Məhkəmə qərarları › İş №2(102)-372/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-372/2022

02.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-372/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin iddiaçıya aid hissədə ləğvi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7176/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları

1. İş materiallarına əsasən, İddiaçı cavabdeh təşkilatda 27 il ərizəndə müxtəlif vəzifələrdə işləmişdir. O, 2011-ci ilin fevral ayından "xxxx" ASC-də xidmətlər üzrə mütəxəssis vəzifəsində çalışmış, ASC-də struktur dəyişikliyi olduğundan o, 30.12.2020-ci il tarixdə vəzifəsindən azad edilərək, eyni vəzifəyə sosial məzuniyyətdə olan işçinin yerinə təyin edilmişdir.

2. İddiaçı həmin əmrin ona aid hissəsinin qanunsuz hesab edərək aşağıdakı tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30 dekabr 2020-ci il tarixli, k/20-06073 nömrəli əmrinin iddiaçıya mün asibətdə ləğv edilməsi, iddiaçının Sabunçu RETSİ-də mütəxəssis vəzifəsinə işə bərpa edilməyinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 27 ildir ki, Azərenerji sistemində işləyir, 1994-cü ildən X2 mühasib kimi əmək fəaliyyətinə başlamış, 2001-ci ilin may ayından Bakı Elektrik Şəbəkəsində uçotcu, 2003-cü ildən mühasib kimi işləmişdir. Daha sonra sosial məzuniyyətə çıxmışdır. Sosial məzuniyyətdən 2006-cı ildə qayıtmışdır. Həmin vaxt "xxxx" sistemində struktur dəyişikliyi olmuşdur. Odur ki, 2006-cı ildən Nizami Rayon Elektrik Təchizatı və Satışı İdarəsində texniki-operator, 2008-ci ildən mütəxəssis işləmişdir. 2011-ci ilin fevral ayından hal-hazıra kimi Sabunçu Rayon Elektrik Təchizatı və Satışı İdarəsində mütəxəssis işləyirdi. 2021-ci i lin yanvar ayında iddiaçıya məlum oldu ki, "xxxx" ASC tərəfindən 30 dekabr 2020-ci il tarixli, k/20-06073 Nli əmr imzalanıb və həmin əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilmədən işdən azad olunmuş, onun işlədiyi mütəxəssis ştatına sosial məzuniyyətdə olan Məmməd-zadə Arzu Eldar qızı təyin olunub, iddiaçını isə onun sosial məzuniyyət müddətində həmin ştata işə təyin edilmişdir. "xxxx" ASC sistemində aparılan struktur dəyişikliyi nəticəsində Sabunçu RETSİ-də iddiaçının mütəxəssis işlədiyi Müştəri Xidmətləri Bölməsi ilə X1 birləşdirilmiş, Mühasibatlıq və Xidmətlər Sektoru yaradılmışdır. Müştəri Xidmətləri Bölməsində müdir, mütəxəssis (iddiaçının işlədiyi ştat), texniki-operator (X4) və əlavə yenə texniki-operator (Məmməd- zadə Arzu Eldar qızı) ştatları var idi. Yeni sektor yaradılanda bölmənin iki texniki-operatoru ixtisara düşmüş, iddiaçının işlədiyi xidmətlər üzrə mütəxəssis ştatı isə yeni sektora verilmişdir. Lakin, iddiaçının işlədiyi mütəxəssis vəzifəsi yeni sektora verilsə də, iddiaçı işindən heç bir başqa əmr olmadan azad edilmişdir. İddiaçının yerinə ştatı ləğv edilmiş X3 təyin edilmiş, o, sosial məzuniyyətdə olduğundan iddiaçını sosial məzuniyyət müddətində onun yerinə təyin ediblər. Halbuki, halhazıra kimi fasiləsiz olaraq bu vəzifəni və iş yükünü iddiaçı icra edir. İddiaçını vəzifədən azad edib həmin vəzifəyə sosial məzuniyyət müddətinə təyin edirlər. Cavabdeh iddiaçını əmək qanunvericiliyində nəzərdə tutulmayan əsasla, həmçinin əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl etmədən vəzifəsindən azad edib, həmin vəzifəyə sosial məzuniyyət müddətində təyin edib. Bu əmək qanunvericiliyinə uyğun deyil.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının özü iş yerini dəyişməsi, xidmətin ləğv edilməsi barədə məlumatı olub, bu barədə razılığı ilə əlaqədar ərizə təqdim etmişdir. İddiaçıya başqa mütəxəssis vəzifəsi təklif edilib, iddiaçı özü həmin ərizə ilə tanış olmayaraq imzalamamış və təklifi qəbul etməmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 29 mart 2021-ci il tarixli, 2(006)2309/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30 dekabr 2020-ci il tarixli, k/20- 06073 nömrəli əmri İddiaçı münasibətdə ləğv edilmiş, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu RETSİ-də xidmətlər üzrə mütəxəssis vəzifəsinə ( əvvəlki vəzifəsinə) işə bərpa edilməsi qət edilmişdir.

7. Məhkəmə Əmək Məcəlləsinin 11-ci, 12-ci və 68-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəfl ərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşəgötürən - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı heç bir əmr olmadan işdən azad edilməsi və yenidən eyni vəzifəyə, lakin sosial məzuniyyətdə olan işçinin yerinə təyin edilməsi açıq-aşkar qanunsuz və əsassız olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kəri mli) 09 avqust 2021-ci il tarixli, 2(103)-7176/21 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2309/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 10. "xxxx" Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinin iclasında verdiyi şifahi izahat ilə eyni məzmundadır. Əlavə olaraq qeyd edilmişdir ki, işçi İddiaçı Cəmiyyətin sədrinə ərizə ilə müraciət edərək onun Sabunçu RETSİ-nin Mühasibatlıq və xidmətlər sektorunun mütəxəssisi vəzifəsinə keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Sonradan Cəmiyyətin k/20-06073 nömrəli 30.12.2020-ci il tarixli əmri ilə Sabunçu RETSİ-nin Mühasibatlıq və xidmətlər sektorunun xidmətlər üzrə mütəxəssis (sosial məzuniyyət müddətinə) vəzifəsinə təyin edilmiş, 05.01.2021-ci il tarixdə Sabunçu RETSİ-nin E.Məmmədovun, A.Xəlilovun, P.Qəhrəmanovun və o cümlədən İddiaçı iştirakı ilə sonuncunun əmək müqaviləsinin imzalamasından imtina etməsi barədə akt tərtib edilmiş, buna baxmayaraq işçi əmək fəaliyyətini davam etdirmiş və 08.02.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sözügedən əmrin ona aid hissəsində mübahisələndirmişd ir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

14. Maddə

12. Bənd «c» Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

15. Maddə 56.

1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

3. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.

16. Maddə

68. Hissə

1. Əmək müq aviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

17. Maddə

76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

18. Maddə

300. Hissə

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədə n işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı qeyd etmişdir ki, iddiaçının bildirməsinə görə o, 1994-cü ildən eyni sistemdə fasiləsiz olaraq müxtəlif vəzifələrdə qüsursuz işləmişdir. Struktur islahatları ilə əlaqədar onun işlədiyi əvvəlki bölmənin iki texniki operator vəzifəsi ixtisara düşmüş, onun işlədiyi xidmətlər üzrə mütəxəssis ştatı isə yeni sektora verilmişdir. Lakin işlədiyi mütəxəssis vəzifəsi yeni sektora verilsə də o, işindən heç bir başqa əmr olmadan azad edilmiş, yerinə ştatı ləğv edilmiş X3 təyin edilmiş və sonuncu sosial məzuniyyətdə olduğundan həmin müddətdə onun yerinə təyin ediblər. Halbuki, hal-hazıra kimi fasiləsiz olaraq bu vəzifəni və iş yükünü o, icra edir. Cavabdeh tərəf iddiaçının bəyan etdiyi bu halları nə birinci instansiya məhkəməsində, nədə apellyasiya şikayətində mübahisələndirməmişdir. Düzdür, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddiaçıya başqa mütəxəssis vəzifəsi təklif edildiyini bildirmişdir. Lakin belə bir təklifin edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, apellyasiya şikayətində isə bundan ümumiyyətlə bəhs etməmişdir.

25. Cavabdeh göstərir ki, iddiaçı Cəmiyyətin k/20-06073 nömrəli 30.12.2020-ci il tarixli əmri ilə Sabunçu RETSİ-nin Mühasibatlıq və xidmətlər sektorunun xidmətlər üzrə mütəxəssis (sosial məzuniyyət müddətinə) vəzifəsinə təyin edilmiş, 05.01.2021-ci il tarixdə Sabunçu RETSİ-nin E.Məmmədovun, A.Xəlilovun, P.Qəhrəmanovun və o cümlədən İddiaçı iştirakı ilə sonuncunun əmək müqaviləsinin imzalamasından imtina etməsi barədə akt tərtib edilmiş, buna baxmayaraq işçi əmək fəaliyyətini davam etdirmiş və 08.02.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sözügedən əmrin ona aid hissəsində mübahisələndirmişdir. Bu arqument anlaşılan deyil, çünki, cavabdeh aydınlıq gətirmir ki, struktur dəyişikliyi olsa da iddiaçı müddətsiz olaraq işlədiyi bu əvvəlki eyni vəzifəyə niyə birdən-birə sosial məzuniyyət müddətinə, həmin vəzifəyə isə məzuniyyətd ə olan başqa şəxs təyin edilir. Bu zərurətin nə ilə bağlı olduğunu cavabdeh tərəf nə məhkəmədə, nə də apellyasiya şikayətində açıqlama gətirməmiş yaxud gətirmək istəməmişdir. Çünki, iddiaçı sosial məzuniyyət müddətinə xidmətlər üzrə mütəxəssis vəzifəsinə təyin edilirsə, demək sosial məzuniyyətdə olan şəxs işə qayıtdıqdan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Yəni, ən azından mübahisələndirilən əmrdə iddiaçıya münasibətdə bu cür qərar qəbul edilməsinin səbəbləri göstərilməli və əsaslandırılmalı idi. Ona görə də iddiaçı sosial məzuniyyət müddətinə əmək müqaviləsini imzalamaqdan imtina etməkdə haqlı olmuşdur.

26. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onl ara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

27. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7176/2021 nömrəli iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar