Məhkəmə qərarları › İş №2(102)-3715/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3715/2022

15.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3715/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Salmanov Şahin Mövsüm oğluna, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba rayonu Əlik Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3715/2022 (Açar sözlər: torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin etibarsız hesab edilməsi) Bakı şəhəri 15 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər qarşı “torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin ləğv olunmaqla müvəqqəti istifadə hüququna dair əsassız qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3082/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə 15 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayon Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli 04 saylı qərarı ilə 80,0 hektar torpaq sahəsi JN 5403 saylı 30305018 kodlu torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə əsasında Salmanov Şahin Mövsüm oğluna icarəyə verilməsi qərara alınmışdır.

2. Bələdiyyənin sədri X4 ilə Salmanov Şahin Mövsüm oğlu arasında Quba Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli 04 saylı qərarı əsasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003-cü il tarixli 03 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bəhər kimi Ağqayadan 100 metr aşağı hissədən 80,0 hektar torpaq sahəsi Salmanov Şahin Mövsüm oğlunun icarəsinə verilmişdir.

3. Quba rayon Əlik bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixli qərarı ilə ona «Qəmbə» adlanan yerdən 9 hektar boş sahə 15 il müddətinə icarəyə verilmişdir. 2016-cı ildə Salmanov Şahin Mövsüm oğlu Sumqayıt İnzibati-İqtisadi məhkəməsində Quba rayon Əlik bələdiyyəsi və ona qarşı iddia qaldıraraq bələdiyyənin qərarı ilə ona ayrılmış 80 hektar örüş sahəsini ona icarəyə verilmiş 9 hektar torpaq sahəsi ilə üst-üstə düşməsini bildirmiş və 14 sentyabr 2006-cı il tarixli qərarın ləğv olunmasını xahiş etmiş, məhkəmənin 30 aprel 2018-ci il tarixli qərarı ilə iddia təmin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizələr ilə məhkəməyə müraciət edərək, Quba rayon Əlik bələdiyyəsi ərazisindəki 80 hektar torpaq sahəsinin Salmanov Şahin Mövsüm oğlunun adına qeydə alınmış «müvəqqəti istifadə hüququ»na dair əsassız qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması, Salmanov Şahin Mövsüm oğlunun adına verilmiş «torpaqdan müvəqqəti istifadə»yə dair 19 avqust 2004-cü il tarixli JN 5403 saylı (kod ********) şəhadətnamənin ləğv edilməsi, həmçinin Quba rayon Əlik bələdiyyəsi adından Şahin Salmanovla bağlanmış 15 illik 29 aprel 2003-cü il tarixli 03 saylı icarə müqavi ləsinin də ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 30 aprel 2018-ci il tarixli qərarında iddianın təmin olunmasına əsas kimi göstərilmişdir ki, iddiaçı Şahin Salmanovun adına olan torpaqdan müvəqqəti istifadəyə dair JN-5403 saylı şəhadətnamə vardır və həmin şəhadətnamədə göstərilmişdir ki, Quba rayon Əlik bələdiyyəsinin 3 aprel 2003-cü il tarixli qərarı ilə ona 80 hektar örüş ərazisi 15 il müddətinə icarəyə verilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, tərəfindən apellyasiya şikayəti verilməsi üçün Şahin Salmanovun adına olan JN 5403 saylı şəhadətnamə və onun verilməsinə əsas olan sənədlər götürülüb öyrənilərkən onların qanun suz və saxta olması açıq aşkar görünür. Belə ki, həmin şəhadətnamədə göstərilmişdir ki, 09 avqust 2004-cü ildə verilmişdir. Şahin Salmanova torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003-cü il tarixli 03 saylı müqavilənin axırıncı abzasından isə görünür ki, müqavilə Quba rayon torpaq şöbəsində 25 iyul 2013cü ildə qeydiyyata alınmışdır. İcarə müqaviləsi torpaq şöbəsində 25 iyul 2013-cü ildə qeydiyyata alındığı halda 9 il əvvələ, yəni 09 avqust 2004-cü il tarixli şəhadətnamə verilməsi mümkün deyildir. Halbuki bələdiyyə sənədləri torpaq şöbəsində qeydiyyata alındıqdan sonra sənədləşmə aparılaraq şəhadətnamə və ya digər qeydiyyat sənədi verilməlidir. Bu faktın özü həmin şəhadətnamənin qanunsuz olmasını təsdiq edən təkzibedilməz sübutdur. Lakin müqavilə və digər sənədlər saxta olduğu ndan X12 Xidmətinə müraciət etməmiş və 25 iyul 2013-cü ildə Quba rayon torpaq şöbəsində qeydiyyata aldıraraq əvvəlki illərə, yəni 09 avqust 2004-cü il tarixli şəhadətnamə əldə etmişdir. Şahin Salmanova torpaq sahəsinin icarə müddətinin guya 15 illik olması barədə saxta bələdiyyə müqaviləsinin 2-ci variantı da vardır ki, bu variantda müqavilənin axırıncı abzasında müqavilənin Quba rayon torpaq şöbəsində qeydiyyata alındığı 2013-cü il 2003 rəqəminə, müqavilənin 2.3 bəndində isə 10 il 15 il rəqəminə düzəliş edilmişdir. Həmin vaxt bələdiyyənin sədri olmuş X4 və müavini X7 bildirmişlər ki, 2003-cü ilin aprel ayında Şahin Salmanova 10 il müddətinə 80 hektar örüş sahəsi icarəyə verilmiş və 2013-cü ildə icarə müddəti başa çatmışdır. İcarə müddəti 15 il göstərilən sənədlər və onların adından edil miş imzalar saxtadır. Əmrah Əmrahov həmçinin bildirmişdir ki, 2013-cü ildə Şahin ona müraciət edərək ona ayrılmış torpaq sahəsinin10 illik icarə müddəti bitdiyi üçün 15 illik sənəd almaq istədiyini bildirmiş, o Şahinə artıq bələdiyyədə işləmədiyini demişdir. Sonradan məlum olmuşdur ki, Şahin 15 illik saxta sənədlər əldə etmişdir.

6. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, JN 5403 saylı 30305018 kodlu torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə Quba rayon Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli 04 saylı qərarına əsasən xx.xx.2004-cü ildə verilmiş, 15 il müddətində onun etibarsızlığı mübahisələndirilməmiş və müqavilə qüvvədə olmuşdur. Qeyd olunan torpaq sahəsinin ona məxsus olmasını iddiaçı bilmiş, dəfələrlə ona zəbt etdiyi torpaq sahəsinin ona məxsus olmasını deməklə qanunsuz inşa etdiyi tikililəri sökməsini təklif etmişdir. lakin iddiaçı hər dəfə bir bəhanə gətirməklə bundan boyun qaçırmış və onun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlərdən də görünür ki, torpaq sahəsi ona 15 il müddətinə icarəyə verilmiş və bununla bağlı lazımi sənədləşmə işləri də aparılmışdır.

7. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, Quba rayon Əlik bələdiyyəsinin sədri işləmişdir. 2003-cü ildə Şahin Salmanova 80 ha torpaq sahəsini 10 il müddətinə icarəyə vermişdir. 15 illik icarə müqaviləsinə onun tərəfindən möhür vurulmayıb və o imza etməmişdir. Bələdiyyədən işdən çıxarkən möhüru İcra Hakimiyyətinə təhvil vermişdir.

9. Birinci in stansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, tərəflərin sənədləri üzrə torpaq sahələri üst-üstə düşür. Onlarda torpaq alqı-satqı sənədlərinin əsilləri saxlanmır, vətəndaşa verilir və vətəndaş mülkiyyət sənədi alır. Şahin Salmanovla 15 illik icarə müqaviləsi bağlanmış, müqaviləyə əsas isə əvvəlki müqavilə olub. Şahin əvvəlki müqaviləni təqdim edib, surətini çıxarıb bələdiyyə sənədlərinə əlavə etmişdir.

10. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, 1999-2004-cü ilə kimi Quba rayonu Əlik bələdiyyəsinin sədr müavini, 2004-2009-cu ildə Əlik bələdiyyə sədri işləmişdir. Alqı-satqı müqaviləsinin əsilləri vətəndaşlara təqdim olunur, surəti bələdiyyə möhürü ilə təsdiq olunub arxivdə saxlanılır. O, müavin işlədiyi dövrdə Ş ahinə 10 illik icarə müqaviləsi tərtib olunub. 15 illik icarə müqaviləsində olan imza onun tərəfindən imza olunmayıb.

11. Birinci instansiya məhkəməsinin 15 mart 2019-cu il qərardadına əsasən, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyi məhkəyə təqdim edilmişdir. Rəyə əsasən, 29 aprel 2019-cu il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surəti çoxaldıcı elektrofotoqrafik çap qurğuda çap edilmişdir. 29 aprel 2019-cu il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 2-ci və 2.1-ci bəndindəki «15 (on beş il)» əlyazılarda düzəlişlər müəyyən edilmişdir. 29 aprel 2019-cu il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə kserosurət olduğu üçün həmin müqavilənin 2-ci və 2.1-ci bəndindəki « 15 (on beş il)» əlyazılarda olan düzəlişlərin hansı üsulla aparıldığı, həmin yazıların yerində hansı ilkin yazıların olduğunu, həmçinin müqavilənin sonuncu vərəqindəki «2003» əl yazılarında düzəlişlərin aparılıb-aparılmadığını müəyyən etmək mümkün olmadı. Müqavilənin 2-ci və 2.1-ci bəndindəki «15 (on beş il)» əlyazıları və həmin müqavilənin sonuncu vərəqindəki «2003» əlyazılarının icra müddətini müəyyən etmək mümkün olmadı.

12. Birinci instansiya məhkəməsinin 11 iyul 2019-cu il qərardadına əsasən təyin edilmiş ekspertizalar üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-ci il tarixli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. xx.xx.2019-cu il tarixli rəyə əsasən, 29 aprel 2019-cu il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 2.1 v ə 2.3-cü bəndlərində olan «15» əlyazma rəqəmlərindən «5» rəqəminin yerində əvvəlcə «0» rəqəmi olub, sonradan üzərinə ağardıcı boya çəkilərək indiki rəqəm icra edilmişdir. 29 aprel 2019-cu il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin sonuncu səhifəsində olan «2003» əlyazma rəqəmlərindən ikinci «0» rəqəminin yerinə ağardıcı boya çəkilərək indiki rəqəm icra edilmişdir. Düzəlişlər yerli və intensiv olduğu üçün ilkin rəqəmi müəyyən etmək mümkün olmadı. 29 aprel 2019cu il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin sonuncu səhifəsindəki «İcarəyəverən» tərəfindən qrafasındakı Əlik bələdiyyəsinin möhür əksi hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə a xınlı printerdə çap edilmişdir. 13. xx.xx.2019-ci il tarixli ekspert rəyinə əsasən, Quba rayon Əlik bələdiyyəsinin 3 aprel 2003-cü il tarixli 4 saylı qərarından çıxarışın aşağı hissəsində «İclasın sədri» qrafasında «Q.Abdullayev» yazılarının önündəki imza; 29 aprel 2003-cü il tarixli aktın aşağı hissəsində «2» və «3» rəqəmlərinin qarşılarında «Q.Abdullayev» və «Ə.Əmrahov» yazılarının önlərindəki imzalar ABDULLAYEV QÜDRƏT AĞAJAN oğlu tərəfindən icra olunmuşdur. 29 aprel 2003-cü il tarixli 3 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 2-ci vərəqəsində «Tərəflərin imzası» hissəsində «İcarəyəverən» qrafasında «Abdullayev Y.A.» yazılarının önündəki imza – X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Quba rayon Əlik bələdiyyəsinin 3 aprel 2003-cü il tarixli 4 saylı qərarından çıxarışın aşağı hissəsində «Katibi» qrafasında «Ə.Əmrahov» yazılarının önündəki imza – X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

14. Xaçmaz Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(067)-246/2019 nömrəli qərardadı ilə, İddiaçı Salmanov Şahin Mövsüm oğluna və qeyrisinə qarşı torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-1077/2020 nömrəli qərardadı ilə Xaçmaz rayon məhkəməsinin 13 dekabr 2019-cu il tarixli və 10 yanvar 2020-ci il tarixli qərardadları ləğv edilmişdir.

16. Xaçmaz Rayon Məhkəməsinin (hakim A.Sadıqov) (bundan sonra – birinci instansiya məhkəməsi) 07 iyun 2021-ci il tar ixli qərardadı ilə İddiaçı cavabdeh Salmanov Şahin Mövsüm oğluna və qeyrisinə qarşı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia ərizəsinin Quba rayon Əlik bələdiyyəsi adından Şahin Salmanovla bağlanmış 15 illik 29 aprel 2003-cü il tarixli, 03 saylı icarə müqaviləsinin ləğv olunmasına dair hissəsi üzrə icraata xitam verilmiş, iddiaçıya qeyd olunan iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur.

17. Birinci instansiya məhkəməsi iddia tələbinin icarə müqaviləsinin ləğv olunmasına dair hissəsi üzrə icraata xitam verərkən həmin tələbə ümumi məhkəmələrdə baxılmalı olmamasına istinad etmiş, tərəflər həmin qərardadı mübahisələndirməmişlər.

18. Birinci instansiya məhkəməsinin (hakim A.Sadıqov) 07 iyun 2021-ci il tarixli, 2(067)-22/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Salmanov Şahin Mövsüm oğluna qarşı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ləğv olunmaqla müvəqqəti istifadə hüququna dair əsassız qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmasına dair iddiası təmin edilmiş, Salmanov Şahin Mövsüm oğlunun adına verilmiş torpaqdan müvəqqəti istifadəyə dair 19 avqust 2004-cü il tarixli, JN 5403 saylı (kod ********) şəhadətnamənin ləğv edilməsi, Quba rayonu Əlik bələdiyyəsi ərazisindəki 80 hektar torpaq sahəsinin Salmanov Şahin Mövsüm oğlunun adına qeydə alınmasına dair müvəqqəti istifadə hüququna dair qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması qət edilmişdir.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olm uşdur ki, iddia əsaslıdır, buna görə də təmin edilməlidir. İddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 157.5, 157.6, 157.7, 157.8, 157.9, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 339.6, 372, 373, 375, 377, 384.0, 421.1, 422.2, 421.3, 422.1, 422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4, 422.3, 422.4, 425.1, 427.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh Salmanov Şahin Mövsüm oğlu apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddi anın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qanuna müvafiq olaraq Quba rayonu Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli, 4 saylı qərarına əsasən və torpaqdan müvəqqəti istifadə hüququna dair JN 5403 saylı, 30305018 kodlu şəhadətnaməyə əsasən 80 ha torpaq sahəsini icarəyə almışdır. Torpaq sahəsini aldığı vaxtdan iddiaçının iddia qaldırdığı vaxta qədər çox uzun müddət keçmiş, ötən müddət ərzində hər hansı fiziki şəxs və ya hüquqi şəxs tərəfindən bununla əlaqədar ona qarşı hər hansı iddia qaldırılmamışdır. İddiaçının iddia ərizəsindən də görünür ki, ona özünün göstərdiyi kimi bələdiyyənin xx.xx.2006-cı il tarixli qərarı ilə 15 il müddətinə 09 ha boş sahə icarəyə verilmişdir. Əgər 2006-cı ildən ö zünün göstərdiyi kimi hüquqları pozulmuşdursa, o, qanunda nəzərdə tutulmuş müddətdə və qaydada hüququnun bərpası barədə iddia qaldıra bilərdi. Bu səbəbdən də məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı rəsmi ərizə təqdim etmiş və qətnamədə də bu barədə göstərilir. Qətnamədə həmin vaxt bələdiyyə sədri işləmiş X1 və X2 ifadələrinə istinad olunaraq göstərilir ki, guya torpaq sahəsi ona 15 illik deyil, 10 il müddətinə icarəyə verilmişdir və hətta imzaların guya onlar tərəfindən icra olunmaması barədə ekspert rəyinə də istinad olunur. Əvvala, 1999-2004-cü ilə kimi bələdiyyə sədrinin müavini, 2004-2009-cu illərdə isə bələdiyyə sədri işləmiş X6 onun icarəsində olan torpaq sahəsinin 09 hektarını qanunsuz olaraq bu iş üzrə İddiaçı satmışdır. Məhz bu səbəbdən də işdə şahid qismində onun əleyhinə if adə vermişdir. X4 ifadəsində göstərmişdir ki, 2003-cü ildə 80 ha torpaq sahəsini cavabdehə 10 il müddətinə icarəyə vermiş, 15 illik icarə müqaviləsinə onun tərəfindən imza edilməmişdir, işdən çıxarkən möhürü icra hakimiyyətinə təhvil vermişdir. Halbuki ekspert rəyindən də görünür ki, Qüdrət Abdullayev və Əmrah Əmrahov yazılarının qarşısındakı imzalar X4 tərəfindən icra olunmuşdur. Ona ayrılmış 80 ha torpaq sahəsi bələdiyyənin qanuni sənədləri əsasında ayrılmasaydı, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləgv edilmiş DT və XK-nin Quba rayon şöbəsinin müdiri tərəfindən imzalanmaz və möhürlə təsdiqlənməz, bundan sonra isə ona torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilməzdi. Daşınmaz Əmlakın Kadastı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Əlik bələdiyyəsinə ünv anladığı xx.xx.2018-ci il tarixli, **********21 saylı məktubunda göstərilir ki, onun adına işlənmiş “Torpaqdan müvəqqəti istifadə hüququ”na dair JN-5403 saylı, 30305018 kodlu şəhadətnamə mövcud elektron məlumat bazasında qeydə alınmışdır. Bu fakt torpaq sahəsinin qanuni əsaslarla ayrılmasını tam təsdiq edir. Quba rayonu Əlik bələdiyyəsinin 30 mart 2018-ci il tarixli, 03 nömrəli qərarı ilə ona 15 il müddətinə icarəyə verilmiş 80 ha torpaq sahəsinin icarə müddəti eyni müddətə, eyni şərtlərlə uzadılmışdır. İclasda iştirak etmiş bələdiyyə üzvlərindən 8 nəfərin hamısı qərarın lehinə səs vermiş, iclasda bir nəfər bələdiyyə üzvü iştirak etməmişdir. Quba rayonu Əlik bələdiyyəsinin 30 mart 2018-ci il tarixli, 03 nömrəli qərarı bir daha təsdiq edir ki, həmin bələdiyyənin 03 aprel 2003-cü il tarixli, 4 saylı qərarı ilə ona 15 il müddətinə 80 ha torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır, qərar hazırda da qüvvədədir. Bu halda Quba rayonu Əlik bələdiyyəsi ərazisindəki 80 ha torpaq sahəsinin onun adına qeydə alınmasına dair müvəqqəti istifadə hüququna dair qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuzdur. Məhkəmə qətnamədə tamamilə əsassız olaraq göstərir ki, guya iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Halbuki ümumi iddia müddəti olan 10 illik iddia müddəti çoxdan keçmişdir. Məhkəmə İddiaçı ona qarşı hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını da aydınlaşdırmamışdır. İddiaçının subyektiv hüququ yoxdur.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-3082/2021 saylı mülki iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin olunmaması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(067)- 22/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Salmanov Şahin Mövsüm oğluna və qeyrisinə qarşı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia ərizəsinin Quba rayon Əlik bələdiyyəsi adından Şahin Salmanovla ba ğlanmış 15 illik 29 aprel 2003-cü il tarixli, 03 saylı icarə müqaviləsinin ləğv olunmasına dair hissəsi üzrə icraata xitam verilmiş, iddiaçıya qeyd olunan iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin icarə müqaviləsinin ləğv olunmasına dair hissəsi üzrə icraata xitam verərkən həmin tələbə ümumi məhkəmələrdə baxılmalı olmamasına istinad etmiş, tərəflər həmin qərardadı mübahisələndirməmişlər. İddiaçı adına olan torpaqdan müvəqqəti istifadə hüququna dair kodu 30305018 olan JN-5403 nömrəli şəhadətnamənin ləğvini tələb edir. Həmin şəhadətnamə torpaq sahəsinin Salmanov Şahin Mövsüm oğluna icarəyə verilməsi barədə Quba rayon Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli, 04 saylı qərarı əsasında veril mişdir.

25. Belə ki, torpaqdan müvəqqəti istifadə hüququna dair kodu 30305018 olan JN5403 nömrəli şəhadətnamənin verilməsi üçün əsas olan sənəd, yəni Quba rayon Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli, 04 saylı qərarı qüvvədə olduğu halda, həmin şəhadətnamənin ləğv edilməsi, Quba rayon Əlik bələdiyyəsi ərazisindəki 80 hektar torpaq sahəsinin Salmanov Şahin Mövsüm oğlunun adına qeydə alınmasına dair müvəqqəti istifadə hüququna dair qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, eləcə də işin faktiki hallarına uyğun deyildir, buna görə də iddia rədd olunmalı, qətnamə ləğv edilməlidir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.6, 47.7-ci maddələrinə, “Torpaq islahatı haq qında” Azərbaycan Respublikasının Qanununa, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası öz əsassız qətnaməsində iş materiallarında olan ekspertiza rəylərinə istinad etmiş, lakin yekun qərar qəbul edərkən həmin rəylərə istinad etməmişdir. Belə ki, ekspertiza rəylərinin nəticələrindən aydındır ki cavabdeh sənədlərdə qanunsuz düzəlişlər aparmış, saxta imzalar icra etmiş, rəqəmlər dəyişdirilmişdir. İmzalar səlahiyyətli şəxslər tərəfindən yox, başqa şəxslər tərəfindən icra edilmişdir. Bütün bunlar həmin əqdin etibarsız əqd olduğunu sübut etdiyi halda apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış və Mülki Məcəllənin 331.1-ci maddəsində qeyd edilmiş tələblər pozulmuşdur. Məhkəmə Torpaq Məcəlləsinin 47-ci maddəsinin tələbini pozmaqla bağlanmış əsassız bir əqdə istinad etməklə yekun qərar qəbul etmişdir. Belə ki, Apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi d eyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmçinin 103.2-ci maddənin tələblərinə görə, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Ekspert rəyi məhkəmə üçün məcburi olmasa da, Mülki Prosessual Məcəllənin tələbləri qaydasında həmin rəyə məhkəmə tərəfindən hüquqi qiymət verilməli, razılaşmırsa bu barədə əsaslandırılmış mövqeyini məhkəmə aktında qeyd etməlidir. Lakin apellyasiya instansiya məhkəməsi yalnız iş materiallarında olan ekspert rəylərinin tarixini və nömrəsini qeyd edib, nəticə hissəsini yazmaqla öz işini bitmiş hesab etmişdir, iş üzrə mühüm əhəmiyyət kəsb edən həmin ekspert rəylərinə hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisələndirilən müqavilə barədə mü xtəlif tarixlərlə keçirilmiş ekspertizalardan belə nəticəyə gəlinir ki, həmin müqavilə saxtalaşdırılmışdır. Lakin məhkəmə bu əhəmiyyətli məqama heç bir münasibət bildirməmişdir. Halbuki tək ekspert rəylərinə düzgün hüquqi qiymət verməklə məhkəmə apellyasiya şikayətinin tam əsassız olduğunu müəyyənləşdirə bilərdi. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 103-cü maddəsinin tələbləri pozulmuşdur.

30. İddiaçı kassasiya şikayətinin dəlillərinə oxşar məzmunda izahat göndərərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 mart 2022-ci il tarixli, 2(105)163/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarş ı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi

32. Maddə 47.6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

33. Maddə 47.7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

34. Maddə 7.

7. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunu

35. Madd ə 2.1 Müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyə orqanlarına təhvil verir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

36. Maddə 5.1 Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

37. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hü quqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Apellyasiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, torpaq sahəsi üzərində hər hansı bir hüquqa malik olmayan şəxs tərəfindən torpaq mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

49. Məhkəmə kollegiyası, apellyasiya instansiya məhkəməsinin torpaqdan müvəqqəti istifadə hüququna dair kodu 30305018 olan JN-5403 nömrəli şəhadətnamənin verilməsi üçün əsas olan sənədin, yəni Quba rayon Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli, 04 saylı qərarı qüvvədə olduğu halda, həmin şəhadətnaməni n ləğv edilməsi, Quba rayon Əlik bələdiyyəsi ərazisindəki 80 hektar torpaq sahəsinin Salmanov Şahin Mövsüm oğlunun adına qeydə alınmasına dair müvəqqəti istifadə hüququna dair qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaması, eləcə də işin faktiki hallarına uyğun olmamaması qənaəti ilə razılaşır və hesab edir ki, sözügedən sənəd qüvvədə olduğundan iddiaçının tələbi əsassız olmuşdur.

50. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

51. M əhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3082/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar