Məhkəmə qərarları › İş №2(102)-3732/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3732/2021

16.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3732/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı BOKT ASC Cavabdehlər: Cavabdeh2 Üçüncü şəxs: Pirallahı rayon İcra və Probasiya Şöbəsi İddia tələbi: mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması Açar sözlər: mülkiyyət hüququ, qanunsuz sahiblik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 16 iyun 2 021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 15 fevral 2019-cu il tarixdə “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC ilə "İddiaçı” BOKT ASC arasında Cavabdeh2 məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 11 saylı evin 3 saylı mənzilə dair hərracın yekunları üzrə alqısatqı müqaviləsi bağlanmış, həmin mənzil sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat 26 aprel 2019-cu il tarixdə İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 11, 3 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdehin həmin mənzildən əşyaları i lə birlikdə çıxarılması, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-4/2020 saylı iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, Pirallahı Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 İddiaçı BOKT ASC-yə olan borcun tutulması və tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Pirallahı rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əs asən ipoteka predmeti açıq hərracda satılması üçün “Daşmar və Daçınmaz Əmlakların Satışı X2” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından "İddiaçı” BOKT ASC-yə təklif edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X2” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X1 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X1 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. Bundan başqa 1800 manat İddiaçı BOKT ASC tərəfindən cavabdehə verilməsi üçün Pirallahı rayon İcra və P robasiya şöbəsinin depozit hesabına köçürülmüşdür. Lakin həmin pul bu günə kimi cavabdehə verilməmişdir. Məhkəmə hesab etmişdir ki, Pirallahı Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli qətnaməsi tam olaraq icra edilməmişdir, buna görə də, iddia tələbi rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(103)-1874/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova, E.Ə.Mehdiyev, X.Ə.Sarıyev) qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehin Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 11, 3 saylı mənzildən istifadə hüququna xitam verilməsi, əşyaları ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, borcun silinməsi nəticəsində yaranan fərqin cavabdeh tərəfindən alınmaması iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Çünki İddiaçı BOKT ASC öz vəzifələrini tam şəkildə yerinə yetirmiş və fərqi Pirallahı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına tam ödəmişdir. Cavabdeh2 depozit hesabına ödənilən fərqin 8213 manat hissəsini almış, onun özündən asılı olan səbəblərdən-digər bir şəxsə borcu olması səbəbindən ödənilmiş fərqin bir hissəsini 1791 manatı ala bilməmişdir. Həmçinin, Cavabdeh2 öz əməlləri nəticəsində yaranan problemə görə İddiaçı BOKT ASC məsuliyyət daşımır. Cavabdeh2 hər hansı bir şəxsə borclu olduğu üçün təşkilat öz mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Cavabdeh2 İddiaçı BOKT ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır, o, həmin ünvanda yaşayır və mülkiyyətlərində olan mənzili onlara təhvil verməkdən imtina edir. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdeh2 digər bir şəxsə borcunun olması təşkilatlarının mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas verə bilməz. Bununla yanaşı, ipoteka predmeti ola n mənzilin balansa götürülməsi ilə borcun silinməsi nəticəsində yaranan fərqin bir hissəsini-1791 manatın ödənilməsi, lakin Cavabdeh2 həmin pulu əldə etməməsi Cavabdeh2 İddiaçı BOKT ASC-yə, “Daşmar və Daşınmaz Əmlakların Satışı X2” MMC-yə, Pirallahı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, hərracın yekunlarına dair protokolun, hərracın yekunlarına barədə alqı-satqı müqaviləsinin, İddiaçı BOKT ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi və kreditin restrukturizasiya edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə prosesi zamanı araşdırılmış və məhkəmə qətnaməsi çıxarılmışdır. Yasamal rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 iddia tələbi təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının vəsaiti Pirallahı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödəməsi və həmin vaxt Pirallahı rayon İcra və Probasiya Şöbəsinin icraatında icra işinin olmaması nəzərə alınmamışdır. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, müİkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-c i maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar