. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
162. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yox lanılmalıdır.
163. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
164. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
165. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
166. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
167. Hazırkı kassasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-35/2024 nömrəli qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının Cavabdeh qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” tələbinə dair iddiasının rədd edilməsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
168. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissələrədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
169. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissələr üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətlərində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissələrdə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının kassasiya şikayətinin İddiaçı (kassasiya şikayətin də Sabir Allahverdiyev kimi yazılmışdır) subyektiv hüququnun olmaması ilə əlaqədar dəlilini də əsaslı hesab etmir.
170. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissələrdə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
171. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
172. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər t utub məhkəmə kollegiyası qərara aldı: Müstəqil tələb irəli sürən üçün şəxs Cəfərova Raya Yusif qızının kassasiya şikayəti təmin edilməsin. Müstəqil tələb irəli sürən üçün şəxs X14 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)35/2024 nömrəli qətnaməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının Cavabdeh qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” tələbinə dair iddiasının rədd edilməsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.