Məhkəmə qərarları › İş №2(102)-372/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-372/2024

18.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-372/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2(103)-5968/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı xx.xx.2018-ci il tarixdə Sabunçu RPİ 13-cü PB-nin dəftərxana operatoru vəzifəsində işə qəbul olunmuşdur.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh Ə790-073-22 saylı, xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bunadan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh rəisi Cavid Muradovun xx.xx.2022-ci il tarixli, Ə790-073-22 saylı əmrini ləğv edib, vəzifəyə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən əvvəlki vəzifəyə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının Daxili İşlər Nazirliyindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh rəisi Cavid Muradovun 28 noyabr 2022-ci il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə əmrdə bildirilmişdir ki, guya o, daxil olmuş məktubu vaxtında aidiyyatı üzrə göndərməmişdir. Gecikmə halı ilə bağlı heç bir sübut yoxdur və bunu kimsə mübahisələndirməyib. Belə olan halda səbəb olaraq bunun göstərilməsi, onu işdən çıxarmağa hesablanmış addımdır. Əmrin əsası kimi qeyd edilən məktub tam vaxtında elektron sistemə yerləşdirilmişdir, lakin elektron sistemdəki problemlə əlaqədar gecikmə ola b ilərdi. Bu da onun işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına əsas ola bilməz. Çünki qeyd edilən məktub artıq aidiyyatı qurum tərəfindən icra edilmiş, bununla bağlı hər hansı mübahisə olmamış, işin ümumi axarı pozulmamışdır. Bundan başqa ğmrdə qeyd olunmuşdur ki, işlədiyi dəftərxanada aidiyyatı olmayan mülki şəxsin işləməsi işdən çıxarılma səbəblərindən biridir. Həmin şəxs - Nərmin Əliyeva uzun müddətdir ki, orada işləyir və bundan öncəki bölmə rəisi də bu məsələdən xəbərdar olmuşdur. Bu faktla bağlı qeyd edir ki, əmrdə iddia edilən işçi o, işə düzələndə də orda işləmişdir. Yəni onun dəftərxanada işləyib-işləməməsi ilə bağlı hər hansı göstəriş vermək onun səlahiyyətində olmamışdır. Necə ola bilər ki, Polis Bölməsində rəisin xəbəri və icazəsi olmadan kimsə uz un illər orda işləsin?! Belə hal ola bilmədiyinə görə, həmçinin həmin işçi ilə bağlı onun hər hansı səlahiyyətinin olmamasına görə o, işdən çıxarıla bilməz. Əmək müqaviləsi üzrə vəzifə səlahiyyətlərinə diqqət edilsə, həmin orqanda “insan resursları üzrə mütəxəsis” yox, operator vəzifəsində çalışdığını açıq-aşkar görmək olar. İşdə bu günədək heç bir pozuntu olmadan, işə gecikmə halı olmadan, vəzifə səlahiyyətlərini aşmaq nüansı olmadan birbaşa Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması hüququn işləmə prinsipinə daban-dabana ziddir. Haqqında işdən çıxarılma əmri verilməzdən əvvəl bu məsələ ilə bağlı ondan izahat alınmış, izahatda iş həcminin çoxluğundan məktubun elektron sənəd dövriyyəsindən keçib-keçməməsinə diqqət yetirməməyini (bunun bəzən sistemdə olan nasazlıqla bağlı olduğu), diqqətindən yayınmasını və bir daha belə diqqətsizliyə yol verməyəcəyini bildirmiş, üzrlü hesab etmələrini xahiş etmiş, birbaşa tabe olduqları Sabunçu RPİ-nin dəftərxana müdiri ilə əlaqə yaratmış, həmin şəxs heç bir problem olmadığını, işinə davam etməsini bildirmişdir. Belə bir əmrin verilməsi bundan sonra hər hansı başqa bir yerdə işləməyinə böyük bir əngəldir. Hazırda üzərində elə bir sosial öhdəliklər var ki, bundan sonra işsiz qalması onun himayəsində olan insanlar üçün sadəcə faciədir. Çünki belə olan halda təkcə o, yox, eyni zamanda ailəsi, onunla birlikdə yaşayan şəhid anası bu əmrdən əziyyət çəkəcəkdir.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 iyun 2023-cü il tarixli, 2(008)-3470/2023 nömrəli qətnaməsi ilə (hakim A dilə Paşayeva) iddia tələbi təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əmək qanunvericiliyində əmək müqaviləsinin ləğv edilməsinin əsasları, ələlxüsus da işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dairəsi dəqiq müəyyən olunmuşdur və “daxil olmuş məktubun vaxtında qeydiyyata alınaraq göndərilməsini təmin etməmə, eləcə də rejimli yer hesab olunan dəftərxanada aidiyyatı olmayan mülki şəxsin fəaliyyət göstərməsinə şərait yaratma” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğvinə əsas ola bilməz. Belə ki, əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək ən ağır intizam tənbehi olmaqla yanaşı, bunun üçün ciddi ə saslar olmalı, prosedurlara riayət edilməlidir.

8. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan məhkəmənin iclasları barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, əmrin qanuniliyinə dair və həmçinin İddiaçı hərəkətlərinin həqiqətən də müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olmasına və işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmasına dair heç bir dəlil gətirməmiş, ümumiyyətlə iddiaya hər hansı münasibət bildirməmişdir. Belə olan halda həmin əmrin ləğvi tələbi əsaslı hesab olunmalıdır.

9. Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci, 70ci, 71.2-ci, 71.3-cü, 72-ci, 74.2-ci, 296.2-ci, 300-cü, Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 77.1 və 88ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, iddiaçının əvvəllər dəfələrlə intizam xətasına yol verdiyini və bununla bağlı verilən tənbehlərdən nəticə çıxarmadığını, əmək müqaviləsinə xitam verilməsinə səbəb olan pozuntunu törətdiyini də mübahisələndirmədiyini nəzərə almamış, iddiaçının məhkəməyə vaxtında müraciət etmiş olub-olmadığını aydınlaşdırmamış, dəfələrlə əmək intizamının pozuntusuna yol vermiş iddiaçı barəsində “ən ağır intizam tənbehinin seçildiyi” qənaətinə gəlməkdə səhv etmişdir. Şikayətdə gö stərilmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixdən X2 fəaliyyət göstərmiş, xx.xx.2018-ci il tarixdən Sabunçu RPİ-nin 13-cü PB-də operator vəzifəsində işləmiş, xidmətdə olduğu dövrdə yol verdiyi nöqsanlara görə ona, xx.xx.2016-cı il tarixli əmrlə ona “şiddətli töhmət”, xx.xx.2021-ci il tarixli əmrlə “töhmət” verilmişdir. xx.xx.2021-ci il tarixli əmrin verilməsinə səbəb, İddiaçı sənədi ESD vasitəsilə qeydiyyata aldıqdan sonra RPİ-nə göndərməməsi olmuş, eyni pozuntuya yenidən yol verdiyinə görə isə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli 158-36667-1222 nömrəli məktubu PB-nin dəftərxanasında qeydiyyata alınaraq icrası Sabunçu RPİ-nin 13cü PB-nin polis sahə inspektoru, polis leytenantı X1 həvalə edilmiş, sonuncu, daxil olmuş məktubu xx.xx.2022-c i il tarixdə icra edərək dəftərxanaya təhvil versə də, Sabunçu RPİnin 13-cü PB-nin operatoru (mülki) İddiaçı məktubu 37 gün sonra, xx.xx.2022-ci il tarixdə qeydiyyata almış, eləcə də 5 gün sonra, xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ-yə göndərmişdir. Həmçinin aparılmış araşdırma zamanı rejimli yer hesab olunan dəftərxanaya kənar şəxslərin cəlb olunmasına şərait yaradılması, vətəndaş Nərmin Əliyevanın PB-nin dəftərxanasında qeyri-rəsmi fəaliyyət göstərməsi müəyyən edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 5 oktyabr 2023-cü il tarixli, 2(103)-5968/2023 nömrəli qətnaməsi ilə (hakimlər: Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci i nstansiya məhkəməsinin qətnaməsi qismən - “Cavabdeh xx.xx.2022-ci il tarixli Ə790- 073-22 saylı əmrinin ləğv olunması” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə - iddia qismən təmin edilmiş, Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli Ə790-073-22 saylı əmri İddiaçı aid hissədə ləğv olunmuşdur. İddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinə əlavə və şikayətdə istinad etdiyi sənədlərin surətləri sübut kimi qəbul olunmamalıdır. Çünki cavabdeh qurum birinci instansiya məhkəməsi tərəfindən dəfələrlə dəvət olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarına nümayəndəsini göndərməmiş, məhkəmə prosesi yekunlaşdıqdan sonr a həmin qurumun “Xidmət üzrə rəis müavini”nin imzası ilə məhkəməyə daxil olmuş məktubda işə iştirakları olmadan baxılmasının xahiş edildiyi bildirilmişdir. Yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər.

14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinə əlavə və şikayətdə istinad etdiyi sənədlərin surətləri birinci instansiya məhkəməsinə təqdim olunsaydı belə, fərqli nəticəyə gəlinməsinə əsas təşkil edə bilməzdi. Belə ki, iddiaçıya istinad olunan pozuntu(lar) nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əvvəllər – 2016-cı və 2021-ci illərdə - intizam tənbehi almış olması, hazırkı mübahisə baxımından hər hansı əhəmiyyət kəsb etmir, çünkü qanunvericilik, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üçün, işçinin yol verdiyi sonuncu pozuntudan 6 ay əvvəlki dövrdə aldığı intizam tənbehini əsas sayır.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir.

17. Cavabdehin nümayəndəsinin apellyasiya şikayətinin dəlili kimi irəli sürdüyü, iddiaçının iddia müddətini ötürüb-ötürmədiyinin aydınlaşdırılmadığı arqumenti ilə bağlı kollegiya qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinə heç bir üzrlü səbəb bildirmədən getməyərək qətnamə çıxarılana qədər müvafiq arqumenti irəli sürməmişdir.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən Daxili İşlər Nazirliyi cavabdeh qismində göstərilmədiy i halda, həmin nazirlikdən məcburi işburaxma dövrü üçün əmək haqqının tutulması prosessual pozuntu kimi qiymətləndirilməməlidir. Çünkü, məcburi işburaxma dövrü üçün əmək haqqının tutulması işçinin işə bərpa olunmasının hüquqi (məntiqi) nəticəsidir və Cavabdeh işəgötürən olsa da, həmin işəgötürənin işçilərinin əmək haqqı məhz Daxili İşlər Nazirliyi tərəfindən ödənilməkdədir. Məsələyə prosessual qənaət prinsipi baxımından yanaşıldıqda da belə qənaətə gəlmək olar ki, göstərilən çatışmazlığın qətnamənin ləğvinə əsas kimi qəbul edilməsi həddindən artıq formal qiymətləndirmənin təzahürü olardı.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72, 80, 186, 187, 296, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlill əri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin yol verilmiş intizam pozuntusu nəticəsində mülkiyyətçinin qanunla qorunan mənafeyinə ziyan dəyməsi sübuta yetirilməmişdir mövqeyi yalnışdır. Belə ki, iddiaçı tərəfindən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində kobud pozuntuya yol verməsi işin mübahisəsiz halıdır. Hətta, birinci instansiya və apellyasiya instansiyasında özünün çıxışlarında və izahatlarında pozuntuya yol verdiyini etiraf etmişdir. Eyni zamanda məhkəmə tərəfindən işə baxılarkən cavabdehin hüquq mühafizə orqanı olması, fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmalı idi.

22. Apellyasiya şikayətinə əlavə edilmiş izahat və əmrin verilməsinə əsas olmuş hallarla bağlı birinci instansiyada işə hazırlıq iclasında baxılan zaman təqdim edilmədiyinə görə sübutların qəbul edilməzliyi ilə bağlımövqeyi yalnışdır. Belə ki, iddiaçının özü tərəfindən məhkəməyə mübahisələndirilən əmr təqdim edilmişdir. Həmin əmrdə əmrin verilməsinə əsas olan hallar sadalanmış və həmin halların mövcudluğu iddiaçı tərəfindən etiraf edilmişdir. Mübahisələndirilən hal seçilmiş intizam cəzasının adekvat olmaması və daha yüngül cəza növü ilə əvəz edilə bilməsidir. Məhkəməyə təqdim edilmiş sənədlər apellyasiya şikayətinin dəlilini təşkil edir və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2(103)-5968/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

25. Maddə

71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

26. Maddə 186, hissə 2.İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

27. Maddə 186, hissə

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

28. Maddə

187. İntizam tənbe hi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

29. Maddə 300, hissə

1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 6 8, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tə ləbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək koll ektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

39. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə görə, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq bu nəticəyə gəlmişlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməkl ə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.

43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmi n hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətn aməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 oktyabr 2023-cü il tarixli, 2(103)-5968/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar