Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3717/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3717/2022 (Açar sözlər: mirasın qəbul edilməsi, miras paylarının müəyyən edilməsi) Bakı şəhəri 14 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızından (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı miras əmlakdan vərəsəlik üzrə payların müəyyən olunması, paylara mülkiyyət hüququnun tanınması və daşınmaz əmlaka mülkiyyət sənədlərinin verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilm əsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-24/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 04.03.1952-ci il tarixdə tərəflərin atası S.Ş.Mişiyev rəsmi nikah əsasında L.Y.Mişiyeva (Yevdayeva) ilə ailə qurmuş, onların bu nikahından Rafail, Ariil, Şimtu adlı üç uşaqları doğulmuş, 06 fevral 1959-cu il tarixdə S.Ş.Mişiyev ölmüşdür. Dovro, Rəhilə, Ermida, Valentina və Zinaida mərhum L.Y.Mişiyevanın doğma uşaqları deyil və sonuncu tərəfindən övladlığa götürülməmişlər. Onların ataları S.Ş.Mişiyev olsa da, anaları X1. 2. 1955 nömrəli torpaq qeydinə əsasən 377 kv. torpaq sahəsi 31 iyul 1972-ci il tarixdə X3 və İddiaçı istifadəsinə verilmişdir.
3. Quba rayon xalq məhkəməsinin 28 dekabr 1990-ci il tarixli qətnaməsinə əsasən Libo Mişiyeva və İddiaçı iddiaları təmin edilərək Quba şəhəri, Qırmızı qəsəbə Lenin küçəsi 167/121 nömrəli evin birinci mərtəbəsindəki bir otaq iddiaçılar X5 və İddiaçı qaytarılmışdır.
4. Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 4 otaqlı yaşayış evi 10 yanvar 1991 -ci il X9 və onun uşaqları İddiaçı, Dovro, Raxil, Armida, Valentina, Zinaida, Şimtum və Ariilin adlarına qeyd edilmişdir.
5. X10 Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamə ilə Quba rayon Qırmızı qəsəbə, Fətəlixan küçəsi 121 nömrəli evin ona çatası hissəsini və həyətyanı torpaq sahəsini oğlu İddiaçı vəsiyyə t etmişdir.
6. X6 24 mart 2002-ci ildə, X10 18 oktyabr 2007-ci ildə vəfat etmişdilər.
7. Mülki işə əlavə edilmiş etibarnamələrdən görünür ki, X13, X2, X15, X14 və X7 miras əmlak olan ünvan 2 ünvanda yerləşən evə və torpaq sahəsinə dair bütün hüquqlarını İddiaçı etibar etmişlər.(etibarnamə İsraildə verilib,apostil olunmayıb) İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh və qeyrilərinə qarşı miras evə və həyətyanı torpaq sahəsinə vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması, yaşayış evinə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və müvafiq mülkiyyət sənədlərinin verilməsinin Azərbaycan Respublikasının ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş e tmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi xx.xx.1991-ci il tarixində verilmiş 141 saylı qeydiyyat vəsiqəsinə əsasən L.Y.Mişiyevanın və səkkiz nəfər uşaqlarının birgə mülkiyyətindədir, anası L.Y.Mişiyeva 18 oktyabr 2007-ci il tarixdə, bacısı Z.S.Məmmədova 22 mart 2002-ci il tarixdə ölmüşlər, İsrail dövlətində yaşayan bacıları Dovro, Valentina, Rəhilə və qardaşı Şimtu İsrail dövlətində verilmiş 09 dekabr 2007-ci il tarixli etibarnaməyə, digər bacısı Ermida isə Xaçmaz rayon 1 saylı dövlət notariat kontorunda verilmiş 18 noyabr 2007-ci il tarixli etibarnaməyə əsasən mübahisəli evə dair bütün hüquqlarını ona etibar etmişlər və anası L.Y.Mişiyeva 17 aprel 2007-ci il tarixli vəsiyyətnaməyə əsasən evdən və həyətyanı torpaq sahəsindən özünə çatan hissəni ona vəsiyyət etmişdir. 31 iyul 1972-ci il tarixli, 1955 saylı torpaq qeydinə əsasən mübahisəli evə aid olan 377 kv.metr torpaq sahəsi onun və anası L.Y.Mişiyevanın istifadəsinə verilmişdir. Qanuna görə mübahisəli evin və həyətyanı sahəsinin altında olan torpaq sahələri onların mülkiyyəti sayılır və o, anası L.Y.Mişiyevadan miras qalmış əmlaka birinci növbəli vərəsədir və sonuncunun ölümündən altı aydan çox vaxt keçdiyi və qardaşı Cavabdeh miras payların notarial qaydada rəsmiləşdirilməsi ilə razılaşmadığı üçün onların miras əmlaklardakı payları məhkəmə qaydasında müəyyən edilməlidir. Miras əmlakı faktiki surətdə idarə etməklə və həmin evdə yaşamaqla yalnız o qəbul etmişdir, qardaşı Cavabdeh Bakı şəhərində yaşayır, miras evə qonaq kimi gəlib-gedir, anası L.Y.Mişiyevanın ölümündən sonra miras əmlakın idarə olunmasında və ona xidmət göstərilməsində iştirak etməmiş, sonuncunun ölümündən sonra mirasın qəbulu ilə bağlı mirasın olduğu yer üzrə notariat orqanına ərizə verməmişdir və ona görə də miras əmlakdan Cavabdeh hər hansı pay düşmür, digər bacı və qardaşları isə öz paylarını tam şəkildə ona vermişlər. Belə olan halda mübahisəli yaşayış evinin 199,38 kv.metrinə və 377 kv.metr həyətyanı torpaq sahəsinə onun vərəsəlik əsasında mülkiyyət hüququ tanınması və həmin torpaq sahəsinə dair onun dövlət reyestrindən çıxarışın və müvafiq mülkiyyət sənədlərinin verilməsinin Azərbaycan Respublikasının ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
10. Quba Rayon Məhkəməsinin 05 aprel 2010-cu il tarixli qətnaməsi ilə (haki m Z.Tahirov) iddianın təmin edilməsi, ünvan 4 ünvanında yerləşən 224,3 kv.metr sahəsi olan 2 mərtəbəli 4 otaqlı yaşayış evinin 199,38 kv.metr sahəsinə və 377 kv.metr həyətyanı torpaq sahəsinə İddiaçı vərəsəlik əsasında mülkiyyət hüquqları, həmçinin həmin evin 24,92 kv.metr sahəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının müəyyən edilməsi, yuxarıda göstərilən 224,3 kv.metr sahəsi olan 2 mərtəbəli 4 otaqlı yaşayış evinin 199,38 kv.metr sahəsinə və 377 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına rəsmiləşdirilərək dövlət reyestrindən çıxarışın və müvafiq mülkiyyət sənədlərinin verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhk əməsi iddia tələbinin təmin edilməsini mübahisəli evin L.Y.Mişiyevanın və səkkiz nəfər uşaqlarının birgə mülkiyyətlərində olmasını, L.Y.Mişiyevanın evdən və həyətyanı torpaq sahəsindən özünə çatan hissəni oğlu İddiaçı vəsiyyət etməsini, Z.S.Məmmədovanın 24 mart 2002-ci il tarixdə, L.Y.Mişiyevanın 18 oktyabr 2007-ci il tarixdə ölmələrini, D.S.Mişiyeva, V.S.İzqiyayeva, R.S.Şuminova, Ş.S.Mişiyev və E.S.Manaşirovanın mübahisəli evə və torpaq sahəsinə dair bütün hüquqlarını iddiaçıya etibar etməsini, mübahisəli evin və 377 kv.m. torpaq sahəsinin mirasın kütləsinə daxil olması, sonuncunun ölümündən sonra onun birinci növbəli səkkiz vərəsəsinin qalmasını, vərəsələrdən yalnız İddiaçı miras əmlakı faktiki surətdə idarə etməklə qəbul etməsini, Cavabdeh mübahisəli evin yalnız 24,92 kv.m. hissəsinə mü lkiyyət hüququnun olmasını, evin qalan 199,38 kv.m. hissəsinə və 377 kv.m. həyətyanı torpaq sahəsinə vərəsəlik əsasında İddiaçı mülkiyyət hüququnun əmələ gəlməsi ilə əsaslandırmışdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1146, 1151.1, 1159.1.1, 1193, 1243.2, 1246,1255-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2011-ci il tarixli, 2(105)-71/2011 nömrəli qətnaməsi ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 05 aprel 2010-cu il tarixli qətnaməsi ləğv edil miş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Quba rayonu, Qırmızı qəsəbə, Fətəlixan küçəsində yerləşən, ümumi sahəsi 257 kv.metr, yaşayış sahəsi 87,1 kv.metr olan 121 saylı fərdi yaşayış evindən mərhum X5 çatan 28,5 kv.metr payın 19,0 kv.metr hissəsinə 17 aprel 2007-ci il tarixli vəsiyyətnaməyə əsasən İddiaçı vərəsəlik hüququ, həmin payın 4,75 kv.metr hissəsinə Cavabdeh, 4,75 kv.metr hissəsinə X11 məcburi pay hüquqları tanınmış və İddiaçı həmin evdəki mülkiyyət payı 47,5 kv.metr. hissədə, Cavabdeh həmin evdəki mülkiyyət payı 33,25 kv.metr hissədə, X11 həmin evdəki mülkiyyət payı 33,25 kv.metr hissədə müəyyən edilmiş və həmin paylara, hissələrə uyğun olaraq onların adlarına «hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən» çıxarışı n və müvafiq mülkiyyət sənədlərinin verilməsi Azərbaycan Respublikasının ƏMDK-si yanında DƏDRX-nin Xaçmaz ərazi İdarəsinə həvalə edilmiş, qalan hissədə iddia təmin olunmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Dovro, Rəhilə, Ermida, Valentina və Zinaida mərhum L.Y.Mişiyevanm doğma uşaqları olmadığından və onlar mərhum L.Y.Mişiyeva tərəfindən övladlığa götürülmədiyindən, sonuncudan qalmış əmlaka birinci növbəli vərəsə sayıla bilməzlər və məhkəmə baxış zamanı müəyyən edilmişdir ki, mərhum L.Y.Mişiyevanm birinci növbəli üç vərəsəsi Rafael, Ariil və Simtu qalmışlar.
16. Mərhum L.Y.Mişiyevanm ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açılsa da, birinci instansiya məhkəməsi işə baxarkən ondan miras əmlakin kütləsini düzgün müəyyən etməmiş və üzərin də mərhum L.Y.Mişiyevanın hüququ qeydə alınmamış 377 kv.metr torpaq sahəsini də mirasın daxil etmiş və evin kv.metri ilə həyətyanı torpaq sahəsinin kv. metrini bir-biri ilə qarışdırmışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən, sadalanan hallara əhəmiyyət verməmiş, qeyd olunan birgə mülkiyyətçilər sağ olduqları və mərhum Z.S.Məmmədovanın özünün birinci növbəli vərəsələri olduğu halda, qətnamənin nəticə hissəsində nəinki mübahisəli evdən mərhum L.Y.Mişiyevaya çatan payı mirasın kütləsinə aid etmiş, həmçinin qanunsuz olaraq qeyd olunan birgə mülkiyyətçilərin evdə olan paylarını, o cümlədən istifadədə olan həyətyanı torpaq sahəsinin də mirasın kütləsinə aid edərək, mübahisəli yaşayış evinin 199,38 sahəsinə və 377 kv.metr həyətyanı torpaq sahəsinə İddiaçı vərəsəlik əsasında mülkiyyət hüququnu tanımışdır.
18. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, mübahisəli evin digər payçıları E.S.Manaşirovanın 18 noyabr 2007-ci il tarixdə Xaçmaz rayon 1 saylı DNK-da, D.S.Mişiyeva, R.S.Şuminova, V.S.İzqiyayeva və Ş.S.Mişiyevin isə İzrail dövlətində təsdiq edilməklə mübahisəli evdəki paylarını idarə etmək və sair hərəkətləri yerinə yetirmək üçün İddiaçı adına etibarnamələri vermələri də, onların öz paylarından İddiaçı xeyrinə imtina etmələri kimi qəbul edilə və həmin paylara bütövlükdə sonuncunun mülkiyyət hüququnun tanınması üçün əsas sayıla bilməz. Əvvala, işdən görünür ki, E.S.Manaşirova və digər payçılar D.S.Mişiyeva, R.S.Şuminova, V.S.İzqiyayeva və Ş.S.Mişiyev öz paylarını İddiaçı bağışlamamışlar və onlar öz paylarını idarə etmək ü çün etibarnamə vermişlər, digər tərəfdən işdən görünür ki, D.S.Mişiyeva, R.S,Şuminova, V.S.İzqiyayeva və Ş.S.Mişiyev tərəfindən İddiaçı adına verilmiş etibarnamə Azərbaycan Respublikasında deyil, İzrail dövlətində təsdiq edilmişdir
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4, 1133.1, 1133.2, 1159.1, 1159.1.1, 1145, 1193,1243,1255-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı xx.xx.2011-ci ildə vəfat etmişdir.
21. İddiaçı hüquqi varisi X12 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Azərbaycan Respubl ikası Ali Məhkəməsi mülki kollegiyasının 13 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən, məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 fevral 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
23. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, vərəsələrdən yalnız Rəfail Mişiyevin miras əmlakı faktiki idarə etməklə qəbul etmiş, digər vərəsələr isə mirası nə notariat kontoruna ərizə verməklə, nə də ki faktiki olaraq qanunvericilikdə göstərilən 6 ay müddətində qəbul etməmiş və bu imkanı itirmiş, eləcə də iş materiallarında qeyd olunanlarının əksini təsdiq edə biləcək heç bir sübut mövcud olmamış, torpaq qeydi sənədinə əsasən torpaq sahəsi L.Mişiyevanın və İddiaçı istifadəsinə verilmiş, 28 iyun 1972-ci il tarixli müqaviləyə əsasən mübahisəli evin ½ hissəsi L.Y.Mişiyevaya və İddiaçı satılmışdır. Belə olan halda məhkəmə ilkin olaraq ümumi mülkiyyətdə hər bir iştirakçının payını müəyyən etməli, bundan sonra isə vərəsələr arasında bölgü aparmalıdır.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 213.4, 213.5-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3395/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı miras əmlakdan vərəsəlik üzrə payların müəyyən olunması, paylara mülkiyyət hüququnun tanınması və daşın maz əmlaka mülkiyyət sənədlərinin verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı hüquqi varisi X8 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı 28 iyul 1972-ci il tarixli müqavilənin qismən etibarsız hesab edilməsi, 1955 nömrəli torpaq qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəyə minənə kimi dayandırılmış və xx.xx.2021-ci il tarixli qərardadla iş üzrə icraat təzələnmişdir.
26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-24/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə(hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.A basovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 05 aprel 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Quba rayonu, Qırmızı qəsəbə, Fətəlixan küçəsində yerləşən ümumi sahəsi 257 kv.metr, yaşayış sahəsi 87,1 kv.m. olan 121 saylı fərdi yaşayış evindən mərhum X4 miras qalmış 1/9 (257:9=28,5 kv.m.) pay hissəsinə vəsiyyət üzrə vərəsə İddiaçı mülkiyyət hüququnun tanınması və onun həmin əmlakda payına uyğun olaraq çıxarış verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mərhum L.Y.Mişiyevanın ölməsi ilə ondan miras qalmış əmlaka vəsiyyət üzrə vərəsəlik açılsa da, aşağı instansiya məhkəməsi işə baxarkən L.Y.Mişiyevadan miras qalmış əmlakın kütləsini düzgün müəyyən etməmiş və nəticədə üzərində sonuncunun hüququ qeydə alınmamış 377 kv.m. torpaq sahəsini də miras kütləsinə daxil edərək vərəsələr arasında bölmüşdür.
28. Belə ki, 28 iyul 1972-ci il tarixli alqı-satqı müqaviləsi və Quba Rayon Məhkəməsi 28 dekabr 1990-ci il tarixli, 2-378/1990 saylı qətnaməsi əsas tutularaq, 10 yanvar 1991-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Quba rayonu, Qırmızı qəsəbə, Fətəlixan küçəsində yerləşən, tikinti altı torpaq sahəsi 224,3 kv.metr, həyətyanı torpaq sahəsi 152,7 kv.metr, cəmi həyətyanı torpaq sahəsi 377 kv.metr olan və ümumi sahəsi 257 kv.metr, yaşayış sahəsi 87,1 kv.metr olan 121 saylı ev mülkiyyət hüququ üzrə L.Y.Mişiyevanın və Mişiyev (Mişiyeva) Rafail, Dovra, Rəhilə, Ermida, Valentina, Zinaida, Şimtu və Ariil Sionoviçlərin adına qeydə alınmışdır və həmin sənədlərə görə, mübahisəli evin ümumi sahəsi 224,3 kv.metr deyil, 257 kv.metrdir və ev yalnız mərhum L.Y.Mişiyevanın deyil, doqquz nəfər şəxsin birgə mülkiyyətindədir və evin həyətyanı torpaq sahəsi torpaq qeydinə əsasən mərhum L.Y.Mişiyevanın və oğlu R.Mişiyeyin istifadəsində olsa da, mülkiyyət hüququ üzrə onların adına qeydə alınmamışdır.
29. Mübahisəli ev (L.Y.Mişiyeva, Rafail, Ariil, Şimtu, Dovra, Rəhilə, Ermida, Valentina, Zinaida) ümumi birgə mülkiyyətdə olmaqla hər bir iştirakçının həmin əmlakda 1/9 pay hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli ev yuxarıda qeyd olunan doqquz nəfərin (L.Y.Mişiyeva, Rafail, Ariil, Şimtu, Dovra, Rəhilə, Ermida, Valentina, Zinaida) hər birinə 1/9 p ay hüququ üzrə mülkiyyətində olduğundan və həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə miras qoyan L.Mişiyevanın adına qeydə alınmadığından, yalnız Quba rayonu Qırmızı qəsəbə, Fətəlixan küçəsində ümumi sahəsi 257 kv.m. yaşayış sahəsi 87,1 kv.m. olan 121 saylı fərdi yaşayış evindən mərhum L.Y.Mişiyevaya çatan hissə (1/9 hissəsi, 257:9=28,5 kv.m.) miras kütləsinə daxil edilə bilər.
30. L.Y.Mişiyevanın ölməsi ilə mübahisəli evin 1/9 hissəsinə vərəsəlik açıldığından və sonuncu öz sağlığında, yəni 17 aprel 2007-ci il tarixli vəsiyyətnaməyə əsasən öz payını oğlu İddiaçı vəsiyyət etdiyindən, miras evə qanun üzrə vərəsəlik qüvvədə olmadığından, miras qoyan L.Y.Mişiyevanın miras payı qanun üzrə vərəsələrə keçə bilməz.
31. Miras qoyan L.Y.Mişiyevanın birinci növbəli vərəsələri Ariil və Şimtunun vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras payda məcburi pay hüquqları yaransa da, lakin istər Cavabdeh, istərsə də Şimtu Mişiyev miras əmlakı Mülki Məcəllənin 1243 və 1246-cı maddənin tələbləri baxımından nə faktiki, nə də ki rəsmi olaraq anaları L.Y.Mişiyevanın ölümündən sonra mirası qəbul etməmişlər. Sonuncudan miras qalmış bir dəst yorğan-döşək və bir ədəd palazın ona verilməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh bu dəlili işdə olan digər sübutlarla təsdiq olunmadığı, kassasiya instansiya məhkəməsinin qərarında öz təsdiqini tapmışdır.
32. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, Quba rayonu, Qırmızı qəsəbə, Fətəlixan küçəsində yerləşən ümumi sahəsi 257 kv.metr, yaşayış sahəsi 87,1 kv.m. olan 121 say lı evin mərhum L.Y.Mişiyevadan miras qalmış 1/9 (257:9=28,5 kv.m.) pay hissəsi vərəsələrdən yalnız vəsiyyət üzrə vərəsə, yəni İddiaçı qəbul etdiyindən, digər vərəsələrin yəni Cavabdeh və Ş.Mişiyevin isə miras əmlakı qəbul etməsi öz təsdiqini tapmadığından, İddiaçı həmin miras əmlakda vərəsəlik qaydasında payı müəyyən edilməlidir.
33. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, Quba rayonu, Qırmızı qəsəbə, Fətəlixan küçəsində yerləşən ümumi sahəsi 257 kv.metr olan 121 saylı evin mərhum L.Y.Mişiyevadan miras qalmış 1/9 (257:9=28,5 kv.m.) pay hissəsinə İddiaçı vəsiyyət üzrə vərəsəlik qaydasında miras əmlakı qəbul etdiyindən, sonuncunun həmin miras əmlaka mülkiyyət hüququ tanınmalı və həmin paya uyğun adına müvafiq çıxarış verilməlidir.
34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 1151.1, 1193, 1194, 1243, 1246, maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231.1, 222.1, 1193, 1243.2, 1243.3-cü və Mülki Prosessual Məcəlləsinin 217.1, 217.2, 217.3-cü maddələrində müəyyən edilənləri hazırkı işə düzgün tətbiq etməmişdir. Belə ki, miras qoyan Libo Mişiyevaya düşən miras payın hamısı bütünlüklə vəsiyyət üzrə vərəsəyə keçə bilməz. Mübahisəli əmlakın mülkiyyətçisindən biri olan cavabdeh mülkiyyət hüququ ilə özünə məxsus əmlaka sahiblik və istifadə etdiyi üçün, mübahisəli əmlak paylara bölünmədiyindən, bütün əmlaka sahiblik və istifadə etməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
39. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
40. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (və rəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
41. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.
42. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
43. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
44. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
45. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
46. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakti ki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Qətnamədən iddiaçı kassasiya şikayəti vermədiyində cavabdehin kassasiya şikayəti əsasında qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
57. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edi r. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.
58. Məhkəmə kollegiyası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rə ftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Az ərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).
59. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən miras qoyanın vəfatından sonra cavabdeh mirasın açıldığı gündən hesablanan 3 aylıq müddətdə miras əmlakı faktiki qəbul etməmiş, notariat orqanına ərizə verməmişdir.
60. Kassasiya şikayətində kassator birgə mülkiyyətçi kimi miras əmlak kütləsinə daxil olan hissəyə də sahiblik etdiyini göstərsə də, iddiaçının birgə mülkiyyətçi kimi həmin əmlakdan da faktiki istifadəsi məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
61. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir.
62. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
63. Məhkəmə kollegiyası hesab edir ki, kassator mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmədiyindən o həmin miras əmlaka dair mübahisə açmaq hüququnu itirmişdir.
64. Buna görə də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-24/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.