Məhkəmə qərarları › İş №2(102)-3729/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3729/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3729/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5760/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 29 iyul 2009-cu il tarixli kredit və ipoteka müqavilələrinə əsasən, X1-zadə Eyyub İsmayıl oğluna 34.500 ABŞ dolları məbləğində pulu kredit vermiş, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m., əsas sahəsi 116,7 kv.m. olan qeyri-yaşayış sahəsini Ravil Topçiyevin xeyrinə ipoteka ilə yüklü etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1652/2010 nömrəli, 4 may 2010-cu il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, İddiaçı 34.500 ABŞ doları borcun, nümayəndəsinin göstərdiyi hüquqi xidmətə 500 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq X2 ödənilməsi, Ravil Topçiyev ilə İddiaçı arasında bağlanılmış 29 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m., əsas sahəsi 116,7 kv.m. olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və onun satışından əldə edilmiş pul vəsaiti hesabına 34.500 ABŞ dolları borcun, nümayəndəsinin göstərdiyi hüquqi xidmətə 500 manat və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Ravil Topçiyevə ödənilməsi qət edilmişdir.

3. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2010-cu il tarixli qərarı ilə X3 ilə İddiaçı arasında bağlanılmış 29 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Niz ami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m., əsas sahəsi 116,7 kv.m. olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmışdır.

4. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 fevral 2011-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı binanın zirzəmisində yerləşən, ümumi sahəsi 116,7 kv.m., əsas sahəsi 116,7 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh 70.200 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 70.000 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2-ci qrup müharibə veteranıdır. Cavabdeh ilə aralarında xx.xx.2011-ci il tarixdə, Bakı şəhəri 22 saylı notariat kontorunda cavabdeh ilə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 29 saylı binanın zirzəmisində yerləşən (seriya Ml İ ******* çıxarışlı) ümumi sahəsi 116,7 kv.m. qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 4-cü bəndinə əsasən satıcı qeyri-yaşayış sahəsini alıcıya 70.000 manata satması razılığına gəlmişlər. Həmin müqavilənin 5-ci bəndinə qeyd edilir ki, alıcı qeyri-yaşayış sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nota riusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəyir. "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli ”000382” nömrəli kassa məxaric orderində 22 saylı dövlət notariat kontorunun “3307 000980 0001” AZN hesabına 70.200 manat vəsait köçürülmüşdür. Lakin bankın qeyd edilən məxaric qəbzində qeyd edilən məbləğin 70.200 manatın satıcı iş üzrə tərəfindən imza edilib alınması sübut edilmir. Halbuki, həmin qəbzdə pulun alınmasını təsdiq edən imza tərəfindən deyil başqa şəxs tərəfindən icra edilmişdir. Bununla da xx.xx.2011-ci il tarixdə, Bakı şəhəri 22 saylı notariat kontorunda cavabdeh ilə onun mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 29 saylı binanın zirzəmisində yerləşən (seriya MH ******* çıxarışlı) ümumi sahəsi 116,7 kv.m. qeyri-yaşayış sahəsinin alğı-satqı müq aviləsi üzrə ona satılmış əmlakın dəyəri ödənilməmiş qalmışdır. Uzun illərdir ki, bu mübahisə tərəflər aralarında qarşılıqlı razılıq əsasında aparılmasına baxmayaraq vurulmuş ziyan ödənilmir. Belə ki, qeyd edilən vəsaitin verilmədiyi üçün tərəfindən 2011-ci ildə Nərimanov Rayon Məhkəməsində alğısatqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi irəli sürülmüşdür. Lakin cavabdeh yenə də müxtəlif yollarla məni aldadaraq həmin pulu verəcəyi vədinə inanaraq məhkəmədə qaldırdığı iddia ilə bağlı məhkəməyə getməmiş, iş isə baxılmamış saxlanılmışdır.

7. Məhkəmə iclasında cavabdeh ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini, iddia müddəti ötürüldüyü üçün iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhk əməsi) 2(005)-1375/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən-Mehriban Əfəndizazə) iddia tələbinin təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olduğuna dəlalət etmir. Məhkəmə xüsusilə vurulamışdır ki, iddiaçının dəlilləri mülki işin materialları ilə öz təsdiqini tapmır.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır. Çünki tərəflər arasında yaranan münasibətlər müqavilədən irəli gəlir və həmin müqavilə 22 fevral 2011-ci il tarixində bağlanmışdır. Bununla belə iddiaçı həmin tarixdən sonra cavabdehə borcunun olmasına dair hər hansı tələb irəli sürməmiş v ə heç bir üzürlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Eyni zamanda görünür ki, iddiaçı tərəfindən ümumi 10 illik iddia müddəti də ötürülmüşdür. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il, 373.2-ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

11. Beləliklə məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır və iddia həm də bu əsasla rədd edilməlidir. Belə ki, iddiaçının uzun müddət ərzində iddia etdiyi borcu tələb etməməsi ağlabatan deyildir. İddiaçı bu müddət ərzində cavabdehdən borcun tələb edilməsi ilə bağlı hər hansı hərəkət nümayiş etdirməmişdir. Bu isə iddia tələbinin özözlüyündə əsaslı olmadığını göstərir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.1, 6.2, 390.1, 417.3, 442, 448.1, 5.3, 372.1, 373.1, 373.2, 377.1, 385.1, 386.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.2, 77.1, 217.3, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, onunla cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri 22 saylı Notariat Kontorunda Mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 29 saylı Binanın Zirzəmisində yerləşən 116,7 kv. metr qeyri yaşayış sahəsinin alğısatqı müqaviləsinin bağlanmasına baxmayaraq qiymətləndirilmiş, əmlakın yəni 70.000 manatın "xxxx" ASC-nin 000382 nömrəli kassa məxaric orderində həmin məbləğin iddiaçıya verilməsində imzasının “olmaması”- və həmin məbləğin onun tərəfindən götürülməməsi əsas sübutdur. Bununla da bağlanmış müqavilənin şərtlərinin pozulması ilə nəticələnmişdir. Nərimanov rayon Məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə mülki işə heç də, qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmamışdır. İddiaçı xx.xx.2017-ci il tarixli ittiham aktı ilə Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə bir il altı ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkdikdən sonra Nərimanov rayon Polis idarəsinə cavabdehin onu aldadaraq əmlakını talaması barədə şikayət ərizəsi ilə polis idarəsinə müraciət etmişdir. Uzun araşdırmalar nəticəsində cinayət işinin başlanılması rədd edilmiş və bu barədə ona qərar təqdim edilmişdir. Bundan sonra iddiaçı faktla bağlı Nərimanov Rayon Məhkəməsinə hüquqlarını müdafiə etmək məqsədi ilə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddiaçı olaraq onun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1.-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun mövcudluğuna “göz yummu şdur”! Belə ki, qanun əsasında yaradılmış müstəqil məhkəmə olan Nərimanov Rayon Məhkəməsi işə ağlabatan müddətdə baxsa da, heç də, qərəzsiz olmamış, nəticədə, yuxarıda qeyd etdiyi ki, iddiaçı kimi onun hüquqlarını pozmuşdur.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5760/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Günay Axundova və F.Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, müqavilə azadlığı şəklində tərəflərin iradə ifadəsi olaraq alğı-satqı müqaviləsi bağlanmış, iddi açı ödənilən 70.200 manatın müqabilində mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdehə satmışdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmaqla, cavabdeh hal-hazırda mülkiyyətçidir.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olduğuna dəlalət etmir. İddiaçının dəlilləri mülki işin materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan alğı-satqı ilə bağlı notariat işindən görünür ki, cavabdeh tərəfindən 22 fevral 2011-ci il tarixdə kassa mədaxil orderinə əsasən "xxxx" ASC-nin “Həyat” Filialında Notariusun depozit hesabına 70.200 manat məbləğində pul köçürülmüşdür. Bundan sonra alğı-satqı müqaviləsi bağlanmışdır.

18. Məhkəmə kollegiy ası hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır. Çünki tərəflər arasında yaranan münasibətlər müqavilədən irəli gəlir və həmin müqavilə 22 fevral 2011-ci il tarixində bağlanmışdır. Bununla belə iddiaçı həmin tarixdən sonra cavabdehə borcunun olmasına dair hər hansı tələb irəli sürməmiş və heç bir üzürlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Eyni zamanda görünür ki, iddiaçı tərəfindən ümumi 10 illik iddia müddəti də ötürülmüşdür. AR MM-in 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il, 373.2-ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

19. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddia çı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır və iddia həm də bu əsasla rədd edilməlidir. Belə ki, iddiaçının uzun müddət ərzində iddia etdiyi borcu tələb etməməsi ağlabatan deyildir. İddiaçı bu müddət ərzində cavabdehdən borcun tələb edilməsi ilə bağlı hər hansı hərəkət nümayiş etdirməmişdir. Bu isə iddia tələbinin öz-özlüyündə əsaslı olmadığını göstərir.

20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bil ər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək onu da qeyd etmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixli ittiham aktı ilə Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə bir il altı ay müddətinə azadlıqdan məhrum edilməsi halında belə iddia müddəti ötürülmüşdür.

22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətin i tətbiq etməklə iddianı rədd edərkən qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 373.1, 373.2, 375.1, 375.2, 377.1, 385.1, 386.1, 390.1, 442, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti və şikayətə düzəliş ərizəsi verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsi ilə əlaqə dar yeni qərarın qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən məhkəməyə sübut formasında göndərilən sənədlərin heç biri araşdırılmadan cavabdehin xeyrinə qətnamə qəbul edilmişdir. Hal-hazırda da həmin sənədlərin vaxtı keçdiyi üçün artıq sübut kimi də təqdim olunması təəssüflər olsun ki, mümkün deyildir. Zamanında həmin sənədlərin əsaslı formada məhkəmə tərəfindən nəzərə alınıb qiymətləndirilməməsi iddiaçının mövcud məhkəmə vəziyyətindəki hüquqlarının qorunmamasına gətirib çıxarmışdır. Halbuki, əvvəlki keçirilən rayon məhkəmələrinin birində Ravil Topçiyev atasının, yəni cavabdehin iddiaçıya hətta 40.000 manat borcu olduğunu zalda şifahi formada bildirmişdir. Qanunun mahiyyətinə və Avropa Konvensiyasın ın 6-cı maddəsinə əsasən belə hüquqi mübahisənin formalaşmış müddət arqumenti ilə rədd edilməsi ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır. İddiaçının bildirdiyinə görə, şikayətin əsas mahiyyəti Nərimanov Rayon Məhkəməsi tərəfindən hərracda iddiaçının hüquqlarının pozulması halları, cavabdeh tərəfindən aldadılaraq iddiaçıya düşən pay haqqının mənimsənilməsi və təqdim olunan sübutların dəyərləndirilməməsi olmuşdur. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddiaçının təqdim etdiyi bu əsas sübutu – qəbzdə onun imzasının olmaması faktını nəzərə almamış, ödəmənin həyata keçirilib-keçirilmədiyini tam və hərtərəfli araşdırmamışdır. Bu isə iddianın predmeti olan öhdəliyin icrasını qiymətləndirmək baxımından ciddi prosessual pozuntudur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

26. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

27. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

28. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

29. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

30. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

31. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

32. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun i ştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

38. Maddə 2.1. Mülki işlə r və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

39. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyə n edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 21 8.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlan ılmalıdır.

49. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq no rmalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

54. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).

55. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim müb ahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).

56. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübu tlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

57. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

58. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ə rizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

59. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

60. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

61. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edi r ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbə bdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

63. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5760/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar