Məhkəmə qərarları › İş №2(102)-373/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-373/2025

25.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-373/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinin müddətsiz bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5537/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyy əti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. "xxxx" MMC-nin baş direktoru Seymur Aslanovun xx.xx.2016- cı il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-nə Sərnişindaşımanın Təşkili şöbəsinə perron nəzarətçisi təyin edilmişdir; 3. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən (kontrakt) görünür ki, qarşılıqlı razılığa əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2017-ci il tarixdən işə başlaması qeyd edilmişdir; 4. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən (kontrakt) görünür ki, qarşılıqlı razılığa əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddi açı xx.xx.2017-ci il tarixdən işə başlaması qeyd edilmişdir; 5. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən (kontrakt) görünür ki, qarşılıqlı razılığa əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2021-ci il tarixdən işə başlaması qeyd edilmişdir; 6. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, aylıq 300 manat əmək haqqı verilməklə işə başlaması qeyd edilmişdir. 7. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavə razılaşmaya əsasən razılaşma ilə tərəflər razılığa gəlmişlər ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləs inin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “işçiyə hər ay 300 manat məbləğində əmək haqqı ödənilir və əmək müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılır”; 8. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli dəyişiklikdən görünür ki, “İşəgötürən səlahiyyətlərini həyata keçirən Cavabdeh2 MMC ilə Sərnişindaşınmanın təşkili şöbəsinin perron nəzarətçisi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığıa gəlmişlər ki, əmək müqaviləsinin 2.1-ci bəndində aşağıdakı dəyişikliklər edilir: bu əmək müqaviləsi 3 (üç) ay müddətinə bağlanmışdır sözləri, bu əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır sözləri ilə əvəz edilmişdir”; 9. "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli əmrinə əsasən İddiaçı - “Azerbaijan Ground Services" MMC-nin Sərnişindaşınmanın təşkili şöbəsinin perron nəzarətçisi ilə bağlanmış əmək müqaviləsinə 06 may 2023-cü il tarixindən etibarən əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam verilməsi və istifadə edilməmiş əmək məzuniyyətinə görə xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədək 25 (iyirmi beş) təqvim günü kompensasiyanın ödənilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı məhkəməyə müraciət edərək 24 il işlədiyi əvvəlki iş yerinə Cavabdeh1nə bərpa edilməyi və işsiz qaldığı ayların əmək haqqının cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini on unla əsaslandırmışdır ki, o, 1960-cı ildə Qərbi Azərbaycanın Sisiyan rayonunun Qızılcıq kəndində doğulmuşdur. 1988-ci ildən qaçqın olaraq Sumqayıt şəhərində yaşayır. 1999-cu ildən Cavabdeh1ndə perron-nəzarətçi vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdən onun müqavilə müddəti bitdiyinə görə işdən azad etmişlər. Pozulmuş Konstitusion hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli oldu. O, təqaüd yaşındadır. Necə olur ki, idarənin müdiri özü təqaüd alaraq işləyir, ancaq onun təqaüdə çıxmağına 17 ay qalmış onu işdən azad edir. Əgər onun xahişini nəzərə almırsa, o, birbaşa Prezidentə müraciət etməli olacaq. Özü Qərbi Azərbaycandan qaçqındır. Ailəsi ağır şəraitdə yaşayır. Özü bir neçə xəstəlikdən əziyyət çəkir. Keçmiş iş yeri olan Cavabdeh1 rəhbərliyi, Azərbaycan Respublikası nın Konstitusiyasının 35-ci maddəsinin tələbini kobud pozaraq “X3 Konvensiyasına və hüquq normalarına uyğun olmayaraq əmək münasibətinin hüquqlarının mühafizəsi haqqında” Konvensiyanı kobud surətdə pozmuşdur. Ondan xahiş etmişdir ki, əmək pensiyana çıxmağına 17 ay qalıb, 24 ildir ki, bu müəssisədə nümunəvi işçi kimi işləyir. Yenə buna baxmayaraq onu işdən azad etdi. Bugünə qədər də onu aldatdı ki, onu işə qaytaracaq. 11 aydır ki, işsizdir. 1986-cı il təvəllüdlü oğlu ilə yaşayır. Oğlundan pul almağa utanır. Nəvələri qarşısında acizdir. xx.xx.2023-cü ildə İnzibati Məhkəməyə müraciət etdi, onlar da dedi ki, bu işə baxmırlar. Pensiya yaşına yaxınlaşdığına görə onu heç yerə işə götürmürlər. O, ömrünün ahıl çağında nəvələrinin qarşısında utanaraq yaşayır.

12. Məhkəmənin iclasında iştirak edən ca vabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edib, eləcə də məhkəməyə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmri məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iş üzrə İddiaçı "xxxx" MMC-də çalışıb. "xxxx" MMC isə 2016-cı ildən fəaliyyət göstərir. İddiaçı ilə dəfələrlə qarşılıqlı razılaşmalar əsasında müddətli əmək müqaviləsi bağlanıb. Sonra onunla bağlanmış 3 aylı əmək müqaviləsi 1 aylıq əmək müqaviləsi ilə əvəz edilmişdir. Sonuncu müqavilənin müddəti bitdikdən sonra onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə qeyd etmişdir ki, ümumiyyətlə MMC-də çalışan işçilərin hər biri ilə müddətli əmək müqaviləsi bağlanılaraq, işə qəbul edilmişlər. İddiaçının iş şəraiti ağır olduğundan, bunu nəzərə alaraq müqavilənin müddəti uzadılmamışdır. Tək iddiaçı deyil, bir neçə nəfər bu səbəbdən işdən azad olunmuşdur. O, həmçinin iddia tələbinə edilmiş etirazı müdafiə edərək göstərmişdir ki, Cavabdeh2 MMC-nin 08 may 2023-cü il tarixli 106/K nömrəli əmrinin məzmunundan da göründüyü kimi cavabdeh təşkilat Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-d bəndinin tələblərinə riayət etmiş, əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilmişdir. Müvafiq əmrə əsasən, İddiaçı 08 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, (əmək müqaviləsi nin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasının və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətlərindən görünür ki, İddiaçı 01 fevral 2016-cı il tarixdən müddətli əmək müqaviləsi bağlanmaqla (01) bır il müddətinə və 01 fevral 2017-ci il tarixdən qarşılıqlı razılığa əsasən 3 (üç) ay müddətinə, 01 may 2017-ci il tarixdən qarşılıqlı razılığa əsasən 1 (bir) ay müddətinə Cavabdeh2 Sərnişindaşımanın təşkili şöbəsinə perron nəzarətçisi vəzifəsinə təyin edilmişdir. 17 dekabr 2020-ci il tarixdə 91/K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “'a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra 02 mart 2021-ci il tarixdən müddətli əmək müqaviləsi bağlanmaqla, qarşılıqlı razılığa əsasən 3 (üç) ay müddətinə və 27 yanvar 2022-ci il tarixdən müddəti əmək müqaviləsi bağlanmaqla, qarşılıqlı razılığa əsasən 1 (bir) ay müddətinə, yəni hər dəfə 1 (bir) ay olmaqla, 08 may 2023-cü ii tarixədək “Azerbaijan Ground Services'’ Məhdud Məsuliyyətli Cəmiyyətinin Sərnişindaşımanın təşkili şöbəsinə perron nəzarətçisi vəzifəsinə təyin edilmişdir. 06 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı ilə artıq 01 fevral 2016-cı il tarixdən mübahisələndirilən əmrin çıxarıldığı tarixədək davamlı şəkildə müddətli əmək müqavilələri bağlanılmışdır. Ona görə də iddiaçı X2 mübahisələndirdiyi müvafiq əmr Azərbaycan Respublikasının əmək qanunvericiliyinin bü tün tələblərinə riayət edilməklə verilmişdir. Əmək kitabçasının və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətlərindən də göründüyü kimi, tərəflər 01 fevral 2016-cı il tarixdən mübahisələndirilən əmrin çıxarıldığı tarixədək, yəni 7 il müddətində davamlı şəkildə müddətli əmək müqavilələri bağlamaqla əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş öz iradə ifadələrini bəyan etmişlər. Lakin iddiaçı, belə bir vacib məqamı iddia ərizəsində qeyd etməmiş və həmin hissəni əsaslandırmamışdır. Bu baxımdan işəgötürən müvafiq maddənin tələbi əsasında əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüququndan istifadə edərək, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə qeyd edilən əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmri vermişdir. Əmək müqaviləsini n müddətini qurtardığı təqdirdə onun yenidən eyni və ya başqa bir müddətə bağlanması ilə bağlı işəgötürən üzərində hər hansı bir qaydada imperativ norma əmək qanunvericiliyində öz əksini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin hüquqi əsassızlığını, istinad edilən qanunvericilik normalarını və müvafiq müqavilə bəndlərini rəhbər tutaraq, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Etibar Mustafayev) 11 iyul 2024cü il tarixli, 2(001)-3463/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

14. Məhkəmə bildirmişdir ki, iddiaçı ilə mütəmadi olaraq müddətli (3 ay, 1 ay) əmək müqavilələri bağlanmış, iddiaçının isə onunla müddətli əmək müqaviləsinin bağlanmasına narazılığını ifadə edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

15. Tərəflər arasında bağlanılmış əmək müqavilələrində onların müddətli olması nəzərdə tutulduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab etmişdir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmişdir.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur.

17. Məhkəmə bild irmişdir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı digər qanun pozuntusuna yol verilməsi də aşkar edilməmişdir. Belə ki, işçi- iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müddət bitdikdən sonrakı bir həftə keçməmiş müqaviləyə xitam verilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq- hesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir.

18. Məhkəmə həmçinin tərəflər arasında əmək müqaviləsi bağlanılarkən iddiaçının əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilib-edilməməsini araşdırmış, tərəflərin münasibətlərinin həq iqi xarakterinin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlara, əsas prinsiplərə zidd olmadığını, müddətsiz əmək müqaviləsinin bağlanmasının iddiaçı üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin daşımadığını müəyyən etmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, ümumiyyətlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bütün işçilərlə əmək müqavilələrini eyni şərtlərlə, yəni müddətli bağlanıldığını elektron kabinetə əlavə edilmiş əmək müqavilələri bildirişlərindən də görünür. Bu baxımdan da müəyyən edilir ki, işəgötürən özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə etməmiş, iddiaçı ilə əmək müqaviləsini bağlayarkən hər hansı qanun pozuntusuna yol verməmiş, ümumiyyətlə işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. Bütün müqavilələr tərəflər arasında onların hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında bağlanmışdır ki, bunun əksini sübut edən faktlar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.

20. Məhkəmə belə qənaətə gəlmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 06 may 2023-cü il tarixli əmrlə xitam verərkən qanunvericiliyin tələblərinə riayət edildiyindən, iddiaçının işə bərpa və işsiz qaldığı ayların əmək haqqının cavabdehdən alınaraq ona verilməsi barədə iddiasının təmin edilməsi üçün əsaslar mövcud deyil.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 2.1, 42.2, 47- ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin “b” bəndi, 73-cü maddəsinin 1-ci bəndi, 83cü maddənin 1-ci bəndi, 296.1, 2 96.2, 300.1-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İİV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarına; Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 80, 81, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

23. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin bir sıra dəlilləri ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə iddia tələbini rədd edərkən bir sıra maddi normalara istinad etmiş və göstərmişdir ki, cavabdeh onunla əmək müqaviləsi müddətini uzatmamaqda və müqavilə müddətinin bitməsi səbəbindən iddiaçını işdən çıxarmaqda haqlı olmuşdur. O, məhkəmənin bu mövqeyi ilə razılaşmır, ona görə ki, məhkəmə onun təkcə həmin müəssisədə 24 il işləməyini və pensiyaya çıxmağına az bir müddətin qalmasını nəzərə almamışdır. Bundan başqa onun himayəsində 2-ci dərəcəli əlil və əmək qabiliyyətsiz oğlu yaşayır, bu vəziyyət onun bu gün əlil oğlunun aldığı pensiyaya möhtac qalmağına səbəb olmuşdur. Prezident dəfələrlə vurğulayıb ki, xalqı incitməyin, iş yerləri açın, lakin bu gün iddiaçı formal aparılmış yazışma üzündən faktiki olaraq daimi iş yerindən məhrum olmuş, müqaviləyə imza atdırılarkən ona bildirilirdi ki, bu yalnız formallıqdır, bundan başqa məhkəm ə nəzərə almalı idi ki, 24 il müddətli müqavilə olmur. Onu da qeyd edir ki, cavabdeh təşkilatın rəhbəri özü pensiya yaşına çatmış və oğlu da Bakı şəhər Binəqədi rayon YPX-nin rəisidir. Görünür qarşı tərəf onun əsaslı iddiasının rədd olunması üçün bu kimi imkanlardan da istifadə etmişdir. Məhkəmə iddia tələbi üzrə yaranmış münasibətlərə hüquqi qiymət verərkən Konstitusiya Məhkəməsinin Plenumunun 31.01.24-cü il tarixli qərarına istinad etmiş və qeyd edilmişdir ki, qanunverici iş axtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin m addənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Qərarla tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadığı müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd etmişdir ki, məhkəmələr tərəfindən işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə müddətli əmə k müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki halları və tərəflərin dəlilləri hərtərəfli araşdırmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır.Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyi nin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir.Lakin, məhkəmə formallıq baxımından çıxış edərək həmin qərarda göstərilənlərə əhəmiyyət verməmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə onun müddətinin qurtarması səbəbi ilə razılaşmışdır. Halbuki əmək müqaviləsi əvvəllər daimi olmuş, lakin əmək münasibətlərində güclü tərəf kimi çıxış edən cavabdeh öz istəyi ilə iddiaçının müddətli müqaviləni imzalamağa məcbur etmiş, ona söz vermişdir ki, müqavilənin müddətli bağlanılması formal tələbdir, lakin iddiaçı pensiyaya çıxana kimi işləyəcək, müddət hər dəfə artırılacaqdır, lakin pensiyaya çıxmağına 1 il 7 ay qalmış ona qarşı bu haqsızlığı etmişdir. Bundan başqa əmək müqaviləsində istənilən qeydləri və dəyişikləri cavabdeh etmiş, iddiaçıya yalnız onu i mzalamaq qalmışdır və iddiaçı işdən çıxanda həmin müqavilənin qısa bir müddətli bağlandığını bilmişdir. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmış, iddiaçı tərəfindən səsləndirilən hallara, təqdim olunan sübutlara əhəmiyyət belə verməmiş və nəticədə birtərəfli qətnamə qəbul etmişdir. Məhkəmə yetərincə araşdırma aparmamış, yalnız qarşı tərəfin təqdim etdiyi sübutlara əsaslanmaqla bu qanunsuz qətnaməni çıxarmışdır.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev – sədrlik edən və məruzəçi, Günay Axundova və Fərrux Qasımov) 2(103)-5537/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə İddi açı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(001)3463/2024 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında, 106/K nömrəli, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, İddiaçı “Azerbaijan Ground Services" MMC-dəki vəzifəsinə bərpa edilməsi, Cavabdeh2 MMC tərəfindən İddiaçı işdən azad olunduğu vaxtdan işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Ə mək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçı fasiləsiz və etirazsız olaraq cavabdeh qurumda 5 ildən artıq müddətdə eyni vəzifədə işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq, işəgötürən iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı cavabdeh müəssisədə fakitki oalraq uzun müddət iş ləməyinə baxmayaraq onunla 3 ay və 1 aylıq olmaqla müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi hər dəfə 3 ay və 1 ay olmaqla 2016-ci ildən 2023-cü il tarixədək uzadılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinin müddətinin hər dəfə 3 ay və 1 aylıq müəyyən edilməsinin hansı zərurətdən irəli gəlməsinin müəyyən edilməməsi nəzərə alınmaqla, qeyd olunan halın tərəflərin qarşılıqlı razılığı ilə baş verməsi kimi şərh edilməzi yolverilməzdir.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2016-cı ildən eyni müəssisədə, eyni xarakterdə daimi xarakterli iş gördüyü halda, onunla 3 aylıq və 1 aylıq əmək müqavilələrinin bağlanması, hər dəfə müqavilə müddətinin 3 ay və 1 ay olmaqla uzadılması, işəgötürən üçün işçinin işdən çıxarılmasını (müqavilə müddətinin bitməsi əsası ilə) asanlaşdırmaqla, tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış hesab edilə, iddiaçının iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi ağlabatan bir səbəblə izah olunmamaqla, belə razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanması daha inandırıcı görünür.

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 2016-cı ildən fasiləsiz olaraq eyni müəssisədə, eyni yerdə, eyni işi gördüyündən və iddiaçının gördüyü işin xarakteri Əmək Məcələsinin 47-ci maddəsində sadalanan hallara aid olm adığından, onunla müddətli əmək müqaviləsinin bağlanması iddiaçının iradəsinə uyğun olmamaqla qanunvericiliyin tələblərinə zidd olmuşdur.

30. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması əsası ilə iddia tələbini rədd edən məhkəmənin mövqeyi qanuni və əsaslı hesab edilə bimləz

31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1,3,4,5-ci hissələrinə, 47-ci maddəsinin “f” bəndinə, 68-ci maddəsinin 1 və 2-ci hissələrinə, 73.1, 300.1-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında və Azərbaycan Res publikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İİV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Vəkil) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və İddiaçı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qərar çıxarılması və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3463/2024 nömrəli 11 iyul 2024-cü il tar ixli qətanməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 08 may 2023-cü il tarixli 106/K nömrəli əmrin məzmunundan da göründüyü kimi, cavabdeh təşkilat Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinin tələblərinə riayət etmiş, əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilmişdir. Müvafiq əmrə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. Habelə, iddiaçı şəxs iddia ərizəsində onun 24 il bir müəssisədə işlədiyini, 44 il əmək stajının olduğunu, iş şəraitinin ağır olduğunu lakin öhdəsindən gəldiyini, pandemiya zamanı əmək haqqının MMC tərəfindən verilmədiyini, ona ərizə yazdırıldığını, bəzi sənədlərə imza etdiyinin yadında olduğunu, əmək müqavilələrinin müddətli bağlanmasından xəbərinin olmadığını və s. sonradan işdən azad olunmasına dair ərizəyə imza etdiyini anladığını qeyd edir. Halbuki, iddiaçı şəxs tərəfindən mübahisələndirilən əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən verilmiş və həmin tarixdə müvafiq qaydada sistemə daxil edilmişdir. Göründüyü kimi, iddiaçı ilə mütəmadi olaraq (3 ay, 1 ay) müddətli əmək müqavilələri bağlanmış, iddiaçının isə onunla müddətli əmək müqaviləsinin bağlanmasına narazılı ğını ifadə edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Lakin təəssüflər olsun ki, belə bir məqam apellyasiya kollegiyası tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır.

34. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi əsassız olaraq belə bir mövqedə olmuşdur ki, iddiaçı şəxsin gördüyü iş müvafiq maddədə sadalanan hallara aid olmadığından onunla müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə zidd olmuşdur. İddiaçı şəxsin gördüyü iş ilə bağlı müddətli əmək müqaviləsi 01 fevral 2016-cı il tarixdə bağlanmış və həmin müqavilə müddəti bitdikcə müvafiq qaydada artırılmışdır. Eyni zamanda, kollegiyanın özünün istinad etdiyi müvafiq maddənin iki bəndi (“f“ və “ğ”) işəgötürən üçün qeyd edilən əmrin verilməsi əsasını müəyyən etmişdir. Habelə, milli əmək qanunvericiliyimizdə belə bir tələbin birmənalı şəkildə öz əksini tapması müəyyən edilməmişdir. Belə ki, hər hansı bir iş profili ilə bağlı müddətsiz əmək müqaviləsinin bağlanması ilə bağlı imperativ norma mövcud deyildir ki, həmin norma üzrə işəgötürən müvafiq profilli iş yerlərinə işçi ilə əmək müqaviləsi bağlayarkən mütləq şəkildə həmin müqaviləni müddətsiz bağlamalıdır. Bu baxımdan, kollegiyanın xırda abzasdan ibarət olan əsaslandırmasında istinad etdiyi maddənin müvafiq bəndlərini qeyd etsə də, onlara izahlı şəkildə yanaşmamış və bununla da ziddiyyətli məqamların olmasına baxmayaraq, apellyasiya qaydasında mübahisənləndirilən birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqeyə diqqət yetirməmiş demək olar ki, heç bir araşdırma aparmadan (iş materialların ı öyrənmədən, tərəflərin müvafiq şikayət ilə bağlı fikirlərini dinləmədən, əlavə sual-cavab etmədən, qısa müddətli dinləmə aparmaqla (təxminən 15-20 dəqiqəlik) və s.) əsassız və tutarsız bir qənaətə gəlməklə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin etmişdir.Məhkəmə kollegiyası apellyasiya şikayətinin hərtərəfli araşdırılmasını təmin etməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi cavabdeh təşkilatın nümayəndəsinin etirazının dəlillərini dinləməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin belə hər iki tərəfin iştirakı ilə araşdırmamış, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsassız hesab edərək iddiaçının verdiyi şikayəti əsassız olaraq dəstəkləmişdir. Hətta cavabdeh tərəfin nümayəndəsinə belə onun tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz ilə bağlı izahat verməyə şərait yaratmamışdır. Cəmi bir neçə dəqiqə davam edən iclas iddiaçının verdiyi əsassız və qanunsuz bir mövqeni dəstəkləməklə, şablon qaydada çıxarılmış yeni bir qətnamə ilə sona çatmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

36. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

37. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddə ti müəyyən edilmədən bağlanmalıdır.

38. Maddə 45 (5-ci hissə). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

39. Maddə 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.

40. Maddə 68. (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

41. Maddə 68 (2-ci hissə, “b” bəndi). Əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə xitam verilə bilər.

42. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblə rinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında əmək münasibəti 5 ildən artıq müddətə davam etmişdir. Cavabdeh də təsdiq etmişdir ki, tərəflər 01 fevral 2016-cı il tarixdən mübahisələndirilən əmrin çıxarıldığı tarixədək, yəni 7 il müddətində davamlı şəkildə müddətli əmək müqavilələri bağlamışlar.

52. Əmək Məcəlləsinə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir (§ 38).

53. Belə olan halda qanuna əsasən müddətsiz əmək müqaviləsi bağlamış sayılan işçinin müddətin bitməsinə görə işdən çıxarılmasının əmək qanunvericiliyinə uyğun olmaması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Məhkəmə tərki bi müddətli müqavilənin işçinin öz iradəsi ilə bağlanması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziyindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

56. Bu səbəbdəndir ki, ƏM-nin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanması üçün “hüquq bərabərliyi prinsipinə əməl edilməsi” şərtini nəzərdə tutur (§ 39).

57. Məlum olduğu kimi, işç inin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağalabatan səbəb olmadan qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin belə bir (qayda olaraq öz xeyrinə olmayan) addım atması ağlabatan bir səbəblə izah olunmadıqda, həmin razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanmasının daha inandırıcı görünməsi barədə apellyasiya məhkəməsinin mövqeyi əsassız deyil.

58. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməy ən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5537/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar