Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3713/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)6706/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.B.Axundov, iş № 2(004)-298/2019) İddiaçı İKB ASC-nin Cavabdeh Əliaəhməd qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh İddiaçı İKB-nin xeyrinə 2014-cü il 17 noyabr tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 11.215,66 ABŞ dolları, faiz borcu üzrə 7465,60 ABŞ dolları, cərimə üzrə 20 ABŞ dolları, cəmi 18.701,26 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması qət edilmişdir. Həmin qətnamə ilə tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9A MKR, X1 yerləşən, 3 otaqlı, 66.08 kv.m ümumi, 38.65 kv.m yaşayış, 27.43 kv.m yardımçı sahədən ibarət 47 nömrəli evin 63 nömrəli mənzilinə yönəldilmiş və mənzilin açıq hərracdan satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh İddiaçı İKB-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 100.000 manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 9A MKR, X1 yerləşən, 3 otaqlı, 66.08 kv.m ümumi, 38.65 kv.m yaşayış, 27.43 kv.m yardımçı sahədən ibarət 47 nömrəli evin 63 nömrəli mənzilənə tutma yönəldikdən və satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, iş üzrə ödənilmiş 30 m anat dövlət rüsumunun 3.10%-i, yəni 96 qəpiyinin iddiaçıya aid edilməsi, qalan 96.90%-i, yəni 29,6 manat ödənilmiş məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı İKB-yə ödənilsi, qalan hissədə iddanın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev) İddiaçı İKB ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli qətnaməsi İddiaçı İKB-yə münasibətdə mübahisələndirilən hissədə dəyişdirimədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 25 faiz olmaqla 60 ay müddətinə 45.800 A BŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus N saylı evin 63 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavəyə əsasən kredit faizinin dərəcəsi 22 faizə endirilmişdir. 2018-ci ilin sentyabr ayında İddiaçı İKB ASC iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 19.300,93 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkə mə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçı “xxxx” ASC qətnamədən kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Bank ilə borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bank borcalan Cavabdeh illik 25 faiz dərəcəsi ilə, 60 ay müddətinə 45.800 ABŞ dolları məbləğində kredit vermişdir. Bundan sonra tərəflər arasında əldə olunmuş razılığa əsasən kreditin faiz məbləği 22 faizə endirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xi dmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank, iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Bank tərəfindən təqdim edilmiş “Maliyyə arayışından” görünür ki, xx.xx.2018-ci il tarixə cavabdehin Banka olan əsas kredit borcu 11.333,10 ABŞ dolları, faiz borcu 7709,44 ABŞ dolları, cərimə borcu üzrə 258,39 ABŞ dolları, ümumilikdə 19,300,39 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə əsas borc məbləğinə faizlər pulun verilmə müddəti bitənədək hesablana bilərdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli rəydən isə görünür ki, əsas kredit borcu 11.215, 66 ABŞ dolları, faiz borcu 7465,60 ABŞ dolları təşkil edir. Rəydə hesablanma mexanizmi və metodikası göstərildiyindən və ekspertin rəyini şübhə altına ala biləcək sübutlar məhkəməyə təqdim edilmədiyindən apelyasiya instansiyası məhkəməsi rəyi mötəbər sübut kimi qəbul etmiş və hesab etmişdir ki, rayon məhkəməsi də bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Hə mçinin apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsində təsbit olunmuş səlahiyyətindən çıxış edərək hesab etmişdir ki, iddiaçı Bankın cərimə (dəbbə) borcunun tutulması barədə tələbi qismən təmin edilməli və cavabdehdən tutulacaq dəbbə pulu iddiaçı Bankın tələb etdiyi 258,39 ABŞ dolları məbləğində deyil, 20 ABŞ dolları məbləğində müəyyən edilməli və Bankın xeyrinə tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi qanunun həmin normalarının müddəalarına əsaslanaraq bankın iddia tələbini qismən təmin etmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşı lıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kasasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3713/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3713/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver