Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3726/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” X5rşı iş üzrə QƏRARİ Açar sözlər: əmək mübahisəsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” X5rşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-814/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin ə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) 1 may qəsəbə xəstəxanasının xx.xx.2011-ci il tarixli, 26 nömrəli əmri ilə bağban vəzifəsinə işə qəbul edilmiş, İmişli Rayon Mərkəzi Xəstəxanası X7nin (bundan sonra – cavabdeh və ya Xəstəxana) xx.xx.2021-ci il tarixli əmri ilə Səhiyyə Xidmətlərinin Təşkili şöbəsində mühafizəçi vəzifəsinə təyin edilmişdir.
2. Cavabdehin 23 sentyabr 2022-ci il tarixli, 775 nömrəli əmri ilə iddiaçı bütün iş günü işə gəlmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 sentyabr 2022-ci il tarixli, 775 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə, yəni Xəstəxananın Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə məhrum olduğu əmək haqqının ödənilməsini barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmrdə guya iddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmadığı göstərilmişdir. Həmişə vaxtlı-vaxtında işdə olmuş, lakin səhiyyənin təşkili şöbəsində dəqiq uçot aparılmadığından guya onun işdə olmadığı göstərilmişdir. Belə ki, işini xəstəxanasında yerinə yetirməsinə baxmayaraq işə gedib-gəlmə uçotu qeyriqanuni olaraq Bəhrəmtəpə qəsəbəsində yerləşən tibb məntəqəsində aparılır. Qərəzli şəkildə guya işdə olmaması barədə məlumat verilib və müdiriyyət isə bunu araşdırmadan onunla aralarında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qanunsuz olaraq xitam verib, həmin faktla bağlı izahatı alınmayıb. Əmək müqaviləsinə xitam verilməsi yerli həmkarlar təşkilatında müzakirə olunmayıb, razılıq alınmayıb.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, əmr qanuni və əsaslıdır, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə ki, iddiaçı heç bir üzrlü səbəblər göstərmədən işə gəlməmiş, bununla bağlı akt tərtib olunub, iddiaçı izahatı alınması üçün dəvət olunsa da, izahat verməkdən imtina edib, bundan sonra ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib. Lakin idd iaçı xəbərdarlıqlara məhəl qoymayaraq davamlı şəkildə gün boyu işdən yayınıb. Ona görə də iddia tələbini əsassızdır və rədd olunmalıdır.
6. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)-523/2023 nömrəli iş üzrə 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Q.Hacıyev) iddia təmin edilmiş, cavabdehin 23 sentyabr 2022-ci il tarixli, 775 nömrəli əmri ləğv edilmiş, iddiaçının əvvəlki işinə, Xəstəxananın Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsinə bərpa olunması və ona işdən çıxarıldığı gündən bərpa olunduğu günədək əmək haqqı fərqinin ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərkən işçinin heç bir səbəb göstə rmədən işə gəlməməsi ilə bağlı tərtib edilmiş akta əsaslanmışdır. Bundan başqa məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı bir gün deyil aylardır işə çıxmır, bu səbəbdən işəgötürənin əmrini qanuni və əsaslı hesab edir. Lakin, işçi qeyd olunan halın baş vermədiyini hər gün vaxtıvaxtında işdə olduğunu və işdən çıxarıldığı günədək ona hər ay əmək haqqı ödənildiyini bildirmiş, cavabdehin nümayəndəsi isə işdən çıxarıldığı günədək işçiyə hər ay əmək haqqı ödənildiyini etiraf etmişdir. İşdən çıxarıldığı günədək işçiyə hər ay əmək haqqı ödənilməsi və işə davamiyyət tabelinin məhkəməyə təqdim edilməməsi halları işçinin işdən çıxarıldığı günədək işdə olmasına dəlalət verir.
8. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 68, 70 (ç), 71, 72 (a)-ci maddələrinə istin adla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-814/2023 nömrəli iş üzrə 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Zaur Allahyarov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov ) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarıla nadək verdiyi ərizə əsasında tətbiq edilə bilər. İş materialında cavabdehin belə bir ərizəsi aşkar edilməmiş və cavabdehin apellyasiya instansiyasında iştirak edən nümayəndəsi bu faktı qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilini əsasızdır.
12. Məhkəmə işin mahiyyəti ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinin tələbləri pozulmuş, həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş İmişli rayon X1 İttifaqı Şurasının iclasının xx.xx.2022-ci il tarixli, 45 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, həmkarlar ittifaqı təşkilatı təqdimat əsasında deyil, akt əsasında qərar qəbul etmiş və eyni zamanda işçini iclasa dəvət etməmişdi r. Eyni zamanda məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq İmişli rayon X1 İttifaqı Şurasının iclasının xx.xx.2022-ci il tarixli 45 nömrəli protokolundan çıxarışın əsli və yaxud lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir.
13. Bundan əlavə, Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, həmin maddənin 4 və 7-ci bəndlərində qeyd olunan əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası və əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddiaçının Səhiyyə Xidmətlərinin Təşkili şöbəsində mühafizəçi vəzifəsinə keçirilməsi ilə bağlı cavabdehin xx.xx.2021-ci il tarixli əmrində n məlumatsız olduqlarını bildirmişdir. Cavabdeh tərəf də öz növbəsində iddiaçının sözügedən əmrlə tanış edilməsi və ya surətinin ona təqdim edilməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
14. Məhkəmə, həmçinin nəzərə almışdır ki, cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanası X7nin və X2 vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş aktlarda iddiaçının 2022-ci ilin avqust ayından işə gəlmədiyi qeyd olunsa da, barəsində hər hansı bir intizam tənbehinin tətbiq olunmamış, ən əsası iddiaçının X3 ilə heç bir əlaqəsi olmadığı halda həmin məntəqə onun barəsində akt tərtib etmişdir. Məhkəmə qeyd olunan səbəblərdən sözügedən aktları mötəbər sübut kimi qəbul etməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 70, 72, 80, 84-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
19. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud ş əkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
20. Maddə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
21. Maddə 71 (3). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
22. Maddə 72, bənd “e ”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
23. Maddə 84 (1). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildi yi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir
24. Maddə 83 (1). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
25. Maddə 186 (1). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
26. Maddə 300 (1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işə şikayət həddində baxaraq hesab edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş üzrə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv olunmasına əsas verən prosessual hüquq normalarının kobud şəkildə pozulması halları müəyyən edilmir.
36. Kassasi ya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır.
37. Cavabdeh kassasiya şikayətində birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizəni elektron qaydada təqdim etdiyini bildirsə də, Elektron Məhkəmə İnformasiya Sisteminə baxış keçirilərkən hazırkı işə baxılması zamanı cavabdeh tərəfindən belə bir ərizənin verildiyi aşkar edilməmişdir.
38. Məhkəmə kollegiyası bütün gün ərzində üzrlü səbəb olmadan işə gəlməməyin ciddi əmək pozuntusu olduğu barədə kassasiya şikayətinin dəlili ilə razılaşsa da, nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması barədə qətnaməni qüvvədə saxlayarkə n, həmin hala deyil, cavabdeh tərəfindən iddiaçının işdən azad olunması zamanı yol verilmiş digər çoxsaylı qanun pozuntularına əsaslanmışdır. Bu baxımdan istinad olunan hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olmamalıdır.
39. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
40. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolle giyası Qərara aldı Cavabdeh “İmişli Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-814/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.