Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3729/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2764/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 iyun 2021-ci il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) 25.01.2019-cu il tarixdə Cavabdehndə (bundan sonra – cavabdeh) məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Cavabdehin 26 avqust 2020-ci il tarixli, K-045/20 saylı töhmət verilməsi barədə əmrinə əsasən, iddiaçıya rəhbərlik tərəfindən təyin olunan öhdəliklərin icrasına, işə davamiyyətə səhlənkar yanaşmaqla, həmçinin, 25.08.2020-ci il tarixində şirkətin baş ofisində iclas zamanı və sonra rəhbər işçilərlə kobud tərzdə (hədələmək və ittiham etməklə) danışmaqla əmək müqaviləsi və qanunvericiliklə müəyyən edilmiş vəzifə öhdəliklərini və daxili nizam-intizam qaydalarını pozmuşdur. İşində və davranışında yol verdiyi nöqsanlarını nəzərə alaraq və göstərilən pozuntunun gələcəkdə təkrarlanmaması məqsədi ilə, məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsində çalışan iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Cavabdehin 18 sentyabr 2020-ci il tarixli, K048/20 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən, iddiaçının cavabdehlə bağladığı 25.01.2019-cu il tarixli əmək müqaviləsinə 18 sentyabr 2020-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (26.08.2020-ci il tarixli, K-045/20 nömrəli əmr) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əm ək funksiyasını pozduğu üçün əmək müqaviləsinə xitam verilməsi, istifadə etmədiyi əmək məzuniyyətinə görə 2019-2020 təqvim ili üçün 10 təqvim günü və 2020-2021 təqvim ili üçün 20 təqvim günü pul əvəzi verilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə imzalanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 18 sentyabr 2020-ci il tarixli, K-048/20 saylı əmrin ləğv edilərək işə bərpa edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işdən azad edilməyi ilə bağlı əmr əsassız və qanunsuzdur, işl ədiyi müddətdə heç bir əmək normasını pozmamışdır. Şirkətin qoyduğu qaydalara tam şəkildə riayət etmişdir. 10 avqust 2020-ci il tarixdə iddiaçı əmək məzuniyyətinə buraxılmışdır. Həmin vaxt iddiaçıya məzuniyyət pulu ödənilməmişdir. 23 avqust 2020-ci il tarixdə o, məzuniyyətdən geri çağırılmış, 25 avqust 2020-ci il tarixdə ona Bakı şəhərində yerləşən şirkətin baş ofisində öz ərizəsi ilə işdən çıxmağı təklif etmişlər. O, bunun qanunsuz olduğunu bildirmiş və məzuniyyət pulunun ödənilməsini tələb etdiyinə görə 26 avqust 2020-ci il tarixdə ona töhmət vermişlər. Sentyabr ayının sonunda isə şirkətdən iddiaçıya bildirmişlər ki, onunla olan əmək müqaviləsinə 18.09.2020-ci il tarixdən xitam verilmişdir. Cavabdeh əmək müqaviləsinə xitam verilməsinə dair 18.09.2020-ci il tarixli əmrlə əmək qanunvericil iyin bir çox normalarının pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı işlədiyi müddət ərzində tez-tez davamiyyət və nizam-intizam qaydalarını pozması ilə bağlı bir neçə dəfə şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq nə işgüzar fəaliyyətinə yanaşmasında, nə də nizam-intizamında müsbətə doğru dəyişiklik müşahidə olunmamışdır. 10 avqust 2020-ci il tarixində qeyd olunanlarla bağlı təqdim edilmiş təqdimat və eyni zamanda ofisdə olarkən etik normalardan kənara çıxan davranış sərgiləməsi səbəbindən işçiyə 26 avqust 2020-ci il tarixli, K-045/20 nömrəli əmrlə töhmət verilmişdir. Ona şirkətdaxili qayda-qanunlara riayət etməsi, təkrar p ozuntu halında daha ağır intizam tənbehinin verilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. Tanış olması üçün 26 avqust 2020-ci il tarixli, K-045/20 nömrəli əmr yaşadığı əraziyə (Şirvan) göndərilsə də, şəxs əmrlə tanış olduğunu imzası ilə təsdiq etməmişdir. Telefonla əlaqə saxlayaraq haqqında verilən əmrlə tanış olması gərəkdiyini və prosedurun tələbinə uyğun olaraq sənədi aldığına dair imza atması gərəkdiyi barədə məlumatlandırılsa da, nəticəsi olmamışdır. İmzalamadığı üçün sənəd ona email vasitəsi ilə göndərilmiş və emailə cavab yazmışdır. İlk intizam tənbehindən 1 ay müddət keçmədən işçi yenidən nizam-intizam qaydalarını pozmuşdur (icazəsiz işə çıxmama, bununla bağlı rəhbərə yalan danışma və digər). Qeyd olunanlar 15 sentyabr 2020-ci il tarixində şöbə rəhbərinin təqdimatı və bölgədə moni torinq aparan analitik vəzifəsində çalışan xxxxx izahatı ilə öz təsdiqini tapmışdır. Əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın aparılması (xitam verildiyi ay üzrə əmək haqqısı, məzuniyyət qalığı) əmək qanunvericiliyinin tələbləri gözlənilməklə icra edilmişdir. İşçinin iddia ərizəsində bildirdiyi məzuniyyət pulunun və əmək haqqının verilməməsi iddiası tamamilə əsassızdır. İddiaçıya 25.01.2019-cu il tarixində müqavilə bağlanarkən 260 manat məbləğində məvacib təyin olunmuş, 12.03.2019-cu il tarixində isə əmək haqqı müqaviləyə 063/19 saylı əlavə ilə 320 manat (gross) məbləğində təyin olunmuşdur. İddiaçının son iş ayı üçün (sentyabr) işlədiyi gün sayı 14 iş günüdür. 15 sentyabr tarixində işçinin YapıKredi bank hesabına 150 manat (net) avans məbləğ köçürülmüş və digər 3 günün əmək ha qqısı və məzuniyyət qalığı ödənişi (2019-2020-ci iş ili üçün 10, 2020-2021-ci iş ili üçün 20 gün olmaqla, toplam 30 gün məzuniyyət qalığına görə 315,79 manat məbləğində hesablanmış məzuniyyət haqqı) 18 sentyabr 2020 tarixində əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabda nəzərə alınmışdır. Vergi tutulmalarından sonrakı məbləğ (net) 478,89-150 (avans məbləği)=328.89 manat (işçinin hesabına köçürülən net məbləğ). NÜmayəndə göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-5454/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva) iddia təmin edilmiş, 18 sentyabr 2020-ci il tarixli, K048/20 saylı əmri ləğv edilmiş, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilmiş və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə aralarında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması ilə əlaqələndirmiş, lakin bu pozuntunun, yəni əmək funksiyasını pozmasının məhz nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Cavabdehin nümayəndəsi iddianın əsassızlığına dair iddiaçının tez-tez davamiyyət və nizam-intizam qaydalarını pozması, icazəsiz işə çıxmama, bununla bağlı rəhbərə yalan danışma kimi əsaslar gətirsə də, məhkəmə araşdırması zamanı iddiaçının gündəlik iş qrafikinə uyğun olaraq bölgə üzrə müştərilərin ziyarət edilməsi və məhsul təqdimatının aparılması, həftəlik plan əsasında apteklərin ziyarət edilməsi, satılan məhsullar barədə məlumatların alınması kimi vəzifə öhdəlikləri daşıdığı müəyyən edilmişdir. Bu isə iddiaçının iş yerində olmadığı hallarda belə bunun onun öz vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olmasının mümkünlüyünü ortaya qoyur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əmək müqaviləsinin ləğvi üçün əsas olmuş 10.08.2020-ci il və 15.09.2020-ci il tarixli təqdimatlarda göstərilmiş hallar təsdiq olunsa belə, bunlar iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Cavabdeh isə məhkəməyə bu halların baş verməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslılığına dair dəlillər məhkəmə araşdırması zamanı öz tə sdiqini tapmadığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 3, 70, 71.2, 72, 76, 300.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, hakimin qəbul etdiyi qərardan belə nəticəyə gəlmək olur ki, işçi istədiyi kimi davranmaqda sərbəstdir və işəgötürən yalnız töhmət verməklə kifayətlənməl idir, bu proses zəncirvari şəkildə istənilən sayda təkrarlana bilər. Hesab edirlər ki, bu birmənalı şəkildə işəgötürənin hüquqlarının məhdudlaşdırılması deməkdir, bundan əlavə qanunun ruhuna və fəlsəfəsinə ziddir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2764/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş hallar a və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh MMC (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya məhkəməsi işin hallarını tam araşdırmamış, yekun olaraq səhv nəticəyə gəlmiş, əsassız qətnamə qəbul etmişdir. Məhkəmələr tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərini nəzərə almamışlar. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə MPM-in 14.2, 217-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun təl əbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 3 (9-cu hissə). Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə i şçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71 (2-ci hissə). Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək v ə icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:...ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Maddə 71 (3-cü hissə). İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim ) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Ka ssasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2764/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini