Məhkəmə qərarları › İş №2(102)-3722/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3722/2019

22.05.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3722/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli 2(103)-1012/2019 saylı qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.H.Qasımov, iş № 2(001)-6503/2018) Ərizəçi hüquqi əhəmiyyəti ol an faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilərək onun 1975-ci ildən 1978-ci ilədək “Stepanakert SU-8” tikinti idarəsində fəhlə, 1980-ci ildən 1992-ci ilin fevral ayınadək Xocalı avtomobil bazasında sürücü işləməsinə dair hüquqi faktı müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondunun Binəqədi rayon şöbəsi müdirinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi xx xxxxxx 1959-cu ildə Xocalı rayonunda anadan olmaqla həmin rayonun 1992-ci ilin fevral ayında baş vermiş işğal ı ilə əlaqədar məcburi köçkün kimi rayonu tərk etmiş və hazırda Bakı şəhəri, Binəqədi rayonu, 2 saylı ETK İstirahət evində məskunlaşmışdır. 2018-ci ilin iyun ayında Ərizəçi ona əmək pensiyasının təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə müraciət etmiş, lakin müvafiq sığorta stajının olmaması əsası ilə ona pensiya təyin olunmasından imtina edilərək bu barədə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. 2018-ci ilin iyul ayında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1975-ci ildən 1978-ci ilədək “Stepanakert SU-8” tikinti idarəsində fəhlə, 1980-ci ildən 1992-ci ilin fevral ayınadək Xocalı avtomobil bazasında sürücü işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul e dilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi kassasiya şikayəti verərək qətnamədə ərizəçinin dəlillərinin kifayət qədər əsaslandırılmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında maraqlı şəxsin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, ərizəçiyə iddia etdiyi hüquqi faktın müəyyən olunması ona əmək pensiyasının təyin olunması ilə bağlıdır. Ərizəçi məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmış və Xocalı rayonunun avtomobil bazasında fəhlə və sonradan sürücü işləməsi barədə Sosial Müdafiə Fonduna müvafiq təsdiqedici sənədlər təqdim edə bilməmişdir. İşin 24-cü səhifəsində olan Xocalı rayon Dövlət Arxiv İdarəsinin 06 senty abr 2018ci il tarixli arayışından görünür ki, Ərizəçi 1978-ci ildən 1992-ci ilin fevral ayınadək Xocalı avtobazasında sürücü işləmişdir və həmin illər üzrə əmək fəaliyyətinə dair bütün sənədlər işğal zonasında qalmışdır. İş üzrə şahid qismində dindirilmiş X3 və X2 Ərizəçila “Stepanakert SU-8” tikinti idarəsində eyni dövrdə işlədiklərini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi Xocalı avtobazasında fəhlə və sonradan sürücü işləməsinə dair lazımi sənədləri başqa qaydada ala bilmədiyindən o, həmin faktın müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət e tməkdə haqlı olmuş, onun iddia etdiyi illərdə işləməsi şahid ifadələri ilə təsdiq olunduğundan məhkəmə düzgün olaraq ərizənin təmin olunması barədə qətnamə qəbul etmişdir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar