Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-371/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə yaşayış hüququnun tanınması, mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair ilk və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və X2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbas ov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(105)523/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Yasinov Eynur İsayad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Sumqayıt şəhəri, 17 mkr., 56 saylı evin, 19 nömrəli mənzili Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 10 iyul 2007-ci il tarixdə qeydiyyata alınmışdır.
2. İddiaçı1 və Yasinova (Kərəmova) Alimə Kərəm qızı 17 oktyabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 16 iyul 2005-ci il tarixdə X10 və 23 aprel 2008-ci il tarixdə X11 anadan olmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2, iki yetkinlik yaşına çatmamış uşaqları: 16 iyul 2005-ci il təvəllüdlü X3 və 23 aprel 2008-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış hüquqlarının tanınması, iddiaçıların və uşaqlarının həmin mənzilə köçürülmələri, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı yataqxana tipli yaşayış sahəsi 1988-ci ildə X6 iş yerindən verilmişdir. Həmin mənzil, dövlət mənzil fonduna aid olmaqla sonradan ailə üzvlərinin razılığı ilə ö zəlləşdirilərək atası X5 mülkiyyətinə verilmişdir. İddiaçılar ailə qurduqdan sonra İddiaçı2 qeyd olunan mənzilə gəlin köçmüşdür. Yaşadıqları iki otaqlı mənzil sonradan genişləndirilərək, mətbəx otağı eyvana birləşdirilməklə, üç otaq formasına salınmış və ailənin istifadəsində olmuşdur. 20 iyun 2020-ci il tarixə kimi mənzilin bir otağı iddiaçıların ailəsinin istifadəsində olmuş, onlara məxsus əmlaklar mənzilin bütün otaqlarında yerləşmişdir. 2019-cu ilin sentyabr ayında İddiaçı1 bacısı Cavabdeh3 həyat yoldaşı Cavabdeh4 ilə birlikdə mənzilə qonaq adı ilə gəlmiş və bir daha yaşadıqları ünvana qayıtmamışlar. Həmin cavabdehlər iddiaçılarla yaşadıqları müddətdə daim ailədə söz-söhbət, narazılıq, dava-dalaş baş vermişdir. Baş vermiş mübahisələr İddiaçı2 səhhətinə çox pis təsir etmiş, ürəkgetmə ha lları baş vermişdir. 19 iyun 2020-ci il tarixdə İddiaçı1 evdə olmadığı müddətdə növbəti ailə münaqişəsi baş vermiş, bacısı bu dəfə ailənin istifadəsində olan yataq otağının şüşələrini vurub qıraraq, söyüş söyərək həyat yoldaşını və iki uşağını zorla evdən çıxarmış, onları çölə atmışdır. İddiaçı1 evə qayıdıb, uşaqlarını qayınanasının evinə yerləşdirmək və yenidən işə qayıtmaq məcburiyyətində qalmışdır. 20 iyun 2020-ci il tarixdə işdən gəldikdən sonra həyat yoldaşını və uşaqlarını qayınanası gildən götürüb, evə gəldikdə, mənzilə buraxılmamışdır. Yaşamağa yeri olmadığından, başqa şəxslərin evində qaldığından 23 iyun 2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinə ərizə təqdim etmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsində ona izah edilmişdir ki, mübahisə məhkəmə mübahisəsidir, məhkəməyə ərizə ilə müraciət etsin.
5. İddiaçı X12 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehlərə 7000 manat kompensasiya vermək yolu ilə, onların Sumqayıt şəhəri, 17-ci mkr., 56 saylı evin, 19 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi, ailə üzvləri 16 iyul 2005-ci il tarixdə anadan olmuş X10 və 23 aprel 2008-ci ildə anadan olmuş X11 ilə birlikdə əmlakları ilə çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçıların mənzildə istifadə hüquqlarının olmasını qəbul edilir. 17-ci mikrorayonda 2 otaqlı mənzil 160-170 manata kirayəyə verilir. Məhkəmə praktikasında kompensasiyanın məbləği 3 illik kirayə haqqından aşağı olmamalıdır. Bu isə təqribən 6120 manat təşkil edir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-4878/2020 nömrəli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı2 və yetkinlik yaşına çatmayan uşaqları, 16 iyul 2005-ci il təvəllüdlü X3 və 23 aprel 2008-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin, 19 nömrəli mənzilinə istifadə hüquqlarının tanınması, İddiaçı1, İddiaçı2 və yetkinlik yaşına çatmayan uşaqları, 16 iyul 2005-ci il təvəllüdlü X3 və 23 aprel 2008-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin, 19 nömrəli mənzilinə köçürülmələri, ilkin iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1 və 3-cü hissələrinə istinad etməklə göstərmişdir ki, iddiaçılar 17 oktyabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olduqdan sonra X8 mübahisəli mənzilə gəlin köçmüş, onun ailə üzvü kimi mənzildə yaşamışdır. Həmin zaman mənzil özəlləşdirilməmiş, dövlət mənzil fonduna aid olmuşdur. Bundan başqa, qarşılıqlı iddia ərizəsindən görünür ki, mənzilin mülkiyyətçisi olan Cavabdeh1 ilkin iddia üzrə iddiaçıların mənzilə istifadə hüquqlarının olduğunu qəbul edir. Ona görə də ilk iddia tələbi mənzilə istifadə hüququnun tanınması və köçürülməsi hissəsində əsaslıdır.
9. Məhkəmə, ilkin iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzildən çıxar ılmaları hissəsini əsaslı hesab etməmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi X7r və bir mülkiyyətçi kimi o, belə bir iddia irəli sürməmişdir.
10. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı X5 təklif etdiyi 7000 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə mütənasib məbləğ deyildir. Yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkün olduğundan, kompensasiyanın məbləğinin artırılması da qanunvericiliyin tələbinə görə mülkiyyətçiyə məxsusdur. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı X5 təklif etdiyi 7000 manat məbləğində kompensasiya İddiaçı1 və İddiaçı2 istifadəyə davamlı surətdə v ə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsi baxımdan kifayət etmir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 158.4, 228.2, 228.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) Yasinov Eynur İsayad oğlu və X8 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-4878/2020 nömrəli qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-4878/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(105)-1059/2021 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadənin və L.M.Məmmədovanın iştirakı ilə) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)4878/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və qiymətləndirm ə ilə razılaşmış və apellyasiya şikayətlərinin dəlilləri üzrə göstərmişdir ki, həmin dəlilləri təsdiq edən başqa bir sübut təqdim edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi halları sübuta yetirilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2021-ci il tarixli 2(105)1059/2021 nömrəli qətnaməsinin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv olunması və həmin hissədə iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(102)-5743/2021 nömrəli qərarı ilə (hakim V.T.Həsə novun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Şəfiyevin və Ə.A.Əhmədovun iştirakı ilə) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(105)-1059/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə – qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
18. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddiaçının apellyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
19. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini müvafiq olaraq kompensasiya verilməklə istifadə hüququnun itirilməsi tələbinin yö nəldiyi cavabdehlərin davamlı olaraq eyni şəraitli yaşayış sahəsi ilə təmin olunmalarına imkan verməməsi baxımından rədd olunması nəticəsinə gəlmişdir. Bu halda məhkəmə həmin məbləği kifayət hesab etmirdisə, gələcəkdə hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsinin mümkünlüyünü araşdırmalı, tərəflərlə birlikdə müəyyən edilən məbləği müzakirə etməli və mülkiyyətçinin etiraz etdiyi halda məhkəmə aktında bununla bağlı mövqeyini göstərməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi belə mümkünlüyün araşdırılması üçün heç bir cəhd göstərməmiş və tərəflərlə birlikdə bu halın müzakirəsini təmin etməmişdir.
20. Kassasiya məhkəməsi mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı ilə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(105)-523/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafarinin və T.Q.Məmmədovun iştirakı ilə) qarşılıqlı iddia üzrə iddiaçı X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(105)-4878/2020 nömrəli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və bu hissədə yeni qətnamə qəbul olunmuş, qarşılıqlı iddia təmin edilməklə, 8000 manat kompensasiya verilməklə İddiaçı1 və İddiaçı2 (övladları 16 iyul 2005-ci il təvəllüdlü X10 və 23 aprel 2008-ci il təvəllüdlü X11 ilə birlikdə) X5 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin, 19 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi təkrar məhkəmə baxışında müəyyən etmişdir ki, mübahisəli mənzil əvvəllər dövlət mənzil fonduna daxil olan yataqxana tipli yaşayış sahəsi olmuş, 2007-ci ildən Cavabdeh1 tərəfindən özəlləşdirilmiş, onun həmin mənzilə dair mülkiyyət hüququ müvafiq qaydada qeydə alınmışdır. Mənzil iki otaqlı olmaqla, yaşayış sahəsi 26 kv.m-dir. X14 Yasinovla 17 oktyabr 2003-cü ildə nikaha girmişlər və onların bu nikahdan Rəvan və Eşqim adlı uşaqları olmuşdur. Onlar bu mənzildə 20 iyun 2020-ci ilədək yaşamış, onların bu mənzildən istifadə hüquqları yaranmışdır. Hazırda Cavabdeh1 bu hüquqa kompensasiya verilməklə xitam verilməsində israrlıdır. Qarşılıqlı iddia qaldırılan zaman onun tərəfindən kompensasiya 7000 manat məbləğində, təkrar apellyasiya baxışında isə 8000 manat məbləğində təklif edilmişdir. İşdən görünür ki, ilk iddia üzrə iddiaçılar bu məbləğlə razılaşmır və mübahisəli mənzilə köçürülmələrində israr edirlər, məhz bu səbəbdən də tərəflər arasında mübahisə yaranmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş mənzillərin aylıq kirayə haqqı barədə müxtəlif arayışlardan görünür ki, mübahisəli mənzillə eyni şəraitli yaşayış sahələrinin aylıq kirayə haqqı təqribən 140 manatla 155 manat arasında dəyişir. Apellyasiya instansiyası məhkəməsi hə r iki tərəfə münasibətdə bərabərlik prinsipini tətbiq edərək, belə qənaətə gəlmişdir ki, kompensasiya məbləği hesablanarkən bu arayışlardakı orta qiymət (aylıq 150 manat) əsas götürülməlidir. Bu baxımdan apellyasiya məhkəməsi hesab etmişdir ki, Eynur Yasinova və Alimə Yasinovaya təklif olunan 8000 manatlıq kompensasiya məbləği onların davamlı olaraq müəyyən müddətdə (təqribən 53 ay) eyni şəraitli mənzildə kirayədə yaşamaq imkanını verir. Buna görə də apellyasiya kollegiyasının qənaətinə görə, təklif olunan 8000 manat kompensasiya məbləği qarşılıqlı iddia üzrə cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyindən qarşılıqlı iddia bu hissədə təmin olunmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm çinin nəzərə almışdır ki, mübahisəli mənzil iki otaqlı olmaqla, yaşayış sahəsi 26 kv.m-dir. İşə əlavə edilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, hazırda mənzildə ilk iddia üzrə iddiaçı Eynur Yasinov da daxil olmaqla 4 nəfər qeydiyyatdadır. Nəzərə alınsa ki, əlavə 3 nəfərin də həmin mənzilə köçürülməsi tələb olunur, onda cəmi 26 kv.m sahəsi olan 2 otaqlı mənzildə, münaqişəli vəziyyətdə olan 7 nəfərin hansı şəraitdə yaşayacağını təsəvvür etmək belə çətindir.
24. Apellyasiya instansiyası məhkəməsi Eynur Yasinovun 20000 manat kompensasiya təklifi ilə bağlı şərt irəli sürməsinə münasibətdə hesab etmişdir ki, bu, məsələyə düzgün yanaşma deyildir. Belə ki, daha öncə qeyd olunduğu kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyy ət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Başqa sözlə, bu təklifi yalnız mənzilin mülkiyyətçisi verə bilər, təklifin qanuna uyğunluğunu və ağlabatanlığını isə məhkəmə müəyyən edir.
25. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına d air” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
26. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Yasinov Eynur İsayad oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(105)-523/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəm əsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 158, 228.3, 228.5-ci, Mülki Prosessual Məcəllənin 8.1, 9.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə kompensasiyanın məbləğini müəyyən edərkən kassatorun ailə üzvlərinin sayını, mübahisəli mənzilin onların daimi yaşayış yerlərinin olmasını nəzərə almamışdır. Məhkəmənin müəyyən etdiyi 8000 manat kompensasiya yetərli deyil. Belə ki, kassator mənzildə yaşadığı zaman öz vəsaiti hesabına əlavə 1 otaq tikmiş və belə mənzilin real bazar kirayə haqqısı 200-230 manat civarındadır. Qarşı tərəfin təklif etdiyi kompensasiya məbləğinin yetərli olub-olmamasını araşdıran məhkəmə cavabdehin həmin mənzilə çəkdiyi xərclərdə iştirakını, ayrıca bir otağın cavabdehin və ailə üzvlərinin istifadəsində olmasını və uşaql arının azyaşlı olmalarını, təklif edilmiş məbləğlə müəyyən bir müddət eyni şəraitli bir mənzildə yaşaya bilmək imkanlarını da yoxlamaqla ağlabatan kompensasiya məbləği təyin etməli idi. Bu baxımdan da cavabdeh ona əvvəlcə 20000 manat, daha sonra isə 15000 manat məbləğində kompensasiya verilməsi müqabilində iddia tələbini qəbul edəcəyi barədə mövqeyini bildirmiş, lakin məhkəmə qarşı tərəfin təqdim etdiyi arayışlara istinad etməklə 8000 manat məbləğində kompensasiyanı yetərli hesab etmişdir. Məhkəmə iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə qətnamə çıxarmış, iş üzrə obyektiv araşdırma aparmamış, kompensasiya məbləğinin yetərli olubolmamasını mötəbər sübutlarla əsaslandırmamışdır.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-i n 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz göndərmiş, lakin etiraz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilmədiyindən məhkəmə tərəfindən nəzərə alınmamışdır. Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Yuxarıda qeyd olunduğu kimi, birinci kassasiya baxışı nəticəsində qəbul edilmiş qərarla apellyasiya məhkəməsinin əvvəlki qətnaməsi yalnız qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və yeni baxışa göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hazırda kassator tərəfindən tam mübahisə ləndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilmə z. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətç i ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 34. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmışdır.
38. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli yaşayış sahəsinin qarşılıqlı iddia üzrə iddiaçının xüsusi mülkiyyətində olması və kassatorun ailə üzvləri ilə birgə həmin sahəyə yalnız istifadə hüququnun olması işin mübahisəsiz hallarıdır.
39. Belə olan halda, işin faktiki hallarını araşdıran məhkəmələr düzgün olaraq Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrini tətbiq etmiş və həmin maddələrlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə almaqla hesab etmişlər ki, qarşılıqlı iddia üzrə iddiaçının təkrar apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya həmin tələb üzrə cavabdehlərin kifayət qədər uzun müddətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
40. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdehin daha yüksək m əbləğdə kompensasiya tələb etmək hüququ yoxdur.
41. Belə ki, ilk olaraq qanunvericiliyə əsasən kompensasiya məbləğini mülkiyyətçi təklif edir və məhkəmə yalnız təklif olunan məbləğlə razılaşaraq iddianı təmin edə və ya razılaşmayaraq iddianı rədd edə bilər. İstifadə hüququ olan şəxsin isə özünün kompensasiya məbləğini müəyyən etmək hüququ yoxdur.
42. Digər tərəfdən kompensasiya institutu mülkiyyətçinin mülkiyyətindən hər hansı payın istifadəçiyə verilməsi kimi qiymətləndirilməməlidir. Həmin məbləğ istifadəçiyə mülkiyyətçinin hesabına yalnız müəyyən davamlı müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir.
43. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlillə ri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Yasinov Eynur İsayad oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 01 mart 2022-ci il tarixli, 2(105)-523/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.