Məhkəmə qərarları › İş №2(102)-3710/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3710/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3710/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) X5 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Nağıyev Ağakişi Qüdrət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1686/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.Mustafayeva) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən, məruzəçi), E.Məmmədov və F.Babayev, 2(103)11905/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1686/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı “sığortalının ölümü ilə əlaqədar yaranmış kredit borcunun kredit verənə ödənilməsi öhdəliyinin «xxxx» ASC-nin üzərinə qoyulması və sair” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC-nin üzərinə sığortalının ölümü ilə əlaqədar yaranmış 3253,44 manat kredit borcunun kredit verən “xxxx”a ödənilməsi öhdəliyinin və zami nlik müqaviləsinə əsasən, sığorta hadisəsindən sonra zamin tərəfindən xx xxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018ci il tarixə kimi kredit borcuna ödənilmiş 1084,48 manat pulun sığortaçıdan-“xxxx” ASC-dən alınıb zaminə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı2 apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların hazırkı tələbi irəli sürməyə subyektiv hüquqa malik olmamaları barədə məhkəmələrin gəldiyi qənaət əsaslı deyil. Sığortaçının sığo rta hadisəsi halları ilə əlaqədar “xxxx” ASC ilə ayrılıqda heç bir müstəqil müqaviləsi yoxdur. Həmin müqavilədə faydalanan şəxs kimi “xxxx” ASC göstərilsə də iddiaçıların sığorta məbləğini tələb etməyə hüquqları çatır. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Nağıyev Ağakişi Qüdrət oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqı nda lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassas iya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İşin faktikii halları ilə müəyyən edilmişdir ki, “xxxx” ASC ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, bank X2 illik 29,84% hesablanmaqla 36 ay müddətinə 3.200 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə X3 (borcalan) və İddiaçı1(zamin) arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, zamin xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcalan X1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. “xxxx” ASC və sığortalı X3 arasında imzalanmış xx.xx.2017-cı il tarixli, PHS/F-053 saylı kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, bu sığorta müqaviləsi ilə sığortalının istənilən səbəbdən ölümü halına sığorta təminatı verilmiş, sığorta müddəti xx.xx.2017-ci il saat 00:01-dən xx.xx.2018-ci il saat 00:00-dəkdir, sığorta məbləği 669,33 manatdır, sığorta hadisəsi baş verdikdə, borc qalığının həcmi üzrə Faydalanan şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyəti müəyyən edilmişdir. Cəlilabad rayon İHB-nin Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 907966 saylı xx xxxxxx 20 18-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2017-ci il tarixdə diabetik koma, şəkərli diabet səbəbindən Cəlilabad rayonunun Ağusəm kəndində ölmüşdür. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1.-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyə n zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; Məcəllənin 899.1.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı formada tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Müəyyən edilmişdir ki, “xxxx” ASC və sığortalı X3 arasında imzalanmış xx.xx.2017ci il tarixli, PHS/F-053 saylı kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinə əsasən, sığorta hadisəsi baş verdikdə, borc qalığının həcmi üzrə Faydalanan şəxs “xxxx” ASC hesab edilir. Göründüyü kimi, sığorta ödənişinin tələb edilməsi hüququ “xxxx” ASC-yə məxsusdur. İddiaçıların sığorta ödənişinin tələb edilməsi ilə bağlı subyektiv hüquqları mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan başqa iddiaçılar banka ödənilməmiş qalmış kredit məbləğin, zamin tərəfindən ödənilmiş bütün vəsaitin sığorta şirkəti tərəfindən ödənilməsini tələb edirlər. Bununla bağlı qeyd edilməlidir ki, sığorta şəhadətnaməsində sığorta məbləği cəmi 669,33 manat razılaşdırılmışdır. Ona görə sığorta şirkəti ölənin borcunu qarşılamış olsa belə müqavilədə göstərilən sığorta məbləğində ödəniş edə bilər. Bütün kredit borcunun və zamin tərəfindən dənilmiş vəsaitin sığorta şirkətindən tutulmas ı tələbi hər bir halda əsaslı deyil. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası iddiaçılar müvafiq subyektiv hüquqa, yəni, cavabdehdən sığorta ödənişinin verilməsini tələb etmək hüququna malik olmamaları barədə apellyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşır. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğuru r. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar