Məhkəmə qərarları › İş №2(102)-3713/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3713/2025

23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3713/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün preyudisiallığı) 23.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 01 sentyabr 2025-ci il tarixli, 2(108)130/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsin in inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Sədərək Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 1(088)-11/2024 nömrəli hökmünə əsasən Cavabdeh özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə, vahid niyyətlə əhatə olunan qəsdlə Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan X1 məxsus 2 ədəd təxminən 45 manat dəyərində “Saklivadi” zeytun yağını, 1 ədəd 1 kq təxminən 7 manat dəyərində pendirini, 1 blok təxminən 35 manat dəyərində “Parlament” siqaretini, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan İddiaçı məxsus 9180 manat pulunu və Şərur rayon Alışar kənd sakini X2 məxsus deməsinə görə ümumilikdə 110 manat dəyərində 2 ədəd “Saklivadi” zeytun yağını, 2 ədəd 1 kq pendirini 25 yanvar 2024-cü il tarixində Sədərək rayonu ərazisində yerləşən X5 Məntəqəsində gizli olaraq talamaqla oğurluq etmiş, yuxarıda adları qeyd olunan şəxslərə ümumilikdə 9416 manat maddi ziyan vurmuşdur. Həmin əməllərə görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4cü maddəsi ilə təqsirli bilinərək, 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9180 manat pulun və 111,80 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının həmkəndlisi X1 5400 ABŞ dolları verərək onu Türkiyə Respublikas ında türk lirəsinə çevirərək gətirməyi xahiş etmişdir. X1 verdiyi 5400 ABŞ dolları götürərək Türkiyə Respublikasına keçirmiş, 5400 ABŞ dolları Türkiyə lirəsinə çevirərək, pulu idarə etdiyi **-BC-*** qeydiyyat nişanlı avtomobilə qoymuş, həmin zaman nəqliyyat vasitəsində bir neçə sərnişin olmuş, sərnişinlərdən biri də Cavabdeh olmuşdur. Türkiyə Respublikasından birlikdə gələrək Sədərək Gömrük idarəsinin ərazisində olan zaman Cavabdeh ona məxsus pulu Gündüz Fətəliyevin çantasından götürərək oranı tərk etmişdir. Mühafizə orqanlarına müraciət etmiş, Sədərək Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli hökmü ilə Cavabdeh 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh məhkəmə prosesində 9180 manat pulu verəcəyini bildirsə də, pulu qaytarmamışdır.

4. Birin ci instansiya məhkəməsində Cavabdeh iddiaya etiraz edərək, izahatında iddia ərizəsində qeyd edilənlərin yalan olduğunu, iddiaçını tanımadığını, bir dəfə məhkəmədə gördüyünü, Gündüz adlı şəxsin yalan dediyini, pulu bəyan etdiyini dediyini, Sədərək Rayon Məhkəməsinin hakiminin ona sübutlarını gətirməsini bildirdiyini, onun heç bir sübut təqdim edə bilmədiyini, hətta gömrük əməkdaşlarının da gəldiyini, onların da pulu bəyan etmədiyini dediyini, savaşdıqlarını, özünün heç bir pul götürmədiyini, çantanı götürdüyünü, onun da içində 2 ədəd yağ, 1 ədəd pendir, 1 “blok” da siqaret olduğunu, başqa nə isə olmadığını, özünün oxuyub-yaza bilmədiyini, vəkilinin ona hökmün həmin 2 ədəd yağ, 1 ədəd “kaşar pendir”, 1 “blok” da siqareti götürdüyünə görə çıxdığını dediyini, özünün heç bir sübutu olmadığını, iddiaçının sübut təqdim etməli olduğunu, 4 uşağı olduğunu, balaca uşağının 3 yaşı olduğunu, özünün çatdıra bilmədiyini, həyat yoldaşının da tutulduğunu, uşaqlarını Türkiyə Respublikasına gedib-gələrək dolandırdığını, indi azadlığının məhdudlaşdırıldığı üçün gedib-gələ bilmədiyini, çox borcu olduğunu, ödəyə bilmədiyini, məhkəmədə 5 işi olduğunu, əsassız yerə özünün 1 il 8 ay müddətinə azadlığının məhdudlaşdırıldığını bildirərək, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Naxçıvan Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2(078)-493/2025 nömrəli qətnaməsi ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, 9180 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ö dənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarına əlavə olunmuş Sədərək Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 1(088)-11/2024 nömrəli hökmünə əsasən Cavabdeh özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan X1 məxsus 2 ədəd təxminən 45 manat dəyərində “Saklivadi” zeytun yağını, 1 ədəd 1 kq təxminən 7 manat dəyərində pendirini, 1 blok təxminən 35 manat dəyərində Parlament siqaretini, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan İddiaçı məxsus 9180 manat pulunu və Şərur rayon Alışar kənd sakini X2 məxsus deməsinə görə ümumilikdə 110 manat dəyərində 2 ədəd “Saklivadi” zeytun yağını, 2 ədəd 1 kq pen dirini 25 yanvar 2024-cü il tarixdə Sədərək rayonu ərazisində yerləşən X5 Məntəqəsində gizli olaraq talamaqla oğurluq etmiş, yuxarıda adları qeyd olunan şəxslərə ümumilikdə 9416 manat maddi ziyan vurmuşdur.

7. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin qeyd olunan əməli törətməsi, oğurluq əməli nəticəsində iddiaçının 9180 manat məbləğində pulunu ələ keçirməsi qeyd olunan məhkəmə hökmü ilə təsdiq olunur və həmin hökm hazırda məhkəmə üçün cavabdehin iddiaçının pulunu oğurluq yolu ilə ələ keçirməsinə dair hissədə məcburidir.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası k imi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097-ci, Mülki Prosessual Məcəllənin 82.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli, “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellya siya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 01 sentyabr 2025-ci il tarixli, 2(108)-130/2025 nömrəli qətnaməsi ilə (hakim M.Allahverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Abbasov və Z.Əliyev) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü ma ddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

13. İş materiallarına əlavə edilmiş Sədərək Rayon Məhkəməsinin 26 noyabr 2024cü il tarixli, 1(088)-11/2024 nömrəli hökmünə nəzər salan zaman “həmin iş üzrə təqsirləndirilən şəxs Cavabdeh ibtidai istintaq müddətində və məhkəmə iclasında ittiham üzrə özünü təqsirli saymadığını və zərərçəkmiş şəxslərə məxsus olan iki ədəd qırmızı rəngdə olan sellofan çantaları onun aparmadığını qeyd etsə də, 9 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında məhkəmə istintaqı zamanı 25 yanvar 2024-cü il tarixli hadisənin baş verdiyi günün video-görüntüsünə baxıla rkən və tədqiq edilərkən Cavabdeh zərərçəkmiş X2 məxsus olan ağzı qara sellofanla bağlanmış qırmızı sellofanın ona aid olmadığını və öz çantası ilə birlikdə götürüb maşına apardığını və digər zərərçəkmiş X1 məxsus içərisində qara sellofan bağlama olan digər bir ədəd qırmızı rəngdə olan sellofan çantamı tələbələrin yanından öz çantası olduğunu zənn etdiyi üçün götürüb maşına aparıb qoyduğunu bildirmiş, bununla da onun törətdiyi cinayət əməlini “etiraf etdiyi” aydın olmuşdur.

14. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

15. Cavabdehin şikayətində “bunların hamısının ona qarşı hazırlanmış şər-böhtan olduğuna, Naxçıvan Şəhər Məhkəməsini n Sədərək Rayon Məhkəməsinin qərarına əsaslanaraq barəsində qanunsuz qərar verdiyinə” dair göstərdiyi dəlillərə münasibətdə də apellyasiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Lakin cavabdehin barəsində müvafiq məhkəmənin hökmü ilə o, təqsirli sayılaraq barəsində müvafiq cəza tətbiqi görülmüş, həmçinin cavabdeh (həmin iş üzrə məhkum edilmiş şəxs) Cavabdeh həmin hökmdən apellyasiya şikayəti verməmiş (”Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən hökm icradadır), hazırda apellyasiya şikayətində qeyd etdiyi halları kollegiya səmimiyyətdən uzaq və təfərrüat xarakterlidir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli, “Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2 4 fevral 2022-ci il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelərə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. Cavabdeh kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 01 sentyabr 2025-ci il tarixli, 2(108)-130/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 16.1, 385.1, 425.1, 443.7, 560.1, 560.2, 1091.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur.

19. Belə ki, cavabdehin iddiaçının qarşısında heç bir öhdəliyi yoxdur. Məhkəmə heç bir sübut olmadan onun üzərinə yenidən öhdəlik qoyaraq maddənin tələbini pozmu şdur. İddiaçı vicdanlılıq tələbinə riayət etmir. Borclu olmadığı halda üzərinə əsassız olaraq öhdəlik qoyulmuşdur. Məhkəmə qətnaməsi əsasında iddiaçı əsassız varlanmışdır. Məhkəmələr tərəfindən düzgün hüquqi araşdırmalar aparılmamış, sübutlar olmadan yekun nəticəyə gəlinmişdir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilm əsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki h üquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və cavabdehin hazırkı şikayətin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

28. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin iddiaçının əmlakını gizli talamaqla, sonuncuya ziyan vurması qan uni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunan haldır.

29. Odur ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən cavabdeh onun cinayət törətməsini və iddiaçıya ziyan vurmasını mübahisələndirmək hüququna malik deyildir.

30. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 01 sentyabr 2025-ci il tarixli, 2(108)-130/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar