Məhkəmə qərarları › İş №2(102)-3733/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3733/2023

29.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3733/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3733/2023 (Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin çıxarılma, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarılma, hasarın sökülməsi və əvvəlki vəziyyətə gətirilməsi, kanalizasiya quyusunun bağlanılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 329/2023 saylı, 19 may 2023-cü il tarixli q ətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh qonşudurlar. 2. 27 sentyabr 2017-ci il tarixli Çıxarışa əsasən N bağ evi iddiaçının, 15 yanvar 2010-cu il tarixli Çıxarışa əsasən N saylı bağ evi isə cavabdehin mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, N saylı bağ evinin yan tərəfindən İddiaçı məxsus torpaq sahəsində mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasarın sökülməsi, 208.78 kv.m. torpaq sahəsindən cavabdehin ailə üzvləri ilə birlikdə çıx arılması, hasarın əvvəlki vəziyyətə gətirilməsi və boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bağ evi atası X4 məxsus olmuş, atası həmin bağı tikili ilə birlikdə 217.8 kv.m torpaq sahəsini ona bağışlamış, həmin sahəyə dair çıxarış verilmişdir. Bundan sonra orada yenidənqurma işləri aparmaqla tikilini əsaslı təmir etmişdir. Bağ evinin şimal hissəsində yerləşən cavabdehə məxsus 7 a saylı bağ evinə aid torpaq sahəsi ilə ona aid torpaq sahəsinin arasında təxminən 7 metr enində və 30 metr uzunluğunda ümumi istifadədə boş (neytral) sahə olmuş, həmin boş sahə cavabdehə aid hissədən tor məftillə çəpərə alınmış vəziyyətdə olmuşd ur. Cavabdeh bir neçə il bundan əvvəl, əvvəllər tor məftillə çəkmiş olduğu çəpəri sökərək ərazini qanunsuz olaraq öz torpaq sahəsinə qatmış, evinin divarının lap yaxınlığında müxtəlif ağaclar əkmiş, bağ evinin özünə aid torpaq sahəsində deyil, həmin neytral sahədə evinin arxasında divardan təxminən 3 metr aralıda kanalizasiya quyusu tikmişdir ki, bu da evinin arxa hissəyə açılan nəfəsciklərdən evinin içinə qoxunun daxil olmasına səbəb olmuşdur. Həmçinin evinin arxa hissəsinə keçə bilmir ki, bu da onu evinin arxa tərəfində olan hər hansı bir xoşagəlməz hadisənin baş verməsi məqamında təhlükəsizlik tədbirlərinin görülməsi hüququndan məhrum etmişdir. Habelə, ona məxsus torpaq sahəsinin evinin divarı boyunca təxminən 15 metr uzunluğunda sütunlar da daxil olmaqla 40 sm ərazisinə girməklə mişar daşından qanunsuz olaraq onun icazəsi və razılığı olmadan hasar tikməklə torpaq sahəsini zəbt etmişdir.

5. Məhkəmə baxışı zamanı ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2021-ci il tarixli ekspert rəyinə görə, iddiaçının mülkiyyətində olan bağ evinin torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi üst-üstə düşür. İddiaçıya məxsus bağ torpaq sahəsindən cavabdeh istifadə etmir. Mübahisə predmeti olan daş hasarın uzunluğu 15 metr, hündürlüyü 2.80 metrdir. Sözügedən daş hasar faktiki olaraq iddiaçı və cavabdehin istifadə etdiyi torpaq sahələrini bir-birindən ayırır. Daş hasarın inşasına dair mülki iş materiallarında hər hansısa bir layihə sənədi aşkar edilməmişdir. Bundan əlavə qeyd olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71-ci m addəsində qeyd olunur: ortaq divarlar (iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar) şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 6 saylı bağ evinin arxasında yerləşən kanalizasiya quyusu İddiaçı öz əmlakından istifadəsinə hər hansı maneə yaratmır. Sözügedən bağ sahələrinin hər birinin ayrıca çıxış qapısı mövcuddur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 6 saylı bağ evinin arxasında yerləşən 208.78 kv.m. sahə Cavabdeh tərəfindən istifadə olunur. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 6 saylı bağ evinin arxasında yerləşən kanalizasiya quyusu həmin bağ evinə 3.5 metr məsafədə yerləşir. Həmin kanalizasiya həyətyanı torpaq sahəsində qazılmı ş və çirkab suların axıdılması üçün istifadə olunur. AzDTN 2.6-1-in 4.13-cü bəndinin qeyd hissəsində göstərilmişdir: Həyətyanı sahəsi olan tikililər rayonunda yaşayış evinin pəncərələrindən, otaqlarından, mətbəxindən və şüşəbənddən qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarınadək olan məsafə, yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə, yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla, 6 m-dən az olmamalıdır. 6. 30 sentyabr 2020-ci il tarixdə İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə N saylı bağ evinə və N saylı bağ evinə və N saylı bağ evinə yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələri birbirindən inşa edilmiş daş hasarı ilə ayrılmış, iddiaçının mü lkiyyətində olan evin arxasında yerləşən sahə cavabdeh tərəfindən istifadə olunur, evin arxasında yerləşən kanalizasiya quyusu həmin bağ evinə yaxın məsafədə yerləşir, həmin kanalizasiya quyusu cavabdehin həyətində qazılmışdır. Cavabdeh məxsus N saylı bağ evinə baxış keçirilən zamanı iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin bir-birindən inşa edilmiş daş hasarı ilə ayrılması, cavabdehin mülkiyyətində olan evin həyətində kanalizasiya quyusunun iddiaçının bağ evinə yaxın məsafədə yerləşdiyi, həmin kanalizasiya həyətyanı torpaq sahəsində qazıldığı və cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur.

7. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-214/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.Xəzri) iddia təmin edilərək, N saylı bağ ev inin yan tərəfindən İddiaçı məxsus torpaq sahəsində mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasarın sökülərək, 208.78 kv.m. torpaq sahəsindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması, hasarın əvvəlki vəziyyətə gətirilməsi, N saylı bağ evinin arxa tərəfində boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun Cavabdeh vəsaiti hesabına qapadılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı məxsus torpaq sahəsində mişar daşından 15 metr uzunluğunda 2.80 metr hündürlüyündə hasar inşa edilmişdir. Məhkəmə hesab edir ki, sözügedən hasarın tikinti norma və qaydalarını pozmaqla, nəzərd ə tutulmuş hündürlükdən artıq inşa olunduğu, həmçinin hər iki qonşunun tələbatlarına uyğun olmamaqla iddiaçının öz əmlakından sərbəst istifadə hüququnu pozduğu iş üzrə öz təsdiqi tapır və onun sökülməsi barədə qərar qəbul edilməlidir.

9. Bundan əlavə, N saylı bağ evinin arxasında bağ evinə 3.5 metr məsafədə cavabdeh tərəfindən kanalizasiya quyusu inşa edilmişdir. Mübahisəli kanalizasiya quyusu 6 metrlik ara məsafəsini pozmaqla inşa edilmiş və iddiaçının qanunla müəyyən olunan hüquqlarını pozmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan ünvanda yerləşən hasarın və kanalizasiyanın inşa edilməsinə cavabdehin hüququ olmamışdır. Həmin tikili iddiaçının maraqlarına toxunub hüquqlarını pozduğundan hasar sökülərək əvvəlki vəziyyətinə gətirilməli, cavabdeh 208.7 8 kv.m. torpaq sahəsindən ailə üzvləri ilə birlikdə çıxarılmalı, boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1152.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə proseslərindən onun xəbəri olmayıb, prosesdə iştirakı təmin edilməmişdir. N bağ massivində 0,50 ha torpaq sahəsi ilkin olaraq ulu nənəsi X3, daha sonra nənəsi X2 məxsus olmuşdur. X1 4 övladı: oğl anları N, N, Nvə qızı N olmuş və bağ sahəsi nənəsi N tərəfindən 1984-cü ildə bölünərək, 12 sotu Ənvər Kərimova (iddiaçının atası), 12 sot Kamal Kərimova, 12 sot Şərqiyəyə və qalan 14 sot isə özü ilə birlikdə yaşayan Hacı Kərimova (cavabdehin atası) ayrılıb. 1984-cü ildən bölgüyə uyğun bağ sahələri hasarlanmış və hər kəs öz bağ sahəsindən istifadə etmişdir. Hal-hazırda nənəsi tərəfindən Ənvər Kərimova verilmiş bağ sahəsi Şüvəlan bağ sahəsi ev 6 ünvanı altında iddiaçıya məxsusdur, Hacı Kərimova ayrılmış bağ sahəsi isə Çöl Şüvəlan bağ sahəsi, ev 7a ünvanı ilə ona məxsudur. Ona məxsus bağ sahəsinə bitişik iddiaçının bağ sahəsi yerləşir. Həmin bağ sahəsinin daş hasarı 15-20 il əvvəl iddiaçının atası tərəfindən inşa edilmiş və hasara onun tərəfindən heç bir müdaxilə edilməmişdir. İddiaçının on un istifadə və sahibliyində olan torpaq sahəsinə heç bir hüququ yoxdur, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik deyildir.

14. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11498/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov sədrlik edən, məruzəçi, İ.Şirinov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib.

16. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. c). Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2605/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov sədrlik edən, məruzəçi, İ.Şəfiyev və V.Həsənov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)11498/2021 saylı qətnaməsi qismən- İddiaçı məxsus bağ evinin yan tərəfindən ona məxsus tor paq sahəsində Cavabdeh mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətə gətirilməsi hissələrində ləğv edilmiş, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, mübahisələndirilən qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

19. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddianın-iddiaçıya məxsus bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində cavabdehin mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, cavabdehin ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması, hasarın əvvəlki vəziyyətə gətirilməsi hissələrində istisna olmaqla, boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.

20. Lakin, digər tələblərə- yəni iddiaçıya məxsus bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində cavabdehin mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, cavabdehin ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətə gətirilməsi hissələrinə gəlincə isə, kassasiya instansiyası məhkəməsi bu hissələrdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmamışdır.

21. Məhkəmə hesab etmişdir ki, cavabdehin ümumiyyətlə iddiaçıya məxsus bağ torpaq sahəsindən istifadə etməməsi, mübahisə predmeti ola n daş hasarın uzunluğunun 15 metr, hündürlüyünün 2.80 metr, tərəflərin mülkiyyətində olan bağ torpaq sahələrinin hər birinin ayrıca giriş-çıxış qapısının olması, iddiaçıya məxsus bağ evinin arxasında yerləşən 208.78 kv.metr torpaq sahəsindən fakt olaraq uzun müddət cavabdehin istifadə etməsi, başqa sözlə iddiaçının həmin torpaq sahəsi üzərində hər hansı hüququnun əmələ gəlməməsi mülki iş materialları və ekspertin rəyi ilə istisna edilmir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, cavabdehin inşa etdiyi tikililərin, o cümlədən daş hasarın iddiaçının qanunla qorunan hər hansı hüququnu, mənafeyini pozub-pozmadığını kifayət qədər yoxlamadan, həmin tikililərin saxlanılmasının iddiaçının həyatı və sağlamlığı üçün real təhlükə yaradıbyaratmadığını aydınlaşdır madan, ortaq divarın, hasarın hündürlüyünün 2 metr 20 santimetrdən çox olmamasını qanunun özünün də istisna etmədiyini və ümumiyyətlə “mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasarın sökülməsi, cavabdehin ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətə gətirilməsi” barədə iddia qaldırmış iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını araşdırmadan, birinci instansiya məhkəməsinin bu hissələrdə gəldiyi səhv nəticə ilə razılaşmışdır d). Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-329/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətna məsi qismən, İddiaçı məxsus bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində Cavabdeh mişar daşından inşa etdiyi 15 metr uzunluğunda hasarın sökülməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə 208.78 kv.metr torpaq sahəsindən çıxarılması və hasarın əvvəlki vəziyyətə gətirilməsi hissələrində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.

24. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin hazırkı iş üzrə göstərişlərinə əsasən araşdırma apararaq, qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə mülkiyyət, icarə və s. hüququnu təsdiq edən sübutlar təqdim etməli idi.

25. Lakin iş materiallarından göründüyü kimi Bakı şəhəri, Xəzər ray onu, Şüvəlan qəsəbəsi, 06 saylı bağ evi iddiaçının, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 07 “a” saylı bağ evi isə cavabdehin mülkiyyətindədir. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya məxsus bağ torpaq sahəsindən istifadə etmir, bağ sahələrinin hər birinin ayrıca giriş-çıxış qapısı vardır, iddiaçıya məxsus bağ evinin arxasında yerləşən 208.78 kv.metr torpaq sahəsindən faktiki olaraq uzun müddət cavabdeh istifadə edir.

26. Yeni apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2023-cü il tarixli, 10/1094 №li rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 7 a saylı bağ evi 6 saylı bağ evi ilə üst-üstə düşmür. Mübahisə predmeti olan 15 metr uzunluğunda daş hasar 7 a saylı bağ sahəsinin artıq olan 208,0 kv.m torpaq sahəsi ilə 6 saylı bağ evinin sərhəddidir. 6 saylı bağ evinin arxasında yerləşən 208,0 kv.m sahə cavabdehin mülkiyyətində olan 7 a saylı bağ sahəsinin artıq istifadə olunan torpaq sahəsidir (dövlət torpağı).

27. Göründüyü kimi, iddiaçının həmin torpaq sahəsi üzərində hər hansı hüququnun əmələ gəlməsi mülki iş materialları və ekspertin rəyi ilə müəyyən edilmir.

28. Bu baxımdan iddiaçı mübahisəli torpaq sahəsinə dair hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiy a Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(103)-329/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və cavabdeh tərəfindən zəbt olunmuş dövlət torpaq sahəsinin boşaldılmasına dair iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət belə əsaslandırılmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun hüquqları və qanunla qorunan mənafeyi dözülməz şəkildə pozulmuşdur. Həmin torpaq sahəsində dalan tipli yol olmuş, cavabdehin həmin torpaq sahəsini hasarlaması nəticəsində həmin yoldan onun və ailə üzvlərinin istifadəsi mümkün olmamış, yaşayış evinin arxasına çıxış bağlanmış, yanğın təhlükəsizliyi, yanğın əleyhinə, yanğın təhlükəsizliyi norma və qaydalara, yanğın əleyhinə məsafələrə, sanitar və məişət şərtləriniə riayət olunması, sağlam sanitar-epidemi oloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi üçün nəzərdə tutulmuş iki yanaşı torpaq sahələri arasındakı məcburi olan ara məsafəsinin yerləşdiyi torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunduğundan tikinti və yaşayış təhlükəsizliyinə dair mövcud qanunların və qaydaların tələbləri kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh kassasiya şikayətinə qarşı yaızlı etiraz verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

32. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyu lmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

33. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

36. Maddə

71. Ortaq divarlar (iki qonşu torpaq sahələrinin sərhədində inşa ed ilmiş divar) şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir.

37. Maddə

73. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən də lillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-329/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar