Məhkəmə qərarları › İş №2(102)-3710/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3710/2019

27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3710/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı QSC-nin vəkili***iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli, 2(103)1058/2018 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim S.İ.Mayılov) 12 avqust 2016-cı il tarixli, 2(003)-302/2016 sa ylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, QSC İddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 07 sentyabr 2012-ci il tarixli 170/02/2328/12 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 MMC-dən 42.629,86 (qırx iki min altı yüz iyirmi doqquz) manat (səksən altı) qəpik məbləğində əsas borc, 16.310,95 (on altı min üç yüz on) manat (doxsan beş) qəpik məbləğində faiz borcu, 3000 (üç min) manat məbləğində cərimə borcunun tutulması, QSC İddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli 170/02/2952/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 MMC-dən 184.503,41 (yüz səksən dörd min beş yüz üç) manat (qırx bir) qəpik məbləğində əsas borc, 47.191,37 (qırx yeddi min yüz doxsan bir) manat (otuz yeddi) qəpik məbləğində faiz borcu, 8000 (səkkiz min) manat cərimə borcu, 30 manat məhkəmə üç ün və 20 (iyirmi) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 50 (əlli) manat məbləğində dövlət rüsümunu tutulması, Cavabdeh4 MMC-dən 12 noyabr 2013-cü il tarixli 170/02/2952/13 saylı kredit müqaviləsi üzrə tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş*** olan 0.12 ha torpaq sahəsində yerləşən 229.27 kv.m ümumi, 132.75 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 1533 saylı bağ evinə və*** olan 0.12 ha torpaq sahəsində yerləşən 1533a saylı bağ sahəsinə yönəldilməsi və həmin daşınmaz əmlaklar ümumilikdə 370000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) 27.03.2018-ci il tarixli, 2(103)-1058/2018 nömrəli qə tnaməsi ilə iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli qətnaməsi qismən – cavabdehlərin ipoteka predmeti olan bağ sahələrindən çıxarılmalarına dair iddianın təmin edilməməsinə dair hissədə və 04 sentyabr 2012-ci il tarixli müqaviləsi üzrə faiz borcunun və 12 noyabr 2013-cü il tarixli müqavilə üzrə faiz borcunun tutulması hissəsində ləğv edilmiş, həminhissələrdəiddiaqisməntəminolunmuş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X3 ipoteka predmeti olan*** olan 0.12 ha torpaq sahəsində yerləşən 229.27 kv.m ümumi, 132.75 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 1533 saylı bağ evinə və*** olan 0.12 ha torpaq sahəsində yerləşən 1533a saylı bağ sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində həmin yaşayış sahəsini tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin sahələrdən məcburi qaydada çıxarılsınlar. Cavabdeh “Cavabdeh4 MMC-dən 07 sentyabr 2012-ci il tarixli, 170/02/2328/12 saylı kredit müqaviləsi üzrə tutulan faiz borcunun məbləği 2348,20 manat, 12 noyabr 2013-cü il tarixli, 170/02/2952/13 saylı kredit müqaviləsi üzrə tutulan faiz borcunun məbləği isə 45697,76 manat müəyyən edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh “Cavabdeh4 MMC-dən tutularaq dövvlət büdcəsinə ödənilmməsi, qətnamənin apellyasiya şikayəti vermiş tərəflərə münasibətdə qalan hissəd dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2 və onun vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli qətnaməsind ən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı QSC İddiaçı cavabdehlər Cavabdeh4 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və X1rşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, QSC İddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 07 sentyabr 2012-ci il tarixli 170/02/2328/12 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 MMC-dən 52.629,86 (əlli iki min altı yüz iyirmi doqquz) manat (səksən altı) qəpik məbləğində əsas borc, 848,95 (səkkiz yüz qırx səkkiz) manat (doxsan beş) qəpik məbləğində faiz borcu, 3.168,66 (üç min yüz altmış səkkiz) manat (altmış altı) qəpik məbləğində cərimə üzrə borc, ümumilikdə isə 56.647,47 (əlli altı min alt ı yüz qırx yeddi) manat (qırx yeddi) qəpik məbləğində pulun tutulması, QSC İddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli 170/02/2952/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 MMC-dən 184.503,41 (yüz səksən dörd min beş yüz üç) manat (qırx bir) qəpik məbləğində əsas borc, 9.766,68 (doqquz min yeddi yüz altmış altı) manat (altmış səkkiz) qəpik məbləğində faiz borcu, 1.495,44 (min dörd yüz doxsan beş) manat (qırx dörd) qəpik məbləğində cərimə üzrə borc, ümumilikdə isə 195.765,53 (yüz doxsan beş min yeddi yüz altmış beş) manat (əlli üç qəpik) məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 62 (altmış iki) manat ipotekanm qeydə alınması üçün ödənilmiş, cəmi 92 (doxsan iki) manat məbləğində dövlət rüsumunun tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətini 228.000 (iki yüz iyirmi səkkiz min) manat məbləğində müəyyən etməklə Cavabdeh4 MMC-dən 12 noyabr 2013- cü il tarixli 170/02/2952/13 saylı kredit müqaviləsi üzrə tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş*** olan 0.12 ha torpaq sahəsində yerləşən 229.27 kv.m ümumi, 132.75 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 1533 saylı bağ evinə və*** olan 0.12 ha torpaq sahəsində yerləşən 1533a saylı bağ sahəsinə yönəldilməsi və daşınmaz əmlakların açıq hərracdan satılması, bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, Cavabdeh1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı tələbinin həcmini artıraraq, QSC İddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 07 sentyabr 2012-ci il tarixli 170/02/2328/12 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 MMC-dən 42629,86 (qırx iki min altı yüz iyirmi doqquz) manat (səksən altı) qəpik məbləğində əsas borc, 16.310,95 (on altı min üç yüz on) manat (doxsan beş) qəpik məbləğində faiz borcu, 10.174,57 (on min yüz yetmiş dörd) manat (əlli yeddi) qəpik məbləğində cərimə borcu, ümumilikdə isə 69.115,38 (altmış doqquz min yüz on beş) manat (otuz səkkiz) qəpik məbləğində və 12 mart 2016-cı il tarixindən başlayaraq əsas borcun ödənilməsi anma kimi hər gün üçün 5,92 (beş) manat (doxsan iki) qəpik məbləğində pulun tutulması, QSC İddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli 170/02/295 2/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 MMC-dən 184.503,41 (yüz səksən dörd min beş yüz üç) manat (qırx bir) qəpik məbləğində əsas borc 47.191,37 (qırx yeddi min yüz doxsan bir) manat (otuz yeddi) qəpik məbləğində faiz borcu, 45.221,16 (qırx beş min iki yüz iyirmi bir) manat (on altı) qəpik məbləğində cərimə borcu, ümumilikdə isə 276.915,94 (iki yüz yetmiş altı min doqquz yüz on beş) manat (doxsan dörd) qəpik məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 62 (altmış iki) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 92 (doxsan iki) manat məbləğində dövlət rüsumunun və 12 mart 2016-cı il tarixdən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər giin üçün 25,62 (iyirmi beş) manat (altmış iki) qəpik məbləğində pulun tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətini 228.000 (iki yüz iyirmi səkkiz min) manat məbləğində müəyyən etməklə Cavabdeh4 MMC-dən 12 noyabr 2013- cü il tarixli 170/02/2952/13 saylı kredit müqaviləsi üzrə tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş*** olan 0.12 ha torpaq sahəsində yerləşən 229.27 kv.m ümumi, 132.75 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 1533 saylı bağ evinə və*** olan 0.12 ha torpaq sahəsində yerləşən 1533a saylı bağ sahəsinə yönəldilməsi və daşınmaz əmlakların açıq hərracdan satılması, bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, X3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İd diaçı QSC İddiaçı iddia ərizəsini və əlavəsini onunla əsaslandırmışdır ki, QSC İddiaçı-nin "xxxx" filialı ilə (bundan sonra mətndə Bank) Cavabdeh4 MMC arasında 07 sentyabr 2012-ci il tarixdə kredit verilməsi haqqında 170/02/2328/12 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh4 MMC-yə illik 18 faiz ödənilməsi şərti ilə 6 ay müddətinə 100.000 manat məbləğində və 12 noyabr 2013-cü il tarixdə 170/02/2952/13 saylı kredit müqaviləsi bağlanmış, bu müqavilə üzrə Bank tərəfindən Cavabdeh4 MMC-yə 18 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh4 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan*** olan 0.12 ha torpaq sahəsində yerləşən 229.27 k v.m ümumi, 132.75 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 1533 saylı bağ evini və*** olan 0.12 ha torpaq sahəsində yerləşən 1533a saylı bağ sahəsini 12 noyabr 2013-cü il tarixdə 170/02/2952/13 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir (qeydiyyat tarixi: 14.11.2013; qeydiyyat nömrəsi: ********** və qeydiyyat tarixi: 14.11.2013; qeydiyyat nömrəsi: **********). Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh4 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımmca icra etməmiş və bunun nəticəsində 07 sentyabr 2012-ci il tarixli 170/02/2328/12 saylı kredit müqaviləsi üzrə Banka 52.629,86 (əlli iki min altı yüz iyirmi doqquz) manat (səksən altı) qəpik məbləğində əsas borc, 848,95 (səkkiz yüz qırx səkkiz) manat (doxsan beş) qəpik məbləğində faiz borcu, 3.168,66 (üç m in yüz altmış səkkiz) manat (altmış altı) qəpik məbləğində cərimə üzrə borc, ümumilikdə isə 56.647,47 (əlli altı min altı yüz qırx yeddi) manat (qırx yeddi) qəpik məbləğində borcu və 12 noyabr 2013-cü il tarixli 170/02/2952/13 saylı kredit müqaviləsi üzrə Banka 184.503,41 (yüz səksən dörd min beş yüz üç) manat (qırx bir) qəpik məbləğində əsas borc, 9.766,68 (doqquz min yeddi yüz altmış altı) manat (altmış səkkiz) qəpik məbləğində faiz borcu, 1.495,44 (min dörd yüz doxsan beş) manat (qırx dörd) qəpik məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 195.765,53 (yüz doxsan beş min yeddi yüz altmış beş) manat (əlli üç qəpik məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin 5.1.6-cı bəndinin tələbinə görə "Kreditor"un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hal larda vurulmuş zərərin əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Eyni müqavilələrin 5.4.9-cu bəndinə əsasən müqavilə şərtlərini tam və vaxtında icra etmək "Borc alan"ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh4 MMC-yə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri Cavabdeh4 MMC tərəfmdən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, Bankın "xxxx" fılialı ilə Cavabdeh2 arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli 170/02/2952/13 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tu tma yönəltmək hüququ vardır. Həmin müqavilənin 4.2.8-ci bəndində isə göstərilir ki, "Borc alan"m kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə, "İpoteka saxlayan"ın ipoteka predmetinə ödəniş yönəltməsi üçün zəruri şəraitin təmin edilməsi və bunun icrası ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi "İpoteka qoyan"ın vəzifəsidir. 12 noyabr 2013-cü il tarixli 170/02/2952/13 saylı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmetlərinin dəyəri 228.000 (iki yüz iyirmi səkkiz min) manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Hazırkı mülki iş 2014-cü ilin oktyabr ayından məhkəm ənin icraatındadır və borclu Cavabdeh4 MMC tərəfmdən kredit müqavilələri üzrə ödənişlər həyata keçirilmir. Eyni zamanda cavabdeh borclu tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 və onun vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə hüquqi qiymət verməmişdir ki, iddiaçıya ödənilmiş pul vəsaitləri kredit üzrə əsas borcun azaldılmasına yönəldilməyib, əksinə həmin vəsait bank tərəfindən borcun həddindən artıq şişirdilmiş faizlərin və cərimələrin silinməsinə sərf olunmuşdur. Məhkəmə nəzərə almalıdır ki, borcun yaranmasının səbəbi dünyada baş vermiş qlobal maliyyə böhranının nəticəsində bizneslə məşğul olan şəxslərin müvəqqəti maliyyə çətinlikləri ilə bağlı olmuşdur. Cavabdeh2 mülkiyyətində olan*** olan 0,12 ha torpaq sahəsində yerləşən 1533a saylı bağ sahəsi və 229,27 kv.m2 ümumi, 132,75 m2 yaşayış sahəsindən ibarət olan 5 otaqlı 1533 nömrəli bağ evi onun və orada yaşayış yeri üzrə qeydiyyatda və ahıl yaşında olan, hazırda heç yerdə işləməyən təqaüdçü valideynlərinin yeganə yaşayış yeridir. Bundan başqa, iş materi allarında olan müstəqil qiymətləndiricinin rəyindən görünür ki, daşınmaz əmlakın qiyməti real bazar qiymətindən aşağı müəyyən edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı QSC-nin vəkili ***kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azər baycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, QSC İddiaçı-nin "xxxx" fılialı ilə Cavabdeh4 MMC (borcalan) arasında bağlanmış 170/02/2328/12 Saylı 07 sentyabr 2012-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən, bank, borc alana 6 ay müddətinə, illik 18 %-lə, 100000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Borcalan kreditin əsas məbləğini və hesablanmış faizləri hər təqvim ayının 07 günü olmaqla hissələrlə ödəməyi və müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədikdə gecikdirilmiş məbləğin 36 %-i miqdarında cərimə ödəcəyinə və d vermişdir. QSC İddiaçı-nin "xxxx" filalı ilə Cavabdeh4 MMC (borcalan) arasında bağlanmış 170/02/2328/12 saylı 07 sentyabr 2012-ci il tarixli kredit müqaviləsinə 04 sentyabr 2013-cü il tarixli 2 saylı əlavə sazişin surətinə əsasən, tərəflər müqaviləyə bankın borc alana 24 ay müddətinə, 75000 manat məbləğində kredit verməsinə dair dəyişiklik etmişlər. QSC İddiaçı-nin "xxxx" fılialı ilə Cavabdeh4 MMC (borcalan) arasında bağlanmış 170/02/2952/13 saylı 12 noyabr 2013-cü il tarixli kredit müqaviləsinin surətinə əsasən, bank, borc alana 24 ay müddətinə, illik 18 %-lə, 200000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Borcalan kreditin əsas məbləğini və hesablanmış faizləri hər təqvim ayının 12 günü olmaqla hissələrlə ödəməyi və müqavilə üzrə üzrə öhdəliklərini lazımi qaydada icra etm ədikdə gecikdirilmiş məbləğin 36 %-i miqdarında cərimə ödəcəyinə vəd vermişdir. QSC İddiaçı-nin "xxxx" fılialı (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış 170/02/2952/13 saylı 12 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsinin surətinə əsasən,*** olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 229.27 kv.m ümumi, 132.75 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli 1533 saylı fərdi yaşayış evi və*** olan 1533a saylı bağ sahəsi, 170/02/2952/13 saylı 12 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 228000 manat müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX Ng ******* saylı çıxarışın surətinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1533a saylı bağ sahəsi, torpaq sahəsinin 170/02/2952/13 saylı 12 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay miiddətinə QSC İddiaçı-nin "xxxx" fılialının xeyrinə ipoteka ilə yüklü edilməsi 14.11.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX Ne ******* saylı çıxarışın surətinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1533 saylı bağ evi və 0,12 ha torpaq sahəsinin 170/02/2952/13 saylı 12 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə QSC İddiaçı-nin "xxxx" fılialının xeyrinə ipoteka ilə yüklü edilməsi 14.11.2013cü il tarixdə qeydiyyata alınmış dır. QSC İddiaçı-nin hesabdan 11 mart 2016-cı il tarixli 15/4014 saylı çıxarışına əsasən, Cavabdeh4 MMC-nin 170/02/2328/12 saylı 07 sentyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 42.629,86 manat əsas borc, 16.310,95 manat faiz borcu, 10.174,57 manat cərimə borcu olmaqla cəmi 69.115,38 manat yaranmışdır, 12 mart 2016-cı il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün MM-in 445.7-ci maddəsinə əsasən 5% hesabına 5,92 manat hesablanır. QSC İddiaçı-nin hesabdan 11 mart 2016-cı il tarixli 15/4015 saylı çıxarışına əsasən, Cavabdeh4 MMC-nin 170/02/2952/13 saylı 12 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 184.503,41 manat əsas borc, 47.191,37 manat faiz borcu, 45.221,16 manat cərimə borcu olmaqla cəmi 276.915,94 manat yaranmışdır, 12 mart 2016 -cı il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün MM-in 445.7-ci maddəsinə əsasən 5% hesabına 25,62 manat hesablanır. QSC İddiaçı-nin 11/6602 saylı 24 sentyabr 2014-cü il tarixli bildirişinin surətinə əsasən, Bank 170/02/2952/13 saylı 12 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün tələbin ipoteka ilə yüklü edilmiş*** olan 0.12 ha torpaq sahəsində yerləşən 1533 saylı və 0.12 ha torpaq sahəsində yerləşən 1533a saylı bağ sahəsinə yönəldilməsinə başlandığı ipoteka qoyanın nəzərinə çatdırmışdır. QSC İddiaçı-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanladığı 11/6693 saylı 26 sentyabr 2014-cü il tarixli ərizəsinin surətinə əsasən, QSC İddiaç ı*** olan 0.12 ha torpaq sahəsində yerləşən 229.27 kv.m ümumi, 132.75 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 1533 saylı bağ evinə tutmanın yönəldilməsinə dair 24 sentyabr 2014-cü il tarixdə ipoteka qoyana çatdırılmış bildirişin qeydə alınmasını xahiş etmişdir. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən verilmiş 16/E-05V saylı 05 iyul 2016-cı il tarixli rəyə əsasən,*** olan 0.12 ha torpaq sahəsində yerləşən 229.27 kv.m ümumi, 132.75 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 1533 saylı bağ evinin bazar dəyəri 250000 manat, likvid dəyəri (ilkin satış dəyəri) 220000 manat;*** olan 0.12 ha torpaq sahəsində yerləşən 1533a saylı bağ sahəsinin bazar dəyəri 120000 manat, likvid dəyəri (ilkin satış dəyəri) 110000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpert iza Mərkəzinin 22 yanvar 2018-ci il tarixli, 1339 saylı rəyinə əsasən Cavabdeh4xxxx“QSC Bank Standart” KB-yə olan borcu 07.09.2012-ci il tarixli, 170/02/232812 saylı kredit müqaviləsi üzrə 07.09.2014cü il tarixə əsas borc üzrə 51608,89 manat, faiz borcu üzrə 2348,20 manat, 11.03.2016-cı il tarixə əsas borc üzrə 43253,11 manat, faiz borcu üzrə 3195,92 manat; 12.011.2013-cü il tarixli, 170/02/2952/13 saylı kredit müqaviləsi üzrə 12.11.2015-ci il tarixə əsas borc üzrə 184503,41 manat, faiz borcu üzrə 45697,76 manat, 11.03.2016-cı il tarixə əsas borc üzrə 184503,41 manat, faiz borcu üzrə 48747,19 manat təşkil edir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Məcəllə nin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, k reditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya la zımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edi lməməsi borclunun icranı gecikdirməsi sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun tutulması və bunun təmin edilməsi üçün tutmanı n ipoteka predmetinə yönəldilməsinə dair tələbi əsaslı olaraq təmin etmişdir. Belə ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ da yaranmışdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında kredit-ipoteka müqavilələrindən irəli gələn münasibətlər yarandığından həmin hissədə iddia tələbinin qanuni əsasını “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsi təşkil edir. Qeyd ol unan maddəyə görə isə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşin yuxarıda müəyyən olunmuş hallarından da göründüyü kimi mübahisəli mənzil məhz kreditin qaytarılması üçün ipotekaya qoyulmuşdur. İpoteka qoyan və onun ailə üzvləri isə ipoteka müqaviləsi bağlanılarkən üzərlərinə notariat qaydasında öhdəlik götürmüşlər ki, ipoteka qoyulmuş evə tutmanın yönəldilməsi haqqında bildiriş verildiyi andan borc öhdəliyi yerinə yetirilməzsə ən geci bir ay ərzində mənzili könüllü tərk edəcək və qeydiyyatdan çıxacaqdır. Birinci instansiya məh kəməsi isə qanunvericiliyin yuxarıda göstərilən tələbinə əməl etməyərək iddiaçının mübahisələndirdiyi hissədə iddianın təmin olunmaması nəticəsinə gəlmişdir. Məhkəmə kolegiyası hesab edir ki, ipoteka qoyan və onun ailə üzvləri*** olan 0.12 ha torpaq sahəsində yerləşən 229.27 kv.m ümumi, 132.75 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 1533 saylı bağ evindən və*** olan 0.12 ha torpaq sahəsində yerləşən 1533a saylı bağ sahəsinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin sahələrdən çıxarılmalıdırlar. İddiaçının isə hazırkı tələbi irəli sürmək üçün suybektiv hüququ vardır və o, müqavilədən və qanundan irəli gələn hüquqlarını həyata keçirmək üçün haqlı olaraq cavabdehlərə qarşı həmin tələbi irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə müəyyən məbləğdə ödənişin edildiyi nəzərə alındığında məhkəmə tərəfindən cərimə məbləği ağlabatan və ədalətli həddədək azaldılmışdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmətərəfindənhaqlıolaraqcavabdehtərəfinmənafeyini, əmlakvəziyyətinivəkreditorqarşısındaöhdəlikləriniicraetməkniyyətindəolmasınınəzərəalmış dır. Cavabdehtərəfindənprosessualhüquqlarınıhəyatakeçirməsiisəöhdəliklərinicrasınınləngidil məsikimibaşadüşülməməlidir. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki h üquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Göründüyü kimi cavabdeh etdiyi ödənişləri həmişə razılaşdırılmış ödəniş cədvəlinə uyğun etmədiyindən gecikdirilməklə edilmiş ödənişlər düzgün olaraq onun həmin tarixə olan vəziyyət üzrə ilk növbədə cərimə və faiz borcunun ödənilməsinə, daha sonra əsas kredit borcunun ödənilməsinə yönəldilmişdir. Bu, həm tərəflərin arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən, həm də, Mülki Məcəllənin 432.4-cü maddəsindən irəli gəlir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizanın nəticəsinə görə kredit müqaviləsi üzrə cavabdehin 07.09.2014-cü il tarixə əsas borc üzrə 51608,89 manat, faiz borcu üzrə 2348,20 manat, 11.03.2016-cı il tarixə əsas bor c üzrə 43253,11 manat, faiz borcu üzrə 3195,92 manat; 12.11.2013-cü il tarixli, 170/02/2952/13 saylı kredit müqaviləsi üzrə 12.11.2015-ci il tarixə əsas borc üzrə 184503,41 manat, faiz borcu üzrə 45697,76 manat, 11.03.2016-cı il tarixə əsas borc üzrə 184503,41 manat, faiz borcu üzrə 48747,19 manat olması müəyyən edilir. Mülki Məcəllənin istinad olunan maddəsinə görə isə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, keçirilmiş ekspetizanın nəticəsinə görə təqdim olunmuş rəydə 07.09.2012-ci il tarixli müqavilə üzrə 11.03.2016-cı il tarixə əsas borcu 51608,89 manat, müqavilə müddətinin sonuna, yəni 07.09.2014-cü il tarixə faiz borcu 2348,20 manat, 12.11.2013-cü il tarixli müqavilə üzrə 11.03.2016-cı il tarixə əsas borcun məbləği 184503,41 manat, müqavilə müddətinin sonuna, yəni 12.11.2015-ci il tarixə faiz borcu 45697,76 manat olması müəyyən edilmişdir. Müəyyən edildiyi kimi həmin müqavilələr üzrə faiz məbləğləri tələb olunan məbləğlərdən az, 07.09.2012-ci il tarixli müqavilə üzrə əsas borc məbləği tələb olunan məbləğdən çoxdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 218-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, məhkəmə tərəfindən iddia tələbi yalnız irəli sürülmüş tələblər həcmində yoxlanılır və tələbdən kənara çıxılma sına yol verilmir. Bu baxımdan müqavilə üzrə tələb olunan əsas borc məbləği iddia tələbində göstərilən həddə, faiz məbləğləri isə keçirilmiş ekspertiza rəyinə uyğun olaraq hesablamış məbləğlər həddində müəyyən edilməsi ədalətli və ağlabatan hesab olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf məhkəmə kollegiyasını sonuncu iclasında iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Lakin həmin ekspertizanın keçirilməsinə əsas olan və rəylə razılaşmanın mümkün olmamasını əsaslandıran sübutları məhkəmə təqdim etməmişdir. Məhkəmə kollegiyası düzgün olaraq qeyd etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasına mümkün ola biləcək bütün sənədlər təqdim olunmuş və həmin sənədlər əsasında ekspertiza rəyi tərtib olunmuşdur. Hazırkı və ziyyətdə isə həmin sənədlərdən əlavə sənədlərin olması müəyyən edilmir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verərərkən düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində ipoteka predmetinin ilkin satış qiymətinə dair müstəqil qiymətləndirici rəyi alınmış və həmin rəyə uyğun fərdi yaşayış evinin ilkin satış qiymətini müəyyən edilmişdir. İpoteka predmetlərinin dəyərinin daha artıq olmasına dair iş materiallarında hər hansı sübut mövcud deyil, cavabdeh tərəf də Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən qiymətin daha çox olmasını göstərsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməməklə etirazınının əsasını təşkil edən dəlillər üzrə sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir.Belə olan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iş üzrə keçirilmiş qiymətləndirmə rəyinin mötəbərliyini şübhə altına ala biləcək hər hansı bir hal müəyyən edilmədiyindən ipoteka predmetinin ilkin satış qiymətinin həmin rəy əsasında müəyyən edilməsi qanunidir. Digər tərəfdən qeyd edilməlidir ki, kassator mülkiyyətində olan əmlakı könüllü surətdə ipotekaya qoymaqla üzərinə öhdəlik götürdüyündən, qanunvericilik həmin əmlakın valideynlərinin yeganə yaşayış yeri olması əsası ilə borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsinin qarşısını ala biləcək hal kimi nəzərdə tutmamışdır. Borcun düzgün silinməməsi ilə bağlı dəlilə dair də kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirilməsi ilə razılaşaraq, qeyd edir ki, cavabdeh etdiyi ödənişləri həmişə razılaşdırılmış ödəniş cədvəlinə uyğun etmədiyindən gecikdirilməklə edilmiş ödənişlər düzgün olaraq onun həmin tarixə olan vəziyyət üzrə ilk növbədə cərimə və faiz bo rcunun ödənilməsinə, daha sonra əsas kredit borcunun ödənilməsinə yönəldilmişdir. Bu, həm tərəflərin arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə, həm də, Mülki Məcəllənin 432.4-cü maddəsinə uyğundur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli, 2(103)-1058/2018 nömrəli qətnaməsi kassatora aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar