Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3727/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon Şöbəsinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(010)5620/2018 nömrəli qətnaməsi ilə (hakim G.İmanova) ərizəçi x1 maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Suraxanı ra yon şöbəsinə qarşı “hüquqi faktın müəyyən olunması” barədə ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2014/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Babayev, X.Mərdanova və E.Həsənov) Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(010)5620/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon Şöbəsikassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2014/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi x1 maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsinə qarşı “hüquqi faktın müəyyən olunması barəsində” ərizə ilə məhkəməyə müraciət edərək, onun 26.06.1975-ci ildən 12.07.1988-ci ilədək Ermənistan Respublikasının Masis rayonu Şorlu kəndində «Sverdlov» adına sovxozda işlədiyi iş illərinin ona əmək pensiyası hüquqi verən əmək (sosial sığorta) stajı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, x1 xx.xx.1957-ci ildə Ermənistan Respublikasının ünvan 1 anadan olmuşdur. Ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşdükdən sonra Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. 4 uşaq doğub tərbiyə etdiyinə görə 2007-ci ildə 50 yaşında əmək pensiyasına çıxmalı idi. Lakin həmin vaxt Ermənistan Respublikasının Masis rayonu Şorlu kəndində «Sverdlov» adına sovxozda işlədiyinə dair və iş stajını təsdiq edən bütün sənədlər qaçqın düşməkləri ilə əlaqədar həmin ərazidə qaldığı üçün təqdim edə bilməmişdir. Ona görə də həmin vaxt və sonradan pensiyaya çıxa bilməmişdir. Halbuki o, 18 yaşı tamam oluğu 26.06.1975-ci ildən 12.07.1988-ci ilədək olan müddət ərzində Ermənistan Respublikasının Masis rayonu Şorlu kəndində «Sverdlov» adına sovxozda fəhlə işləmişdir. Pensiyaya çıxmaq barədə maraqlı şəxsə müraciət etsə də, həmin sovxozda işlədiyi iş illərinin ona əmək pensiyası hüququ verən əmək (sosial sığorta) stajı kimi müəyyən edilməsinə dair məhkəmə qətnaməsi olduğu təqdirdə ona əmək pensiyasının təyin edilməsi bildirilmişdir. Həmin sənəd ona pensiyaya hüququnun həyata keçirilməsi üçüm lazımdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üz rə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon Şöbəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2014/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Ərizəçi x1məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikas ı MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürl ü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.11 və 308-ci maddələrinə müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsi haqqında işlərə baxır. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şahid qismində dindirilmiş 1959-1986-cı illərdə «Sverdlov» adına sovxozda işləmiş x2 və 1983-1988-ci illərdə «Sverdlov» adına sovxozda işləmiş x3 ərizəçinin 19751988-ci illərdə həmin sovxozda fəhlə kimi işləməsi faktını təsdiq etmişlər. İş materialları ilə müəyyən edilir kı, ərizəçi 1975-1988-ci illərdə Ermənistan Respublikasının Masis rayonu Şorlu kəndində «Sverdlov» adına sovxozda fəhlə işləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, q ətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3727/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3727/2019
30.05.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver