Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3714/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi,sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3176/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə aşağıdakıları müəyyən etmişlər: baxan məhkəmələr işin ha llarını araşdıraraq
2. İddiaçı Rəsulov X9 Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə verdiyi izahatda qeyd etmişdir ki, “... uşaqlıq dostum X7 2023-cü il yanvar ayında avtomobil ehtiyat hissələrin (tuning) xarici ölkədən gətirilməsi və satışı ilə məşkul olmaq adı ilə məndən hissə-hissə olmaqla on səkkiz min manat pul almışdır (18000) AZN. Lakin bu günə kimi xeç bir iş görməşdi. Bundan başka dostum Hüseyin əlavə olaraq dörd min iki yüz əlli manat (4250) AZN pul almışdır. Sonradan mən başa düşdüm ki, Hüseyin tərəfindən aldanmışam, o heç bir ehtiyat hissələri ilə məşğul deyil, onun məqsədi mənim pulumu ələ keçirdib məni aldatmaq olmuşdur. Sizdən xahiş edirəm ki, Cavabdehi məsuliyətə cəlb edəsiz və mənə dəymiş ziyan=22,250 (iyirmi iki min iki yüz əlli manat) pulun qaytarmasına köməklik gör sədəsiniz...”
3. Cavabdeh həmin material üzrə Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə verdiyi izahatında qeyd etmişdir ki, “... Nəsimi rayonu Moskva Univermağında zərgar işləyirəm. İddiaçı mənim uşağlığ dostumdu münasibətlərimiz həmişə normal olmuşdu. dayım oğlu X8 ilə 15000 min azn iş görməyə götürmüşük. Hazırda imkanımız olmadığı üçün bu pulu qaytara bilmirəm. Lakin söz verirəm ki 2024 fevralın sonuna kimi Mən Cavabdeh 4000 azn manat pulu XXə qaytaracağam. Yerdə qalan 11.000 azn pulu isə 2024-cü ilin mart ayının axrına kimi dayım oğlu X8 ödəyəcəyinə öhdəsinə götürdü...”.
4. Həmin material üzrə sözügedən polis bölməsinin əməkdaşı tərəfindən tərtib olunmuş arayışda qeyd olunmuşdur ki, “... Daxil olmuş ərizənin araşdırılması nəticəsində tərəfimdən xx.xx.1983-cü il təvəllüdl ü X8 ilə telefon əlaqəsi saxlanılmış və vətəndaş halhazırda rayonda olduğundan izahatını almaq mümkün olmamışdır. Məlum olmuşdur ki, vət. İddiaçı ərizəsində göstərdiyi xüsusatlar mülkü xarakterlidir...”.
5. İş materiallarında olan “İltizam” da qeyd olunmuşdur ki, “ X1 bu iltizamı verirəm ondan ötrü ki, İddiaçı çatacaq pulu oğlum tərəfindən 4000 man. və qaynım M oğlu vdan çatacaq 11000 azn pulu 2024-cü ilin mart ayının 21 kimi qaytaracaq. (təhvil verəcək)....”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X2 18250 manat borc məbləği və 145 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı, sonradan, iddia tələbini dəqiqləşdirərək, X5 cav abdehlikdən çıxarmışdır.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh uzun illər eyni məhəllədə yaşamış və dostluq etmişlər. Yaranmış münasibət zəminində Cavabdeh qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğu üçün mal almaq məqsədi ilə müxtəlif vaxtlarda iddiaçıdan borc almış və müəyyən sonra geri qaytarmışdır. Bu minvalla aralarında güvən yaranmışdır. 2023-cü ilin yanvar ayından etibarən Cavabdeh iddiaçı ilə danışaraq dayısı oğlu X8 ilə iş qurduqlarını və xaricdən avtomobil ehtiyat hissələri gətirərək satmaq istədiklərini bildirmiş və bunun üçün ondan borc verməsini istəmişdir. Beləliklə, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda olmaqla, ümumilikdə, 22250 manat borc pul almışdır. Qeyd olunan halı tərəflər arasında olan “whatsapp” yazışmaları da təsdiq etmişdir. Lakin alınan borc məbləği deyilən vaxtda qaytarılmamışdır. Bu səbəbdən iddiaçı cavabdehə dəfələrlə müraciət etmiş, lakin Cavabdeh pulları dayısı oğlu Ələkbərov XXə verdiyini, hal-hazırda pulu olmadığını və olduğu zaman qaytaracağına söz vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə şikayət ərizəsi vermişdir. Cavabdeh öz izahatında dayısı oğlu X8 ilə iş qurmaq məqsədi ilə 15000 manat borc pul aldığını və qeyd olunan vəsaitin 2024-cü ilin mart ayının sonuna kimi ödəyəcəklərini öhdəsinə götürmüşdür. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən şikayət üzrə araşdırma yekunlaşdırılmış və mülki xarakterli münasibət olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra et mədiyi üçün bugünə 18250 manat borc qalığı vardır.
9. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh uşaqlıq dostu olmuşlar. 2023-cü ilin yanvar ayında İddiaçı Cavabdeh saxlanc pulu olduğunu və onu artırmaq istədiyini bildirmiş, XX isə dayısı oğlu X4 pula ehtiyacı olduğunu demişdir. XX XXi uşaqlıqdan tanıdığı üçün razılaşmış və xx.xx.2023-cü il tarixdə hər üçü görüşərək XXin yanında XXə 2000 manat borc vermişdir. Sonradan XX müxtəlif vaxtlarda pulları birbaşa XXə vermiş, XX isə götürdüyü məbləği faizlə qaytaracağına söz vermişdir. Cavabdeh zərgərdir və Moskva Univermağında icarəyə götürdüyü ofisdə qızıl-zinət əşyalarının hazırlanması və yenidən emalı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, İddiaçı polisə şikayət yazdığı gün, XXin ofisinə özünü təqdim etməyən iki mülki geyimli şəxs daxil olmuş, onu zor tətbiq etməklə Yasamal RPİ-nin 26-cı polis bölməsinə aparmışdır. Bölmədə onun mobil telefonu alınmış, Zaur və Bəhruz adlı polis əməkdaşları tərəfindən təhqir edilmiş, hədələnmiş və psixi təzyiq altında müxtəlif məbləğlər üzrə izahat verməyə məcbur edilmişdir. XX izahatlarında pulu XXdən almadığını, pulların XXə verildiyini bildirsə də, buna məhəl qoyulmamışdır. Polis bölməsində XXin atası Telman Balayev və İddiaçı iştirakı ilə aparılan müzakirədə XX 18.000 manat borcun olduğunu bildirmiş, sonradan 3.000 manatdan imtina etdiyini, 15.000 manat tələb etdiyini demişdir. Polis əməkdaşları XX videozəng etmiş, XX XXə 11.000 manat borcu qaldığını, 4.000 manatın isə ona aid olmadığını bildirmişdir. Buna baxm ayaraq, XX polis təzyiqi altında guya XXlə birlikdə 15.000 manat pul götürdüyünü və 4.000 manatı XXə qaytaracağını göstərən izahat yazmağa məcbur edilmiş, bundan sonra da qanunsuz olaraq bir neçə saat saxlanılmışdır. Polis əməkdaşlarının hədə-qorxusu nəticəsində Cavabdeh xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində İddiaçı ümumilikdə 4.000 manat köçürmüşdür. Halbuki, 2023-cü ilin may ayında XX özü XXə XXin borcu vaxtında qaytarmamasından narazılıq etmiş, xx.xx.2023cü il tarixdə isə hər üç şəxsin görüşündə XX XXə 18.000 manat borcunun olduğunu açıq şəkildə etiraf etmiş, XX də buna etiraz etməmişdir. Həmin görüş XXin razılığı ilə audio və video yazıya alınmışdır. Tərəflər arasında notarial qaydada borc müqaviləsi bağlanmamışdır. Beləliklə, Cavabdeh İddiaçı borcu olmamış, xx.xx.2023-cü il tari xli izahat polis əməkdaşlarının təzyiqi ilə yazılmışdır. Polis əməkdaşlarının XXi deyil, XXi bölməyə gətirməsi, sübutu olmayan iddia əsasında XXdən izahat alması və onu 4.000 manat ödəməyə məcbur etməsi onların İddiaçı sifarişini yerinə yetirdiyini göstərir. İddiaçı iddia tələbini “WhatsApp” yazışmaları ilə əsaslandırsa da, həmin yazışmalarda XX pulları özü almadığını, XXə verildiyini bildirmişdir. XX əvvəlcə Cavabdeh və X6 qarşı 18.250 manat tələbi ilə məhkəməyə müraciət etmiş, bir gün sonra isə səbəb göstərmədən XXi cavabdehlər siyahısından çıxararaq tələbi yalnız XXə yönəltmişdir. Bu isə XXin XXin müflis olduğunu bilməsi ilə bağlıdır. İddiaçının XXin guya xaricdən avtomobil ehtiyat hissələri gətirib satmaq adı ilə pul alması barədə iddiaları həqiqətə uyğun deyil və şər-böhtan xarakteri daşıyır. Cavabdeh uzun illərdir yalnız zərgərlik fəaliyyəti ilə məşğul olmuş və bu gün də həmin fəaliyyəti davam etdirir.
11. İddiaçının nümayəndəsi hazırlıq iclasında bildirmişdir ki, cavabdeh guya polis bölməsinə aparılaraq ona təzyiq edildiyini və təzyiq altında həmin məbləğdə borcu etiraf etdiyini bildirmişdir. Onun atası isə imzaladığı iltizamda həmin məbləğdə borcu qaytaracağını qeyd etmişdir. Tələb etdiyimiz pul məbləğinin 15000 manatı avtomobil ehtiyat hissələri ilə bağlı verilmiş, digər hissəsi isə qızıl-zinət əşyaları alınması məqsədilə verilmişdir. Pulun verilməsi ilə bağlı sübut isə “whatsapp” yazışmaları və səs yazılarıdır. Daha sonra isə avtomobil ehtiyat hissələri almaq üçün iddiaçıdan müəyyən məbləğdə pulu alıb, daha sonra qaytarıb. Yekunda iddia ərizəsində qeyd olunan məbl əğdə borc yarandıqda, tərəflər arasında münasibətlər pozulub. Polis bölməsində edilən ödənişdən sonra heç bir ödəniş olmayıb. Bundan başqa cavabdehin atasının da səs yazısı və yazışmaları mövcuddur ki, orada borcun mövcudluğu və qaytarılacağı ilə bağlı danışıqlar öz əksini tapıb. Borc məbləği kimi verilmiş pul sırf cavabdehə verilmiş puldur, əlavə heç bir gəlir tələb etmirlər. Borc məbləği faizsiz verilib, yazışmada həmin məqamın göstərilməsinin səbəbi tərəflərin birlikdə iş görməsi və müəyyən qazanc əldə etdikdən sonra həmin qazancı aralarında bölməsi ilə bağlı olub.
12. İddiaçı hazırlıq iclasında bildirmişdir ki, bütün pulu Cavabdehə vermişdir. Bu barədə səs yazılarını da məhkəməyə təqdim etmişdir. Polisdən çıxdıqdan sonra cavabdeh onun hesabına 4000 manat pul köçürmüşdür. Əslində borc məbləği 22000 manat idi, sadəcə Telman 3000 manat xeyir verildiyini və qızıl üçün verilən 4250 manat pulun nəzərə alınmayacağını və yekun olaraq 15000 manat borcun qaldığını bildirmişdir. Bütün pullar birbaşa cavabdehə verilmişdir. XX cavabdehin dayısı oğludur, onlar birgə iş görürdülər. Onların arasında üçtərəfli görüş olmayıb. Pul faizə verilməyib.
13. Cavabdeh məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, iddiaçını XXlə o tanış edib. XX avtoaksesuarların satışı ilə məşğul olurdu və ona pul lazım idi. İddiaçı da pulunu artırmaq istəyirdi. XXə pul lazım olduğuna görə gedib iddiaçıdan pul götürmüşdür. Bəzən XXlə, bəzən də o gedə bilmədiyi üçün onun əvəzindən gedib pul götürmüşdür. Onların arasında dəfələrlə üçtərəfli görüş olub. Nə qədər pulun ona, nə qədərinin isə XXə verilməsini deyə b ilməz.O sadəcə vasitəçi olmuşdur.
14. X8 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
15. Cavabdeh məhkəmə baxışında verdiyi izahatında bildirmişdir ki, təxmini 15000 manat ana məbləğdir. Qalan tələb olunan 5000 manat pul isə iddiaçının xeyridir.Əgər iddiaçı məbləğlə razı deyildisə bunu polis idarəsində də bildirə bilərdi. Səs yazılarına görə, pulu istəsə də, faktiki olaraq pulu götürməmişdir.
16. Üçüncü şəxs məhkəmə iclasına iştirak etməmiş, teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
17. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-286/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 11000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, məhkəmə xərcl əri bölüşdürülmüş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim: G.Babazadə).
18. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranan münasibətlər borc münasibətləri olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır.
19. Müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 22500 manat məbləğində borc pul verdiyini bildirmişdir. Cavabdeh isə iddiaçının ona deyil, dayısı oğlu ilə birlikdə, ümumilikdə, 15000 manat məbləğində borc verdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən 15000 manat borc verilmişdir. Həmin borcdan 4000 manat cavabdeh tərəfindən ödənilmiş və bu hal işin mübahisəsiz halıdır.
20. Məhkəmə iddaçının 22500 manat borc verməsini təsdiq edən sübut təqdim edə bilməməsini, lakin borcun həqiqətən də verilməsinə dair hissədə bu halı cavabde hin qismən etirafı, yəni 15000 manat məbləğində pulun borc verilməsini işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Lakin cavabdeh borcun onun vasitəsilə dayısı oğluna verildiyi qeyd etmişdir. Göründüyü kim borc cavabdehə verilmiş, cavabdehin sonradan həmin pulu dayısı oğluna verməsi iddiaçının cavabdehə pul verməsi halını aradan qaldırmır.
21. Məhkəmə əsas borc məbləğinin 15000 manat olmasına münasibətdə bildirmişdir ki, 5 may 2023-cü il tarixli “Whatsapp” üzərində yazışmada “18000+4250=2250” “ok” kimi ifadələr qeyd edilsə də, göründüyü kimi həmin yazışma daha öncəki tarixə aiddir. Eyni zamanda digər “Whatsapp” yazışmasında pulun “neçə günə neçə həddə kimi” ifadələr işlədilmişdir. Daha sonra polis idarəsində cavabdeh əsas məbləğin 15000 manat olması ilə bağlı izahat vermişdir. Bu əsasla, məhkəmə əsas borc məbləğinin 15000 manat olmasını işin mübahisəsiz halı kimi nəzərə almışdır.
22. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə baxış iclası zamanı tərəflərin təqdim etdikləri CD disklərdə işin faktiki halının müəyyən edilməsi ilə bağlı dəqiq, mötəbər sübut aşkar olunmamışdır.
23. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 15000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdeh iddiaçının borc olaraq 15000 manat pul verdiyini etiraf etmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 15000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 15000 manat məbləğində puldan qalıq 11000(150004 000=11000) manat məbləğində pul ona geri qaytarılmalıdır.
24. Məhkəmə mövqeyini Mülki Məcəllənin 14.2.7, 337.1, 337.4, 337.5, 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 740, 740.2, 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti bu dəlillərlə əsaslandırılmışdır: 1) cavabdehin polis bölməsində hədə-qorxu və təzyiq altında izahat verməsi, 4000 manat pulu ödəməyə məcbur edilməsi halına məhkəmə qiymət verməmişdir; 2) iddiaçı iddia ərizəsinə dəqiqləşmə verməsindən ön cə təqdim etdiyi ərizəsində onu və İ.Ələkbərovu özünə borclu hesab etməsinə baxmayaraq, sonradan İ.Ələkbərovu cavabdehlər sırasından çıxarmış, səbəbini izah etmədən borcu yalnız ondan istəmişdir. Halbuki işə baxan məhkəmə borcun əslində cavabdehə, XXə yaxud onların hər ikisinə verilmiş olmasına dair araşdırma apararaq, bu məsələyə qiymət verməli idi; 3) Cavabdeh polisdə və məhkəmədə verdiyi izahatı təhrif olunmuş, onun XXlə birlikdə iddiaçıdan 15000 manat borc aldığı göstərilməmişdir; 4) məhkəmə iddiaçı tərəfin vəsatətini əsassız olaraq təmin etməyərək, iclası təxirə salmamış və işə baxmışdır.
27. İddiaçı apellyasiya şikayətinə qarşı ünvanladığı etirazını iddia ərizəsi və izahatında göstərdiyi dəlillərlə əsaslandırmışdır.
28. Məhkəmə kollegiyasının iclasında telefon vasitəsilə şəxsiyyəti p roses iştirakçıları tərəfindən təsdiq edilmiş, iş üzrə 3-cü şəxs olan Ələkbərov XXlə əlaqə saxlanılan zaman o, verilən suallara tərəflərin aydın eşitdiyi şəkildə cavab olaraq bildirmişdir ki, XX tərəfindən XXə verilmiş borc pulun bir qismi onun özünə aiddir, lakin həmin məbləği qədərini konkretləşdirməmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)3176/2025 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər X.Mərdanova - sədrlik edən və məruzəçi, V.Sadıqov və M.Məmmədov).
30. Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən 15.000 manat borc verilmişdir. Həmin borcdan 4.000 manat cavabdeh tərəfindən ödənilmişdir və bu işin mübahisəsiz halıdır.
31. Göründüyü kimi borcun həqiqətən də verilməsinə dair hissədə bu halı cavabdehin qismən etirafı, yəni 15.000 manat məbləğində pulun borc verilməsi işin faktiki halları ilə müəyyən edilmişdir.
32. Lakin birinci instansiya məhkəməsi baxışı zamanı və həmçinin kollegiyanın iclasında cavabdeh borcun onun vasitəsilə dayısı oğluna verildiyini qeyd etmişdir.
33. Belə olan halda borc cavabdehə verilmişdir, cavabdehin sonradan həmin pulu dayısı oğluna verməsi isə iddiaçının cavabdehə pul verməsi halını aradan qaldırmır. Həmçinin də pulun məhz 11.000 manatının X6 verilməsinə dair də sübutlar təqdim edilməmişdir.
34. Kollegiya iclasında telefon vasitəsilə şəxsiyyəti proses iştirakçıları tərəfindən təsdiq edilmiş, iş üzrə 3 -cü şəxs olan Ələkbərov XXlə əlaqə saxlanılan zaman o, verilən suallara tərəflərin aydın eşitdiyi şəkildə cavab olaraq bildirmişdir ki, XX tərəfindən XXə verilmiş borc pulun bir qismi onun özünə aiddir, lakin həmin məbləği qədərini konkretləşdirməmişdir.
35. Lakin kollegiya qeyd edir ki, işdə olan yazışmalar və disklərdən də görünür ki, danışıqlarda iştirak edən XX XX tərəfindən XXə verilmiş borc pulun bir qismi onun özünə aid olmasına heç nə bildirməmişdir.
36. Həmçinin, ilk olaraq XX iş üzrə cavabdeh kimi cəlb olunsa da sonradan cavabdehlikdən çıxarılmış və 3-cü şəxs kimi cəlb edilmişdir. Onun da cavabdeh olmadığı halda cavabdehin iddiaya olan etirazının dəlilləri üzrə XXin iddiaçı qarşısında mülki məsuliyyət daşıması hüquqi qiymət verilməsi mümkün deyildir.
37. Bundan başqa iş materiall arında olan “whatsapp” üzərində və CD diskdə olan yazışmalarda cavabdehin ididaçıdan borc pulu istəməsi və bunun qarşılığında hətta özünə məxsus olan avtomaşının satılmasına razılıq verməsini qeyd etmişdir. Lakin kollegiyanın iclasında cavabdeh bu yazışmaları təsdiq etsə də, bu hallarının mövcudluğunun pulun iddiaçı tərəfindən məhz onun özünə verilməsinə dəlalət etməməsini göstərmişdir. Başqa sözlə, cavabdeh yazıda ifadə olunan istəklərinin iddiaçı tərəfindən həyata keçirilsə də, yəni ona deyil, onun vasitəsilə XXə verilməsini bildirmişdir.
38. Kollegiya bu dəlillərlə razılaşmayaraq qeyd etmişdir ki, iclasda tərəflərin izahatları ilə bir daha təsdiq olunmuşdur ki, XX tərəfindən XXə pul verilməsi, onun tərəfindən həmin pulun XXə verilməsi, sonuncu tərəfindən isə alınmış pulun XXə yenə də XX vasitəsilə qaytarılmışdır. Hətta XX tərəfindən pullar XXə XX vasitəsilə qaytarılarkən sonuncu bu vasitəçiliyə görə öz haqqını həmin məbləğdən götürürdü.
39. Eyni zamanda digər “whatsapp” yazışmasında pulun “neçə günə, hansı məbləğdə və s.” ifadələr işlədilmişdir. Daha sonra polis idarəsində cavabdeh əsas məbləğin 15.000 manat olması ilə bağlı izahat vermişdir.
40. Apellyasiya şikayətinin izahatın təzyiq altında yazılması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdeh bununla bağlı aidiyyəti orqanlara müraciət etməmiş, həmçinin iş materialları ilə cavabdehin təzyiq altında izahat yazması müəyyən edilməmişdir.
41. Kollegiya cavabdehin dəlilləri ilə bağlı XXin hazırkı iş üzrə cavabdeh kimi tərəf olmadığını vurğulamaqla hesab etmişdir ki, mötəbər sübutların qarşılığında X Xə qarşı iddia qaldırmaq hüququ vardır.
42. Məhkəmə kollegiyası mövqeyini birinci instansiya məhkəməsi ilə eyni hüquq normalarına istinad edərək mövqeyini əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. Cavabdeh (vəkil: Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayətinin ilk dəlilinə görə, apellyasiya məhkəməsi iddiaçının tələbini və onu əsaslandıran halları öz qətnaməsində geniş şəkildə qeyd etsə də, cavabdehin iddia tələbinə qarşı etirazının əsaslarını, iddiaçının 32000 manat məbləğində borc məbləğini XXə verməsini təsdiq edən diskdəki məlumatların məzmununu, apellyasiya şikayətinin dəlillərini göstərməmiş, bununla da Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərini pozmuşdur.
45. Şikayətin digər dəlilinə görə, iş materiallarında cavabdehin iddiaçıdan borc almasına dair hər hansı sübut olmamışdır. Əksinə, borcun XXə verilməsinə dair yetəri qədər fakt və izahat olsa da, işə baxan məhkəmə kollegiyası onlara düzgün hüquqi qiymət verməyərək Mülki Prosessual Məcəllənin sübutlara qiymət verilməsi ilə bağlı müddəalarının, o cümlədən, 106-cı maddəsinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tərəfindən qəbul edilmiş qətnamənin qüvvədə saxlanılması barədə qərar qəbul ed ilməsini xahiş etmişdir.
47. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin borcu təsdiq etməsinə dair hərəkətləri, cavabdehin və atasının izahatları ödəniş barədə qəbzlər, borcun alınması, təsdiqi və qaytarılacağı barədə cavabdehin çoxsaylı “whatsapp” yazışmaları və səs yazıları qeyd olunan borc məbləğinin ona aid olmasını tam sübut etmişdir. Cavabdehin borc məbləğinin ona deyil, dayısı oğluna məxsus olması və polis idarəsində təzyiq altında izahat yazması barədə irəli sürdüyü dəlillər tam əsassız və öhdəlikdən yayınma istiqamətində atılan addımdır. O da qeyd olunmalıdır ki, cavabdeh tərəfindən təqdim edilmiş videoyazıda iddia tələbini təkzib edən hər hansı hal mövcud deyil. Həmçinin cavabdeh gizli yolla əldə edilmiş səs yazısını sübut növü kimi məhkəməyə təqdim etmişdir. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (əvvəlki redaksiya).
49. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (əvvəlki redaksiya).
50. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
51. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
52. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın qismən təmin edilməsi yuxarıda göstərilən hüquq normalarına uyğun olmuşdur.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdı r. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
63. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlillər i qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3176/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.