Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3725/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:pulun tutulması) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-804/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC-nin firmasının təsisçisi K.M.M əmmədova (bundan sonra “icarədar”) və İddiaçı (bundan sonra “icarəçi”) 20 may 2009-cu il tarixli icarə müqaviləsindən məlum olur ki, müqavilənin 2.2-ci bəndinə görə icarədar “Yeni Bazar” ticarət kompleksində fiziki şəxslərə işləmək üçün anbar, mağaza, iaşə, obyektləri tikmək öhdəliyi götürmüşdür.Müqavilənin 2.3-cü bəndinə görə “Yeni Bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 40 kv.m olan mağazanı icarəçiyə icarəyə müddətsiz verilir, müqavilənin 2.4-cü bəndinə görə icarəçi icarə haqqını vaxtıvaxtında ödəməsinə görə icarədar qarşısında məsuliyyət daşıyır, müqavilənin “icarəçinin vəzifələri” hissədə 2.2-ci bəndinə görə icarəçi də həmin mağazanı icarəyə götürür, müqavilə MMC-nin təsisçisi K.M.Məmmədova tərəfindən imzalanmış, möhür də var, İddiaçı tərəfindən i mzalanmışdır. Müqavilənin birinci səhifəsində sol yuxarı hissədə “açar pulu ödədi” və “qapı pulu ödədi” sözlərinin qabağında imza var, səhifənin arxa tərəfində isə “satıldı 43.000 m” sözləri imzasız, tarixsiz qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları b) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh firmasından ona borclu olduğu ümumilikdə 42000 manat məbləğində borc pulun və ödədiyi 216 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ilin may ayında “Binə bazarı” adlanan ticarət mərkəzindən qeyri-yaşayış sahəsi almaq üçün müraciət etmiş, 20 may 2009-cu il tarixində Cavabdeh firmasına 43000 manat ödəniş edərək alqı-satqı etmişlər. “Yeni Bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra ümumi sahəsi 40 kv.m olan mağaza mülkiyyətinə keçirilməli idi. Lakin cavabdeh onun hüquqi savadsızlığından istifadə edərək ona icarə müqaviləsinə qol çəkdirmişdir. Daha sonra mağazanınn təmirdə olduğunu, “Yeni Bazar” ticarət obyektinin tikintikisinin başa çatmadığını bəhanə gətirərək uzun müddət mağazanın təhvil prosesini gecikdirmişdir.O mağazanın ona təhvil verilməyəcəyini anladıqdan sonra dəfələrlə ödədiyi məbləği tələb etmiş,lakin cavabdeh tərəfindən ödəniş müddəti uzadılmışdır.Sonuncu dəfə 2021-ci ilin noyabr ayında ödədiyi 43000 manat məbləğdən 1000 manat vəsait qaytarılmış, qalan məbləği isə hissə-hissə qaytaracaqlarını bildirsələr də, bu günədək ona pul qaytarmayıblar.
4. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin bildirdiyinə görə cavabdehə 43000 manat verib, hadisədən 13 il keçib, amma həmin müddət ərzində iddiaçı tərəf bir dəfə də olsun müraciət etməyib, 43000 manat heç də az məbləğ deyil, iddiaçı tərəf 13 il ərzində sakit dayanıb, pulun verilməsi barədə iddiaçı tərəf sübut təqdim edə bilmir, hətta hesab edirik ki, belə hal olmuş olsa idi belə iddiaçı tərəf iddia tələbi müddətini ötürüb,həmin pul vəsaitini kimə veriblər kimə ödəyiblər o hal belə bəlli deyil, şirkətin əməkdaşına ödəyiblər, bu hallar belə sübut olunmur. İddia tələbi üzrə qeyd eidlən məbləğdə heç bir ödəniş olunmadığını, əgər elə bir ödəniş olunubsa, şirkət tərəfindən onlara kassa məxaric orderi veril məli olduğunu, belə bir qəbz isə məhkəməyə təqdim edilməmiş, bundan əlavə isə əgər elə bir hal var idisə, 2009-cu ildə indiyə kimi harada idilər, niyə tələb irəli sürməyiblər, indi pul tələb edirlər, iddia tələbi tamamilə qanunsuz və əsassız olduğundan, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında şahid X8 bildirmişdir ki, cavabdeh şirkət obyekt satıb, obyekt pis gündə idi, orada şirkətin işçisi Solmaz adlı xanım obyektlərin satılması işlərinə baxırdı, onlar ona obyektin pis gündə olduğunu bildirmiş,o da onlara obyekti təmir edəcəklərini bildirmiş, Mehdi orada Solmaza 42000 manat verdi, amma uzun müddət keçsə də şirkətdən heç bir cavab gəlmədi,daha sonra Mehdi onunla 2019-cu ilin noyabr ayında yenidən şirkətə getdi,orada pulun geri qaytarılması məsələsində mübahis ə yarandı, Mehdi dedi k i,ya obyekti təhvil verin, ya da pulu geri verin, Solmaz da məcbur qalaraq Mehdiyə 1000 manat vermiş, orta məbləğdə razılaşarlar, pulu geri qaytaracaqlarını bildirmişdir.
6. X4 bildirmişdir ki, Mehdini 2000-ci ildən tanıdığını, o, polis əməkdaşı olub, tələbə yoldaşı onun rəisi olub, özü sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Mehdi 2009-cu ildə onlara demişdri ki, cavabdeh şirkət obyekt satır, o da onunla getmiş, həmin sahəni də, mağazaları da görmüş, amma bəyənməmiş, həm də “Riyad” ticarət mərkəzi daha ucuz qiymətə və daha keyfiyyətli sahə təklif etmişlər. Mehdi müəllimin ofisdəki işçiyə 42000 manat pulu verdiyini götmüşdür.
7. X1 bildirmişdir ki, Mehdini tanıyır iş yoldaşı olub, 2009-cu ilin may ayında Mehdi ilə satılan obyektə getmiş, sahəyə və oradakı mağaza lara baxmış, sahənin qiymətini də orada dedilər,amma nə obyekti təhvil verdilər,nə də pulu geri qaytardılar, onların iş yoldaşının başına da cavabdeh tərəfindən eyni hadisə gəldiyini bildirdi.
8. X2 bildirmişdir ki, Mehdini iş yoldaşı olub, onlara deyib ki, obyekt götürüb, işlətmək istəyir, şirkət də obyekt satırdı, onlar da obyektə baxmaq üçün gediblər, obyektin emulsiyası vardı, amma tam hazır vəziyyətdə deyildi, Mehdi pulu şirkətə ödəmiş, 2019-cu ildə pulun geri ödənilmədiyini görən Mehdi onunla bir yerdə şirkətə getmiş, orada pulun geri qaytarılmasında mübahisə oldub, Solmaz adlı xanım 1000 manatı geri qaytarmış, qalan məbləğin də ödəniləcəyini bildirmiş,1000 manatdan başqa heç bir ödəniş etməmişdir.
9. X3 bildirmişdir ki, İddiaçının həyat yoldaşıdır, polis əməkdaşı olmuş, indi pensiya ya çıxmışdır. 2009-cu ildə cavabdeh ticarət mərkəzində yer satırməş, onlar da 42000 manata 10-cu sahədə yer satın alıblar və müqavilə imzalamışlar. Pulu özü verib, amma müqavilə iddiaçının adına imzalanıb. Ticarət mərkəzi işləmir, ondan başqa iş yoldaşlarını da aldadıblar. O özü dövlət idarəsində işlədiyinə görə həyat yoldaşının adına almış, ancaq bütün prosesləri o etmişdir. Yerin tapılması, pulun verilmsi, müqavilənin bağlanılması, hamısını özü etmişdir. Sadəcə yoldaşının adına sənədləşdirmişlər, pulu da orada onların nümayəndəsi olub ona veriblər, lakin eləbilib ki, bu müqavilə bağlanılması kifayətdir, ona görə də heç bir qəbz almamışdır.
10. Qaradağ Rayon Məhkəməsinin (hakim G.Əhmədova) 2(002)-2607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı hazırki mülki iş üzrə müvafiq əmlakı 2009-cu il tarixdə cavabdehdən satın aldığını, bunun müqabilində əmlakın dəyəri qismində 43000 manat ödəniş etdiyini, lakin həmin əmlakın cavabdeh tərəfindən ona təhvil verilmədiyini, habelə ödədiyi pulun 1000 manat hissəsinin geri qaytarılsa da, qalan 42000 manat pul vəsaitinin ona geri qaytarılmadığını əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüşdür. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək, qeyd edilən halları qəbul etməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılması halı müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməli və bu hüquq müvafiq qaydada dövlət qeydiyyatına alınmalıdır. İndiki halda isə belə bir müqavilənin mövcudluğu, habelə tərəflər arasında daşınmaz əmlakla bağlı alqı-satqı münasibətlərinin mövcudluğu aşkar edilməmişdir. İddiaçı tərəfindən qeyd eidlən halla bağlı yeganə sübut qismində “icarə müqaviləsi” adlı sənəd təqdim edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin predmeti qismində müqavilə bağlandığı vaxt mövcud olmayan əmlak çıxış etmişdir. İcarə müqaviləsinin predmeti olan torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr icarə verənə məxsus olmalıdır. Həmçinin, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, müqaviləni predmeti qismində məhz gələcəkdə mövcud olan əmlak deyil, müqavilənin bağland ığı anda mövcud olan əmlak çıxış edə bilər. Eyni zamanda mülki qanunvericiliyin tələbinə əsasən müqavilənin predmeti onun mühüm şərti hesab edilir. Lakin mülki işin materiallarından, habelə tərəflərin məhkəmə iclasında verdiyi izahatları əsasında müəyyən edilir ki, inşası başa çatdırılmamış və cavabdeh Firmaya məxsus olmayan əmlakla bağlı tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Başqa sözlə tərəflər arasında müqavilənin bağlanıldığı an mövcud olmayan əmlakla bağlı icarə müqaviləsi bağlanılmışdır. Deməli tərəflər arasında mülki qanunvericiliklə müəyyən edilmiş şərtlər pozulmaqla icarə müqaviləsi bağlanılmışdır. Bu hal isə öz növbəsində tərəflər arasında bağlanılmış icarə müqaviləsinin mülki qanunvericiliyin tələbinə əsasən etibarsız müqavilə kimi qiymətləndirilməsinə əsas verir. 1
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn hüquq münasibətləri də mövcud olmamışdır. Nəticə etibarilə, məhkəmə araşdırması zamanı tərəflər arasında alqı-satqı və ya icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu aşkar edilməmişdir. Bundan əlavə isə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ona məxsus olan qeyd edilən məbləğdə pul vəsaitinin cavabdehə verilməsi, cavabdeh tərəfindən qeyd eidlən məbləğdə pul vəsaitinin təhvil alınması, bunun nəticəsində iddiaçınin həmin məbləğdə pul vəsaitindən məhrum olması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən qeyd edilən hala dair sübut qismində yalnız şahid ifadələri təqdim edilmişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, şahidlərdən biri iddiaçının yaxın qohumu (əri) qismində çıxış edir ki, qeyd edilən hal özlüyündə həmin şahid ifadəsinin mötəbərliyini şübhə altına alır. Bundan əlavə, şahid ifadələri bir-biri ilə ziddiyət təşkil etdiyindən (bir qisim şahid ifadəsi pulun Mehdi tərəfindən verildiyini, digəri Əbdüləli tərəfindən verildiyini qeyd etmişdir) həmin sübut vasitələrinin mötəbər sübut qismində qəbul edilməsini, həmin ifadələrin düzgünlüyünü şübhə altına alır. Digər şahid ifadələri isə qeyd edilən halı ümumiyyətlə təsdiq etməmişdir. Qeyd edilənlərə əsasən həmin şahid ifadələrinin hazırki mülki iş üzrə mötəbər sübut qismində qəbul edilməsi mümkün olmamış, habelə qeyd edilən halla bağlı başqa sübut vasitəsi təqdim edilməmişdir. Bununla da, hazırki mülki iş üzrə MM-nin 337.5-ci maddəsinin və 1091-ci maddəsinin dispozit iv şərtlərinin də müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, məhkəmə onu qeyd edir ki, hazırki mülki iş üzrə MM-nin 1096-cı maddəsinin də dispozitiv şərtlərinin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd eidlən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, cavabdeh tərəf hazırki mülki iş üzrə iddia müddətinin ötürülməsi ilə bağlı hallara izahatında istinad etsə də, qeyd edilən halla bağlı məhkəməyə ərizə təqdim etmədiyindən, həmin halın hazırki mülki iş üzrə tətbiq edilib-edilməməsinin mümkünlüyü məsələsi araşdırılmamışdır.
16. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qa nuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 1391.3, 144.1, 146.1, 146.2, 146.3, 337, 337.5, 389.1, 391, 394, 405.1, 646.1, 700, 700.1, 1091.1, 1091.2, 1096.1, 1092.1.1, 1092.1.2, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı (Vəkil1) qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmiş, tərəflər arasında “Yeni Bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra ümumisahəsi 40 kv.m olan mağazanın iddiaçının mülkiyyətinə keçirilməsi ilə bağlı razılaşma cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, cavabdeh iddiaçının hüquqi savadsızlığından istifadə edib ona icarə müqaviləsinə imza etdirərək, iddiaçıdan 43.000 manat məbləğində pul vəsatini almış, qarşılığında isə q eyd olunan ticarət obyektini İddiaçı nəinki mülkiyyətinə keçirməmiş, icarəyə belə verməmiş, öz öhdəliklərini icra etməmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində tərəfimizdən sübut qismində təqdim edilən Cavabdeh Firması tərəfindən 43.000 manat pul məbləğinin alınmasına dair cavabdehin möhürü ilə təsdiq olunmuş icarə müqaviləsi və mülki iş üzrə qeyd olunan faktı təsdiqləyən şahid ifadələri əlaqəli şəkildə şərh edilməmiş və nəticədə mülki iş üzrə qanunsuz və əsassız qətnamə çıxarılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-804/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/398 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 18-ci vərəqində olan xx.xx.2009-cu il tarixli icarə müqaviləsinin yuxarı sol hissəsində olan “açar pulu ödədi”, “qapı pulu ödədi” və həmin müqavilənin arxa hissəsində “satıldı...” əlyazması eyni şəxs tərəfindən icra olunmuşdur. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununu 12ci maddələrinə əsasən bildirilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 18-ci vərəqində olan 20 may 2009-cu il tarixli İcarə müqaviləsində ““İCARƏDAR Cavabdeh firması”” qrafasından aşağı hissədə “Təsisçisi: K.M.Məmmədova” qrafasındakı imzası ilə müqavilənin arxa tərəfində olan “...43 000 m” əlyazmasının, həmin imza və rəqəmlərin də müqavilənin yuxarı sol hissəsində olan “açar pulu ödədi”, “qapı pulu ödədi” və arxa tərəfində olan “satildi...” əlyazmalarının tədqiqat prosesinin təsv iri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Həmin rəy məhkəmə iclasında tədqiq olunarkən iddiaçının nümayəndəsi və vəkili müqavilədki həmin qeydlərin cavabdehin digər işçisi tərəfindən icra edildiyini bildirmiş, lakin onun kimliyi, nəyə görə məbləğin müqavilədə göstərilməməsini, hansı səbəbdən onun sonradan və müqavilənin arxa tərəfində, həm də tarix və imza olmadan qeyd olunmasını ağlabatan şəkildə izah edə bilmədi.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) 2(103)-804/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəmə sinin 2(002)-2607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı halda iddia ərizəsinə əlavə olunmuş və iddiaçının da istinad etdiyi xx.xx.2009-cu il tarixli müqavilənin məzmunundan, həm də işin faktiki hallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə “icarə müqaviləsi” adlandırılsa da, həmin müqavilənin 2.2, 2.3 və 2.4-cü bəndlərinin məzmunundan, xüsusən də icarənin müddətsiz olması, eləcə də icarəyə verilmiş sahəyə görə icarə haqqının müəyyən olunmaması halları ilə əslində tərəflər arasında icarə deyil, podrat münasibətləri olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Q aradağ rayonunun ərazisində yerləşən “Yeni bazar” ticarət kompleksində 40 kv.m. mağaza inşa edərək ona təhvil verilməsi, əvəzində isə cavabdehə razılaşdırılmış muzdun ödənilməsi barədə razılıq olmuşdur. İddiaçı iddia edir ki, həmin razılaşmaya əsasən cavabdehə müqavilənin bağlandığı vaxt 43.000 manat ödəniş etmiş, lakin cavabdeh öz öhdəliklərinin yerinə yetirməmiş, 40 kv.m. mağazanı tikib ona təhvil verməmişdir, dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh ondan aldığı pulu qaytarmamış, özündə saxlamışdır. Belə olan halda bəlli olur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddia tələbi ilə bağlı rayon məhkəməsinə xx.xx.2009-cu il tarixli icarə müqavilə sindən başqa şahid ifadələrini təqdim etmişdir. Qeyd olunan müqavilə ilə iddiaçının cavabdehə tələb olunan məbləğdə pul verilməsi müəyyən olunmur. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununu 12-ci maddələrinə əsasən bildirilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 18-ci vərəqində olan 20 may 2009-cu il tarixli İcarə müqaviləsində ““İCARƏDAR Cavabdeh firması”” qrafasından aşağı hissədə “Təsisçisi: K.M.Məmmədova” qrafasındakı imzası ilə müqavilənin arxa tərəfində olan “...43 000 m” əlyazmasının, həmin imza və rəqəmlərin də müqavilənin yuxarı sol hissəsində olan “açar pulu ödədi”, “qapı pulu ödədi” və arxa tərəfində olan “satildi...” əlyazmalarının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə eyni şəxs tərəfindən ic ra olunubolunmaması haqqında rəy vermək mümkün deyildir. Həmin rəy məhkəmə iclasında tədqiq olunarkən iddiaçının nümayəndəsi və vəkili müqavilədki həmin qeydlərin cavabdehin digər işçisi tərəfindən icra edildiyini bildirmiş, lakin onun kimliyi, nəyə görə məbləğin müqavilədə göstərilməməsini, hansı səbəbdən onun sonradan və müqavilənin arxa tərəfində, həm də tarix və imza olmadan qeyd olunmasını ağlabatan şəkildə izah edə bilmədi.
24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi digər sübut olan şahidlərin rayon məhkəməsində verdikləri ifadələrində pulun hansı şəraitdə, dəqiq olaraq kimə verilməsi barədə konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər, həm də iddiaçı müqavilə bağlanarkən 43.000 manat ödənildiyini bi ldirdiyi halda, şahid, həm də iddiaçının əri M.Səlimov ifadəsində 42.000 manat verildiyini bildirmişlər. Bundan başqa, iddiaçının iddia etdiyi kimi, 2009-cu ildə cavabdehlə müqavilə bağlanılan vaxt həmin şəxslərin, həm də hamısının eyni zamanda onun yanında olmaları da ağlabatan görünmür. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlərin biri- M.Səlimov iddiaçının əri, digər şahidlər isə M.Səlimovun tabeçiliyində omuş ondan asılı olan iş yoldaşları və tələbə yoldaşı olmaqla mübahisənin məhz iddiaçının xeyrinə nəticələnməsində sair marağı olan şəxslərdir. Beləliklə də iddiaçının təqdim etdiyi sübutlar-şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, eləcə də onların mötəbərliyi şübhə doğurduğundan, həmi n ifadələr hazırkı iddia tələbini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında 43.000 manat pulun cavabdehə verilməsini təsdiq edən yazılı sübut-qəbzlər olduğunu, növbəti iclasda həmin qəbzləri məhkəməyə təqdim edəcəyini bildirsə də, sonrakı məhkəmə iclasında belə bir sübutunun olmadığını bildirmişdir. İddiaçı iddiasında 2009-cu il tarixdə bağlanmış müqavilə üzrə tələblə uzun müddət sonra, yalnız 2022-ci ildə məhkəməyə müraciət etməsinin səbəbləri barədə məsələyə aydınlıq gətirərək - cavabdehə dəfələrlə pulun verilməsi üçün müraciət etdiyini, cavabdehin müddəti hər dəfə uzatdığını, 2020-ci ildə ona 1000 manat qaytardığını, faktla bağlı Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. Cavabdehin nümayənd əsi məhkəmə iclasında iddiaçıya cavabdeh tərəfindən hər hansı məbləğin qaytarılmadığını bildirmiş, iddiaçı da buna dair məhkəməyə hər hansı sübut verməmişdir. İddiaçının Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə müraciət etməsinin təsdiqi kimi şikayətin surəti iddia ərizəsinə əlavə edisə də, bunula belə, aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, həqiqətdə həmin şikayət Qaradağ RPİ-yə təqdim edilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
26. Beləliklə, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzlikə bağlı tələblərə cavab verən əsaslı və şübhədənkənar sübutlar təqdim edilmədiyindən, Kollegiya hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin etməyərək mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin edilə bilməz. MPM-in 385.2-ci maddəsi də tələb edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi 2(103)- 804/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində Azərbaycan Respublikasının mülki qanunvericiliyində göstərilmiş normaları düzgün tətbiq edilməmiş nəticədə İddiaçı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi 2(103)- 804/2023 saylı, xx.xx.2023-cü iltarixli qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərini nəzərə almamış, İddiaçı ilə Cavabdeh MMC arasında yaranan münasibətləri öhdəlik hüquq normaları çərçivəsindən dey il, əsassız varlanma müstəvisindən yanaşmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəflərarasında yaranan hüquq münasibətlərinin məzmununu müəyyən edərkən, tərəflər arasında müqavilə bağlanmasını, öhdəlik hüquq münasibətlərinin əsası olan, müqavilə münasibətlərinin əhəmiyyətini nəzərə almamışdır.
29. İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilə icarə müqaviləsi adı altında bağlansa da, faktiki olaraq icarə deyil, alqı-satqı müqaviləsi formasında bağlanmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış və iş materiallarına əlavə olunmuş 20 may 2009-cu iltarixli müqavilənin əslindən görünür ki, İddiaçı tərəfindən 43 000 (qırx üç min) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənilmiş, bu hal müqavilədə MMC-nin rəsmi möhürü və cavabdeh şirkətin məsul şə xsi tərəfindən imzalanaraq təsdiqlənmişdir. Əlavə olaraq müqavilənin birinci səhifəsində firma rəhbərliyi tərəfindən “açar pulu ödədi” və “qapı pulu ödədi”, səhifənin arxa tərəfində isə “satıldı 43 000 m” sözləri qeyd olunmuşdur ki, bu da özlüyündə müqavilənin faktiki alqı-satqı müqaviləsi olduğunu bir daha təsdiq edir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən tərəflər arasında bağlanılan müqaviləyə əsassız olaraq podrat müqaviləsi kimi qiymət verilmiş və tərəflər arasında podrat münasibətləri olduğu qənaətinə gəlmişdir. Bildiyimiz kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqındaiki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi tərəflər arasında müqa vilə münasibətlərinin yaranmasının əsas şərti qarşılıqlı iradə ifadəsinin bəyan edilməsidir. Belə ki, Məcəllədə nəzərədə tutulduğu üzrə, müqavilə bir tərəfin oferta göndərməsi və digər tərəfin aksept etməsi ilə bağlanır. Mülki işin hallarında aydın olur ki, İddiaçı iləCavabdeh MMC arasında 20 may 2009-cu il tarixli müqavilə bağlanmış və tərəflərin imzaları və möhürü ilə təsdiq olunmuşdur. Bağlanmış müqavilədən aşkar görünür ki, müqavilə icarə müqaviləsi adı altında bağlansa da, faktiki olaraq daşınmaz əmlakın (mağazanın) alqı-satqısını özündə ehtiva edir. Mülki işin bütün hallarından tərəflər arasındakı münasibətin əsassız varlanma deyil, birbaşa müqavildən əmələ gələn öhdəlikləri üzrə yarandığı aşkar şəkildə görünür. Lakin Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəs ini tətbiq edərkən, yanlışlığa yol vermiş, tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik münasibətlərinin olmaması qənaətinə gəlmişdir. Mehriban Namaz qızı və Cavabdeh MMC arasındakı münasibətlər qarşılıqlı iradə ifadəsi əsasında yaranmış, məhz bu razılaşma Cavabdeh MMC-nin öhdəliklərinin əmələ gəlmə əsası kimi çıxış etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Cavabdeh MMC İddiaçı ilə aralarındakı razılaşmaya əsasən müqavilə üzrə yaranan öhdəlikləri yerinə yetirməmiş, nəticədə razılaşma şə rtlərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki iş üzrə qərar qəbul edərkən mülki qanunvericiliyin qeyd olunan normalarının iddiaçı və cavabdeh arasındakı münasibətlərə nə dərəcədə şamil edilib-edilmədiyini ümumiyyətlə araşdırmamışdır. Belə ki, yuxarıda qeyd olunanlardan aydın olur ki, İddiaçı və CavabdehMMC arasındakı münasibətlər müqavilədən əmələ gələn öhdəlik münasibətləridir. Bu halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsihazırki işə tətbiq olunmamalı, həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, münasibətlər nizamlanmalı idi. AR Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyn i zamanda, Həmin Məcəllənin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki işin hallarından aşkar görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmiş pul müqavilə üzrə öhdəlik münasibətləri çərçivəsindədir, buna görə də, ödənilmiş pulun geri tələb olunması öhdəliyin icra edilməməsinə görə tam resititusiya normalarının tətbiqini şərtləndirir. Lakin Bakı Apellyasiya Məhkəməsi tətbiq edilən hüquqla bağlı yanlışlığa yol vermiş və məhz tərəflər arasındakı hüquq münasibətlərinə “əsassız varlanma” normaları tətbiq olunmaqla nəticədə iddiaçının hüquqları pozulmuşdur b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasını n Mülki Məcəlləsi
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
35. Maddə 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur.
36. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
37. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
38. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
39. Maddə 445.2.1. Ö hdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
40. Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
41. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
42. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xə bərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
43. Maddə 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
44. Maddə 447.3. Aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: 447.3.1. öhdəliyin pozuntusu cüzi olduq da; 447.3.2. öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; 447.3.3. öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda.
45. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
46. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
47. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icar əsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
48. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
49. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
50. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin
51. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;
59. Maddə 418.3. Prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şik ayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kass asiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2023-cü il tarixli 2(103)804/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.