Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-373/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil2, Cavabdeh X1 və vəkili Vəkil1 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)1840/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh və İddiaçı xx xxxxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı gəlin köçərkən cehiz əşyalarını Abşeron rayonu, Saray qəsəbəsi, Sülh küçəsində yerləşən özbaşına tikili olan evə yerləşdirmişdir. Tərəflərin birgə nikahından xx xxxxx 2014-cü il tarixdə X10 və xx xxxx 2016-cı il tarixdə X17 anadan olmuşlar. Tərəflərin nikahları xx xxxxxx 2018-ci il tarixdə pozulmuşdur. Torpağın mülkiyyət hüququna dair JN-3618 saylı, 30800086 kodlu Dövlət aktının surətinə əsasən xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə Abşeron rayonu, Saray qəsəbəsi, Sülh küçəsində yerləşən kənd təsərrüfatı məhsu lları istehsalı təyinatlı 0,2228 ha torpaq sahəsi X4, Cavabdeh, X2, X5, X3 və X6 verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1628 hektar torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ xx xxxxx 2018-ci il tarixdə daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 da cavabdeh qismində cəlb etməklə, iddiaçının azyaşlı uşaqları xx xxxxx 2014-cü il təvəllüdlü X10 və xx xxxx 2016-cı il təvəllüdlü X17 ilə birlikdə ünvan 1 ünvanda yerləşən özbaşına tikiliyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh və İddiaçı ailə münasibətləri pisləşdikdən sonra iddiaçı evdən məcbur şəkildə çıxarılmış və atasının himayəsində yaşayır. Abşeron rayonu, Saray qəsəbəsi, Sülh küçəsində yerləşən özbaşına tikilmiş ev 5 otaqdan ibarət olmaqla, İddiaçı gəlin köçərkən özü ilə gətirdiyi cehiz əşyaları həmin evdədir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-330/2020 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia təmin edilmiş, İddiaçı azyaşlı uşaqları xx xxxxx 2014-cü il təvəllüdlü X10 və xx xxxx 2016-cı il təvəllüdlü X17 ilə birlikdə ünvan 2 ünvanda yerləşən özbaşına tikiliyə köçürülmələri qət e dilmişdir. Birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci, Mülki Məcəllənin 6.1.1, 180-ci maddələrinə istinad edərək, mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış sahəsində cavabdehlərlə bərabər surətdə iddiaçının da yaşamaq hüququ vardır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh və X9 birgə apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-330/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1840/2020 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G. F.Tağızadədən və F.Ə.Məmmədovdan ibarət tərkibdə) cavabdehlərin birgə verdikləri apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-330/2020 nömrəli qətnaməsi cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehlərin istifadəsində olmaqla faktiki olaraq mövcuddur və cavabdehlər və onların ailə üzvləri tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış ailə üzvü olan iddiaçı da həmin evə gəlin köçmüş və həmin şərtlər daxilində bu evdə yaşamalıdır. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşadıqları şərtlər daxilində yaşamaq imkanına malikdir. Özbaşına inşa edilmiş mübahisəli ev tərəflərin birgə yaşayış yeri olmuşdur. Cavabdehlərin, iddiaçını onun himayəsində olan azyaşlı uşaqları ilə birlikdə tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh və X9 birgə kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1840/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edi lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı özü xx xxxxxxxx 2017-ci il tarixdə evdən getmiş və 2 il 6 aydan sonra evdə yaşamaq hüququnu tələb etmişdir. Özbaşına tikili cavabdeh X8 məxsusdur, evin tikilməsində və ya torpaqda Cavabdeh aidiyyəti olmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh X9 və vəkili Vəkil1 kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil2 kasasiya şikayətinin dəlilləri nə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən kasasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu v ə ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası izah edir ki, Ali Qanunun 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanu nsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. İşin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikilidir və iddiaçı nikaha daxil olduğu tarixdən tərəflərin ailə münasibətləri faktiki pozulduğu tarixədək azyaşlı övladları ilə birgə həmin yaşayış sahəsində yaşamış, əmlakının hazırda da həmin evdədir. Həmin hallar cavabdehlərin kasasiya şikayətində də etiraf olunur. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının yaşadığı sahədən məhrum etmənin qanunsuz olması müəyyən olunmuşdur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehlərin mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəmələrə təqdim olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının mənzildə yaşamaq hüququnu bərpa etməklə, düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlillərinə münasibət bildirilərək qeyd olunmalıdır ki, torpaq sahəsinin hazırda iddiaçılardan X1 mülkiyyətində olması onun üzərində olan yaşayış evinin özbaşına tikili olmaması anlamına gəlmir. Belə ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olm aqla, onun üzərində tikilmiş yaşayış sahəsi Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən özbaşına tikili sayılır. Digər tərəfdən torpaq sahəsinin üzərində mülkiyyət hüququnun xx xxxxx 2018-ci il tarixdə (yəni iddiaçı ilə Cavabdeh arasında ailə münasibətləri pozulduqdan sonra) daşınmaz əmlak dövlət reyestrində X1 adına qeydiyyata alınması iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, müəyyən olunur ki, iddiaçı mübahisələndirilən sahəyə köçürülərkən torpaq sahəsi Torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən bir neçə şəxsin, o cümlədən əri olan Cavabdeh mülkiyyətində olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən yaşayış sahəsi faktiki olaraq özbaşına tikili olsa da, əvvəllər hər iki tərəf orada yaşadıqlarından, hazırda da həmin tikili yaşayış sah əsi kimi istifadə olunduğundan, cavabdehlərin hərəkətləri əsaslı olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilmiş, sonuncunun pozulmuş hüquqlarının bərpa edilməklə, onun həmin tikilidə cavabdehlə eyni əsasla yaşamaq imkanı verilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh və X9 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1840/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-373/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-373/2021
08.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver