Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3728/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafi qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2018-cı il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi 01.10.1970-ci ildən 23.08.1993-cü ilədək Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kənd “xxxx” adına sovxozda fəhlə kimi işləməsı faktının müəyyən edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova və E.Həsənov, İş № 2(103)-665/2019) maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Yasamal Rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5618/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Yasamal rayon şöbəsinə qarşı “hüquqi faktın müəyyən olunması barəsində” ərizə ilə məhkəməyə müraciət edərək, onun 01.10.1970-ci ildən 23.08.1993-cü ilədək Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kənd “xxxx” adına sovxozda fəhlə kimi əmək fəaliyyəti barədə sosial sığorta stajı üzrə faktın müəyyən ediləsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, işə baxılarkən iş üçün əhəmiyyətli olan hallara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş, iş üzrə mühüm olan faaktiki hallar araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri kobudcasına pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini ərizənin rədd edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, iddiaçı Ərizəçi məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəf üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən, kollegiya işə gəlməyən digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 23 yanva r 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması v acibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini işin müəyyən olunmuş həqiqi halları ilə əlaqədar qiymətləndirib belə nəticəyə gəlmişdir ki, ərizəçi 19701993-cı illərdə əvvəllər Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kənd "xxxx” adına sovxozda fəhlə işləmişdir. Füzuli rayonunun işğal olunması nəticəsində bir çox müəssisələrin arxiv sənədlərinin məhv olduğu və ya itirildiyi hamıya bəlli olan faktdır. Birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur. Həmçinin apellyasiya baxışı zamanı dindirilmiş şahid X1 ərizəçinin 1993-cü ilin avqust ayınadək sözügedən müəssisədə çalışdığını təsdiq etm işdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətlərinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir (maddə 87). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq ol araq məhkəmə xüsusi icraat qaydasında, həmçinin fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1, 307.1). Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.11). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Maraqlı şəxsin apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunun tələblərinə əməl etməməsi barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası he sab edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş qiymətlə məhkəmə kollegiyası razılaşır və ona görə də kassasiya şikayətinin dəlillərini eyni əsaslarla qiymətlənləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri isə qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas olabilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni vəəsaslı olmaqla prosessual və madd i hüquq normaları düzgün tətbiq olunaraq işüzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Onagörədə kassasiya şikayəti təmin olunmadan apellyasiya instansiyasıməhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3728/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3728/2019
03.06.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver