Məhkəmə qərarları › İş №2(102)-3733/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3733/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3733/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın mümkünlüyü üçün əsasların olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5397/2024 nömrəli, 5 sentyabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4809/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 20500 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 18 manat hissəsinin, cəmi 20518 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)5397/2024 nömrəli qərardadı ilə Bakı ş əhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(006)-4809/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qətnamənin surəti xx.xx.2019-cu il tarixli reyestrlə tərəflərə göndərilmiş, qanunla müəyyən olunmuş prosessual müddət ərzində apellyasiya şikayəti verilmədiyindən, iş üzrə xx.xx.2019-cu il tarixli icra vərəqəsi verilmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə aidiyyat məsələsinin həll edilməsi məqsədilə icra vərəqəsi məhkəməyə qaytarılmış, daha sonra birinci instansiya məhkəməsi tərəfindən icra vərəqəsi Nəsimi Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin icra şəbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata b aşlama haqqında qərar qəbul olunmuşdur. İşdən həmçinin görünür ki, icra sənədi aidiyyəti üzrə xx.xx.2021-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən məhkəməyə müraciət olunaraq, qətnamənin rəsmi qaydada təqdim olunması xahiş olunmuş, xx.xx.2024-cü il tarixdə qətnamənin surəti təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə isə qətnamədən apellyasiya şikayəti verilmişdir.

6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin rəsmi qeydə alındığı ünvana, həmçinin mobil telefonuna elektron SMS bildirişlər göndərilmişdir. Cavabdehin nümaynədəsinin (vəkilinin) məhkəmə qərarının təqdim olunması barədə ərizəsindən, habelə apel lyasiya şikayətindən görünür ki, cavabdeh uzun müddət Rusiya Federasiyasında yaşadığından məhkəmə mübahisəsindən məlumatlı olmamışdır.

7. Qətnamə uzun müddət əvvəl icraya yönəlmiş, xx.xx.2020-ci il tarixdə icra məmuru tərəfindən icraata başlanılmış, xx.xx.2021-ci ildə icra vərəqəsi aidiyyəti üzrə digər icra şöbəsinə göndərilmiş, lakin birinci instansiya məhkəməsi qətnaməni icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, eləcə də icra işini tələb edərək ona baxış keçirməmiş, cavabdeh tərəfin qətnamədən hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini (qətnamənin dərhal əldə edilməsi üçün edilən cəhdlər və ya hərəkətsizlik göstərilməsi) yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Halbuki, işdə olan xx.xx.2024-cü il tarixli vəkil orderin və etibarnamənin surətlərinə görə, cavabdeh vəkillə (vəkil Nümayəndə) mülki iş üzrə hüquqlarının Ədliyyə Nazirliyi, İcra şöbəsində təmsil və müdafiə olunmasına dair müqavilə bağlamış, dolayısı ilə cavabdehin artıq mülki iş üzrə icra icraatından məlumatı olmuş, ən azı qeyd edilən tarixdən etibarən qətnamənin dərhal əldə edilməsi üçün hərəktlər edilməsi zərurəti yaranmışdır. Nümayəndə (vəkil) tərəfindən isə qətnamənin əldə olunması üçün yalnız 3 aya yaxın müddət keçdikdən sonra (2024-cü ilin iyul ayında) məhkəməyə müraciət olunmuşdur.

8. Tərəfin məlumatlı olduğu halda hərəkətsizlik göstərərək qətnaməni uzun müddət əldə etməməsi, hətta icra zamanı məhkəmə aktının icrası ilə bağlı müəyyən hərəkətlər etməsi (məsələn, izahat verməsi, möhlət istəmə si və s.) son nəticədə prosessual hüquqlardan sui-istifadəyə səbəb olmaqla, yolverilməzdir. Qeyd edilən halların mövcudluğu müəyyən edilərsə, tərəfin sadəcə qətnaməni almamasına istinad etməsi müddətin ötürülməmiş sayılması üçün yetərli deyildir. Bu səbəbdən də birinci instansiya məhkəməsi həmin halların mövcudluğunu tam və hərtərəfli yoxlamaq vəzifəsini daşıyır. Əks hal, yəni qanuni əsaslar olmadan məhkəmə aktlarından verilmiş şikayətlərin qəbul edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, xeyrinə məhkəmə aktı çıxarılmış tərəfin hüquqlarının pozulması ilə nəticələnir ki, bu da son nəticədə ədalətli məhkəmə araşdırması hüququnun mahiyyəti ilə uzlaşmır. Çünki, tərəf məhz müəyyən olunmuş müddət ərzində qanunla müəyyən olunmuş formada və qaydada şikayət verməyə haqlıdır, əks halda buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməlidir.

9. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd hesab etmişdir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

10. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 363.1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilməsi barə də qərar qəbul olunmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tamamilə əsassız və qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, iş materiallarında Cavabdeh tərəfindən qətnamənin xx.xx.2024-cü il tarixdən öncə rəsmi qaydada alındığına dair heç bir sübut mövcud olmamış, əksinə tam sübut olunmuşdur ki, cavabdeh mübahisəli qətnaməni rəsmi qaydada əldə etməmişdir. Cavabdeh qətnaməni rəsmi qaydada əldə etməmişdir. Hətta tərəflər məhkəmə prosesində iştirak edib qətnamənin elan olunmasını dinlədikdə belə onların qətnaməni rəsmi qaydada əldə etdikdən sonra şikayət vermək hüquqları 1 ay olmuşdur. Buna görə də məhkəmənin etibarnamənin verilməsi tarixinə istinad edərək müddətin ötürüldüyü qənaətinə gəlməsi qanunvericiliyin tələblərinə zidd olm uşdur.

13. Kassator hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

16. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

17. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

18. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

19. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətində qərardad tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya məhkəməsi mübahisə olunan qərardadını belə əsaslandırmışdır ki, qətnamənin surəti xx.xx.2019-cu il tarixli reyestrlə tərəflərə göndərilmiş, qanunla müəyyən olunmuş prosessual müddət ərzində apellyasiya şikayəti verilmədiyindən, iş üzrə xx.xx.2019-cu il tarixli icra vərəqəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə icra məmuru tərəfindən icraata başlanılmış və sonrakı tarixlərdə müvafiq icra icraatı aparılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixdə verilən apelyasiya şikayəti üzrə prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, eləcə də icra işini tələb edərək ona baxış keçirməmiş, cavabdeh tərəfin qətnamədən hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini (q ətnamənin dərhal əldə edilməsi üçün edilən cəhdlər və ya hərəkətsizlik göstərilməsi) yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir.

25. Mövcud vəziyyətdə apelyasiya məhkəməsinin cavabdehin şikayəti üzrə apelyasiyanın mümkünlüyü üçün əsasların olmaması qənaətinə gəlməsi, bu şikayətin verilə bilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürülüb-ötürülmədiyinin aydınlaşdırılması məqsədilə işi birinci instansiya məhkəməsinə göndərməsi mülki prosessual qanunvericiliyə zidd olmamışdır.

26. Nəzərə alınmalıdır ki, apelyasiya məhkəməsi cavabdehin sözügedən müddəti ötürməsi barədə qəti bir mövqe sərgiləməmiş, bu xüsusat üzrə apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını və müvafiq qərar qəbul olunmasını birinci instansiya məhkəməsinə həvalə etmişdir. Odur ki, cavabdeh müddəti ötürməməsi barədə istinad etdiyi dəlilləri həmin yoxlamada irəli sürə, əgər varsa müvafiq sübutlarını təqdim edə bilər.

27. Belə olan halda cavabdehin hazırkı şikayəti apelyasiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5397/2024 nömrəli, 5 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar