Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3727/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə, maneələrin aradan qaldırılması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh3 04.11.2008-ci il tarixdə nikaha girmişlər və Cavabdeh3 atası Cavabdeh1 aid olan xində yerləşən evdə birgə yaşamışlar. Bu nikahdan 05.09.2009-cu il təvəllüdlü X və 12.02.2012-ci il təvəllüdlü xadlı uşaqları doğulmuşdur.
2. Sabunçu Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh3 arasındakı nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmış və Cavabdeh3 aliment tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Ca vabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları X4 və X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, yeni yaşayış massivi (bağlar massivi) ünvanda, mərkəzi yoldan 80-100 metr aralı, köhnə «Geoloq» lagerə tərəf döngədə 3-cü həyətdə, 600 kv.m torpaq sahəsində yerləşən, 1 qonaq otağı, 2 yataq otağı, dəhliz və hamamdan ibarət, qarşısında əlavə olaraq quraşdırılmış eyvanı olan kürsüdə tikilmiş evdə yaşamaqlarına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qoyulan maneələrin (qapının bağlanması və fiziki təsir etməklə evə giriş-çıxışa maneələrin) aradan qaldırılması, onun azyaşlı uşaqları uşaqları X4 və X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivi (bağlar massivi) ünvanda, mərkəzi yoldan 80-100 metr aralı, köhnə «Geoloq» lagerə tərəf döngədə 3-cü həyətdə, 600 kv.m torpaq sahəsində yerləşən, 1 qonaq otağı, 2 yataq otağı, dəhliz və hamamdan ibarət, qarşısında əlavə olaraq quraşdırılmış eyvanı olan kürsüdə tikilmiş evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 04.11.2008-ci il tarixdə Cavabdeh3 ilə nikaha daxil olmuş, ailə qurduqdan sonra xində yerləşən tikiliyə gəlin köçmüşdür və cehiz əşyaları da həmin evdədir. Natiqlə 10 il birgə yaşamışlar. Birgə nikahdan iki oğulları dünyaya gəlmişdir. Sonradan münasibətlərinin pozulması nəticəsində o nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(0 08)-848/2020 saylı 09.01.2020-ci il tarixli qətnaməsi ilə onlar aralarında olan nikah pozulmuşdur. Həyat yoldaşı ilə ayrıldıqdan sonra o və qaynanası onu iki uşaqla evdən qovmuşlar. Cehiz əşyaları da həmin evdə qalmışdır. Hazırda o evsiz qalmışdır. Övladları ilə birgə qardaşına məxsus evdə yaşayır. Qardaşı onunla yaxşı rəftar etmir, onun evdən çıxmağını istəyir. O isə iki uşaqlar hara-hansı evə gedəcəyini bilmir. Ona görə də, evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.3, 228.5-ci maddələrinə əsasən iddianın təmin edilməsini xahiş edir.
5. Cavabdehlərin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında iddianı etiraf etməyərək evin özbaşına tikili olmasını göstərərək iddianın rədd edilməsini xahiş etmişdir.
6. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, Lenin rayon XDS İcraiyyə Komitəsinin 04.08.1989-cu il tarixli 20/44 saylı sərəncamı ilə ona 2 otaqlı ev tikilməsi üçün Bilgəh qəsəbəsi Azərbaycan Qadını küçəsində 600 kv.m sahəsi olan torpaq ayrılmışdır. Həmin sahədə o kiçik bir tikili tiksə də, yaşayış üçün tam yararlı olan ev inşa edə bilməmiş, sonradan bu həyəti həmin tikili ilə 1998-ci ildə Cavabdeh1 etibarnamə ilə satmışdır. O isə həmin torpaqda yaşayış üçün yararlı olan ev tikmişdir. İddiaçı da ora gəlin gəlib yaşamışdır. Onların sonrakı münasibətlərindən məlumatlı deyil. İddiaçının mübahisəli mənzildə yaşamasına etirazının olmadığını bildirmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Paşayeva) 04 noyabr 2020-ci i l tarixli, 2(008)-2303/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli ev cavabdehlərdən Cavabdeh1 tərəfindən inşa edilmiş, iddiaçı orada digər Cavabdeh3lə ailə münasibətlərinə daxil olaraq müəyyən müddət yaşasa da, hazırda onların ailə münasibətləri pozulmuş, iddiaçının təşəbbüsü ilə aralarındakı nikah ləğv edilmiş, bir sözlə cavabdehlərlə aralarında münaqişəli vəziyyət yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı yalnız ərinə münasibətdə ona məxsus olan, yalnız onun vəsaiti hesabına inşa etdiyi evə köçürülməyini iddia edə bilərdi. Lakin işin araşdırılmış halları (tərəflərin izahatları) ilə müəyyən olunur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsini iddiaçının keçmiş qayınatası əvəzli qaydada əldə etmiş, orada ev inşa etmi ş və faktiki olaraq həmin evə istifadə və sahiblik hüququ vardır. Cavabdeh1 mübahisəli mənzilin faktiki sahib olaraq, həm də mülkiyyətçisi kimi (gözlənilən mülkiyyət hüququ əsasında) qiymətləndirilir və Mülki Məcəlləsinin 228.5-ci maddəsi tələblərinə əsasən iddiaçı onun ailə üzvü kateqoriyasına aid edilmir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 19 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin X saylı, 04.11.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş, İddiaçı azyaşlı uşaqları X4 və X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivi (bağlar massivi) ünvanda, mərkəzi yoldan 80100 metr aralı, Köhnə Geoloq lagerə tərəf döngədə 3-cü həyətdə, 600 kv.m. torpaq sahəsində yerləşən, 1 qonaq otağı, 2 yataq otağı, dəhliz və hamamdan ibarət, qarşısında əlavə olaraq quraşdırılmış eyvanı olan kürsüdə tikilmiş evdə yaşamalarına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qoyulan maneələrin aradan qaldırılması, İddiaçı azyaşlı uşaqları X4 və X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivi (bağlar massivi) ünvanda, mərkəzi yoldan 80-100 metr aralı, Köhnə Geoloq lagerə tərəf döngədə 3-cü həyətdə, 600 kv.m. torpaq sahəsində yerləşən, 1 qonaq otağı, 2 yataq otağı, dəhliz və hamamdan ibarət, qar şısında əlavə olaraq quraşdırılmış evyanı olan kürsüdə tikilmiş evə köçürülməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinin və orada olan tikilinin iş materiallarına əsasən X2 adına olması təsdiq edildiyindən və X2 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində iddiaçının azyaşlı uşaqları ilə birlikdə sözügedən mənzilə köçürülməsinə etiraz etmədiyindən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir.Sözügedən yaşayış sahəsinin tikildiyi torpaq sahəsi cavabdehlərin deyil, xanın mülkiyyətində olduğundan həmin özbaşına tikiliyə mülkiyyət hüququ gözlənilən mülkiyyət hüququ əsasında cavabdehlərə deyil, xaya münasibətdə tanına bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məh kəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli torpaq sahəsinə dair üçüncü şəxsi nəyin əsasında torpağın mülkiyyətçisi kimi qəbul etməsini əsaslandılrmamışdır. Bundan başqa məhkəmə üçüncü şəxsin mülkiyyətçi olmasını qəbul edirsə, bu zaman iddia tələblərinin əsl olmayan cavabdehlərə qarşı yönəlməsini müəyyən etməli və iddiaçıya onun hüquqlarını izah edərək, hazırki iş üzrə qətnaməni ləğv etməklə iddianı baxılmamış saxlamalı idi. Belə ki, məhkəmə qətnaməsinin məzmunundan və iddiaçının məhkəməyə vermiş olduğu iddianın məzmundan müəyyən edilir ki, iddiaçı öz keç miş ailəsini cavabdeh kimi göstərsə də, faktiki olaraq iddia tələbləri üçüncü şəxsə qarşı irəli sürülmüşdür. Üçüncü şəxs isə məhkəmədə iddianı qəbul etməklə faktiki olaraq iddiaçı ilə heç bir hüquq pozuntusunun olmamasını biruzə vermişdir. Məhkəmə isə pozulmuş hüquqları bərpa edən qurum olduğundan faktiki olaraq hazırki iş üzrə mübahisə olmadığından iş baxılmamış saxlanmalı idi. Bundan başqa məhkəmə işin hallarını düzgün qiymətləndirməmişdir. Əgər məhkəmənin mövqeyi ilə iddianın mahiyyəti araşdırılsa bu zaman üçüncü şəxs iddiaçı qismində cavabdehlərə qarşı iddia qaldıraraq onların qanunsuz əməllərinə son qoyulmasını tələb etməlidir. Halbuki, nə iddiaçı, nə də məhkəmə cavabdeh qismində göstərilən şəxslərin hansı qanunsuz əməlləri etməsini müəyyən etməmiş, bununla bağlı məhkəmədə heç bir s übut araşdırılmamışdır. Bundan başqa, iş materiallarında iddiaçının istifadə hüquqlarının olmasını təsdiq edən şəxsiyyət vəsiqəsi vardır. İddiaçı daimi yaşayış yeri üzrə pasport qeydiyyatındadır və həmin ünvanda da yaşayır. İddiaçı, ünvana köçürülmə tələbi irəli sürsə də, köçürülmənin hansı hüququnun təminatı kimi olmasını göstərməmişdir. Bakı Apellyasiya Məhkəməsi də bunu müəyyən etmədən şəxsi hansısa qeyrimüəyyən ünvana, daha doğrusu məhkəmənin özünün də müəyyən etdiyi kimi qanunsuz tikiliyə köçürülməsini təmin etmişdir. Məhkəmə bu zaman birmənalı şəkildə mülki qanunvericiliyin tələblərini və ümumi prisniplərini pozmuşdur. Məhkəmə qətnaməsi qanun normaları ilə əsalandırılmalı olduğu halda məhkəmə heç bir norma göstərmədən, heç bir sübuta qiymət vermədən iddianı təmin etmişdir. b) Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
15. İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədikləri üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar mü nasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
17. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
18. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
19. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçis inin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəf lərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən e dilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Kollegiya mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsinə dair Lenin rayonu X6 İcrayə Komitəsinin 04.08.1989-cu il tarixli qərarının X2 adına olmasına, evin memarlıq planlaşdırma layihəsinin həmin şəxsin adına rəsmiləşdirilməsinə, habelə xa tərəfindən iddiaçının evə köçürülməsinə etiraz edilmədiyinə görə iddianın təmin olunmasına dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
27. Ona görə ki, xa məhkəmə iclasında özü bildirmişdir ki, sözügedən torpaq sahəsini üzərindəki kiçik bir yarımtikili ilə birlikdə 1998-ci ildə iddiaçının qaynatası Cavabdeh1 satmışdır. Torpaq sahəsində yaşayış ü çün yararlı olan evi isə məhz Cavabdeh1 inşa və istifadə etmişdir. Həmin razılaşma və torpaq sahəsi (habelə bağ evi) ilə bağlı adları çəkilən şəxslər arasında mübahisə mövcud deyil, xanın torpaq sahəsinə və evə hansısa hüquq iddia etməsi aşkar olunmur.
28. Beləliklə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, mübahisəli evə dair əmlak hüququ Cavabdeh1 aid olmaqla, xanın həmin evə münasibətdə hüquqi və ya əmlak marağı mövcud deyil. Belə olan halda, qeyd edilən evə münasibətdə xanın gözlənilən hüququnun tanınması və iddiaçının oraya köçürülməsi tələbinin həllində onun iradə bəyanının əsas götürülməsi işin həqiqi halına uyğun gələn yanaşma sayıla bilməz.
29. Bundan əlavə, apellyasiya məhkəməsi iddianı təmin edərkən tələbin hüquqi əsasını göstərməmiş, iddiaçının hansı maddi hüquq normasına görə evə köçürüldüyünü əsaslandırmamışdır.
30. Bu hallar ona dəlalət edir ki, apelyasiya məhkəməsi tərəfindən qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə, habelə müvafiq maddi hüquq normalarına uyğun əsaslandırılmasına dair prosessual tələblərə riayət edilməmişdir (§ 21-22).
31. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etira z və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Hazırkı işin hallarından görünür ki, mübahisəli evi inşa etmiş Cavabdeh1, oğlu Cavabdeh3lə ailə qurmuş İddiaçı həmin evdə yaşamasına icazə vermiş, lakin onların nikahı ləğv edildikdən sonra tərəflərin münasibətləri pozulmuşdur, hazırda iddiaçının evə köçürülməsinə cavabdehlər razı deyillər.
33. Bununla belə, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evə dair tərəflər arasında hüquq münasibətləri isə iddiaçının oraya köçdüyü 2008-ci ildə yaranmışdır. Bun a baxmayaraq mübahisəyə anologiya qaydasında Mülki Məcəlləsinin 228-ci maddəsinin tətbiqi imkanları müzakirə olunmamışdır.
34. Həmin normaya görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürül məsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir (§ 17-19).
35. Kollegiya hesab edir ki, iddiaçı ilə yaşayış sahəsini inşa etmiş Cavabdeh1 arasında mübahisəli evdən istifadəyə dair münasibətlərinin xarakteri, iddiaçının həmin evdə bir neçə il ərzində yaşamasının hansı hüquqi əsasa söykənməsi, həmin əsasın hazırda mövcud olub-olmaması, indiki halda cavabdehlərin iradəsi ziddinə iddiaçının oraya köçürülməsini təmin edən maddi hüquq norması və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli araşdırılmalı, nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Bu məqsədlə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş həmin məhkəməyə göndərilməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.