Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3711/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh4, vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və X qarşı “etibarnamənin və müqavilələrin etibarsız hesab edilməsinə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və X qarşı “etibarnamənin və müqavilələrin etibarsız hesab edilməsinə dair iddiası təmin edilmiş, etibar edən İddiaçı adından etibar edilən X2 verilmiş X təsdiq olunmuş 09.02.2018-ci il tarixli 7E-3643 reyestr nömrəli 689029 saylı etibarnamənin etibarsız hesab edilməsi, satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmaqla Bakı şəhəri 11 saylı Notariat Kontorunda təsdiq olunmuş 16.02.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqları n Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına Bakı şəhəri Xətai rayonu Əhmədli yaşayış sahəsi M.Hadi küçəsi 80 saylı evin B girişinin 66 saylı mənzilinə dair verilmiş 19.02.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh4 arasında bağlanmaqla Bakı şəhəri 53 saylı Notariat Kontorunda təsdiq olunmuş 19.02.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh4 adına Bakı şəhəri Xətai rayonu Əhmədli yaşayış sahəsi M.Hadi küçəsi 80 saylı evin B girişinin 66 saylı mənzilinə dair verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xətai rayonu Əhmədli yaşayış sahəsi M.Hadi küçəsi 80 saylı evin B girişinin 66 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və Cavabdeh1 Cavabdeh4 xeyrinə 93500 manat pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və İ.Kərimli) Xətai rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi Hacıyev Cavabdeh1 onun xeyrinə tutulan pul məbləği hissəsində dəyişdirilərək, Cavabdeh1 Cavabdeh4 xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 120.700 (yüz iyirmi min yeddi yüz) manat məbləğində pulun tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cav abdeh4 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və X qarşı etibarnamənin və müqavilələrin etibarsız hesab edilməsi və sair tələblərə dair iddia verərək, X1 adına verilən, Bakı şəhəri 9 saylı DNK tə rəfindən təsdiq edilmiş 09.02.2018-ci il tarixli etibarnamənin, həmin etibarnamə əsasında Cavabdeh2 Cavabdeh1 ilə bağladığı və 16.02.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh4 satılmasına dair 19.02.2018-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi, mənzil üzərində iddiaçının mülkiyyət hüququnun bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq he sab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisə edilməyən hallarına görə iddiaçı Bakı şəhəri M.Hadi küçəsi 80 saylı evin 66 saylı mənzilin mülkiyyətçisidir. İddiaçı 09.02.2018-ci il tarixli etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi 09.04.2018-ci il tarixədək X2 etibar etmişdir. İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış 15.02.2018-ci il tarixli mənzilin alqısatqısına dair ilkin müqaviləyə əsasən tərəflər satıcı İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Əhmədli yaşayış sahəsi M.Hadi küçəsi 80 saylı evin giriş B 66 saylı mənzilini alıcıya 120000 manata satılması barədə gələcəkdə alqı- satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmiş, satıcı mənzili 120000 manata qiymətləndirmiş, alıcı həmin məbləğin 117000 manatını notariusun bankda olan depozit hesabı vasitəsilə satıcıya ödəmiş, satış qiymətindən qalan 3000 manatı mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. İlkin müqaviləni satıcı İddiaçı əvəzindən etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. Bundan sonra satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış 16.02.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri Xətai rayonu Əhmədli yaşayış sahəsi M.Hadi küçəsi 80 saylı evin giriş B 66 saylı mənzilini alıcıya 120000 manata satmışdır. Müqaviləni satıcı İddiaçı əvəzindən etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. Müqavilə əsasında X mülk iyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra satıcı X alıcı Cavabdeh4 arasında bağlanmış 19.02.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Xətai rayonu Əhmədli yaşayış sahəsi M.Hadi küçəsi 80 saylı evin giriş B 66 saylı mənzilini alıcıya 93500 manata satmışdır. Müqavilə əsasında Cavabdeh4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bununla yanaşı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan mənzilə dair İddiaçı Cavabdeh2 hər hansı bir məzmunda etibarnamə verməmiş, Cavabdeh2 həmin etibarnaməni 53 saylı notariat kontorunun notariusu və əməkdaşlarının səhlənkarlığı nəticəsində əldə etmişdir. Həmçini n apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının adından Cavabdeh2 etibarnamə verilməsini və bundan sonra baş verən hüquqi nəticələrin təşkilatçısı X olmuşdur. Baş vermiş hallarla bağlı sonuncu barəsində cinayət işi qaldırılmışdır. Göründüyü kimi mənzilin iddiaçıya məxsus olması, onun adından X adına saxta etibarnamə rəsmiləşdirilməsi, saxta etibarnamə ilə mənzilin Cavabdeh1 X adına rəsmiləşdirilməsi, sonuncunun Çıxarış alan günü (19.02.2018-ci il) mənzili Cavabdeh4 satması işin müəyyən edilmiş hallarıdır. Mənzili sonuncu dəfə satın alan Cavabdeh4 bağladığı alqı-satqı müqaviləsinin etibarsız əqd olub-olmaması, əqd etibarsız hesab olunduğu təqdirdə qaytarılmalı olan pulun məbləği işin mübahisəli hallarıdır. Əqdlərin etibarsızlığını tənzimləyən Mülki Məcəllənin 337.1-ci m addəsinə görə isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İşin halları ilə müəyyən edilir ki, X mənzili öz adına rəsmiləşdirməsi ilə onu Cavabdeh4 satması cəmi bir neçə gün ərzində baş vermişdir. X Çıxarışı əldə edən gün mənzili Cavabdeh4 satmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu hal, yəni mübahisəli mənzilə dair mülkiyyət hüququnu təsbit edən çıxarışın verildiyi gün X Cavabdeh4la alıqısatqı müqviləsi bağlaması sonuncuya hüquq verirdi ki, X əsl mülkiyyətçi olub-olmadığını yoxlasın. Lakin X bu halı yoxlamadan mübahisəli mənzilə dair alıq-satqı müqaviləsini bağlamışdır və ona görə də vicdanlı alıcı sayılmamalıdr. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və Cavabdeh4 vicdanlı alıcı olub-olmaması il ə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 140-cı maddəsinin tələbinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddəninin məzmunundan göründüyü kimi qanunverici reyestrdəki qeydə inanmaqla əqd əsasında əşyanı adına qeyd aparılmış şəxsdən əldə edən şəxs vicdanlı əldə edən sayılır. Eyni zamanda qanunverici iki halda bu qaydadan kənar istisna əsas müəyyən edir.
1. Əldə edən şəxsin əqd bağladığı ana münasibə tdə reyestrdəki qeydə dair etiraz reyestrə əlavə edilsin.
2. Əldə edən şəxs əqd əsasında əşyanı özgəninkiləşdirən şəxsin adına reyestrdə aparılmış qeydin qeyri-dəqiq olmasını bilsin. İşin hallarından göründüyü kimi mübahisəli mənzilə dair X Cavabdeh4 arasındakı alıq-satqı müqaviləsi 19.02.2018-ci il tarixdə bağlanmışdır və məhz həmin tarixdə daşınmaz əmlakın dövlət reyestri orqanı X mənzilə mülkiyyət hüququnu reyestrə daxil etmiş və bunu təsdiq edən çıxarış vermişdir. Həmçinin Cavabdeh4 apellyasiya instansiyası məhkəməsinə verdiyi izahatlarından görünür ki, sonuncu mənzilin X tərəfindən satılmasından internet vasitəsi ilə məlumat almış, bundan sonra X tanış olmuş və mənzili almamışdan əvvəl 1 ay ərzində 4 dəfə həmin mənzildə olmuşdur. Eyni zamanda Cavabdeh4 bildirmişdir ki, o mənzildə ol arkən həmin mənzildə təmir işləri getmişdir. Əvvəla Cavabdeh4 X əvvəllər tanımadığını, onunla mübahisəli mənzil barəsində internetdə verilmiş elan vasitəsi ilə tanış olduğunu iddia etsə də, o, bu hala dair iş materiallarına hər hansı bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa mənzili almamışdan əvvəl 1ay ərzində 4 dəfə həmin mənzildə olması barədə Cavabdeh4 izahatı onu təsbit edir ki, Cavabdeh4 X mənzili almaq məqsədi ilə həmin mənzildə olan vaxt sonuncu mübahisəli mənzi lin mülkiyyətçisi olmamışdır. Ona görə də X mənzilə dair mülkiyyət hüququnun qeydə alındığı gün Cavabdeh4la alqı-satqı müqaviləsi bağlaması onu təsbit edir ki, sonuncu X adına mübahisəli mənzilə dair reyestrdə aparılmış qeydin qeyri-dəqiq olduğunu bilirdi və yaxud bilməli idi. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Cavabdeh4 vicdanlı alan hesab etməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respub likası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 noyabr 2018-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.