Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3720/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddət, kassasiyanın mümkünlüyü Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2025-ci il tarixli, 2(103)-182/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul e dilmiş məhkəmə aktları
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 124-cü km-də, kəmərdən 33 metr aralı məsafədə, 39 T 0404471; ******* saylı koordinatlar üzrə, kəmərə paralel olmaqla 1-ci sırada, neft kəmərinin mühafizə zonasında Nərimanov rayonu, Dərnəgül bazarının arxa hissəsi ü nvanında Cavabdeh tərəfindən inşa edilmiş su hövzəsinin və digər tikintiquraşdırma tikililərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(005)132/2023 nömrəli (hakim S.Ədilova) qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(103)-182/2024 nömrəli (hakimlər F.Qasımov sədrlik edən və məruzəçi, G.Axundova və X.Sarıyev) qətnaməsi ilə apellyasiya şika yətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Cavabdeh tərəfindən həmin qətnamədən 22 fevral 2025-ci il tarixdə kassasiya şikayəti verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qərardadına əsasən şikayət elektron imza vasitəsilə vəkil X1 imzalansa da onun şikayəti imzalamaq səlahiyyətini təsdiq edən müvafiq etibarnamə əlavə olunmadığına görə geri qaytarılmışdır.
7. Həmin qərardadda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin tam mətni 23 dekabr 2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş, yəni, tərəflərə rəsmi qaydada verilmiş, kassasiya şikayəti isə 22 fevral 2025-ci il tarixdə verilmişdir. Yəni, iddiaçı tərəfindən kassasiya şikayəti 2 aylıq müddətin təxminən son günündə verilmişdir. Buna görə d ə iddiaçıya münasibətdə nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi üçün ağlabatan müddət qərardadın rəsmi qaydada verildiyi (işdə iştirak edən şəxslərin elektron kabinetinə yerləşdirildiyi) gündən 5 gün həddində müəyyən olunmuşdur.
8. Bundan sonra cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli qətnaməsindən 08 mart 2025-ci il tarixdə kassasiya şikayəti verilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərardadına əsasən şikayət elektron imza vasitəsilə Vəkil2 imzalansa da onun şikayəti imzalamaq səlahiyyətini təsdiq edən müvafiq etibarnamə əlavə olunmadığına görə geri qaytarılmışdır.
10. Qərardadda qeyd edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra apellyasiya instansiyası məhkəməsinin 13 may 2025-ci il tarixl i məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-182/2024 nömrəli, 26 noyabr 2024-cü il qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir.
11. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2025-ci il tarixli, 2(102)-1910/2025 nömrəli (hakimlər İ.Şəfiyev - məruzəçi, Ə.Əhmədov və V.Həsənov) qərardadına əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmadığından və kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin ötürməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verilmədiyindən kassasiya şikayəti qeyri-mümkün hesab edilərək m üvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya məhkəməsinin qətnaməsini 23 dekabr 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə almışdır. Cavabdehin vəkili Vəkil2 tərəfindən birinci dəfə 22 fevral 2025-ci il tarixdə kassasiya şikayəti verilmiş, lakin apellyasiya instansiyası məhkəməsinin 24 fevral 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vəkil və cavabdeh arasında müvafiq etibarnamənin əlavə olunmaması əsası ilə geri qaytarılmışdır. Həmçinin, qeyd olunan qərardadla cavabdehə münasibətdə nöqsanları aradan qaldırması üçün 5 günlük müddət müəyyən edilmişdir. Vəkil2 09 mart 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qısa vaxt ərzində qeyd olunan səhvləri aradan qaldıracağını bildirərək, nəzərə alınmasını xahiş etmişdir. Onun tərəfindən 19 mart 2025-ci il tarixdə müvafiq etibarnamə “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilsə də, yeni kassasiya şikayəti əlavə olunmamışdır. Buna görə də apellyasiya instansiya məhkəməsinin 03 aprel 2025-ci il tarixli məktubu ilə mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə geri qaytarılmışdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 06 aprel 2025-ci il tarixdə yenidən kassasiya şikayəti vermiş, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin ötürməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verməmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmamışdır.
13. Bakı Ap ellyasiya Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qərardadına əsasən kassasiya şikayəti elektron imza vasitəsilə Vəkil2 imzalansa da onun şikayəti imzalamaq səlahiyyətini təsdiq edən müvafiq etibarnamə əlavə olunmadığına görə geri qaytarılmışdır.
14. Həmin qərardad 10 iyul 2025-ci il tarixdə elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada çatdırılmışdır.
15. Qərardad rəsmi qaydada çatdırıldıqdan 20 gün sonra – 30 iyul 2025-ci il tarixdə yenidən kassasiya şikayəti, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermişdir.
16. Ərizə onunla əsaslandırılmışdır ki, 12 mart 2025-ci il tarixdə elektron kabinetə daxil olmuş məlumat məktubundan göründüyü kimi kassasiya şikayəti baxılması üçün Ali Məhkəmənin Mülki Kollegiyasına göndərildiyini təsdiq e dən prosessual hərəkətlərdən elektron imzalı məktubla tanış olduğu üçün, daha sonra göndərildiyindən tam rəsmi əmin olduğu üçün heç bir lazımı prosessual hərəkətləri edə bilməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 2(103)-182/2024 nömrəli qərardadına əsasən cavabdehin Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2024cü il tarixli, 2(103)–182/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməyərək müddətin bərpasından imtina edilmiş və kassasiya şikayətinin cavabdehə qaytarılması qərara alınmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya məhkəməsinin qətnaməsini 23 dekabr 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə almışdır. Cavabdehin vəkili Vəkil2 tərəfindən birinci dəfə 22 fevral 2025-ci il tarixdə kassasiya şikayəti verilmiş, lakin apellyasiya instansiyası məhkəməsinin 24 fevral 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vəkil və cavabdeh arasında müvafiq etibarnamənin əlavə olunmaması əsası ilə geri qaytarılmışdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 06 aprel 2025-ci il tarixdə yenidən kassasiya şikayəti vermiş, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin ötürməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verməmişdir.
19. Müddətin buraxılmasının səbəbi kimi kassasiya şikayəti baxılması üçün Ali Məhkəmənin Mülki Kollegiyasına göndərildiyini təsdiq edən pr ossesual hərəkətlərdən elektron imzalı məktubla tanış olduğu üçün, daha sonra göndərildiyindən tam rəsmi əmin olduğu üçün heç bir lazımı prossesual hərəkətləri edə bilməməsini əsas gətirsə də, bu səbəblər üzrlü səbəb kimi qəbul oluna bilməz. Buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin göstərdiyi hal yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz.
20. Xronoloji ardıcıllığa diqqət yetirlərkən görünür ki, qətnamənin tam mətni 23 dekabr 2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş, kassasiya şikayəti isə 22 fevral 2025-ci il tarixdə, yəni, 2 aylıq müddətin təxminən son günündə verilmiş, sonradan eyni məzmunlu nöqsanlara görə dəfələrlə geri qaytarılmış, sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(103)-182/2024 nömrəli qərardadı 10 iyul 2025-ci il tarixdə elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada çatdırılmışdır. Kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin qərardadına əsasən geri qaytarıldığından bu qərarddan şikayət verilməsi nəzərdə tutulmasa da, eyni məzmunlu qərardadlardan qanunvericilikdə 10 gün müddətində şikayətin verilməsi nəzərdə tutulur. Yəni, kassator 10 günlük müddət ərzində qərardadla razılaqmadıqda şikayət verməli, razılaşdıqda isə həmin müddətdə nöqsanları aradan qaldıraraq yenidən şikayətini təqdim etməlidir.
21. Lakin iddiaçı (vəkili) tərəfindən növbəti dəfə müddət məsələsinə məsuliyyətsiz yanaşılaraq qərardad rəsmi qaydada çatdırıldıqdan 20 gün sonra – 30 iyul 2025-ci il tarixdə yenidən kassasiya şikayəti, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə verilmişdir.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 10-1.5, 128.1, 128.3, 129.1, 130.1, 130.3, 133.1, 133.2, 133.3, 405, 405 və 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-182/2024 nömrəli 30 sentyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apelyasiya məhkəməsində mübahisəyə bax ılarkən dəlilləri ətraflı araşdırılmamış, onlara obyektiv hüquqi qiymət verilməmiş həmçinin mülki prosessual hüquq normalarını da düzgün tətbiq etməmişdir. Qərardaddan görünür ki, tez qısa müddətdə, formal olaraq tərtib olunmuş qərardaddır. Qərardadda nümayəndə və vəkilin adı düzgün göstərilməmişdi. Müddətin bərpasına dair ərizənin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi heç bir əsaslandırma aparmamış və heç bir münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkə mə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
27. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
28. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
29. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzə rdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
30. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
31. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) ça tdırılır.
32. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
33. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhk əməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ i lə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
39. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
40. Hazırkı işdə apellyasiya məhkəməsi kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin keçməsinin səbəblərini araşdırmış və işdəki məlumatlar əsasında bu qənaətə gəlmişdir ki, həmin müddətin ötürülməsi üzrlü səbəblərdən baş verməmişdir, cavabdehin bildirdiyi hallar müddətin bərpa olunması üçün əsas təşkil etmir.
41. Kollegiya bildirir ki, sübutları a raşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin müddətin bərpasına dair ərizənin həlli və şikayətin geri qaytarılması üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən kassatorun dəlillərinin araşdırılması üçün tərəfə lazımi şərait yaradıldığından və onlara hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2025-ci il tarixli, 2(103)-182/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.