Məhkəmə qərarları › İş №2(102)-3709/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3709/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3709/2023 18.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin məzmunun prosessual qanunvericiliyə uyğun olmaması, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 mart 2023-cü il tarixli, 2(104)146/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 iyun 2020-ci il tarixli 2020/00001EQ-1890 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kreditin əsas borcu üzrə 11000 manat qalıq, ona hesablanmış 3123 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2827 manat dəbbə pulu, cəmi 16950 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönə ldilməsi, həmin əmlakın likvid dəyərinin 20000 manat müəyyən olunmaqla açıq hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 11000 manat qalıq, ona hesablanmış 3123 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2827 manat dəbbə pulu, cəmi 16950 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qazax Rayon Məhkəməsinin (hakim: Fəxri Məmmədov) 2022-ci il 12 aprel tarixli, 2(023)-147/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilmiş, İddiaçı BOKT ASC ilə Cavabdeh1 ara sında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00001EQ1890 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh3 11000 manat əsas, 2739 manat faiz, 100,0 manat cərimə, cəmi 13839 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat pulun müştərək qaydada alınaraq, İddiaçı BOKT ASCyə ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmeti olan, Cavabdeh2 məxsus ünvan 1 ünvanında olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 115000 manat müəyyən edilməsi, ipoteka predmeti olan qeyri-yaşayış binasının açıq hərracdan satılması və ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində əmlakın boşaldılması, satışdan əldə edilən vəsaitdən İddiaçı BOKT ASC-yə olan borcun ödənilməsi qət edilmişdir

3. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər: Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) 2023-cü il 28 mart tarixli, 2(104)146/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının orta bazar qiymətinin 115000 manat məbləğində müəyyən edilmiş hissəsində dəyişdirilməsi, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış (likvid) qiymətinin 63800 manat məbləğində müəyyən edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada kassasiya şikayəti vermiş və kassa siya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

5. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

6. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

7. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

8. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı h issədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

9. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

10. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytar ılır.

11. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

12. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası tərəfindən kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən birgə qaydada verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (bundan sonra mətndə MPM) ilə müəyyə n edilmiş formada tərtib edilməmiş, eləcə də MPM-in 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir.

14. Belə ki, MPM-in 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.

15. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

16. Hazırkı halda cavabdehlər Cavabdeh1 və C avabdeh2 tərəfindən kassasiya şikayəti MPM-ə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib edilməmiş, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl edilməmişdir. Şikayətin «maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində yalnız müvafiq maddələr sadalanmaqla, mətnləri qeyd olunmuş, həmin normaların mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeyi aydın şəkildə ifadə edən dəlillər qeyd olunmamışdır.

17. Bununla yanaşı, şikayətin «kassasiya şikayəti verən şəxsin tələbi» hissəsində cavabdehlər tərəfindən ləğv edilməsinin tələb edildiyi qətnamə iş materiallarında müəyyən edilmir.

18. Həmin hissədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.202 3-cü il tarixli, 2(104)146/2023 nömrəli qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, iş üzrə şikayət edilən qətnamə Gəncə Apellyasiya Məhkəməsinin eyni tarixli və eyni nömrəli qətnaməsi olmuşdur.

19. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülməklə verilmişdir.

20. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 19 aprel tarixdə Cavabdeh1 tərəfindən şəxsən alınmış, hazırkı kassasiya şikayəti isə MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, 2023-cü il 23 iyun tarixdə verilmiş və buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır.

21. Digər tərəfdən, iş materiallarında Cavabdeh2 adına olan poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 26 aprel 2023-cü il tarixdə Hacıyeva Mənsumə tərəfindən alınmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin müvafiq qətnaməsinin Cavabdeh2 tərəfindən alınması müəyyən edilmir.

22. Bütün bunlara baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

23. Məhkəmə kollegiyası hesab edir ki, mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

24. Odur ki, kassasiya şikayəti MPM-in 408.1. 1-ci və 408.1.5-ci maddələrinə əsasən qeyri-mümkün hesab edilməli və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 mart 2023-cü il tarixli, 2(104)-146/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar