Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-372/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, X3 və X2 qarşı ilk, X3 və X1 İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi; apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh, X3 və X2 qarşı “evdən çıxarılma” barədə ilk, X3 və X1 İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia t ələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6833/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlər Cavabdeh, X3 və X2 qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşməsinə dair ərizə) ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xanlar küçəsi, 47 saylı evin 15 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) 2(009)-964/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, cavabdehlərin Bakı şəhəri, Xanlar küçəsi, 4 7 saylı evin 15 saylı mənzilindən çıxarılmaları və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Talışınski (məruzəçi), M.Məmmədov, A.İmanov) 2(103)-4491/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qərardadı ilə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilmişdir.
5. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayəti səlahiyyəti təsdiq olunmayan şəxs tərəfindən imza lanmışdır. Belə ki, şikayətə vəkilin birinci instansiya məhkəməsi üçün nəzərdə tutulmuş orderi əlavə edilsə də, iş materiallarından müəyyən edilmişdir ki, vəkilə verilmiş etibarnamənin müddəti xx.xx.2024cü il tarixdə bitmiş, şikayətə yeni etibarnamə əlavə edilməmiş, apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Həmçinin, Cavabdeh adından təqdim edilən apellyasiya şikayətinin digər qrafası olan “işin halları” hissəsində digər cavabdehlərin də adları qeyd edilmiş, bununla da apellyasiya şikayətinin forma tələbləri pozulmuşdur.
6. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, işi mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Ali Məhkəməni n Mülki kollegiyasının (hakimlər A. Abbasov (məruzəçi), Ə.Nurməmmədov və M.Əhmədova) 2(102)-3045/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qərarı ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Məhkəmə kollegiyası mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh apellyasiya şikayətinə, şikayəti imzalayan nümayəndə və vəkilin səlahiyyətini təsdiq edən etibarnamə və order əlavə edilməmişdir. Halbuki, prosessual qanunverciliyə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq ola raq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Apellyasiya şikayətinə əlavə edilmiş orderdə isə kassatorun adı qeyd edilməmiş, üstəlik, həmin orderdə tapşırığın yerinə yetirildiyi yer kimi Səbail Rayon Məhkəməsi qeyd edilmişdir. Kassatorun vəkilə verdiyi etibarnamənin vaxtı isə xx.xx.2024-cü ildə bitmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (F.Talışınski (məruzəçi), M.Məmmədov, A.İmanov) 2(103)-6833/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, bu mərhələdə qərardaddan qarşı tərəfin şikayət vermək hüquqları təmin edilmədən Cavabde h tərəfindən verilmiş şikayətə baxılması mümkün deyildir və iddiaçının müddətin bərpası barədə qərardaddan şikayət vermək hüquqları təmin edildikdən sonra cavabdeh tərəfindən qətnamədən verilmiş şikayətə baxılması mümkündür.
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1, 134.2, 135.1, 135.2, 135.3, 135.4, 135.5, 135.6, 135.7, 267.1, 267.2, 267.3, 268.1, 269.1, 269.2, 269.3, 364.1, 366.1, 366.2, 366.3, 366.4, 395.1, 396.1, 397.1-ci, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya ins tansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-6833/2024 saylı qərardadını ləğv edərək, işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində yaşayış ünvanı kimi ünvan 1ail Rayon Məhkəməsində baxılarkən iddiaçı məhkəmə iclaslarına iddia ərizəsində göstərdiyi ünvandan çağırılmışdır və iştirak etmişdir. Müddətin bərpası ilə bağlı Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə tərəflər məlumatlandırılmışlar. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi iddiaçıya Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının təqdim edilməməsi və onun həmin qərardaddan şikayət vermək hüququnun məhdudlaşdırılması əsası ilə mümkünsüzlük barə də qərardad deyil, işi məktubla Səbail Rayon Məhkəməsinə qaytarmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
16. Maddə 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.
17. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.
18. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Mə cəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
19. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
20. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
21. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
22. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.
23. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
24. Maddə 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur.
25. Maddə 416.1. Kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qərardad tam mübahisələnd irildiyindən kassasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya məhkəməsi iş materialları əsasında bu qənaətə gəlmişdir ki, qərardaddan qarşı tərəfin şikayət vermək hüquqları təmin edilmədən Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması mümkün deyildir və iddiaçının müddətin bərpası barədə qərardaddan şikayət vermək hüquqları təmin edildikdən (bundan sonra müəyyən olunmuş şikayət vermə müddətində tərəf şikayət verməd ikdə və işin yuxarı instansiya məhkəməsinə göndərilməsi üçün müəyyən edilən müddətdən) sonra cavabdeh tərəfindən qətnamədən verilmiş şikayətə baxılması mümkündür.
33. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi müvafiq prosessual hərəkəti yerinə yetirməmişsə, bu halda yuxarı instansiya məhkəməsi digər tərəfin prosessual mənafeyini nəzərə alaraq icra edilməmiş vəzifənin yerinə yetirilməsi üçün həmin işi birinci instansiya məhkəməsinə qaytarır. Bu halda yalnız apellyasiyanın qeyri-mümkünlüyünə dair qərardad qəbul edilir. Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinin başqa qaydası prosessual qanunvericiliklə müəyyən edilməmişdir.
34. Belə olan halda kassasiya məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisə olunan aktı qanuni və əsaslıdır.
35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6833/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.