Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3718/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş 2(005)-3069/2019 hakim S.İ.Ədilova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilmiş, cavabdehlərin Bakı şəhəri Nərimanov rayonu Mayokovski və Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli, ümumi sahəsi 160 kv.m-dən ibarət olan yaşayış evinin 14 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin cavabdehlər tərəfindən boşaldılaraq, iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş 2(103)-707/2020 hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov, A.Ə.Hüseyn) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2010-cu il tarixli müqaviləyə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Mayokovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü il məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 160 kv.m-dən ibarət olan 4 otaqlı 14 saylı mənzili sonuncunun və ya onun mülahizəsinə əsasən başqa şəxsə mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə dəyəri 48.000 manat təşkil etmiş, həmin məbləğ İddiaçı tərəfindən tam ödənilmişdir. xx xxxx 2019-cu il tarixdə İddiaçı həmin mənzilin hazırda Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyində olduğuna istinad edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhk əmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar ümumiyyətlə araşdırılmamış, onun tərəfindən təqdim edilən sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməmişdir. İddiaçı ilə bağlanmış xx xxxx 2010-ci il tarixli müqavilə həqiqi münasibətləri əks etdirmir, onunla cavabdeh arasında mövcud olan borc münasibətlərinin təminatı kimi bağlanmışdır. Həmin vaxtdan da mənzil onların sahibliyində və istifadəsindədir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, “xxxx” MMC xx xxxx 2010-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mayokovski və A.Orucəliyev küçələri arasındakı 193 4-cü il məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən 160 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı 14 saylı mənzili iddiaçıya 48.000 manata satmışdır. Eyni zamanda cavabdehlər mənzilin əvvəlki payçıları olmaqla, həmin mənzildəki paylarından notarial qaydada imtina etmiş və “xxxx” MTK-nın üzvlüyündən azad edilmələrini xahiş etmişlər. İddiaçı hazırda cavabdehlərin onun mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırdığına istinad edərək onların mübahisəli mənzildən çıxarılmaqla mənzilin boşaldılaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əs asən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyektin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.2-ci mаddəsinə əsаsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin mübahisəsi gedən mənzil üzərində hər hansı hüquqa sahib olduğu müəyyən edilməmişdir. Belə olan halda isə, onların iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan mənzildə mülkiyyətçinin iradəsinin ə leyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və mənzildən çıxmaqdan imtina etməsi sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehlərin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. İddiaçı ilə mübahisəli mənzilə dair bağlanmış müqavilənin borc münasibətlərinin təminatı kimi bağlanması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutuaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3718/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3718/2020
02.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver