Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3715/2020 17.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: borcun silinməsi Açar sözlər: əsassız hesablanmış borcun silinməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlununkatibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1908/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İ ddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, XXX küçəsi, ev 95-də yerləşən qaz sayğaçı üzrə verilmiş **********00010 nömrəli abonent kodunun istifadəçisidir. Cavabdeh (bundan sonra – cavabdeh və ya Birlik) qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli aktına əsasən, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğac çıxış plastmas borusunda deşik aşkar olunduğu üçün yenisi ilə əvəz edilmişdir. Birliyin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx xxxxxxx 2018-ci il tarixli aktına əsasən, iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğac çıxış borusunda dəlik aşkar olunduğu üçün yenisi ilə əvəz edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli akta əsasən, iddiaçıya məxsus mənzilə baxış keçirilərkən sayğacın çıxış plastmas borusunda dəlik aşkar edilmiş və 6367 kub metr qaz sərfinə görə 1273,40 manat borc hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli akta əsasən, iddiaçıya məxsus mənzilə baxış keçirilərkən sayğacın çıxış plastmas borusunda deşik aşkar edilmiş və 4860 kub metr qaz sərfinə görə 486 manat borc hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akta əsasən, iddiaçıya məxsus mənzilə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və 7992 kub metr qaz sərfinə görə 799,20 manat borc hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxx 2019-cu il tarixli ******* nömrəli akta əsasən, iddiaçıya məxsus mənzilə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və 2664 kub metr qaz sərfinə görə 266,40 manat borc hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxx 2019-cu il tarixli ******* nömrəli akta əsasən, iddiaçıya məxsus mənzilə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və 324 kub metr qaz sərfinə görə 32,40 manat borc hesablanmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfi ndən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1273,40 manat, 1065,60 manat, 486 manat və 32,40 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təbii qazdan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında edir. Yoxlamaların nəticəsi ilə razı deyil. Sayğac yararsız hesab edilə bilər, lakin onda olan zədələrin onun tərəfindən edilməsi mümkün deyildir. Bəlkə də Birliyin əməkdaşları sayğacı çıxaran zaman, ya da ki, sonradan həmin qüsurlar meydana gəlmişdir. Çinki həmin qüsurlar əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər, yaxud sayğacı çıxararkən bu barədə tərtib etdikləri aktda həmin qüsurlar göstərilərdi. “Qazdan istifadə Qay daları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Bundan başqa, təqdim edilmiş abonent saldosunda onun əsassız aktlara görə borcunun 1273,40 manat, 1065,60 manat, 486 manat və 32,40 manat olması göstərilmişdir. Həmin borcun hansı əsasla yaranması barədə idarəyə müraciət edib aydınlaşdırmaq istədikdə, idarə əməkdaşları borcun hansı əsasla yaranması səbəblərini ona izah etməmişlər. O, əsassız borcun silinməsi barədə Birliyə müraciət etmişdir. Lakin müraciətin ə verilmiş cavabda da borcun yaranma səbəbi sübutlarla əsaslandırılmamışdır. Xeyli müddətdir ki, qaz xətti kəsilmiş, nəticədə evində təbii qazın kəsilməsi ucbatından ailəsinə və ona əsaslı maddi ziyan dəymişdir. Hazırda da təbii qazın olmaması səbəbindən ailə təsərrüfatını həyata keçirə bilmir. O, çöldə olan sayğaca edilmiş müdaxiləyə görə məsuliyyət daşıya bilməz. Cavabdehin nümayədəsi iddia tələbini etiraf etməyərək, birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, Birliyin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evdə quraşdırılmış sayğaca baxış keçirilmiş və iddiaçının sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. Verilmiş rəyə əsasən itirilmiş qazın bərpası məqsədi ilə müvafiq aktlar tərtib olunaraq 1273,40 manat, 1065,60 manat, 486 manat və 32, 40 manat ziyan hesablanmışdır. Odur ki, həmin borc ödənilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən Birliyin mütəxəssisinin iştirakı ilə iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi XXX küçəsində yerləşən 95 saylı evə və evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı cavabdeh tərəfindən tərtib edilmiş aktlar üzrə hesablanmış 1273,40 manat, 1065,60 manat, 486 manat və 32,40 manat borcdan yalnız məhkəmə prosesi gedişində cavabdehin nümayəndəsi tərəfindən xx xxx 2019-cu il tarixli, ******* nömrəli akta (324 kub metr, 32,40 manat) əlavə edilərək məhkəməyə təqdim edilmiş fotoşəkildəki qaz sayğacının iddiaçıya məxsus olması öz təsdiqini tapmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(108)-4755/2019 saylı iş üzrə x x xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev) iddianın qismən təmin edilməsi, iddiaçıdan qaz sərfiyyatına görə tələb olunan 1273,40 manat, 1065,60 (799,20+266,40) manat və 486 manatın silinməsi vəzifəsinin Birliyə həvalə edilməsi, cavabdehdən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxx 2019-cu il tarixli ******* nömrəli akt tərtib olunarkən baxış keçirilən sayğacın iddiaçıya məxsus olması sübut edil diyindən, həmin akt əsasında 324 kub metr qaz sərfinə görə hesablanmış 32,40 manat məbləğində borcun silinməsi hissəsində iddia tələbi rədd olunmalıdır. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, Birlik tərəfindən iddiaçının **********00010 saylı abunə koduna hesablanmış 1273,40 manat, 1065,60 (799,20+266,40) manat və 486 manat borcun silinməsi hissəsində iddia tələbi əsaslı hesab olunmalıdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlara əlavə edilmiş fotoşəkillərdə sayğacın iddiaçıya məxsus olması sübuta yetirilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1908/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrəəsassız nəticəyə gəlmişdir. MəhkəməBirlik tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmiş, onları araşdırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, xx.xx.2018-ci il tarixdə Birliyin nümayəndələri tərəfindən iddiaçıya məxsus mənzildə quraşdırılmış qaz sayğacı açılan zaman sayğacın çıxış plastmas borusunun deşik olduğu aşkar edilmiş, faktla bağlı yerində akt tərtib edilmiş və aktı iddiaçı özü də imzası ilə təsdiq etmişdir. Aktların yazıldığı 2018-ci ilin iyul ayından 2019-cu ilin may ayınadək olan tarixlərdə (10 ay) iddiaçı tərəfindən heç bir ödəniş olunmamışdır. Məhkəmələr aktlar yazıldığı tarixlərdə iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini, ümumiyyətlə pul ödənilib-ödənilmədiyini araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakti ki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi qətnamənin tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanunu 13-cü maddənin 9-cu bəndi. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməs inə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» 4.2-ci bənd. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8- ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməli dir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. MPM Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (maddələr 77.1, 77.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyas ı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cavabdeh təbii qaz satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb cavabdehin tərtib etdiyi aktlar əsasında borc qismində hesablanmış pulun silinməsi ilə bağlıdır. MPM-in 77.2-ci maddəsinə əsasən həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Məhkəmələr Birlik tərəfindən tərtib edilmiş aktlara əlavə edilmiş fotoşəkillərdə sayğacın iddiaçıya məxsus olması ilə bağlı sübutların məhkəməyə təqdim olunmamasını əsas tutaraq iddia tələbini qismən təmin etmişlər. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasə n və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1908/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3715/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3715/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver