Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3711/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3711/2023 (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan mübahisələr) 18 sentyabr 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X12 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasıda” dair ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4360/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadından Ərizəçi (Vəkil1) və maraqlı şəxs Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətlərinə 18 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.1965-ci il tarixli, 9066 nömrəli müqaviləyə əsasən Nardaran qəsəbəsindəki 0,19 ha torpaq sahəsi olan 232b nömrəli bağ X6 (iddiaçının atası) istifadəsi üçün icarəsinə verilmişdir. 1968-ci il tarixli aktda bağ sahəsinin nömrəsi 232a/2 52 kimi qeyd olunmuşdur. xx.xx.1970-ci il tarixli aktda isə bağ sahəsinin nömrəsi 232b kimi qeyd olunmuşdur. 2. 14.08.1981-ci il tarixdə X13 9066 nömrəli müqavilə ilə onun icarəsinə verilmiş 252 nömrəli bağ sahəsinin nömrəsinin 900 nömrəyə dəyişdirilməsini xahiş etmiş, bundan sonra xx.xx.1981-ci il tarixdə yenidən müqavilə bağlanmış və Nardaran qəsəbəsində yerləşən 0,19 ha bağ sahəsi X6 istifadə üçün icarəsinə verilmişdir.
3. X14 və X9 tərəfindən X2 və İstismarı Birliyinə ünvanlanmış 18 sentyabr 2004-cü il tarixli ərizələrə əsasən onlar Nardaran qəsəbəsində yerləşən X10 məxsus 900-905 saylı bağın qardaşları Ərizəçi adına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Arayışa əsasən 9066 müqavilə ilə 0,19 ha torpaq sahəsi olan 900 nömrəli bağın icarədarı X13 vəfat etmişdir və onun oğlu Ər izəçi həmin bağın onun adına keçirilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X2 və istismarı Birliyi ilə Ərizəçi arasında Nardaran ərazisindəki bağın istifadəyə verilməsi haqqında bağlanmış 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı 900 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində 0,19 hektar torpaq sahəsi olan 900 №-li bağı müqaviləsində göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə Ərizəçi istifadəsinə verilmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1873/2017 nömrəli, 31 avqust 2017-ci il tarixli qərarına əsasən X4 və İstismarı Birliyi tərəfindən 01 oktyabr 2007-ci il tarixli, 9066 saylı müqavilə ilə əriz əçiyə ayrılmış torpaq sahəsinin naturada müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəsini almışdır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-583/2019 nömrəli, 07 may 2019-cu il tarixli qərarına əsasən iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sxematik xəritə ilə uyğunsuzluq aradan qaldırılmaqla bağ sahəsinə dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərar qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci insta nsiya məhkəməsində icraat:
7. Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasıda” dair ərizə ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X2 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsinin 905 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Ərizəçi verdiyi ərizəni onunla əsaslandırmışdır ki, X2 və İstismarı Birliyi ilə atası X15 arasında bağlanmış 12 may 1989-cu il tarixli, 58 nömrəli müqavilə ilə 900-905 saylı bağ sahəsi X11 ayrılmışdır. X15 vəfat etdikdən sonra 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilə ilə sözügedən bağ sahəsi ona verilmiş və müqavilədə bağın nömrəsi 900 olaraq göstərilmişdir. Belə ki, X2 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsi səhvən 905 yox 900 olaraq göstərilmişdir. O, Sabunçu rayonu, Nardaran qəsəbəsinin bağlar massivində yerləşən X2 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilə ilə Ərizəçi ayrılmış torpaq sahəsinin naturada müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1873/2017 nömrəli, 31 avqust 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərar, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək bununla bağlı məhkəməyə xx.xx.2018-ci il tarixli **********29 saylı məktub ünvanlanmış və həmin məktubda da qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv əsaslarında X2 və İstismarı Birliyi tərəfindən xx.xx.2004-cü il tarixli 9066 saylı müqavilə ilə Ərizəçi ayrılmış bağ sahəsi 905 kimi yox, 900 saylı bağ kimi qeyd olunmuşdur. Vətəndaşın iddia etdiyi bağ sahəsi elektron baza məlumatlarına əsasən 905 saylı bağın ərazisidir. Daha sonra o, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 905 saylı bağ sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Lakin iddia tələbi təmin edilməmişdi r, həmin qərardan verilən apellyasiya şikayəti də təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən ərizəçi izahat verərək qeyd etmişdir ki, X2 və İstismarı Birliyi ilə X15 arasında bağlanmış 12 may 1989-cu il tarixli, 58 nömrəli müqavilə ilə 900-905 saylı bağ sahəsi X11 ayrılmışdır. X15 vəfat etdikdən sonra 01 sentyabr 2004-cü il tarixli, 9066 saylı müqavilə ilə sözügedən bağ sahəsi ona verilmiş və müqavilədə bağın nömrəsi 900 olaraq göstərilmişdir. Belə ki, X2 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsi səhvən 905 yox 900 olaraq göstərilmişdir. Ona görə də X2 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsinin 905 olması faktının müəyyən e dilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, o iş materiallarına 12 may 1989-cu il tarixli müqavilə əlavə etmişdir. Həmin müqaviləni onun atası bağlamış və orada bağ sahəsinin nömrəsi 905 olaraq göstərilmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X7 izahatında bildirmişdir ki, əvvəl bu vətəndaşların 2017-ci ildə 1 saylı Bakı Ərazi İdarəsinə qarşı naturada bölünmə tələbinə dair işləri İnzibati Məhkəmədə olub və Ali Məhkəməyə qədər gedib. Sonda iddiaları təmin olunmuşdur. Onlar da həmin ərazinin yerləşdiyi yeri göstərmişlər və çıxarış verilməsi zamanı məlum olmuşdur ki, onların əvvəlki müqavilələrində bağın nömrəsi 900-905 yazılmışdır. Maraqlı şəxsin nümayəndəsi ərizənin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. 11. 1 s aylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********63 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,19 hektar torpaq sahəsi olan 232b saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X5 ilə X13 arasında xx.xx.1965-ci il tarixli 9066 saylı müqavilə bağlanılmışdır. Arxiv qovluğunda olan 1968-ci il tarixli aktda bağ sahəsinin nömrəsi 232a/252, cizgidə isə 252 kimi göstərilmişdir. 1970-ci il tarixli aktda isə 232b kimi göstərilmişdir. Daha sonra X1 bağ sahəsinin nömrəsinin səhv yazılması barədə X3 ünvanladığı xx.xx.1981-ci il tarixli ərizəsinə və mühəndislər tərəfindən tərtib edilmiş xx.xx.1981-ci il tarixli akta əsas ən bağ sahəsinin yeni nömrəsi 900 olmuşdur. Belə ki, 0,19 ha-dan ibarət olan 900 saylı bağ sahəsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X13 arasında xx.xx.1981-ci il tarixli 9066 saylı müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş xx.xx.2004-cü il tarixli ərizəsi əsasında sözügedən bağ sahəsi ərizəçinin adına keçirilmiş və onunla 900 saylı bağ sahəsinə dair xx.xx.2004-cü il tarixli 9066 saylı müqavilə bağlanılmışdır. Həmçinin ailə üzvlərinin 18 sentyabr 2004-cü il tarixli ərizələrində mərhumun adına olan bağın nömrəsi 900-905 kimi göstərilmişdir. Lakin ərizəçinin adına 905 saylı bağ sahəsinin ayrılmasına dair hər hansı sənəd arxiv qovluğunda aşkar olunmamışdır.
12. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1772/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) ərizə təmin edilmiş, X2 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsinin 905 olması faktı müəyyən edilmişdir.
13. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ilkin olaraq ərizəçinin atası X13 ilə 1965-ci ildə Nardaran qəsəbəsində 0,19 hektar torpaq sahəsində onunla 9066 nömrəli müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən bağın nömrəsi 232b kimi müəyyən edilmişdir. Daha sonra 1968-ci ildə akt imzalanmış və həmin akta əsasən bağın nömrəsi 232b-dən 252-ə dəyişdirilmişdir. Növbəti 1970-ci ildəki aktda bağın nömrəsi 252-dən 232b-yə dəyişdirilmişdir. Son olaraq ərizəçinin atası X6 vəfat etməsi ilə onun oğlu Ərizəçi ilə 2004-cü ildə müqavilə ba ğlanmışdır və həmin müqavilədə bağın nömrəsi yanlış olaraq 900 olaraq qeyd olunmuşdur. Belə ki, ərizəçi X2 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsinin 900 deyil 905 olması faktını başqa şəkildə təsdiq edə bilmədiyindən həmin faktın məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən mübahisəli bağın yerləşdiyi yer müvafiq sənədlərə əsasən 900 nömrəli yox 905 nömrəli bağ ilə eynidir. İlkin olaraq ərizəçinin mərhum atası X13 ilə 1965-ci ildə bağlanmış 9066 nömrəli müqaviləyə əsasən onun istifadəsinə verilmiş 232b nömrəli bağ hal-hazırkı 905 nömrəli bağdır. Həmçinin məhkəmə iclasında uzun illərdir ərizəçinin istifadəsində və sahibliyində olan Nardaran qəsəbəsində yerləşən bağın məhz 905 nömrəli bağın olması öz təsdiqini tapmışdır.
15. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 307.1, 307.2, 307.2.11, 311-ci maddələrinə istinadla əsaslandırmışdır. Birinci instansiya məhkəməsində maraqlarına toxunan şəxsin işə cəlb edilməsinə dair icraat:
16. Birinci instansiya məhkəməsinin qətnaməsindən Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlarına toxunan şəxs qismində ərizə təqdim edərək, onların qətnamə ilə maraqlarına toxunan şəxs qismində tanınmalarını və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizələrinin təmin edilməsi xahiş edilmişlər. Ərizəyə apellyasiya şikayəti əlavə edilmişdir.
17. Ərizə onunla əsaslandırılmışdır ki, qə tnaməsində məhkəmə Ərizəçi adına olan 9066 saylı müqaviləsi ilə Sabunçu rayonunun Nardaran qəsəbəsində 900 saylı bağı 905 saylı olması faktını müəyyən etmişdir. Hal-hazırda Ərizəçi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək 904, 904A və 900 yerinə 905 (təbiətdə olmayan) işarə olunan bağların naturada müəyyən edilməsini və onların bağlarından çıxardılmasını tələb edir. 2011 ilin dekabr ayında onların bağda bir ay olmadığı müddətdə Ərizəçi və arvadı Nümayəndə tərəfindən onların bağının yarısı 900 saylı bağ kvadrat formada və ölçüdə zəbt olunmuşdur və məhz 900 saylı bağ kimi ƏMK DƏDRX 1 saylı Ərazi İdarəsindən özəlləşdirməyə yəni 900 saylı bağa reyestrdan çıxarış və plan ölçüləri almağa cəhd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası əvvəlcədən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində 2(008)-3339/2012 saylı iş üzrə qətnaməsindən verilmiş apellyasiya şikayətinə əsasən 2(103)-1108/2013 nömrəli işi üzrə onların xeyirlərinə, yəni cavabdeh Ərizəçi tərəfindən qanunsuz tikilən hasarın onun hesabına sökülməsi və Nardaran bağ massivində 904/904A bağ sahəsinin boşadılması haqqında qətnamə qəbul etmişdir. 2013-cü ildə onların bağlarında qanunsuz Nümayəndə tərəfindən tikilmiş hasar icraçılar vasitəsi ilə sökülüb onlara təhvil verilmişdir. 2011-ci ilin dekabr ayına qədər nə Ərizəçi, nə də onların bağının yarısını zəbt edən sonrakı 20 (iyirmiyə) yaxın olan müxtəlif səviyyəli məhkəmə proseslərində nümayəndəsi olan arvadı heç vaxt ƏMK DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən onlara indiki təzə təqdim olan (satılan) 905 saylı bağ sahəsində, 300 metr aralıqda yerləşən öz 900 saylı bağlarında heç vaxt olmamışdırlar.
18. Qətnamə maraqlarına toxunan şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 ərizəyə baxılan zaman məhkəmə iclasında izahatlarında bildirmişlər ki, aprelin əvvəlində onlara Sabunçu Rayon Məhkəməsindən bildiriş gəlib ki, buradakı iş üzrə də, həmin iş üzrə də iddiaçılar artıq özəlləşdirilmiş yerlərini müəyyən etmək istəyirlər və elə bilirlər ki, onları yerlərindən çıxararaq onların yerlərində yerləşdirməlidirlər. Onların sənədlərinə baxandan sonra görmüşlər ki, Yasamal Rayon Məhkəməsinin adı qeyd olunur. Keçən il xüsusi icraat qaydasında iş olub və 900 nömrəli yer 905 olub. Bir neçə il bundan qabaq da bir iş olmuşdu və qarşı tərəf onların yerlərini 900 nömrəli yer kimi tutmuşdu. Halbuki 900 nömrəli yerlə 905 arasında 300 metr məsafə var. 2011-ci ilin dekabrında ərizəçi onların yerlərini tutmuşdur. Onlar cəmi 1 ay müddətdə anası vəfat etdiyi üçün orada olmamışlar. Gələndə görmüşlər ki, hasar tikilir. O vaxt onların ərazisi “Montində” yerləşirdi, əməkdaşlar orada işləyirdilər. Onlara demişlər ki, artıq sənədləri özəlləşdirmək üçün Torpaq Komitəsinə veriblər. Sənədlərə baxdıqda görmüşlər ki, onların ərazisi tutulub. Onun çıxarışı var. İddiaçının yeri 900 nömrəlidir. Rəşad Aslanov onun qardaşıdır. O, isə Rəşadın qəyyumudur.
19. Ərizəçinin nümayəndəsi Nümayəndə isə məhkəmə iclasında bildirmişdir ki, qarşı tərəf bütün Nardarana şikayət ərizəsi yazıb və bütün yerlərin onların olmasını iddia edirlər. Ərizəçinin atası ilə onun qayınatası yerləri kvadrat formada bölmüşlər. Onlar gəlib tikmiş, lakin qarşı tərəf razı olmamış, onların hasarlarını sökdürmüşlər. Sonra ekspert gətirmişdir. Burada olmadığı müddətdə eşitmişdir ki, bütün hasar sökülüb, darvaza sökülüb, hamısını tullayıblar. Məsələ budur ki, onlar 2017-ci ildə özlərinə çıxarış alıblar. Onların nömrəsi 904 idi və 12 sot və 7 sot sahələri var idi. Orada 60-70 sot yer var və o yer 1960-cı ildən onların yerləridir. İndi deyirlər ki, sizin yeriniz 900-dür. Onun qayınatası hərbi həkim polkovnik olub. Ona bu evi hökumət verib, pulla almamışlar. Onların ərazisi hamısı həkimlərindir. Onlar bilməmişlər ki, həmin ərazidə mübahisə var.
20. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1772/2022 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı ilə (hakim Orxan Məmmədli) iş üzrə Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlarına toxunan şəxs qismində tanınmış, onlar tərəfindən verilmiş ötürülmüş pr osessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilmiş, həmçinin, onlar tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
21. Qətnamədən qətnamə maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş etmişlər.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəçidən onun vəfat etmiş atası Ağa Abasov, ərizəçinin özü Ərizəçi (birinci bağ atasına ayırılanda iddiaçının 13 yaşı var idi) və ya nümayəndəsi olan arvadı Nümayən də bağların heç olmazsa birində olub-olmadığını soruşmamışdur. Araşdırmamışdır ki, bu sadalanan bağ nömrələri eyni bir bağın yox, ayrı-ayrı yaşayış məntəqələrdə yerləşən bağların nömrələridir və ərizəçinin atası Ağa Abasov əvvəl Türkan qəsəbəsində yerləşən 232 saylı bağa gedib gəlməyə çətinlik olması səbəbdən Nardaran qəsəbəsində yerləşən 252 bağa dəyişmək xahiş etmişdir. Sonra da 252 nömrəsi guya səhv olduğdan məhz özü 900 nömrə ilə işarələməyə xahiş etmişdir. İş materiallarına əlavə olan 12 may 1989-cu il tarixli müqavilədə isə nə bağın nömrəsi, nə təşkilatın adı, nədəki müqavilənin mövzüsu yazılmamışdır. Ərizəçi və arvadı Nümayəndə tərəfindən 2011-ci ilin dekabr ayı ərzində maraqlı şəxslər bağda cəmi bir ay olmayanda onların ailələrinə məxsus olan 904 və 904A saylı özəl bağların bir his sələrini məhz 900 saylı konfiqurasiyada və ölçüdə zəbt etmişdirlər. 2012-ci ilin yanvar ayında qeyd olan bağlar Ərizəçi tərəfindən 900 saylı bağ (sxemi, ölçüsünə uyğun) kimi zəbt edilib özəlləşdirməyə təqdim olumuşdur. Qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası əvvəlcədən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3339/2012 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxmış 2(103)- 1108/2013 nömrəli iş üzrə maraqlı şəxslərin xeyrinə, yəni cavabdeh Ərizəçi tərəfindən qanunsuz tikilən hasarın onun hesabına sökülməsi və Nardaran bağ massivində 904/904A bağ sahəsinin başaldılması barədə qətnamə qəbul etmişdir. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi bu iş üzrə məhkəmənin sorğusunu cavablandıranda bu faktı gizlədir. 2 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 2-1(82)-1873/2017 nömrəli, 31 avqust 2017-ci il tarixli qərarı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək bununla bağlı məhkəməyə xx.xx.2018-ci il tarixli **********29 saylı məktub ünvanlanmış və həmin məktubda da qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv əsaslarında X2 və İstismarı Birliyi tərəfindən xx.xx.2004-cü il tarixli 9066 saylı müqavilə ilə Ərizəçi ayrılmış bağ sahəsi 905 kimi yox, 900 saylı bağ kimi qeyd olunmuşdur. Vətəndaşın iddia etdiyi bağ sahəsi elektron baza məlumatlarına əsasən 905 saylı bağın ərazisidir. Yenə də Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi xx.xx.2018-ci il tarixli **********29 saylı məktubu qeyd edəndə məktuba əlavə olunan Abasovalar iddia etdikləri yerin koordinatlarını Yasamal Rayon Məhk əməsinə təqdim etmir, çünki koordinatlar 2012-ci ildə Abasovlar tərəfindən bizim bağlarının yarısını zəbt olunan hissənin koordinatlarıdır, kvadrat formasındadır və konfiqurasiya ilə 300 metrə aralı yerlaşən 900 saylı bağın konfiqurasiyanı təkrarlayır. Deməli Abasovlar bu illər ərzində heç bir yerdən nəinki istifadə ediblər heç yerlərini bilmirlər. Bəlkə də yaxşı bilirlər, sadəcə gedib “öz 900 saylı bağlarını boşaldmaq” onlara sərf etmir və onlar eyni bir müqavilə ilə bir neçə bağı əldə etmək niyyətindədirlər. Bu faktlardan heç birini nəzərə almadan məhkəmə 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə X2 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsinin 905 olması faktını müəyyən edir. İddia olan ərazinin ərizəçiyə məxsus olmadığında n, heç vaxt istifadəsində olmadığından və mübahisəli olduğundan, sözü gedən xüsusi icraat qaydasında verilmiş “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizə Yasamal Rayon Məhkəməsində baxılmamalıdır. Buna görə həmin qətnamə qanunsuzdur və ləğv olunmalıdır.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4360/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və işin icraatına işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İş üzrə icrada dönüş edilərək, adı çəkilən qətnamə əsasında Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, 905 saylı bağ sahə si üzərində X8 adına aparılmış dövlət qeydinin ləğv edilməsi qərara alınmışdır.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi hazırda X2 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004-cü il tarixli 9066 saylı müqavilədə bağın nömrəsinin 905 olması faktının müəyyən edilməsini tələb etsə də, məhkəmə qaydasında müəyyən edilməsini xahiş etdiyi hüquqi əhəmiyyətli faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair hər hansı sübut təqdim etməmişdir. Qanunvericiliyin tələbinə əsasən, ərizəçi hazırki məsələ ilə bağlı əvvəlcə aidiyyəti üzrə səlahiyyətli orqana, yəni Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etməlidir. Həmçinin qətnamə icra olunduğu üçün onun icrasında dönüş də həyata keçirilməlidir. 2
5. Apellyasiya instansiya məhkəməsi kollegiyası gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 261.0.1, 236-1.1, 308.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
26. Qərardaddan ərizəçi (vəkili Vəkil1) və maraqlı şəxs (vəkili Vəkil2) kassasiya şikayətləri vermişlər.
27. Ərizəçi (vəkili Vəkil1) kassasiya şikayətində, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, 905 saylı bağ sahəsi üzərində onun adına adına aparılmış dövlət qeydinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
28. Ərizəçinin kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsinin qərardadı əsaslandırılmamışdır. Apellyasiya şikayətini n qismən təmin edilmə səbəbi kimi məhkəmə formal mülahizələrə əsaslanmış və iş üzrə hüquqi əhəmiyyət kəsb edən faktlara və sənədlərə qiymət verməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1772/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsinin Maraqlı şəxs2 və Maraqlı şəxs3 hansı maraqlarına toxunmasını göstərən heç bir sübut işə əlavə edilməmişdir. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, 905 saylı bağ sahəsinin ərizəçinin atası Ağa Abbasovun olmasını, onun ölümündən sonra həmin torpaq sahəsinin ərizəçinin mülkiyyətinə keçməsini və ərizəçinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun olması hallarını nəzərə almayaraq, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, 905 saylı bağ sahəsi üzərində ərizəçinin adına aparılmış dövlət qeydini ləğv etmişdir.
29. Maraqlı ş əxs (vəkili Vəkil2) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
30. Maraqlı şəxsin kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 905 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə ərizəçinin adına qeydiyyatdan keçmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə mübahisəsi dövründə elə hesab etmişdir ki, müvafiq qeydiyyat məhkəmə qərarı əsasında aparılmışdır. Lakin işi araşdırmadan, müvafiq sorğular vermədən yanlış nəticəyə gəlmiş, məhkəmə qərardadının qərara aldı hissəsində “İş üzrə icrada dönüş edilərək, adı çəkilən qətnamə əsasında Bakı şəhəri S abunçu rayonu Nardaran qəsəbəsi, 905 saylı bağ sahəsi üzərində ərizəçinin adına aparılmış dövlət qeydi ləğv edilsin” kimi nəticəyə gəlmişdir. Halbuki ərizəçinin adına dövlət reyestrində aparılmış qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində göstərilmiş hüquqmüəyyənedici sənəd əsasında aparılmışdır. (X2 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilə). Birinci instansiya məhkməsinin qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır və qətnamədə həmin qətnamə əsasında qeydiyyatın aparılmalı olması ilə bağlı heç bir qeyd yoxdur. Müvafiq qətnamə yalnızca İdarə tərəfindən 905 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar ərizəçinin müraciəti zamanı nəzərə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən məhkəmə qərarları hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas olaraq qeyd edilsə də, nəzərə alınmalıdır ki, “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” ilə əlaqədar iddia tələbləri üzrə qəbul edilmiş məhkəmə qərarları özlüyündə müvafiq faktların məhkəmə tərəfindən tanınmasını nəzərdə tutduğundan və bu faktların tanınmasının İdarə üzərinə öhdəlik qoyulmadığını nəzərə alsaq, həmin qərarlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas ola biləcək qərar deyil. 905 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması birbaşa olaraq ərizəçinin İdarəyə müraciəti əsasında həyata keçirilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
31. Qətnamə maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 ərizəçi və maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.
36. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
37. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
38. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
39. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
40. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
41. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyün ü təsdiq edən sübutlar göstərilməlidir.
42. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
43. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegi yalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə ərizəçi və maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən ed ilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz.
53. Lakin hüquqi faktın müəyyən olunması barədə işlər üzrə ərizəçilər də tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Belə sübutlar mübahisəli, ziddiyyətli və yetərli olmadığı halda məhkəmələrin həmin ərizələri təmin etməməsi prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz.
54. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaq la, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.
56. Kassasiya şikayətlərinin apellyasiya instansiyası məhkəməsinin işin icraatına xitam verilməsi barədə gəldiyi nəticənin düzgün olmaması barədə dəlilləri əsassızdır.
57. İşdə olan ərizədən görünür ki, ərizəçi X2 və İstismarı Birliyi tərəfindən verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsinin 905 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işl ər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 5
9. Həmin qərarın 1.7-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.
60. Həmin qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlan masını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır.
61. Apellyasiya instansiyası məhkəməsi də Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına istinadən iş üzrə icraata düzgün olaraq xitam vermişdir.
62. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
63. Adı çəkilən və apelyasiya instansiyası məhkəməsinin də istinad etdiyi qanunvericilik norması hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəç i həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər.
64. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlinən nəticəni və tətbiq edilən prosessual hüquq normaları ilə razılaşır. Gəlinən nəticə qanunvericiliyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında şərh edilən hüquqi mövqeyə uyğun olmuşdur.
65. Bu baxımdan məhkəmə kollegiyası ərizəçinin kassasiya şikayətini əsasız hesab edir. Çünki qeyd edilən dəlillər işin icraatına xitam verilməli olmamasını təkzib edən dəlillər yox, işə mahiyyəti üzrə baxıldığı halda ərizənin təmin edilməsinə yönələn dəlillərdir. Kassasiya baxışının predmet ini isə ərizəyə məhkəmədə mahiyyəti üzrə baxılıbbaxılmamalı olması təşkil edir.
66. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, maraqlı şəxsin kassasiya şikayətinin işin icraatına xitam verilməsinin əsassız olması barədə dəlili ilə yanaşı, iş üzrə icrada dönüş edilərək, qətnamə əsasında Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, 905 saylı bağ sahəsi üzərində ərizəçinin adına aparılmış dövlət qeydinin ləğv edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz olması barədə dəlilləri əsassızdır.
67. Belə ki, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qə rardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır (MPM-nin 236-1.1-ci maddəsi).
68. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Maraqlı şəxs Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4360/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.