Məhkəmə qərarları › İş №2(102)-3735/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3735/2024

18.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3735/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüquqlarının tanınması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-4252/24 nömrəli 17 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzil ilk İddiaçı mərhum atası X3 iş yerindən təqdim olunmuş xidməti mənzil olaraq Bakı şəhəri Qaradağ rayon XDS İK-nın xx.xx.1987-ci il tarixli orderinə müvafiq olaraq işlədiyi müddət ərzində verilmişdir.

2. İddiaçı ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Nigar adlı qızları doğulmuşdur.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 202 3-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair ilk iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 230 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2022-ci il təvəllüdlü Nigar Rəsulova anası Cavabdeh himayəsində və yanında saxlanılmış, Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü Nigar Rəsulovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmiş, dövlət rüsumu, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməli olması, məhkəmə qərardadına ə sasən müvəqqəti alimentin tutulmasının nəzərə alınması barədə göstərişlər qeyd olunmuşdur.

4. İddiaçı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5v, 58 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq ona daimi yaşayış üçün verilməsi və kirayə müqaviləsinin onun adına bağlanmasına dair sərəncam verilməsini xahiş etmişdir. Ailənin digər üzvləri mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq vətəndaş İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına notarial qaydada təsdiq olunmuş razılıqlarını bildirmişlər.

5. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə mənzil xidməti mənzillər siyahısından çıxarılmış və daimi yaşamaq üçün İddiaçı verilmiş və kirayə müqaviləsi b ağlanmışdır. Bundan sonra İddiaçı mənzili özəlləşdirmiş və xx.xx.2024-cü il tarixdə onun mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin və onun himayəsində olan X4 ünvan 3 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair ilk iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 230 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2022-ci il təvəllüdlü Nigar Rəsulova anası Cavabdeh himayəsində və yanında saxlanılmış, Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü Nigar Rəsulovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 3 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən, ümumi sahəsi 63,27 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyya tına alınmışdır. Cavabdehlə nikah münasibətlərinə xitam verilməsinə baxmayaraq, cavabdeh onun mülkiyyətində olan mənzildə yaşayır və mənzili tərk etmir. Dəfələrlə ondan mənzili boşaltmağı tələb etsə də, Cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Bu isə İddiaçı mülkiyyət hüququnu pozmuşdur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2022-ci il təvəllüdlü azyaşlı qızı Nigar Rəsulova ilə birlikdə ünvan 3 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Qarşılıqlı idd ia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə Nigar adlı bir uşaqları doğulmuşdur. Nikahları xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. O, iddiaçı ilə ailə qurarkən mübahisəli mənzil orderlə mərhum qayınatası X1 adına olmuşdur. Rəhmətlik qayınatası onun xalasının yoldaşı olmuşdur. İddiaçı xalası oğludur. Mənzil də order əsasında mərhum qayınatasının adına olmuşdur. İddia ərizəsinə əlavə edilmiş çıxarışdan da görünür ki, mənzil 2024-cü ildə rəsmi qeydiyyatdan keçmişdir. O, həmin mənzilə gəlin gəlmişdir və ona məxsus əmlak da həmin mənzildə yerləşdirilmişdir. Mənzildə olan bütün əmlaklar ona məxsusdur, o, mənzilə köçərkən mənzil boş olmuşdur. O, azyaşlı qızı ilə həmin evdə ailə üzvü kimi yaşasalar da, onları qeydiyyata saldırmamışlar. Mənzili İddiaçı öz adına rəsmiləşdirərək xx.xx.2024-cü il tarixdə çıxarış almışdır. Onun bundan xəbəri olmamış, yalnız məhkəmədən bildiriş gəldikdən sonra bu barədə xəbəri olmuşdur. Hazırda iddiaçı onu və uşağını həmin mənzildən çıxartmaq istəyir. Onun və azyaşlı uşağının başqa yaşamağa yerləri yoxdur, həmin mənzil onun və uşağının yeganə yaşayış yeridir. O, ailə qurub mənzilə köçdüyü vaxt mənzil orderlə olmuş, o da ailə üzvü kimi həmin mənzildə yaşamışdır. Onun həmin mənzildə istifadə hüququ vardır. Eyni zamanda, hazırki mübahisə ailə münasibətlərindən irəli gəlir və məhkəmədən əvvəl mediasiya sessiyasında iştirak zəruridir. Lakin iddiaçı mediasiyaya müraciət etmədən birbaşa məhkəməyə müraciət etmi şdir. Bununla da, onun qanunla qorunan hüquqlarını pozmuşdur. Ona mediasiyada iştirak etmək üçün heç bir təklif göndərilməmiş və məhkəmədən əvvəl mübahisəyə mediasiya qaydasında baxılmamışdır. Buna dair məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Həmin vaxt məhkəmə hazırlıq iclası ümumiyyətlə keçirilməmişdir. Ona görə də, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 11:40-a təyin edilmişdir. O, isə iddiaçının mediasiyada iştirak etmədiyinə görə iddia tələbinin baxılmamış saxlanılması barədə ərizəsini xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Həmin ərizəni məhkəmə xx.xx.2024-cü il tarixli iclasda əsassız hesab etmişdir. Məhkəmənin bu barədə ərizəsinə qiymət verməmişd ən əvvəl qarşılıqlı iddia ərizəsi ilə müraciət edə bilməzdi. Əvvəlcə onun ərizəsinə qiymət verilməli idi. Bundan sonra o, qarşılıqlı iddia ərizəsi ilə müraciət etməli idi. Lakin məhkəmə həmin ərizəni əsassız hesab etmiş, həmin gün də ona vaxt vermədən işi məhkəmə baxışına təyin etmişdir. Bununla da, onun müdafiə hüququ pozulmuşdur. Ona görə də, qarşılıqlı iddia ərizəsini baxış iclasında təqdim edir. Məhkəmə iddianın baxılmamış saxlanılması barədə ərizəsini təmin etmədiyi təqdirdə məhkəmə hazırlıq iclasını təxirə salmalı idi ki, o, hər hansı bir sübutunu və ya qarşılıqlı iddia ərizəsini təqdim edə bilsin. Bu vaxt isə ona yaradılmamış, baxılmamış saxlanılma barədə vəsatəti təmin edilmədiyi gün iş məhkəmə baxışına təyin edilmişdir. Göründüyü kimi, qarşılıqlı iddianın MPM-nin 154.1-ci maddəsin də nəzərdə tutulmuş müddətdə verilməməsi onun təqsiri səbəbindən deyildir. İddia ilə bağlı bildirir ki, onunla cavabdeh arasında nikah pozularaq keçmiş ailə üzvü sayılsa da, onların birgə nikahdan bir azyaşlı (iki yaşında) övladları var. Nikahları məhkəmənin qətnaməsinə əsasən pozulmuş, azyaşlı övladının onun himayəsində saxlanılması və uşağın saxlanılması üçün İddiaçı aliment tutulmuşdur. Övladları İddiaçı ailə üzvü sayılır. Özü heç bir yerdə işləmir və övladı da onun himayəsindədir. Mübahisəli mənzil orderə əsasən qarşılıqlı iddia üzrə cavabdehin ailə üzvlərinə verilmişdir. O, isə xx.xx.2021-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq həmin mənzilə köçmüşdür və indiyə kimi də azyaşlı övladı ilə həmin mənzildə yaşayır. Onun azyaşlı övladı ilə başqa yaşayış yeri və başqa yerdə yaş amağa imkanı yoxdur. Onların arasında hüquq münasibətləri mənzil orderlə olduğu zaman yarandığından həmin vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(002)-1225/24 nömrəli, 07 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) ilk iddia təmin edilərək, Cavabdeh və onun himayəsində olan Nigar Rəsulovanın ünvan 3 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzildən çıxarılmaları, ilk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya aid edilməsi, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüquqlarının tanınması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının atasının ailə üzvü hesab olunmadığından mənzildən istifadə hüququna malik olan şəxslərin sırasında olmamışdır. Cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Cavabdehin həmin mənzildən istifadə hüququnun olmasına dair müvafiq şəkildə qeydiyyat aparılmamışdır. Hazırda vətəndaş İddiaçı 2 nəfər ailə tərkibi ilə Müşfiqabad qəsəbəsi ev 5v, sahəsi 37,04 kv.m. olan 58 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Mənzil üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzil birgə nikah dövründə əldə edilmiş mənzil deyil. İddiaçı cavabdehlə nikahları pozulduğundan, sonuncudan mənzili tərk etməsini tələb etmiş, lakin cavabdeh mənzild ən çıxmamışdır. Bu səbəbdən, ilk iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, iddiaçı qeyd olunan mənzilə köçərkən həmin mənzil qayınatasına verilmiş xidməti mənzil olmuşdur və qarşılıqlı iddia üzrə iddiaçı qayınatasının ailə üzvü statusuna malik olan şəxs deyil. Mənzilə dair qarşılıqlı iddia üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilən dövrdə isə qarşılıqlı iddia üzrə iddiaçı ilə həmin iddia üzrə cavabdeh arasında nikah münasibətləri mövcud olmamış, tərəflərin nikahı bunadək məhkəmə qaydasında pozulmuşdur. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülk i Məcəlləsinin 152.1, 228.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti qarşılıqlı iddiaya uyğun əsaslandırılmı ş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ilə bağlı hər hansı araşdırma aparılmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4252/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmı ş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş, onlar arasında artıq yeni münasibətlər yaranmış və mübahisəyə də məhz bu münasibətlər baxımından qiymət verilməlidir. Baxılan iş üzrə cavabdehin (qarşılıqlı iddiaçının) ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququ olmamışdır. Ona görə də birinci instansiya məhkəmə si ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməkdə haqlı olmuşdur.

19. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehin mənzildə yaşaması səbəbindən oradan sərbəst istifadə edə bilmir. Cavabdehin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan onun həmin evə dair əmlak hüquqları mövcuddur və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur.

20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33-cü, Mülki Məcəllənin 152.1, 157, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Macəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarları və Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kas sasiya şikayətinin dəlilləri:

21. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti qarşılıqlı iddianın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, o, azyaşlı övladı ilə hazırda ailə quraraq gəlin köçdüyü ünvan 1-də yaşayır. O, hazırda nikahı pozulduğu üçün iddiaçı onu mənzildən çıxarmaq istəyir. O, iddiaçı ilə ailə quranda qız uşağı olaraq ona ərə gəlmiş və atası evindən o, bura uşaq gətirməmişdir. Hazırda da iddiaçı onu uşaqla birlikdə gəlin gələrək yaşadığı mənzildən çıxarmaq istəyir. Onun hazırda yaşamağa hər hansı nə mənzili, nə də mənzil alacaq maddi imkanı yoxdur. Onun yaşadığı ünvandan uşağı ilə birlikdə demək olar ki, çölə atılmağı tək onun deyil, həm də uşağın hüquqlarının pozulması deməkdir. Mənzilin hazırki sahibi uşağın atasıdır. İddiaçı da uşağın valideyni olaraq uşağın gələcəyini təmin etməlidir. Ədalətli balans qorunmalıdır. Belə ki, onlar hazırda unitar, hüquqi, dünyəvi dövlət olaraq Avropaya inteqrasiya etmişik. Ona görə də ədalətli balansı qorumaq məhkəmə orqanlarının borcudur. Belə ki, yanında azyaşlı uşaqla onun mənzildən çıxarılaraq çölə atılmağı ən azı ədalətsizlikdir. Üstəlik də bu mənzil Çıxarışla keçmiş həyat yoldaşının adınadır. Düzdür bu mənzili birgə nikah dövründə əldə etməsələr də o, həmin mənzilə gəlin getmiş və o mənzildə uşaq dünyaya gətirmiş, həmin mənzildə onun cehiz əmlakları vardır. Hakim işə baxarkən ədalətlilik prin sipindən çıxış edərək qətnamə çıxarmalı idi. Belə ki, o, mənzilin onunla iddiaçı arasında bölünməsini istəməmişdir. Sadəcə yaşamaq üçün mənzilə sahib olana kimi azyaşlı övladı ilə həmin mənzildə onunla yaşamağa möhlət verilməsini istəyir. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

23. Maddə 5.3. Mül ki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi. (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş).

25. Maddə

83. Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər.

26. Maddə

100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasın a rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.

27. Maddə 103 (5-ci bənd). Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51, 62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

28. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

29. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsind ə birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

30. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

31. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

32. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.

33. Maddə 9

2. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

34. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi t əyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

35. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

36. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

37. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 3

8. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarı.

39. Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hü ququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar a, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut o lunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

51. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən qətnamə ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

55. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, tərəflər İddiaçı və Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nikahın bağlanmasından sonra köçdüyü və iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) yaşadığı - Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5v, 58 saylı mənzil, İddiaçı mərhum atası X3 Yeni Bakı Broyler quşçuluq fabrikinin rəhbərliyinin və həmkarlar komitəsinin birgə qərarına əsasən Qaradağ rayon XDS İK-nın xx.xx.1987-ci il tarixli orderinə müvafi q olaraq işlədiyi müddət ərzində verilmişdir. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2022-ci il tarixdə Nigar adlı qızları doğulmuşdur. Cavabdeh həmin mənzildə faktiki olaraq yaşasa da, yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah İddiaçı iddiasına əsasən pozulmuş, lakin nikahın pozulmasından sonra da Cavabdeh, azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzildə yaşamağa davam etmişdir. Nikahın pozulmasından sonra İddiaçı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq ona daimi yaşayış üçün verilməsi və kirayə müqaviləsinin onun adına bağlanmasına dair sərəncam verilməsini xahiş etmişdir. Ailənin digər üzvü, İddiaçı bacısı X2 mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına notarial qaydada təsdiq olunmuş razılığını bildirmiş, mənzildə faktiki olaraq yaşayan Cavabdeh bundan məlumatı olmamışdır. İddiaçı mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

56. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış nikahlarının pozulmasını, yaşadıqları mübahisli mənzilin xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmasını, cavabdehlə nikah münasibətlərinə xitam verilməsinə baxmayaraq, cavabdeh in onun mülkiyyətində olan mənzildə yaşamasını və mənzili tərk etmədiyini qeyd edərək, cavabdehin, himayəsində olan azyaşlı uşağı Nigar ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

57. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsində xidməti mənzilin order əsasında mərhum qayınatası Malik Rəsulovun adına olmasını, həmin mənzilə gəlin gəlməsini və ona məxsus əmlakın da həmin mənzildə yerləşdirilməsini, mənzildə olan bütün əmlakların ona məxsus olmasını, mənzilə köçərkən mənzilin boş olmasını, azyaşlı qızı ilə həmin mənzildə ailə üzvü kimi yaşamasını, lakin mənzilə qeydiyyata saldırmadığını, mənzili İddiaçı öz adına rəsmiləşdirərək xx.xx.2024-cü il tarixdə çıxarış almasını, onun bundan xəbərinin olmadığını, onun və azyaşlı uş ağının başqa yaşamağa yerlərinin olmadığını, həmin mənzilin onun və uşağının yeganə yaşayış yeri olmasını, ailə qurub mənzilə köçdüyü vaxt mənzilin orderlə olmasını, ailə üzvü kimi həmin mənzildə yaşamasını və onun həmin mənzildə istifadə hüququnun olmasını qeyd edərək, xx.xx.2022-ci il təvəllüdlü azyaşlı qızı Nigar ilə birlikdə onun mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

58. Apellyasiya instansiyası məhkəməsi ilk iddianı təmin edərək, qarşılıqlı iddianı rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni dəyişdirmədən saxlayarkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş, onlar arasında artıq yeni münasibətlər yaranmış və mübahisəyə də məhz bu münasibət lər baxımından qiymət verilməlidir. Baxılan iş üzrə cavabdehin (qarşılıqlı iddiaçının) ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququ olmamışdır. İddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehin mənzildə yaşaması səbəbindən oradan sərbəst istifadə edə bilmir. Cavabdehin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan onun həmin evə dair əmlak hüquqları mövcuddur və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur.

59. Məhkəmə kollegiyası cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mübahisəli mənzilə istifadə hüququnun yaranmaması, bu səbəbdən də mənzildən çıxarılmalı olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır.

60. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazıkı iş üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mübahisə predmeti olan mənzildən istifadə etmək hüququnun olub-olmamasının müəyyənləşdirilməsi işin düzgün həlli üçün əhəmiyyətlidir.

61. Qeyd olunduğu kimi həmin mənzilin xüsusi təyinatlı yaşayış sahəsi olması, mənzilə dair iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı atası ilə kirayə müqaviləsini n bağlanması, İddiaçı özünün də həmin müqavilədə ailə üzvü kimi qeyd edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçıla ailə qurduqdan sonra onlarla birlikdə həmin mənzildə yaşaması işin müəyyən edilmiş hallarıdır. 62. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçün verilən yaşayış sahələri, habelə hazırda qüvvədə olan Mənzil Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilən yaşayış sahələri, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair qüvvədə olan Mənzil Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

63. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər.

64. Göründüyü kimi, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə ilə bağlı münasibətlə ri tənzimləyən normalara əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri (kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri) ilə yanaşı, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan şəxslərin də kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduğu qanunda nəzərdə tutulmuşdur.

65. Bu halda, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qeyd olunan normaların dispozisiya şərtlərinə əsasən mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququnun yaranıb-yaranmadığına, belə hüquq yaranmışsa, onun qanuni əsaslarla aradan qalxıb-qalxmadığına hüquqi qiymət verilməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Apellyasiya instansiya məhkəməsi isə hazırkı işdə qeyd olunan istiqamətdə hüquqi dəyərlənd irmə aparmamış, qarşılıqlı iddianı rədd etmiş birinci instansiya məhkəməsinin mövqeyd ilə razılaşarkən işin qeyd olunan hallarını araşdırmamış və əhəmiyyətli olan həmin xüsusatlara hüquqi qiymət verməmişdir.

66. Apellyasiya instansiya məhkəməsi həmçinin, “cavabdeh iddiaçının atasının ailə üzvü hesab olunmadığından mənzildən istifadə hüququna malik olan şəxslərin sırasında olmamaması” barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni, yəni cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mübahisəli mənzilə gəlin gələrkən İddiaçı atası Malik Rəsulovun sağ olub-olmamasını araşdırmamış, nəticəsindən asılı olaraq həmin hala hüquqi qiymət verməmişdir.

67. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 68 və 99-cu maddələrinə əsasən istifadə hüququ yaranmış şəxsin, yaşayış sahəsinə sonradan mü lkiyyət hüququ əldə etmiş şəxslə ailə münasibətlərinə xitam verilməsi sözügedən hüququn itirilməsinin əsası kimi qəbul edilə bilməz.

68. Qeyd olunanlar yuxarıda istinad olunan maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmədiyinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir.

70. Məhkəmə kollegiya b elə qənaətə gəlir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

71. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

72. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

73. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

74. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

75. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

76. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan n öqsanları aradan qaldırmaqla yanaşı, tərəflərin izahatlarını və dəlillərini dinləməli, mübahisəli hallar, habelə işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı idd ia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4252/24 nömrəli 17 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar