Məhkəmə qərarları › İş №2(102)-3723/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-3723/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3723/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı-nin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)249/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Xəlilova) iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli D1L000000286 saylı kredit xətti müqaviləsi, xx.xx.2009-cu il tarixli 286 saylı və xx.xx.2014-cü tarixli 01L000000286S saylı sazişlər xitam edilməsi, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(81)-504/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 207496.83 ABŞ dolları əsas, 3912.45 ABŞ dolları faiz və 46.67 ABŞ dolları cərimə olmaqla cəmi 211455.95 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı-yə ödənilməsi, «xxxxxxxxx xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutularaq İddiaçı-yə ödənilməsi, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(81)-504/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 211455.95 ABŞ dolları məbləğində borc və 61 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, 1 qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və əmlakın sa tışından əldə edilmiş vəsait hesabına bankın tələbi ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, 1 qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 362000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri Yasamal rayonu General A.Abbasov küçəsi, 1 qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 tərəfindən boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən, məruzəçi), E.Həsənov və F.Babayev, 2(103)6528/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-249/2018 saylı qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdir ilmişdir, Bakı şəhəri, Yasamal rayonu, General A.Abbasov küçəsi 1 saylı evin 0,7646 ha torpaq sahəsində yerləşən yarımzirzəmisi və 316,3 kv.m ümumi, 208,3 kv.m əsas, 107,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 460.000 manat müəyyən edilmişdir. İddiaçı-nin nümayəndəsi və vəkili X3 tərəfindən iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. İddiaçı-nin İdarə Heyətinin sədri Anar Həsənov ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, X2 və X4 qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə iddiadan imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə bankın səlah iyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Əlavə olaraq, Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib və bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlari nəzərə alaraq, məhkəmə kollegiyası İddiaçı-nin iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli, qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə və Azərbaycan Resp ublikası MPM-in 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı-nin iddiasından imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar