Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3716/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Hacıməmməd qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Hacıməmməd qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evdən çıxarılma, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi və əmlak tələ binə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2024-cü il tarixli 2(105)-996/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 2B-01 reyestr nömrəli 10 fevral 1999-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 25 may 1984-cü ildə ölmüş Cavabdeh2 Bulut oğlunun əmlakının vərəsəsi ünvan 1 evdə yaşayan İddiaçıdur. Vərəsəlik əmlakı aşağıdakılardan ibarətdir: 04/2043 nömrəli qeydə alma vəsiqəsinə və Şamaxı rayonlararası texniki inventarlaşdırma bürosunun 10 fevral 1999-cu il tarixli, 254 nömrəli arayışına əsasən, Cavabdeh2 Bulut oğluna məxsus olan ünvan 1 ünvanda 600 kv.m. torpaq sahəsində yerləşən, 1952-ci ildə tikilmiş, ümumi sahəsi 67,8 kv.m. ibarət olan yaşayış evi. 2. 11 fevral 1999-cu il tarixdə, 778 nömrəli inventar işi ilə qeydə alınmış Qeydiyyat vəsiqəsi ilə Şamaxı şəhəri, İmamlı küçəsində yerləşən bir mərtəbəli, zirzəmili, ümumi sahəsi 67,8 kv.m., yaşayış sahəsi 23,4 kv.m., bir yaşayış otağından ibarət 54 nömrəli yaşayış evi Qobustan rayon Dövlət notariat kontorunda təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı məxsusdur.
3. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şamaxı Rayon Polis X4 tərəfindən qəbul edilmiş qərarla, İddiaçı müxtəlif tarixlərdə polis şöbəsinə müraciət edərək, Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən evindən ona məxsus əmlaklarını cavabdehlər tərəfindən ic azə alınmadan, götürülüb satıldığını göstərmiş və aparılmış araşdırmalar zamanı, İddiaçı müraciətlərində göstərdikləri xüsusatların öz təsdiqini tapmadığı nəticəsinə gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ona məxsus Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən evdən, həyətyanı sahədən və yardımçı tikililərdən cavabdehlər Cavabdeh1 Hacıməmməd qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən satılmış ümumi dəyəri 60.000 manatdan artıq olan əmlakların cavabdehlərdən alınaraq, ona verilməsi, bu mümkün olmadıqda isə, həmin əmlakların dəyəri olan 60.000 manat məbləğində pulun cavabdehlərdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mübahisə olunan əmlakda daimi olaraq anası X5, bacısı X2 yaşayıblar. Sonradan anası və bacısı ilə məsləhətləşərək, dolanışıqlarının ağır olması səbəbindən, qardaşı Babayev Azər Osman oğlu həyat yoldaşı və üç uşağı ilə evdə yaşamağa davam etmişdirlər. Qardaşı Azər anası Mədinə və bacısı Zülfiyyə ilə keçimsizlik şəraiti yaradırdı, tez-tez mübahisə və münaqişələri olurdu. Anası vəfat etdikdən sonra, eyni davranış özü və ailə üzvləri tərəfindən bacısına qarşı nümayi ş etdirilmişdir. Bütün bu hallara son qoyulması üçün o, Azərdən ailəsi ilə birlikdə evi tərk etməsini bildirmişdir. Azər isə könüllü olaraq evi tərk etməsi üçün, yalnız evdən ona düşən payı aldıqdan sonra, evi tərk edəcəyini bildirmişdir. Razılaşmalarına əsasən, Azər özünə iş qurduqdan sonra, özünə torpaq sahəsi və ya ev almaqla, ailəsi ilə birlikdə evdən çıxmalı idi. Həmin dövrdə o, Azərə hissə-hissə olmaqla, ümumilikdə 18.500 manat pul vermişdir ki, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olub ailəsini dolandırsın, maddi vəziyyəti düzələndən sonra, onun pulunu qaytarar. Belə olan təqdirdə, Azər Babayevdən ona verdiyi borc pulu tələb etmişdir. Azər isə cavabında həmin vəsaitin miras əmlakdakı payı hesab etdiyini və bu səbəbdən pulu qaytarmayacağını, evi yalnız 2015-ci ilin iyun ayının so nunda boşaldacaqdır. Lakin 2015-ci ildə Azər ağır xəstəliyə tutuldu və o, həmin ərəfədə qardaşının evdən çıxmasını sağalandan sonraya saxlamışdır. 2016-cı ilin fevral ayında Azər Babayev vəfat etdi, ailəsi isə həmin evdə yaşamaqda davam etdi. Azər Babayevin ailə üzvlərinin həmin evdə yaşaması onun həmin evlə bağlı sərəncam vermək imkanını məhdudlaşdırır və bir mülkiyyətçi kimi əmlakından öz istəyinə uyğun istifadə və sahiblik hüququnu da məhdudlaşdırır. Göstə
7. Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(074)-48/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim F.Yaqubov)
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 Hacıməmməd qızı iddiaçının qardaşı arvadı, digər cavabdehlər isə iddiaçının qardaşı oğullarıdır. Hazırki iş üzrə mübahisə predmeti olan Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında 600 kv.m. torpaq sahəsində yerləşən, ümumi sahəsi 67,8 kv.m. olan fərdi yaşayış evi iddiaçının atası Cavabdeh2 Bulut oğluna məxsus olmuş və həmin şəxs vəfat etdikdən sonra, daşınmaz əmlak Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mərhum Babayev Azər Osman oğlunun övladları olaraq, ailə üzvü kimi mübahisəli evdə anadan olmuş və hal-hazıradək orada yaşayır, digər Cavabdeh1 Hacıməmməd qızı isə mərhum Babayev Azər Osman oğlunun arvadı olaraq, orada yaşayıb, birgə təsərrüfat aparmış və hal-hazıradək orada yaşayır, cavabdehlərin başqa yaşayış yerləri yoxdur və onların mübahisəli əmlakdan istifadə hüququ ya ranmışdır. Məhkəmə tərəflər arasında münasibətlərin 2000-ci ildən əvvəl yarandığını nəzərə alaraq mübahisəni tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına uyğun həll etmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara yuxarıda göstərilən qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisəli evdə anadan olaraq, heç bir qeyd şərt göstərilmədən orada yaşayanlarla birgə təsərrüfat aparmaqla, ailə üzvü kimi yaşadığından, həmin evdən istifadə etmək hüququ əldə etmişdirlər. Eyni zamanda, Cavabdeh1 Hacıməmməd qızı da ailə üzvü olaraq heç bir qeyd şərt göstərilmədən orada yaşayanlarla birgə təsərrüfat aparmaqla, ailə üzvü kimi yaşadığından, həmin evdən isti fadə etmək hüququ əldə etmişdir. Bununla da, cavabdehlərin iradəsinin ziddinə yaşadıqları evdən istifadə etməsinə məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələblərinə ziddir. Həmçinin iddiaçı Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən evdən, həyətyanı sahədən və yardımçı tikililərdən ona məxsus ümumi dəyəri 60.000 manatdan artıq olan əmlakların cavabdehlər tərəfindən satıldığını göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə iddianı bu hissədə də təmin etməmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 43, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 8, Az ərbaycan Respublikası Mülki Məcəllənin 152.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddiaçının ilkin iddiasının tam təmin edilməsi, iddiaçının iddia tələbinin artırılmasına dair əlavə iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə qətnaməsində xüsusi mülkiyyətin qorunması ilə bağlı hər hansı maddi hüquq normasına istinad olunmamış, yalnız evin vərəsəlik qaydasında iddiaçıya keçməsi qeyd edilmişdir. Digər tərəfdən, məhkəmə xüsusi mülkiyyət obyekti olan yaşayış evinə icarə münasibətlərinə dair müddəaları tətbiq etməklə normanın tətbiqində səhvə yol vermişdir. Daşınmaz əmlaka mülkiyyət hüququnun hər bir tərkib hissəsinin qanunvericiliklə qeydiyyata alınmalı olduğu halda məhkəmə cavabdehlər in belə hüquqlarının qeydiyyatının olmamasına münasibət bildirməyib. Bundan əlavə, məhkəmə cavabdehlərdən Cavabdeh1 iddiaçının ailə üzvü kimi həmin evə köçməsini və digər cavabdehlərin də həmin evdə dünyaya gəldiklərini qeyd etməklə, onların həmin evdə yaşamaq hüququ əldə etdiklərini vurğulayır. Lakin cavabdehlərin iddiaçının ailə üzvü olmamasına diqqət yetirilmir. İşin düzgün həlli üçün məhkəmənin araşdırmalı olduğu əsas hallar aşağıdakıdır: Yaşayış evinin və evin yardımçı tikililərinin, eləcə də daşınar əmlakların mənsubiyyəti, cavabdehlər tərəfindən iddiaçıya məxsus əmlakların satılıb-satılmaması, cavabdehlərin iddiaçının bacısı ilə bir evdə yaşamasının qeyri-mümkünlüyü. İddia tələbinin əmlaka dair hissəsində məhkəmə yalnız sübutetmə yükünə istinad edərək əmlakın iddiaçıya məxsus olması nı sübuta yetirmək vəzifəsinin iddiaçının üzərinə düşməsini və onun bu halları sübuta yetirə bilmədiyi üçün iddianın bu hissədə də təmin edilməməsi qənaətinə gəlmişdir. Bundan əlavə məhkəmə cavabdehlərin iddiaçının göstərdiyi əmlakları satmadıqlarını göstərir. Halbuki, məhkəmə iclasında ifadə verən cavabdehlər həmin əmlakları satdıqlarını etiraf etməklə yanaşı heç bir sübut və dəlilə istinad etmədən əmlakın iddiaçıya məxsus olmadığını iddia etmişlər ki, məhkəmə nədənsə bu hala sübutetmə vəzifəsinə dair qanunvericiliyin müddəalarını tətbiq etməmişdir. Digər tərəfdən, həmin əmlakın iddiaçıya məxsus olmasını təsdiq edən kifayət qədər hallar mövcuddur. Birincisi, iddiaçının vəsatəti əsasında tələb edilmiş vərəsəlik işinin materialları. Bundan başqa məhkəməyə həmin əmlaklarla bağlı iddiaçının ş ikayəti əsasında əldə edilmiş materialın Şamaxı Rayon Polis Şöbəsindən tələb edilməsi barədə vəsatət verilmiş, məhkəmə vəsatəti təmin etməmişdir. Şahidlərin dindirilməsi təşkil edilməmişdir
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2024-cü il tarixli 2(105)-996/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(074)-48/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mahmudov Ayaz - sədrlik edən və məruzəçi, Qafari Səyyad və Hüseynzadə Afiq)
13. Məhkəmə işin faktiki halları ilə müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi əvvəllər iddiaçının atası (cavabdehlərin babası, birinə münasibətdə qayınatası) Cavabdeh2 Bulut oğluna məxsus olmuşdur. Cavabdeh2 xx.xx.1984-cü ildə ölmüş, sözügedən fərdi yaşayış evi xx.xx.1999-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında miras qoyanın oğlu, hazırki iş üzrə iddiaçı olan İddiaçı adına sənədləşdirilmişdir. Mübahisələndirilən fərdi yaşayış evi hazırda xx.xx.1999-cu il tarixli, 778 nömrəli inventar işi ilə qeydə alınmış Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsusdur. Azər Babayev miras əmlak sənədləşdirilən zaman digər vərəsələr kimi mirasdan imtina etmişlər. Həmçinin müəyyən edilmişdir ki, evdən çıxarılmaları tələb edilən cavabdehlər iddiaçının mərhum qardaşı Azər Babayevin arvadı və övladlarıdır.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 27 iyu l 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
15. Yuxarıda sadalanan normaları hazırkı işə tətbiq edən kollegiya qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisəli evdə anadan olaraq, heç bir qeyd şərt göstərilmədən orada yaşayanlarla birgə təsərrüfat aparmaqla, ailə üzvü kimi yaşadığından, həmin evdən istifadə etmək hüququ əldə etmişdirlər. Digər Cavabdeh1 Hacıməmməd qızı da qeyd olunan tarixlərdə (2000-ci ild ən əvvəl) heç bir qeyd şərt göstərilmədən mübahisəli ünvanda mərhum Azər Babayevin ailə üzvü kimi yaşadığından, həmin evdən istifadə etmək hüququ əldə etmişdir. Cavabdehlərdən Cavabdeh1 1990-cı ilin əvvəllərindən, Cavabdeh2 1994-cü ildə, Cavabdeh3 isə 1997-ci ildə anadan olmaqla həmin ünvanda yaşayırlar. Digər iki cavabdeh, Cavabdeh4 doğum tarixi 2001-ci il, Cavabdeh5 isə doğum tarixi 2003-cü ilə təsadüf etsə də, həmin cavabdehlər də qeyd olunan evdə valideynləri ilə birlikdə yaşayıb, orada boya-başa çatmışlar.
16. Məhkəmə hesab etmişdir ki, Nuhbaba və Cavabdeh5lər 2000-ci ildən sonra doğulmaqla, mübahisəli evdə yaşayan valideynləri ilə birlikdə yaşamaq məcburiyyətində olmuş, hətta istəsələr belə mülkiyyətçi ilə müqavilə bağlamaq iqtidarına olmamışlar. Konkret halda mülki hüquq fəaliyyət q abiliyyətləri olmayan şəxslər dairəsinə aid olmuşlar.
17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehlərin başqa yaşayış yerləri yoxdur. Belə olan halda cavabdehlərin iradəsinin ziddinə yaşadıqları evdən istifadə etməsinə məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələblərinə zidd hesab edilməlidir.
18. Belə ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə qarşılaşan şəxsin mənzil və digər kimi yerlər üzərində hər hansı hüququ olmasın. Əgər həmin şəxsin belə bir hüququ vardırsa, məhrumetmə qanunsuz sayılır.
19. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya iddia tələbinin vurulmuş ziyanla bağlı hi ssəsində də iddianın rədd edilməsi barədə məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək bildirmişdir ki, iddia tələbinin bu hissəsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 54, 123.1-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsini n 27 iyul 2001-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 Hacıməmməd qızının əri və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5n atası Babayev Azər Osman oğluna mübahisəli mənzillə bağlı bütün hüquqların xitam verilməsi məqsədi ilə 18.500 (on səkkiz min beş yüz) manat ödədiyini və sonuncunun evdən ailəsi ilə birlikdə çıxacağı və evə dair özünün və ailə üzlərinin heç bir tələbinin olmayacağı barədə öhdəlik götürüldüyünü nəzərə almamışdır.
23. Həmçinin, həmin dövrdə hər iki fəaliyyət qabiliyyəti olmayan şəxsin hüquqlarını valideynləri və ana kimi cavabdehlərdən biri həyata keçirirdi və iş materiallarında iddiaçının hər iki şəxsin istifadə hüququn yaranması üçün notarial qaydada təsdiq edilmiş razılıq mövcud deyil.
24. Bundan əlavə, cavabdehlər tərəfindən götürülən, satılan və ya hər hansı formada ziyan vurulan əşyaların mövcudluğunu və ona məxsusluğunu təsdiq edən sübutları məhkəmə təqdim edilmədiyini bildirişdir. Ancaq məhkəmə nəzərə almamışdır ki, iddiaçıya ziyan vurulan əmlaklar dövlət qeydiyyatı tələb edilməyən və əksəriyyəti də gündəlik istifadə edilən məişət əşya və alətləridir. Belə olan halda iddiaçı hansı sənədi təqdim etməklə bu əşyaların götürüldüyünü və məhv edildiyini sübuta yetirə bilər. Digər bi r tərəfdən məhkəmə nəzərə almamışdır ki, iddiaçı həmin evdə daimi yaşamır və hətta onun evə buraxılmaması ilə bağlı münaqişələr olmuş və hüquq-mühafizə orqanlarında araşdırmalar aparılmışdır.
25. Kassasiya şikayəti öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 60, 125-ci maddəsinin Vİİ hissəsi, Mülki Məcəllənin 21, 139, 157.2, 228.1, 228.2-ci və Mülki Prossesual Məcəllənin 218.3, 376.2, 390-ci maddələri ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdehlər Cavabdeh1 Hacıməmməd qızı, Cavabdeh2, Cavabdeh3 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2024-cü il tarixli 2(105)-996/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
28. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələ n bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir, həddi-buluğa catmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
30. Maddə 123.1. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri:
38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
39. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə qətnaməsinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
42. İddi açının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2024-cü il tarixli 2(105)-996/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.