Məhkəmə qərarları › İş №2(102)-3722/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3722/2022

04.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3722/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3722/2022 (Açar sözlər: mülkiyyətdə olan evdən mülkiyyətçinin iradəsi ziddinə daxil olanların çıxarılması, vindikasiya iddiası) Bakı şəhəri, 04 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan evdən çıxarılm” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3416/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı fərdi yaşayış evi 2004-cü il tarixdən İddiaçı (bundan sonra “iddiaçı”) istifadə və sahibliyində, 17 mart 2021-ci ildən isə mülkiyyətindədir.

2. Abşeron rayon Xırdalan Bələdiyyəsində iddiaçı yerli (bələdiyyə) vergi ödəyicisi kimi qeydiyyatdadır. 3. "xxxx" və ASC "xxxx" ASC-nin Abşeron Sukanal İdarəsi ilə iddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı evə dair müvafiq müqavilələr vardır.

4. Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaçının mülkiyyətində olan edə yaşayır. İş üzrə qəbul edilmiş məhk əmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən cavabdehin və ailə üzvlərinin çıxarılmalarını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, dalan 4, 6 saylı evə onun iradəsinin ziddinə daxil olmuş və halhazırdada orada yaşayır.

7. Həmin evdə iddiaçının razılığı ilə valideynləri yaşamışdır. 07 iyun 2020-ci il tarixdən 20 sentyabr 2020-ci il tarixədək iddiaçının anası Kürdəmir rayonunda istirahətdə olm uş və anasının evdə olmaması səbəbindən iddiaçı evə getməmişdir. Bir müddət sonra evinə geri qayıtdığı zaman naməlum şəxslərin orada yaşamasına şahid olmuş və həmin şəxslər evin onlara məxsus olduğunu bildirimişlər.

8. Mülkiyyətə aid olan bütün sənədlər evin daxilində olduğu üçün iddiaçı evin ona məxsus olduğunu sübut edə bilməmiş və həmin vaxtdan etibarən müxtəlif sənədlər toplamağa başlamışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən arayış, həmin idarədən fərdi yaşayış X4 yaşayış evinin texniki pasportu, Abşeron rayon Xırdalan Bələdiyyəsindən vergi ödəyicisi kimi qeydiyyat haqqında arayış, vergi ödəyicisi kimi qeydiyyat haqqında şəhadətnamə, şəxsi hesab və rəqəsi, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, "xxxx" ASC-dən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə, "xxxx" ASC-dən abunə haqqında məlumat və abunə haqqında məlumatı əldə edə bilmişdir.

9. İddiaçı qeyd etdikləri sənədləri cavabdehə təqdim edərək ona məxsus mülkiyyətdən çıxmasını dəfələrlə tələb etmiş, lakin aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmişdir.

10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və göstərmişdir ki, məhkəmə araşdırması zamanı, yəni DƏDRX-ə ünvanlanmış sorğunun cavabına əsasən məlum olub ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçənin adı dəy işdirilərək, Nizami küçəsi kimi qeyd edilmişdir. Odur ki, cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməlidir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152 və 157-ci madələrinə istinad etmişdir.

12. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - mübahisədə adı keçən evi iddiaçını qardaşı X1 podrat müqviləsinə əsasən 16000 manat alıb; - iddiaçının şikayəti əsasəında Abşeron rayon Polis İdarəsində araşdırma aparılmış, araşdırmada DƏDRX-in də nümayəndələri iştirak etmiş, GPS aparatı ilə müayinə aparılmış və müəyyən edilmişdir ki, iddiaçını adına hər hansı sənəd yoxdur; - iddiaçının adına olan Çıxarışda göstərilən evlə cavabdehin yaşadığı ev eyni ünvan deyil.

13. Cavabdehin təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 bildirmib ki, o, iddiaçının qardaşıdır. 2007-ci ildə Biləcəri qəsəbəsində yerləşən bina evini satmış, 5000 ABŞ dolları məbləğində borcunu vermiş, qalıq pulla isə ev tikmişdir. Sonra isə Biləcəri qəsəbəsində torpaq sahəsi almış, ev inşa etdirmiş, lakin ev “SOCAR”ın ərazisinə düşdüyü üçün tikili sökülmüş və o, məcbur olaraq həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Xırdalan şəhərində ailəsinə məxsus torpaq sahəsi olduğundan ona da pay verilmişdir. Həmin torpaq sahəsində 3.40x4.60-a yarım tikili olmuş və kitabçaya qeydiyyata düşmələri üçün bacısı Nərgizə (iddiaçıya) 1800 manat pul vermişdir. Tikilini başa çatdırmaq istəyərkən Nərgizin qayınatası ondan 2000 ABŞ dolları məbləğində pul istəmiş, verməyəcəyi halda ustaları qovacağını bildirdiyindən avtomobilini sataraq həmin məbləği vermək məcburiyyətində qalmışdır. Daha sonra, evi inşa etmiş, daş hörgüsü işi görmüş və pəncərə qoydurmuşdur. Evi sənədləşdirmək istəyərkən, bacısı Nərgiz xərcinin çıxacağını bildirdiyi üçün, o, bacısına inanmış və bundan sonra Rusiya Federasiyasına getmişdir. Bakıya qayıdanda isə, atası həmin evi tam tikib qurtarmışdır. Onun borcu olduğundan həmin evi Cavabdeh notariatda podrat müqaviləsi əsasında 16.000 manata satmışdır. Bundan sonra, Abşeron RPİ-dən ona zəng olunaraq bacısı Nərgizin ondan şikayətçi olduğunu bildirmişlər. Bununla bağlı araşdırma aparılmış, qonşular şahid kimi dindirilmiş, DƏDRX-dən sənəd verilmişdir ki, İddiaçı adına heç bir çıxarış verilməmişdir. Nərgizin 0,10 ha torpaq sahəsi olmuş və həmin torpaq sa həsini Aqşin adlı maklerə satmışdır. Aqşin özü ona bildirmişdir ki, həmin torpaq sahəsinin sənədi olmamış, torpaq sahəsi zəbt edilmiş və sənəd düzəltmişdir.

14. Abşeron Rayon Məhkəməsinin 2(012)-1010/2021 nömrəli, 14.7.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin iddiaçının mülkiyyətində olan Abşeron rayon, Xırdalan şəhəri, Nizami küçəsi, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. (hakim Elçin Kazımov)

15. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, DƏDRX tərəfindən verilmiş çıxarışa və fərdi yaşayış X4 Yaşayış Evinin texniki pasportuna əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı fərdi yaşayış evi 2004-cü il tarixdən iddiaçının istifadə və sahibliyində olmuş və sonuncu 29 avqust 2005-ci il tarixdən həmin fərdi yaşayış evində pasport qeydiyyatındadır. Həmin fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və iddiaçı evə görə vergi, kommunal ödənişləri etmiş, cavabdehdən dəfələrlə evindən çıxmasını xahiş etsə də, cavabdehi evdən başqa qaydada çıxara bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

16. Birinci instansiya məhkəməsi qeyd edib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə sorğu verilmiş, mübahisələndirilən əraziyə texniki baxış keçirilmiş, elektron kadastr bazasında araşdırılmış və məlum olmuşdur ki, müayinə olunan ərazi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş Xırdalan şəhərindəki mövcud küçələrin adları barədə məlumatlara əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşç uluq yaşayış massivi, 6-cı küçə dəyişdirilərək Nizami küçəsi kimi qeyd edilmişdir

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır.

18. Cavabdehin ailə üzvlərinin evdən çıxarılması barədə iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı tərəfindən cavabdehin digər ailə üzvlərinin kimlər olduğuna, onların hansı əsaslarla mübahisəli evdə yaşamalarına və ümumiyyətlə, orada mövcud olub-olmamalarına dair heç bir sübut növləri məhkəməyə təqdim edilməmişdir. Buna görə, iddia cavabdehin ailə üzvləri hissəsində təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 15 2.2, 157.2, 157.4, 239.2, 240.1, 240.2-ci və Mülki Prosessual Məcəllənin 14.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti cavabdehin iddiaya etirazını dəıillərinə uyğun əsaslandırlıb.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3416/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Telman Məmmədov)

23. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddia tələbi fərdi yaşayış evindən çıxarılma barədədir. İşin mübahis ə olunmayan halına görə bşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və sonuncu xx.xx.2005-ci il tarixdən həmin evdə qeydiyyatdadır. İşin digər halına görə isə həmin küçənin əvvəlki adı dəyişdirilmiş və Nizami küçəsi kimi qeydə alınmışdır.

24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməli, ikincisi, iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyi ndə olduğunu sübut etməli, üçüncüsü isə, cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

25. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri)

26. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 4-cü döngə, 69 saylı fərdi yaşayış evi DƏDRX tərəfindən verilmiş çıxarış əsasında iddiaçının adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və cavabdeh heç bir hüquqi əsas olmadan həmin e vdən istifadə edir.

27. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisədə adı keçən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğundan sonuncu hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehin çıxarılması hissəsində təmin etməklə, düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri: - məhkəmə iddiaçının çıxarışında göstərilən fərdi yaşayış evinin cavabd ehin faktiki yaşadığı ev olması qənaətinə gələrkən heç bir mötəbər sübuta əsaslanmamışdır. Belə sübut da mövcud ola bilməz. Daşınmaz əmlak sorğuya konkret cavab verməmiş və ümumi şəkildə qeyd etmişdir ki, küçənin adı dəyişdirilmişdir. Baxmayaraq ki, məhkəmə iki dəfə sorğu vermiş və konkret cavab tələb etmişdir; - iş üzrə Abşeron RPİ-də araşdırma zamanı cavabdehin faktiki yaşadığı ünvana baxış keçirilmiş və oraya aid heç bir sənədin mövcud olmaması barədə məktub verilmişdir. Həmin cavab məktubu Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən HK1/6725 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da qeyd edilmişdir. Qərarın surəti iş materiallarında mövcuddur; - cavabdehin yaşadığı fərdi yaşayış evinə DƏDRX tərəfindən baxış keçirilərək konkret cavab verilməlidir ki, həmin ev iddiaçının çıxarışında göstərilən ünvandır və ya həmin ünvan deyil. İş üzrə Abşeron RPİ-də araşdırma zamanı verilmiş cavaba əsasən cavabdehin faktiki yaşadığı evin və yerləşdiyi torpaq sahəsinin heç bir sənədi mövcud deyil. Məhkəmə zamanı verilmiş sorğulara isə konkert cavab verilməmişdir; - DƏDRX-in nümayəndələri də məhkəmə iclasında dəvət edildikdə etiraf etmişdir ki, iddiaçının çıxarışında göstərilən ünvanı özləri də dəqiq müəyyən edə bilmirlər, çünki həmin ünvana başqa şəxsə çıxarış vermişlər və hazırda ünvanlar qarışmışdır. Təssüf ki, birinci instansiya məhkəməsi DƏDRX-in nümayəndəsinin məhkəmədə iştirakını protokola salmamış, saxtakarlığa yol vermiş və bu barədə protokola qeydləri rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.7 İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələ b edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətin də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia yalnız cavabdehin özünə qarşı hissədə təmin edilib, apellyasiya baxışının predmeti də cavabdehin apellyasiya şikayəti üzrə iddianın təmin edilən hissəsində olub. Bu səbəbdən qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predemti olan hissə başa düşülür.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İddia tələbi iddiaçının mülkiyyətində olan evdən cavabdehin çıxarılması barədədir.

36. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də cavabdeh iddiaçının mülkiyyətində olan evdən qanunsuz istifadə edir.

37. Nəzərə alınsa ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, belə olan halda Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsasən iddianın qeyd edilən hissədə təmin edilməsi qanuni və əsaslı olmuşd ur.

38. Ünvanların fərqli olması barədə kassasiya şikayətini dəlilinə gəldikdə, kollegiya qeyd edir ki, əvvəla, mübahisədə adı keçən evin əvvəlki ünvanının dəyişib, ünvan 4iaya etirazında bir tərəfdən evi iddiaçının qardaşından aldığını, bir tərəfdən də həmin evin iddiaçının çıxarışında göstərilən evlə eyni olmadığını bildirməklə özü-özünü təkzib edir. Üstəlik, cavabdehin təşəbbüsü ilə dindirilən şahid də mübahisədə adı keçən evin iddiaçının adına rəsmiləşməsini və məhz həmin evin cavabdehə satılmasını bildirmişdir.

39. Bu baxımdan, məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı saymır.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda gös tərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3416/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar