Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3719/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 və X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3719/2022 (Açar sözlər: istifadə hüququnun itirilməsi, evdən çıxarılma) Bakı şəhəri, 04 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 və X2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)226/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1, ev 15 İddiaçı (bundan sonra–iddiaçı) xüsusi mülkiyyətindədir.
2. Cavabdehlərdən Cavabdeh3 iddiaçının keçmiş gəlinidir, oğlundan rəsmi qaydada ayrılıb. Digər cavabdehlər Cavabdeh1 iddiaçının qaynı oğlu və onun ailə üzvləridir.
3. Mübahisə evdən istifadə ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Xaçmaz Rayon Məhkəməsinə iddia ərizəsi (sonradan dəqiqləşmə verməklər) ilə müraciət edərək, mülkiyyətində olan Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1, ev 15-dən cavabdehlər Cavabdeh1, Cavab deh2, Cavabdeh3 istifadə hüquqlarının itirilmiş hesab edilməsi və qeydiyyatda olan Cavabdeh1, Cavabdeh4, X6 və X1 yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbi onunla əsaslandırıb ki, Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1, ev 15 həyat yoldaşı Zakir Kərimovdan vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. Bu barədə 08 yanvar 2021-ci il tarixli Çıxarış da vardır. Cavabdehlərdən Cavabdeh3 iddiaçının oğlundan ayrılnadan sonra atasına məxsus evdə yaşayır.
6. Cavabdehlərdən Cavabdeh2 iddiaçının evində qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamır.
7. Cavabdeh1 isə iddiaçının ailə üzvü deyil, Cavabdeh1 özünü ayrı evi var, Cavabdeh1 iddiaçının mərhum ərinin və hazırda iddiaçının özünün iradəsinə zidd olaraq evdə yaşayır.
8. İddiaç ı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1-152.4-cü, Mənzil Məcəlləsinin (köhnə) 60, 87-ci, Mənzil Məcəlləsini (yeni) 30.1 və 30.4-cü maddələrinə istinad etmidir.
9. Cavabdeh1 iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - cavabdeh 1973-cü ildə mübahisəli evdə doğulmuş, orada böyümüş, orada yaşamışdır və hazırkı vaxtadək ailəsi ilə birlikdə orada yaşayır; - ev cavabdehin babasına məxsus olub. Cavabdeh babası və nənəsinin himayəsində yaşayıb. Cavabdehin valideynləri də uzun müddət bu evdə yaşayıblar; - babası 1981-ci ildə, nənəsi 1999-cu ildə ölüb, onların vəfatından sonra ev uzun müddət heç kimin mülkiyyətində olmayıb, mirasdan sakit şəkildə istifadə edib, orada yaşayıblar. 22 dekabr 2014-cü ildə əmisi X5 (iddiaçının mərhum əri) babadan miras qalan evi dolayı yolla mülkiy yətinə keçirib. X5 2020-ci ildə vəfat edəndən sonra ev iddiaçını adına keçib. - cavabdeh 2015-ci ildə Cavabdeh4 ilə (digər cavabdeh) ailə qurub və evdə yaşayanların razılığı və heç bir qeyd-şərti olmadan bu evə köçüb, evə qeydiyyata alınıb; - cavabdehin oğlu Rəsul 2016-cı ildə bu evdə doğulub, 2007-ci il təvəllüdlü qızlığı Bikə isə 2015-ci ildə anası Cavabdeh4 ilə evə köçüb; - bütün bunlar göstərir ki, ev iddiaçını mülkiyyətinə yüklü keçib.
10. Cavabdeh1 etirazını dəlillərini birinci instansiya məhkəməsində müdafiə edərək, göstərib ki, arada iş olanda 1-2 ay Bakıda işləmiş, amma sonra yenidən mübahisəli evə qayıtmışdır. Başqa yaşayış yeri, torpağı yoxdur. Onun ailəsi və uşaqları var, qalmağa başqa yerləri yoxdur, ona görə hesab edir ki, həmin evdən istifadə hüququ vardır.
11. Cavabdeh4 idd iaya etirazında göstərib ki, 2015-ci ildə Cavabdeh1 ilə evlənmiş və mübahisəli evə gəlin köçmüşdür. Həmin vaxtdan orada yaşayır. Mübahisəli evə gəlin köçəndə həmin ev kiminsə mülkiyyətində olmamış, bu günə qədər də mübahisəli evdə yaşamağına heç kim etiraz etməmişdir. Birgə nikahdan uşaqları da həmin evdə anadan olmuşlar. Həyat yoldaşı Qəmbər Bakı şəhərinə gedəndə də o, orada yaşamışdır, başqa yaşayış yerləri yoxdur. Gəlin köçəndən sonra onlar kirayə evdə yaşamamışlar.
12. Xaçmaz Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(067)-1067/2021 saylı qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. (hakim İlkin Xəlilov)
13. Birinci instansiya məhkəməsi iş materiallarındakı sənədlərə əsasən müəyyən etmişdir ki, mübahisəli ev DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il qeydiyyat tarix li, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı məxsusdur. Cavabdehlərdən Cavabdeh2 daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişdir və uzun müddətdir ki, mübahisəli evdə yaşamır. Digər Cavabdeh3 iddiaçının gəlini olmuş və 2012-ci ildə mübahisəli evdən çıxıb getmişdir, həmin vaxtdan orada yaşamır.
14. Birinci instansiya məhkəməsi hesab edib ki, hazırkı mübahisəyə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi 6 ay saxlanılır. İcarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə, məhkəmə tərəfindən uzadıla bilər.
15. Birinci instansiya məhkəməsi 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı, Mülki Məcəllənin 152.1, 152.3, 157.4, 158.1.2-ci, və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən belə nəticəyə gəlib ki, iddia tələbi Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsaslı olduğundan təmin edilməli, həmin şəxslərin Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1,ev 15də yerləşən evdə yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir.
16. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavab deh1, Cavabdeh4, X6 və X2 aid hissəsi barədə qeyd edib ki, həmin şəxslərin hazırda İddiaçı məxsus olan mənzildə yaşadıqları müəyyən edilir. Mübahisəli ev xx.xx.2021-ci il tarixdən etibarən iddiaçının mülkiyyətində olduğu üçün hazırkı mübahisəyə cavabdehlər Cavabdeh1, Cavabdeh4, X3 və X2 münasibətdə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüld ükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
17. Birinci instansiya məhkəməsi qeyd edib ki, Cavabdeh1 iddiaçının qaynı, Cavabdeh4 onun qaynı arvadı, cavabdehlər X6 və X4 isə onların övladlarıdır. Beləliklə, cavabdehlər iddiaçının ailə üzvləri və digər qohumları hesab edilmirlər və onlar mübahisəli evdə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozurlar. buna görə də iddia tələbi həmin cavabdehlərə aid hissədə də təmin edilməidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.3, 157.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci, Mənzil Məcəlləsinin 30.1-ci, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qəra rı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, apellyasiya şikayəti verib, iddianın onlara və övladlarına qarşı təmin edilən hissəsində qətnamənin ləğv, iddianın onlara qarşı hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
20. Apelyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə iş üçün əhəmiyyətli faktiki halların tam araşdırılmamasına, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsinə, maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli 2(105)-226/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi Cavabdeh1 Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1, ev 15-də yerləşən evdə yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və X1 həmin evdən çıxarılması hissəsində rədd edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Telman Məmmədov, Şəmsəddin Abasov)
22. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1, ev 15 mülkiyyət hüququ əsasında vərəsəlik qaydasında İddiaçı məxsusdur. Hazırkı iş üzrə iddia tələbi istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədədir.
23. Apel lyasiya instansiyası məhkəməsi ilkin olaraq Cavabdeh4 aid hissədə iddia tələbinə qiymət verərək göstərib ki, Cavabdeh4 digər Cavabdeh1la 2015-ci ildə nikaha daxil olaraq qızı Bikə Qulamova ilə birlikdə mübahisəli mənzilə köçmüşdür. Bu mənada onlara münasibətdə xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehlər Cavabdeh4 və X6 xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbi baxımından iddiaçının ailə üzvü hesab edilmədiyindən, başqa sözlə, qeyd edilən şəxslərin həmin evə istifadə hüququ yaranmadığından, iddia tələbini bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh4 və X3 münasibətdə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 30.1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli və “Ü.Rəhimovanın şikayəti üzrə” 25 dekabr 2009-cu il tarixli Qərarları ilə əsaslandırmışdır.
26. Bununla belə, apellyasiya instansiyası məhkəməsi digər Cavabdeh1 və onun azyaşlı övladı Rəsul Qəmbərova münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, Cavabdeh1 1973-cü ildən mübahisəli evdə doğulub, hazırda da yaşayır və onun həmin vaxtdan qeyd olunan evdə istifadə hüququ hələ iddiaçının mülkiyyət hüququ yaranmazdan əvvəl yaranmışdır. Bu halda sonuncunun həmin mənzildən istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilməlidir. Lakin hazırkı işdə ona qarşı belə bir tələb mövcud deyil. Bu mənada iddia tələbi ona aid hissədə təmin edilə bilməz.
27. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Rəsul Qəmbərova aid hissəsi ilə bağlı hesab edib ki, Mülki Məcəllənin 27.2. maddəsinə əsasən sonuncunun yaşayış yeri atası Cavabdeh1 yaşayış yeri hesab olunduğundan, ona münasibətdə də iddia tələbi təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh4 (Vəkil2) kassasiya şikayəti verib, qətnamənin qismən – onun apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləgv edilməsi, iddia tələbinin ona aid hissədə də rədd edilməsi barədə yeni qərar qəbul edilməs ini xahiş etmişdir.
29. Kassasiya şikayətinin dəlilləri: - mübahisəli evə 2015-ci ildə evin əvvəlki mülkiyyətçisi olmuş Zakir Kərimovun razılığı ilə köçmüşdür. 2020-ci ildə Zakir Kərimovun vəfat etdiyi vaxtadək həmin evdə yaşayış sahəsinin istifadə hüququ ilə baglı heç bir mübahisə olmamışdır; - Zakir Kərimovun buna etirazı olmuş olsaydı o, Cavabdeh4 bu evə gəlin köçməsinə razı olmazdı və ya saglıgında N.Kəromovanın evdən çıxarılması ilə bağlı müvafiq iddia ilə məhkəməyə müraciət edərdi; - iş materiallarından göründüyü kimi Zakir Kərimovun Cavabdeh4 qarşı mübahisəli evlə bağlı heç bir şikayəti və iddiası olmamışdır; - mübahisəli evin mülkiyyətçisinin dəyişməsi Cavabdeh4 həmin evdə yaşamaq hüququna xitam verilməsi üçün əsas deyildir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlill əri
30. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instans iyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə Cavabdeh4 tərəfindən iddianın ona qarşı təmin edilən hissəsində mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni həmin hissədə yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə Cavabdeh4 digər Cavabdeh1la 2015-ci ildə nikaha daxil olaraq qızı Bikə Qulamova ilə birlikdə mübahisəli mənzilə köçmüşdür. Bu mənada onlara münasibətdə xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbi baxımından Cavabdeh4 iddiaçının ailə üzvü hesab edilmir, başqa sözlə, qeyd edilən şəxslərin həmin evə istifadə hüququ yaranmayıb.
37. Məhkəmə kollegiyası qeyd edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə digər qohumların və ya mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanların ailə üzvləri hesab edilə bilməsi üçün yeganə meyar onların mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsidir. Hazırki işdə də işin bu halı müəyyən edilməyib.
38. Bu baxımdan, apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarına uyğun olaraq iddianın Cavabdeh4 qarşı təmin edilməsi Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından düzgün olmuşdur.
39. Cavabdeh4 evin əvvəlki mülkiyyətçisi tərəfindən evə köçürülməsi və evdən istifadə ilə bağlı əvvəlki mülkiyyətçi ilə hər hansı mübahisənin olmaması barədə kasassiy a şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, məhz həmin dəlillərin işə mahiyyəti üzrə baxan məhkəmələrdə təsdiqini tapmaması səbəbindən iddia Cavabdeh4 qarşı hissədə təmin edilib. Buna görə də həmin dəlillərə bir daha qiymət verməyə zərurət yoxdur.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır
41. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-226/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisəl əndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.