Məhkəmə qərarları › İş №2(102)-3728/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3728/2022

30.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3728/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin qanunsuz zəbtdən azad olunması, alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbt edilməsinin qanunsuz hesab edilməsi və onun qanuni sahibliyinə qaytarılması” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin bağlanmı ş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3318/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə Nümayəndəsinin 06 avqust 1996-cı il tarixli, 28 saylı Sərəncamına əsasən, İddiaçı fərdi ev tikintisi üçün 0.1 ha torpaq sahəsi ayrılması qərara alınmış, xx.xx.2017-ci il tarixdə həmin torpaq sahəsinin 0,0693 ha hissəsi xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. 2. 13 iyul 2001-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı öz əmlakları ilə bağlı bütün səlahiyyətlərini üç il müddətinə, xx.xx.2004-cü il tarixli etibarnaməyə əsasən yenə üç il müddətinə və xx.xx.2008-ci il tarixli etibarnaməyə əsasən Xırdalan Südçülük sovxozu ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində sərəncam verməyi, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı 10 il müddətinə X3 etibar etmişdir.

3. X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

4. Hazırda həmin torpaq sahəsində olan tikililərdə Cavabdeh və ailəsi yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onun ailə üzvlərinin və digər şəxslərin iddiaçıya məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0693 ha torpaq sahəsini zəb t etməsinin qanunsuz hesab edilməsi və cavabdehin ailə üzvləri ilə birlikdə sözügedən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi xx.xx.2017-ci il tarixdə **********52 reyestr nömrəsi ilə onun mülkiyyəti kimi qeydiyyata alınmış, həmin torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etmişdir. 10 il öncə həmin torpaq sahəsində tikinti aparılan zaman cavabdehin atası X11 usta kimi çalışmışdır. Tikilən evin satışa çıxarılacağı vaxta qədər iddiaçı ona müvəqqəti olaraq orada yaşaya biləcəyini bildirmişdir. X11 vəfat etdikdən sonra həmin torpaq sahəsi onun oğlu Cavabdeh YYYvə onun ailə üzvləri tərəfindən zəbt edilmiş, orada başqa şəxslərin də yaşaması üçün şərait yaratmışdır. Hazırda həmi n əmlakı satmaq istəsə də, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona məxsus torpaq sahəsi üzərində öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir.

7. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı və onun atası mərhum X4 arasında Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0693 ha torpaq sahəsinə dair aralarında alqı-satqı müqaviləsinin 13 iyul 2001-ci ildən bağlanmış hesab edilməsi və həmin alqı-satqı müqaviləsinin hüquqi nəticəsi kimi Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən sahəsi 0.0693 ha torpaq sahəsinə dair atası X2 adına çıxarışın verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddiaçı tələbini onunl a əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi 2001-ci il tarixdə onun atası X4 tərəfindən İddiaçı aralarında bağlanan şifahi razılaşmaya əsasən alınıb. Şahidlərin iştirakı ilə razılaşdırılmış pul məbləği ödənilib və o zamandan bəri torpaq onun və ailəsinin sahibliyi və istifadəsindədir. Həmin torpaq sahəsində öz hesabına 2 fərdi yaşayış evi tikilmiş və həmin evlərdən birinə dair müvafiq eskiz layihəsi atasının adına tərtib edilmişdir. Lakin cavabdehin təqsiri ucbatından torpaq sahəsinin atasının adına keçməsinə dair bir müqavilə bağlanmamışdır. Ona görə ki, həmin torpaq sahəsi 2001-ci ildə satılarkən cavabdehin adına qeydiyyata alınmadığına görə alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi. Onlar arasında olan alqı-satqını rəsmiləşdirmək üçün cavabdeh onun atasına ayrı-ayrı vaxtlarda 3 dəfə etibarnamə vermiş, öz adına çıxarış aldıqdan sonra torpağı atasının adına rəsmiləşdirəcəyi vədini verərək onu aldatmışdır. 2017-ci ildə atasının köməkliyi ilə cavabdehin adına çıxarış alınmışdır. Daha sonra, etibarnamənin müddəti bitmədiyindən həmin torpaq sahəsini ailə üzvlərindən birinin adına rəsmiləşdirilməsi planlansa da, atasının 2018-ci ildə vəfatından sonra bu mümkün olmamışdır. Bundan sonra da İddiaçı ona qarşı məhkəmədə iddia qaldırmışdır. Həmin torpaq sahəsində Cavabdeh 19 ildir ki, ailəsi ilə birgə yaşayır və orada olan evlərin tikintisini şəxsi vəsaiti hesabına həyata keçirib. Bütün kommunal ödənişlər onların adına rəsmiləşdirilərək ödənilməkdədir. Qeyd edilənlərdən də göründüyü kimi, o, cavabdeh tərəfindən aldadıldığından məhkəməyə müraciət etməli olmuşdur.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, 1996cı ildən Masazır kəndində V.V.Vgilin qonşuluğunda yaşayır. Yaşadıqları evi V.V.Vin atası tikib. Torpağın alındığını bilib, lakin qiyməti barədə məlumatı yoxdur. Qaz, su və digər kommunal xətləri birlikdə çəkdiriblər.

10. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, V.V.Vin bibisi qızının əridir, Masazırda qonşuluqda yaşayır. 2000-ci ildən V.V.Vlə münasibəti yaxşı olub. Hazırda münasibət saxlaya bilmir. 2000-ci ildə V.V.Vin atası YYYtorpağı almışdır və razılaşmada özü də iştirak edib. Yer 2 yerə bölünmüş, birini yoldaşının əmisi, digərini isə YYYkişi 1200 ABŞ dollarına almışdır. 15 sot torpağın hamısı V.V.Vin idi. Əmisi FFFa isə 1700 manata satılmışdır. Sənədləşmə barədə torpaqda söhbət olm amışdır.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, cavabdehin əmisi oğludur. 2006-cı ildə V.V.Vgilin Masazırdakı evinin tikintisində iştirak etmişdir. Əmisinin həmin torpağı etibarnamə ilə aldığını bilirdi, lakin pulun verilməsində iştirak etməmişdir.

12. Abşeron Rayon Məhkəməsinin 2(012)-610/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə inşaat-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 10/3918 saylı, 30 dekabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-in mütəxəssis rəyinə əsasən X6 tərəfindən aparılan tikililərin İddiaçı aıdn a xx.xx.2017-ci il tarixdə **********52 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0693 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində yerləşməsi müəyyən edilmişdir.

13. Abşeron Rayon Məhkəməsinin 2(012)-126/2021 nömrəli, 16 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0693 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin üzərində olan tikilinin iddiaçı tərəfindən tikdirilməsi dəl ilini cavabdeh qəbul etməmiş, cavabdehin və onun tərəfindən dindirilən şahidlər isə həmin tikilinin cavabdehin atası tərəfindən tikdirildiyini bildirmişlər. Təqdim olunan kommunal ödənişlər YYYHaqverdiyevin adınadır. Bu hallara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisəli torpaq sahəsinin üzərindəki tikililər YYYHaqverdiyev tərəfindən tikilmişdir.

15. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, torpaq sahəsinin alqısatqısına görə hər hansı pul məbləğinin iddiaçıya ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin mübahisəli torpaq sahəsindən istifadə etməsi cavabdehin atası X2 adına ilk iddiaçı tərəfindən müxtəlif vaxtlarda verilən etibarnamələrlə əlaqədar olduğundan, bu hal iddiaçının iradəsinə əsasən baş verdiy indən iddia tələbinin torpaq sahəsinin zəbt olunmasının qanunsuz hesab edilməsi hissəsi əsassız hesab edilib təmin edilməməlidir. Bununla belə, mübahisəli torpaq sahəsi nə qədər ki, ilk iddiaçının mülkiyyətindədir, ilk iddiaçı tərəfindən cavabdehə həmin torpaq sahəsindən istifadə etməsinə razılıq verilmədiyindən, iddia tələbi cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Cavabdehin digər ailə üzvlərinin kimliyi müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də əsassız olmaqla rədd edilməlidir.

16. Məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, ilk iddiaçı öz mülkiyyətində olan əmlakları ilə bağlı ümumi səlahiyyətlərinə dair 2001-ci ildən başlayaraq üç dəf ə cavabdehin atası YYYHaqverdiyevin adına etibarnamə vermişdir. Cavabdehin izahatına əsasən həmin etibarnamə mübahisəli torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar olsa da, iş materiallarından göründüyü kimi etibarnamələr verilən zaman mübahisəli torpaq sahəsi ilkin iddiaçının mülkiyyətində olmadığından o, mülki dövriyyənin, o cümlədən, alqı-satqının predmeti ola bilməzdi. Bundan başqa, mübahisəli torpaq sahəsi İddiaçı adına xx.xx.2017ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən hələ adına etibarnamə verilən şəxs olan cavabdehin atası X1 olmuş, ona verilən etibarnamə qüvvədə olmuş, buna baxmayaraq mübahisəli torpaq sahəsinin alqı-satqısı rəsmiləşdirilməmiş qalmışdır. Bundan başqa, mübahisəli torpaq sahəsinin alqı-satqısına görə cavabdehin atası tərəfindən ilk iddia çıya pul verilməsi də məhkəmə zamanı təsdiq olunmamışdır.

17. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinə uyğun olaraq onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0693 ha torpaq sahəsi 20 il bundan əvvəl, yəni 2001-ci ildə atası X4 tərəfindən İddiaçı aralarında olan şifahi razılaşmaya əsasən 1200 ABŞ dollarına alınmış və şahidlərin iştirakı ilə həmin məbləğ İddiaçı ödənilmişdir. Lakin mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3318/2021 nömrəli, xx.xx.2021-ci il ta rixli qətnaməsi ilə (hakimlər T.Məmmədov sədrlik edən və məruzəçi, S.Qafari və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-126/2021 nömrəli, 16 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, həmçinin əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməklə, ilk iddia tələbinin rədd edilməsi, qarşılı qlı iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsində inşa edilən 1 mərtəbəli və 2 mərtəbəli fərdi yaşayış evlərinin bazar və likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı rəsmi müraciətə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən baxılmışdır. Belə ki, MMC-nin mütəxəssisləri tərəfindən 12 yanvar 2022-ci il tarixinə: torpağın bazar dəyəri 77.000 manat, likvid dəyəri 65.000 manat; 1 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 45.000 manat, likvid dəyəri 37.000 manat; 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat, likvid dəyəri 70.000 manat; digər tikilinin bazar dəyəri 3000 mana t, likvid dəyəri 2000 manat oilmaqla, ümumi bazar dəyəri 205.000 manat, likvid dəyəri 174.000 manat müəyyən edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallar da qeydə alınmalıdır.

25. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

26. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

27. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf i sə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (24 iyun 2005-ci il 949-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Məcəllədən çıxarılanadək qüvvədə olmuşdur).

31. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər h üquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

34. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

35. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. M addə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi qarşılıqlı iddiaçı onun atasına iddiaçı tərəfindən etibarnamələrin verilməsi ilə bağlı münasibətlərin alğı-satqı münasibətləri kimi tanınmasını və bunun əsasında torpağa dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb edir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin başqasından tələb etmək haqqı, öhdəliyə əsaslanır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Qanunla nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.

49. Qarşılıqlı iddiaçının nail olmaq istədiyi hüquqi məqsəd – daşınmaz əmlakın alğısatqısından yaranan nəticələrdir.

50. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsasını (Mülki Məcəllənin 24 iyun 2005-ci il 949-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılanadək qüvvədə olmuş) 335.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

51. Bu normanın tətbiqi ilə bağlı Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarın qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər.

52. Konstitusiya Məhkəməsi həmin qərarda göstərmişdir ki, Mülki Məcəllənin 335-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.

53. İşə baxmış məhkəmələr də işin hallarını bu əsaslar üzrə yoxlamış və qarşılıqlı iddianın təmin olunması üçün bu şərtlər müəyyən olunmadığına görə qarşılıqlı iddianı rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır və hesab edir ki, həmin mövqe Mülki Məcəllənin 335-ci maddəsinin dispozisiya şərtlərinə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqelərə uyğun olmuşdur. İşə baxmış məhkəmələr alğısatqı münasibətlərinin yaranması üçün zəruri olan alğı-satqı obyektinin pulunun ödənilməsini, tərə flərin arasında sadə yazılı müqavilə bağlanmasını müəyyən etməmişdir. Habelə Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiq olunması üçün zəruri olan digər şərt əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi və tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırması halları müəyyən edilməmişdir.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikay əti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3318/2022 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar