Məhkəmə qərarları › İş №2(102)-371/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-371/2025

30.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-371/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözləri: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa olunmas ı, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2658/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı adına açılmış əmək kitabçasında əksini tapan məlumatlara əsasən o, xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası Ekilogiya və Təbii Sərvətlər nazirliyində müxtəlif peşə və vəzifələrdə işləmişdir.

2. İddiaçı 1 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X1 Mərkəzinə (X2 qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətə) təsərrüfat işləri üzrə apar ıcı mütəxəssis vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir.

3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 140/Ü saylı əmrlə, Azərbaycan Respublikasl Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin funksional tabeliyində fəaliyyət göstərən X1 Mərkəzinin yeni strukturu təsdiq edilmiş, Mərkəzin işçilərinin sayı 38 ştat vahidi müəyyən edilmişdir.

4. X1 Mərkəzinin strukturunun təkmilləşdirilməsi ilə bağlı işçilərlə birgə keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 16 fevral 2023-cü il tarixli iclasının protokoluna əsasən, iclasda 41 nəfər, həmçinin İddiaçı iştirak etmiş, Mərkəzin strukturunun təkmilləşdirilməsi ilə bağlı Nazirliyin xx.xx.2023-cü il tarixli, 140/Ü nömrəli əmrinə əsasən nəzərdə tutulmuş tədbirlərin görülməsi iclasın gündəliyini təşkil etmiş, Mərkəzin bütün işçilərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən rəsmi qaydada xəbərdarlıqlar paylanmasının tövsiyyə edilməsi qərara alınmış, qərarın lehinə 41 nəfər (yəni bütün iştirakçılar) səs vermişlər.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16 fevral 2023-cü il tarixli “işçilərin sayının və ya ştatların optimallaşdırılması ilə bağlı xəbərdarlıq”da göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 975 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək tapşırılmışdır. Bu məqsədlə X1 Mərkəzinin funksional fəaliyyəti araşdırı lmış və mövcud strukturun yenilənməyə ehtiyacı olduğunu və bu səbəbdən yenidən təşkilatlanmasını zəruri etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Mərkəzinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədi ilə struktur dəyişikliklərinin aparılacağı və mərkəzin yeni ştat cədvəlinə əsasən tutduğunuz vəzifənin əmək qanunvericiliyinə əsasən ləğv ediləcəyi nəzərinizə çatdırılır... Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığınız olduğu halda, xəbərdarlıq müddəti əvəzinə bu müddətə uyğun orta aylıq əmək haqqınız müvafiq misli məbləğini birdəfəyə ödəməklə müvafiq əsasla Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. Nəzərinizə çatdırırıq ki, xəbərdarlıq müddəti ər zində ixtisasınıza uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər qurumlarında mövcud olan müvafiq vakant yerlər müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləcəkdir. Bildirişin verilməsi üçün əsas: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 140/ü nömrəli, xx.xx.2023-cü il tarixli əmri.” Həmin bildirişlə tanış olması barədə iddiaçı bildirişə imza etmişdir.

6. Meşə xəstəlik və zərərvericiləri ilə mübarizə vəzifəsi üzrə 9 iyun 2023-cü il tarixli imtahan hesabatına əsasən, iddiaçı həmin vəzifə üzrə imtahanda keçid nisbəti 66 faiz olduğu halda 26,7 faizlik nəticə göstərərək, imtahandan keçməmişdir.

7. X1 Mərkəzinin müvəqqəti təyin edilmiş təsərrüfat işləri üzrə aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsin in “b” bəndinə əsasən, həmin tarixdə ləğv edilmiş, əmrin verilməsi üçün əsas kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 140/ü nömrəli, 14 fevral 2023-cü il tarixli əmri göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli, 219/K nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə (təssərrüfat işləri üzrə mütəxəssis) bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

9. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 1984-cü ildən 1994-cü ilədək keçmiş Qırmızı Oktyabr adına Sovxozda aqronom və s. vəzifələrdə işləyib, 20 iyun 2002-ci il tarixdən 13 iyun 2023-cü il tarixədək isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif idarələrində faziləsiz olaraq 21 il işləyib. Sonuncu iş yeri cavabdeh Xidmətdə olub və həmin idarədə təsərrüfat işləri üzrə aparıcı mütəxəssis vəzifəsində işləyib. 16 fevral 2023cü il tarixdə ona bildirilib ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Mərkəzinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə etdilməsini daha da təkmilləşdirmək məqsədilə struktur dəyişiklikləri aparılacaq, mərkəzin yeni ştat cədvəlinə əsasən tutduğu vəzifə əmək qanunvericiliyinə əsasən ləğv ediləcək və bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir. 13 iyun 2023-cü il tarixli, 219/K nömrəli əmrlə əmək müqaviləsinə xitam verilib. İ ddiaçı həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, 21 il fasiləsiz olaraq işlədiyi yerdə ixtisar olunmağının səbəbi əsaslandırılmayıb. Belə ki, məlum ixtisardan sonra cavabdeh təşkilatda ştat sayı azaldılmamış, əksinə artırılmışdır. Hal-hazırda isə xeyli sayda vakant vəzifə vardır. Həmin vəzifələr məhz onun bugünə qədər orada işlədiyi əmək funksiyalarına uyğundur. Cavabdeh qurum onu ixtisar edərək heç bir təcrübəsi olmayan işçiləri işə qəbul edir. İşəgötürənin işçilərin sayını ixtisar etmək hüququndan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. İxtisarın aparılmasının zəruriliyi əsaslandırılmalıdır. İşçilərin ixtisarı barədə qərar qəbul edilməsi üçün fəaliyyətin analizi aparılır, müzakirə olunur və bundan sonra hansı işçilərin ixtisar olunmasına zəru rət olduğu müəyyən edilir, müzakirə olunur və qərar verilir. Lakin iddiaçının ixtisar olunma məsələri üzrə cavabdeh qurumda, o cümlədən Həmkarlar təşkilatında hər hansı müzakirə yaxud araşdırmanın aparılması barədə ona məlumat verilməmişdir. Həmkarlar təşkilatının razılığı olmadan, müvafiq qərar qəbul edilmədən struktur dəyişikliyi ilə əlaqədar olaraq hər hansı bir işçinin işdən çıxarılmasına yol verilmir. Həmkarlar ittifaqının razılığı olsa belə, iddiaçının məlumatı olmamış, iclasda onun iştirakı təmin olunmamışdır. İddiaçı hesab etmişdir ki, onun uzun illər xidmət etməyinə baxmayaraq cavabdehin onun müqaviləsinə ixtisarla bağlı xitam verməsi və onunla eyni vəzifədə olan digər işçilərin başqa vəzifəyə keçirilməsi digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməlidir. Hesab edir ki, onun tutmuş olduğu vəzifənin ixtisara salınmış olması müvafiq nəticəyə gəlinməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərib ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməyib. Nazirliyin əmri ilə ştatların ixtisarı aparılmış, bu barədə iddiaçıya xəbərdarlıq edilmişdir. İddiaçının işdən azad edilməsinə səbəb onun imtahandan uğurlu nəticə əldə etməməsi olmamış, ştatların ixtisarı olmuşdur. Bundan başqa, bildirilir ki, iddiaçı işə götürülən zaman sosial məzuniyyətdə olan işçinin yerinə müvəqqəti olaraq götürülmüşdür. Buna görə də, iddianın heç bir əsası yoxdur, rədd edilməlidir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-5337/2024 nömrəli, 22 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim - Etibar Musatafayev) iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi ilk növbədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində işçilərin sayının və ştatların ixtisarının səbəbləri ilə bağlı qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 975 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək tapşırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 140/Ü saylı əmrə əsasən Azərbaycan Respublikasl Ekologi ya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin funksional tabeliyində fəaliyyət göstərən X1 Mərkəzinin yeni strukturu təsdiq edilərək, Mərkəzin işçilərinin sayı 38 ştat vahidi müəyyən edilmişdir. Nazirlikdə aparılmış struktur dəyişikliyi nəticəsində ştat cədvəli üzrə 47 işçi sayı olan Xidmətin strukturu dəyişdikdən sonra işçilərin sayı 38-ə endirilmişdir

13. Məhkəmə ixtisar barədə iddiaçıya edilən 16 fevral 2023-cü il tarixli xəbərdarlıq məktubuna, X1 Mərkəzinin strukturunun təkmilləşdirilməsi ilə bağlı Nazirliyin xx.xx.2023-cü il tarixli, 140/Ü nömrəli əmrinə əsasən nəzərdə tutulmuş tədbirlərin görülməsinə dair işçilərlə birgə keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 16 fevral 2023-cü il tarixli iclasında iddiaçının iştirak etməsinə, h abelə meşə xəstəlik və zərərvericiləri ilə mübarizə vəzifəsi üzrə 09 iyun 2023-cü il tarixli imtahan hesabatına görə iddiaçının həmin vəzifə üzrə imtahanda keçid nisbəti 66 faiz olduğu halda 26,7 faizlik nəticə göstərməsinə istinad etməklə gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququndan istifadə edərək, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırdığı halda, iddiaçı bunun əksini təsdiq edən dəlillər təqdim edə bilməmişdir. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini rəhbər tutub, habelə bu tələblərə uyğun aparılmış araşdırmanın nəticələrinə əsaslanmış, belə qənaətə gəlmişdir ki, iddia tələbi 13 iyun 2023-cü il tarixli, 219/K nömrəli əmrin ləğv edilməsi hissəsində əsassızdır və bu səbəbdən rədd edilməlidir.

14. Məhkəmə, iddia üzrə "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələblərinin törəmə tələb olduğunu və bu tələblərin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğv edilməsi" tələbinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia üzrə "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbləri də əsassızdır və bu səbəbdən rədd edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1 ci hissəsinin “ə” bəndinə, 70-ci maddənin b bəndinə, 71-ci maddəsinin 1-ci hissəsinə, 71-ci maddəsinin 3-cü hissəsinə, 77-ci maddəsinin 1-ci hissəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

17. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun tələbindən göründüyü kimi işəgötürən tərəfindən ixtisasları və peşə səviyyəsi eyni olan şəxslərdən işdə saxlanmasına üstünlük verilməli olan şəxslərin siyahısı qanunda birbaşa göstərilmiş və həmin şəxslərin sırasında müharibə iştiraçıları da ixtisar zamanı işdə saxılanmasına üstünlük verilən şəxslərə aid edilmişdir. İddiaçı 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır və buna görə müharibə veteranı vəsiqəsi verilmişdir. Buna baxma yaraq, işəgötürən qanunun tələbini pozaraq iddiaçını ixtisara salmış və bununla belə iddiaya etiraz edən cavabdeh hansı meyarlara görə işdə saxlanılmasına üstünlük verilən şəxslərin iddiaçı ilə müqayisədə daha yüksək səviyyədə olmalarını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını, o cümlədən iddiaçının ixtisara salınmasının qanunun tələblərinə uyğun olub-olmaması, onun işdə saxlanılan işçilərlə müqayisədə peşəkarlığının daha aşağı səviyyədə olmasının nə ilə sübut olunmasını araşdırmamış, əksinə iddaçının işdə saxlanılmasına üstünlük verilən şəxslərin siyahısında olmasını yəni, müharibə iştirakçısı olmasını nəzərə almamış, bu barədə qətnamədə qeyd belə etməmişlər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görü ndüyü kimi ixtisar zamanı qanunun tələbinə əməl edilməmiş, iddaçının həmkarlar ittifaqının iclasında iştirakı təmin edilməmiş, qeyd olunan iclasda guya 41 nəfərin içərisində iddiaçının da iştirak etməsi bildirilsə də, həmin sənəddən göründüyü kimi 41 nəfərdən sonra iddaçının da adı qeyd olunmuş, lakin sıra nömrəsi, yəni 42-ci olması belə göstərilməmişdir. Bu hal da qeyd olunan sənədin saxtalaşdırılması və sonradan tərtib olunmasını təsdiq edir. Bununla belə, birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının meşə xəstəlik və zərərvericiləri ilə mübarizə vəzifəsi üzrə xx.xx.2023-cü il tarixli imtahanda keçid balı 66 faiz olduğu halda, 26,7 faizlik nisbət göstərərək imtahanı keçməməsi göstərilsə də, qeyd olunmalıdır ki, iddiaçı qeyd olunan vəzifədə 7 ay müddətində işləmişdir və qanunun təl əbinə görə 1 ildən az müddətə müəyyən vəzifədə işləyən işçinin hətta attestasiyadan keçiriliməsi qadağan olunmasına baxmayaraq, iddiaçı qeyd olunan imtahana cəlb edilmişdir. Digər tərəfdən də, İddiaçı qeyd olunan İdarədə 21 ildən artıq müddət əmək fəaliyyəti ilə məşğul olmuş və işlədiyi müddət ərzində daim vəzifələrini layiqincə icra etmiş, buna görə də işlədiyi uzun müddət ərzində barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Beləliklə, iddiaçı ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən işdən çıxarılarkən qanunun tələbləri pozulmuş, birinci instansiya məhkəməsi isə işə baxarkən qeyd olunan maddi hüquq normalarını tətbiq etmədən, əsassız olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir.

18. İddiaçının vəsatətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixl i qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2024-cü il tarixli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş X1 Mərkəzinin sturukturunun təkmilləşdirilməsi ilə bağlı işçilərlə birgə keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak edən şəxslərin siyahısında və X1 Mərkəzində struktur dəyişikliyi ilə bağlı imtahanda iştirak edənlərin siyahısında İddiaçı adından olan imzalar İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat məbləğində müəyyən edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2658/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışinski (məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. Qeyd edilənlərə görə, sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fər qli əsaslar aşkar edilməmişdir.

22. Məhkəmə kollegiyası, iddiaçının müharibə iştirakçısı kimi Əmək Məcəlləsinin 78ci maddəsinə əsasən işçilərin ixtisarı zamanı üstünlüyünün nəzərə alınmadığı barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanunvericilik bu halı yalnız ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müharibə iştirakçılarına işdə saxlanmasına üstünlük verilməsini ehtiva edir. Hazırki mübahisə üzrə belə hallar müəyyən edilmədiyindən qanunvericiliyin bu tələbi tətbiq edilə bilməz.

23. Meşə xəstəlik və zərərvericiləri ilə mübarizə vəzifəsi üzrə imtahan hesabatından görünür ki, Xalıqov İltifat imtahanda 76.7 faiz nisbəti ilə uğurlu nəticə göstərmişdir. İddiaçı isə həmin vəzifə üzrə imtahanda 26,7 faizlik nəticə göstərərək, imtahandan keç məmişdir.

24. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab etmişdir ki, Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı qeyd olunan vəzifədə 7 ay müddətində işləmiş, yəni qanunun tələbinə görə bir ildən az müddətə həmin vəzifədə işləyən şəxs olmaqla, qanunsuz olaraq attestasiyadan keçirilmişdir. Bununla da, iddiaçının peşəkarlıq səviyyəsininin a şağı olması bəhanə edilərək, ştatların ixtisarı zamanı əsassız olaraq işdən çıxarılmışdır. Digər tərəfdən, iddiaçı müharibə iştirakçısıdır və Əmək Məcəlləsinin 80-cı maddəsinə əsasən ixtisar zamanı ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müharibə iştirakçılarının işdə saxlanmasında üstünlük hüququ var.

27. Apellyasiya instansiya məhkəməsi və birinci instansiya məhkəməsi sübutlara qiymət verərkən maddi hüquq normalarının tələblərini pozmuş, Əmək Məcəlləsinin 78-ci maddəsində qeyd olunduğu kimi, işdə saxlanmasına üstünlük verilməli olan şəxs olmasına baxmayaraq, bu halı nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

29. Maddə

2. A zərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri...

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;... prinsiplərinə əsaslanır.

30. Maddə

11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;... ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək;

2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.

31. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;...

32. Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə sə lahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür....

33. Maddə

76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

34. Maddə

77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir iləd ək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqın dan az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

35. Maddə

78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

36. Maddə

80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla i şəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

37. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgöt ürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər..... Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçü n o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəm əsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

51. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunda olan dəlilləri ilə bağlı məsələlər lazımi qaydada araşdırılmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbu l etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

52. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakılara qeyd etməyi zəruri sayır.

53. Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən işçilərin sayını və ya ştatlarını ixtisar etmək işəgötürənin hüquqlarından biridir. Bu hüquq işəgötürənin istehsalın optimallaşdırılması, yaranmış yeni şəraitə uyğun istehsalın səmərəliliyinin artırılmasını təmin etmək üçün iqtisadi qiymətləndirmə aparıb, işçilərin sayının və ştatların yeni çağırışlara uyğunlaşdırlması zəruriliyindən irəli gəlir. İşçilərin sayının və ya ştatının ixtisarı iş həcmi faktiki surətdə azaldıqda və bununla əlaqədar işçil ərin sayı azaldıqda işlərin ümumi həcmi saxlanılmaqla işçilərin vəzifələri yenidən bölüşdürüldükdə və nəticədə zəruri işçilərin sayı azaldıqda mümkündür. Bu hal, ixtisar edilən işçilərlə əmək müqaviləsinə xitam verilməsinə səbəb olrur.

54. İşəgötürənə işçilərin sayının və ştatların ixtisar edilməsi hüququ tanınmaqla yanaşı, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən çıxış etməklə işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Buna görə də işəgötürən tərəfindən əmək müqaviləsi həmin əsasla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir.

55. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə, ixtisarla bağlı əmək müqaviləsinə xitam verilməsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozulduğu və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalara riayət olunmadığı hallarda işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunmalı, məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.

56. İşə baxmış məhkəmələr də iddiaçıya münasibətdə ixtisarın aparılmasının qanuniliyini yoxlayaraq müəyyən etmişdir ki, işəgötürən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 975 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırm aq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək barədə tapşırığına uyğun olaraq, Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndində nəzərdə tutulmuş hüququndan istifadə etməklə, 14 fevral 2023-cü il tarixli, 140/Ü saylı əmrə əsasən Meşələrin İnkişafı Xidmətinin funksional tabeliyində fəaliyyət göstərən X1 Mərkəzinin yeni strukturunu təsdiq etmiş, Mərkəzin işçilərinin sayı 38 ştat vahidi müəyyən edilmiş, bununla bağlı iddiaçıya 16 fevral 2023-cü il tarixli məktubla xəbərdarlıq edilmiş, həmin məktubla iddiaçı tanış olaraq bildirişə imza etmişdir. Eyni zamanda X1 Mərkəzinin strukturunun təkmilləşdirilməsi ilə bağlı Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 16 fevral 2023-cü il tarixdə iclası keçirilmiş, iclasda 41 nəfər, o cümlədən iddiaçı iştirak etmiş, Mərkəzin b ütün işçilərinə Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən rəsmi qaydada xəbərdarlıqlar paylanmasının tövsiyyə edilməsi qərara alınmış, 41 nəfər qərarın leyhinə səs vermişlər.

57. Ştatların ixtisarı zamanı yaranan hüquqi vəziyyətlərdən biri - azalmış ştatlara namizəd olan əvvəlki işçilərdən hansının işdə saxlanmalı olmasıdır. Əmək Məcəlləsinin 78-ci maddəsi bu vəziyyəti tənzimləyərək əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçinin işdə saxlanmasını tələb edir. İşçinin peşəkarlıq səviyyəsini qiymətləndirmə hüququ işəgötürənə aiddir. Əgər işçilərin peşəkarlıq səviyyəsi eyni olarsa, bu zaman işəgötürən Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində işdə saxlanılmasına üstünlük verən imtiyazların sır a ardıcıllığına riayət etməklə onlardan birini işdə saxlamalıdır. Nəzərə alınmalıdır ki, bu cür üstünlük hüququ yalnız işçilərin peşəkarlıq səviyyəsi eyni olduğu halda araşdırıla bilər. Başqa sözlə işçilərin peşəkarlıq səviyyəsi fərqlidirsə, işəgötürən onların imtiyazlarını araşdırmadan peşəkarlıq səviyyəsi yüksək olan işçi ilə əmək münasibətlərini davam etdirməli, peşəkarlıq səviyyəsi az olan işçi ilə əmək müqaviləsinə xitam verə bilər.

58. İddiaçının müharibə iştirakçısı olduğuna görə işdə saxlanmasına üstünlük hüququ olduğu barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ixtisar zamanı işçinin müharibə işçisi olması faktı, özlüyündə onun işdə saxlanması üçün kifayət etmir. Bu üstünlük hüququndan irəli gələn hüquqi nəticə o zaman işə düşür ki, qalan ştatlar (iş yerləri) üçün bi r neçə namizəd olsun və onların ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olsun. Lakin baxılan işdən görünür ki, yeni ştat cədvəli üzrə uyğun ştata təyin olunmasından ötrü iki nəfər arasında peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün imtahan keçirilmiş və iddiaçı həmin vəzifə üzrə imtahanda keçid nisbəti 66 faiz olduğu halda 26,7 faizlik nəticə göstərərək imtahandan keçməmiş, digər işçi İltifat Xalıqov isə imtahanda 76.7 faiz nisbəti ilə uğurlu nəticə göstərmişdir.

59. Məhkəmə kolegiyası həmçinin kassatorun “qeyd olunan vəzifədə 7 ay müddətində işləmiş, yəni qanunun tələbinə görə bir ildən az müddətə həmin vəzifədə işləyən şəxs olmaqla, qanunsuz olaraq attestasiyadan keçirilmişdir” dəlilini də əsassız sayır. Çünki, Əmək Məcəlləsinin 9-cu fəslində nəzərdə tutulmuş işçiləri n və iş yerlərinin attestasiyasının keçirilməsinin məqsəd və qaydaları ilə, işçilərin ixtisarı ilə bağlı imtahan keçirilməsinin məqsəd və qaydaları fərqlidir.

60. Belə ki, Əmək Məcəlləsinin 64-cü maddəsinin 2-ci hissəsinə görə, işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir.

61. Əmək Məcəlləsinin 66-cı maddəsində bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilərin attestasiyası keçirilə bilməz.

62. Əmək Məcəlləsinin 78 -ci maddəsinin 1-ci hissəsində isə göstərilir ki, əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

63. Əmək müqaviləsinə xitam verilməsi əsasları və qaydalarını tənzimləyən 10-cu fəslində peşəkarlıq səviyyəsinin müəyyən olunması məqsədi ilə imtahana cəlb edilməsi, işçinin müəyyən müddətdə işləməsindən asılı edilməmişdir.

64. Kassatorun bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Çünki MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

65. Kassasiya icraatı faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2658/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar