Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3736/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və ya açıq hərracda satılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(105)-3385/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt şəhəri, 2-ci məhəllə, 11/12 saylı evin ümumi sahəsi 58,0 kv.metr olan 74 saylı mənzilinin sahəsi 16,2 kv.metr olan yaşayış otağı ½ hissədə mülkiyyət hüququ üzrə Cavabdeh1 adına, sahəsi 16,2 kv.metr olan yaşayış otağı ½ hissədə mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb və bu barədə onların adlarına 12 dekabr 2012-ci il tarixli Çıxarış verilib. Həmçinin, həmin mənzilin sahəsi 21,0 kv.metr olan 1 yaşayış otağı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb və bu barədə onun adına 14 oktyabr 2020-ci il tarixli Çıxarış verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 11 yanvar 2021-ci ildə İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, Sumqayıt şəhəri, 2-ci məhəllə, 11/12 saylı evin ümumi sahəsi 58 kv.metr olan 74 saylı mənzilin cavabdehlərlə paylı mülkiyyətində olduğunu, həmin mənzilin sahəsi 16,2 kv.metr olan yaşayış otağının ½ hissədə mülkiyyət hüququ üzrə Cavabdeh1 adına, ½ hissədə mülkiyyət hüququ üzrə Cavabdeh2 adına, həmçinin mənzilin sahəsi 21,0 kv.metr olan 1 yaşayış otağının mülkiyyət hüququ üzrə onun adına qeydə alındığını göstərib, paylarının naturada ayrılması, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payını üçüncü şəxsə satmaq qərarına gəlib. Bununla bağlı payın satıcısı kimi öz payını üçüncü şəxsə satmaq niyyəti barədə payın qiymətini, digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin digər mülkiyyətçilərinə yazılı bildiriş göndərib. Lakin, paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etmədiklərindən o, satıcı kimi öz payını istədiyi şəxsə sata bilər. Bu barədə paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlərlə danışıqlar aparsa da, ümumi mənzilin bölünməsi və ondan payın ayrılması üsulu və şərtləri barədə razılığa gələ bilməyib. Bu səbəbdən də paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququndan istifadə edir. Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2021-ci il tarixli ekspert rəyinə görə, sözügedən mənzildən iddiaçının payına düşən sahəsi 21 kv.metr olan 1 yaşa yış otağının digər mülkiyyətçilərin payına düşən hissədən tənasübsüz surətdə naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, ayrılan mülkiyyətçi kimi iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malik olsa da, bu qanunla nəzərdə tutulmuş qaydada və mərhələli şəkildə həyata keçirilməlidir. İddiaçı tərəfindən sadalanan ardıcılığa əməl edildikdən sonra sözügedən mənzilin məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Hazırki halda, iddiaçının paylı mülkiyyətin qalan mülkiyyətçiləri olan cavabdehlər ə yazılı bildiriş verməsi, qanunun tələb etdiyi formada ardıcılığa əməl edilməsi kimi qəbul edilə bilməz. İddiaçı qanunun nəzərdə tutduğu ardıcıllığa əməl etməyib. Mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin tərəflərin paylarına uyğun şəkildə bölünməsi üçün əsaslar olmadığına görə iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini 220.1-220.6-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə səh v nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini pozub. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, T.Q.Məmmədov və Ş.R.Abasov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, sözügedən mənzilin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Hamin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüy ü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Göründüyü kimi, iddiaçı öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər t ərəfindən ona ödənilməsini tələb etməli olduğu halda, bunu etməyib. Habelə, bunun üçün mənzildən ona düşən hissəsinin məbləğini müəyyənləşdirməyib və payının dəyərinin ödənilməsi üçün həmin məbləğdə kompensasiyanın verilməsini cavabdehlərdən tələb etməyib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 220.2, 220.6-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla ə saslandırılıb ki, mülki qanunverciliyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payın naturada ayrı lması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin, paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu səbəbdən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər b ir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət verməyib və bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.6-ci maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pa y ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki Prosessual normaların tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialların da olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Sumqayıt şəhəri, 2-ci məhəllə, 11/12 saylı evin ümumi sahəsi 58,0 kv. metr olan 74 saylı mənzilinin sahəsi 16,2 kv.metr olan yaşayış otağı ½ hissədə mülkiyyət hüququ üzrə Cavabdeh1 adına, sahəsi 16,2 kv.metr olan yaşayış otağı ½ hissədə mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb və bu barədə onların adlarına 12 dekabr 2012-ci il tarixli Çıxarış verilib. Həmçinin, həmin mənzilin sahəsi 21,0 kv.metr olan 1 yaşayış otağı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb və bu barədə onun adına 14 oktyabr 2020-ci il tarixli Çıxarış verilib. Hazırda iddiaçı, sözügedən mənzildə olan payının naturada ayrılmasını, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsaitin paylarına mütənasib surətdə bölünməsini iddia edir. Cavabdehlər isə iddianı qəbul etməyərək, ona etiraz edirlər. 28 oktyabr 2020-ci il tarixdə iddiaçı cava bdəhlərə yazılı bildiriş göndərib və bildirişində göstərib ki, sözügedən mənzilin 21 kv.metr yaşayış sahəsini əhatə edən 1 otağının mülkiyyətçisi kimi həmin payı üçüncü şəxsə 34.000 manata nağd və üçüncü şəxslərin yüklülüyündən azad şəkildə və satıldıqdan sonra 10 gün müddətində ailə üzvləri ilə birlikdə otağı boşaltmağı öhdəsinə götürərək satmaq niyyətindədir. Həmin pay qanunvericiliyin tələbinə görə satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda paylı mülkiyyətin qalan mülkiyyətçiləri kimi üstünlük hüququna malik olduqlarına görə əldə etmələri üçün onlara təklif olunub və yazılı bildirişdə Mülki Məcəllənin 218.2-ci maddəsinin tələbləri cavabdehlərə izah olunub. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mübahisənin obyektiv həlli üçün ilk növbədə aşağıdakıların qeyd olunması zəruridir. Belə ki, Konstitusiyanın 13 və 29-cu maddələrinin mənasına görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülki Məcəllənin 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququ nun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bil ər. Həmçinin, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulub. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin təfsirində səhvə yol verərək, tərəflərin paylı mülkiyyətlərində olan mənzilin onlar arasında bölünməsi barədə razılığa gələ bilməmələrini, paylı mülkiyyətin mülkiyyətçisi kimi iddiaçının öz payının ayrılmasını tələb etməkdə haqlı olmasını, mənzildən payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikləri üçün paylı mülkiyyətin mülkiyyətçisi kimi iddiaçının öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməkd ə haqlı olmasını, lakin, ekspertin rəyinə görə mənzildən iddiaçıya düşən payın naturada ayrılmasına yol verilməməsini, ayrılan mülkiyyətçi kimi iddiaçının öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlərin ona ödənilməsini 28 oktyabr 2020-ci il tarixli yazılı bildirişlə onlardan tələb etməsini və beləliklə də mənzildən iddiaçıya çatan payın ayrılmasının açıq-aşkar məqsədəuyğun olmamasını nəzərə almadan, iddiaçının sözügedən ardıcılığa əməl etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan hər bir mərhələ üçün ayrıca məhkəmə icraatının açılmasına, yəni məhkəmə qətnaməsinin olmasına zərurət yoxdur. Bunun üçün paylı mülkiyyətçinin öz payının ayrılmasını tələb etməsi kifayətdir. İ şə baxan məhkəmə isə hər bir mərəhələni ayrı-ayrılıqda yoxlamaqla, öz payının ayrılmasını tələb edən mülkiyyətinin tələblərini Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından yoxlamağa borcludur. Hazırki halda, iddiaçının cavabdehlərə qarşı tələbləri sözügedən mənzildə olan payının naturada ayrılmasından, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılmasından və satışdan əldə edilmiş vəsaitin paylarına mütənasib surətdə bölünməsindən ibarətdir. Göründüyü kimi, sözügedən mənzildən payın naturada ayrılmasına yol verilmədiyi üçün, ayrılan mülkiyyətçi kimi iddiaçı, öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər tərəfindən ona ödənilməsini 28 oktyabr 2020-ci il tarixli yazılı bildirişlə onlardan tələb edib, lakin payının dəyəri cavabdehlər tərəfindən ona ödənilməyib. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə bu hala diqqət yetirməyib, ayrılan mülkiyyətçi kimi iddiaçının sözügedən yazılı bildirişlə öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlərdən tələb etməsini nəzərə almayıb. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb hesab edir ki, Mülki Məcəllənin 220.3-220.5ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən paylı mülkiyyətdə olan mənzilin bölünməsi və ondan payın ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, işə baxan məhkəmələr sözügedən mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olan tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul etməm əklə, yuxarıda sadalanan maddələrin tələblərini pozub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(105)-3385/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3736/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3736/2022
27.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver