Məhkəmə qərarları › İş №2(102)-3737/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3737/2020

28.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3737/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-1288/2020 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin X6 İdarəsinin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında DSMF-nin X6 İdarəsini maraqlı şəxs göstərməklə ərizə ilə məhkəməyə müraciət edərək, 1977-ci ilin may ayının 02-dən 1978-ci ilin dekabr ayının sonunadək Şuşa rayon İcraiyyə komitəsində şöbə müdirinin müavini vəzifəsində və 1979-cu ilin yanvar ayının əvvəlindən 1992-ci ilin may ayının 08-dək Şuşa şəhəri Partiya Komitəsində Kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3113/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, xx.xx.1955-ci ildə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuş Ərizəçi 1977-ci ilin may ayının 02-dən 1978-ci ilin dekab r ayının sonunadək Şuşa rayon İcraiyyə komitəsində şöbə müdirinin müavini vəzifəsində və 1979cu ilin yanvar ayının əvvəlindən 1992-ci ilin may ayının 08-dək Şuşa şəhəri Partiya Komitəsində Kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. (hakim Emin Məmmədli) Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1288/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 2(003)3113/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi) Abiddin Hüseynov, Azad İmanov ) Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X6 İdarəsinin nümayəndəsi və vəkili Vəki l kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Apelyasiya instansiyası ərizəçinin qeyd etdiyi faktın şahid ifadələrin ilə təsdiq edilməsini göstərmişdir. Halbuki İdarə ərizəçinin müraciətini məhz ona görə təmin edə bilməyib ki, ərizəçi qeyd etdiyi vəzifələrdə işləməsini təsdiq edən hər hansı sübutu (əmək kitabçası, arxiv arayışı) təqdim edə bilməmişdir. Apelyasiya şikayətinin dəlili kimi faktı təsdiq edən şahidlərin özlərinin də ərizəçi ilə həmin təşkilatda işləyib-işləməməsinə diqqət yetirilməsi olmuşdur. Şahidlərin özlərinin qeyd edilən dövrdə həmin təşkilatlarda işləməsini təsdiq edən sənədlər olmadığından onların verdikləri ifadələrin mötəbərliyi şübhəlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli Qərarında da qeyd edilib ki, faktı təsdiq edən şahidlərin ərizəçi ilə eyni təşkilatda işləməsi zəruri sübutlarla (əmək kitabçası) təsdiq edilməlidir. Ərizəçi məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, maraqlı şəx sin nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki-Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-1288/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, ape lyasiya instansiyası məhkəməsi iş materiallarına, o cümlədən hər iki məhkəmə instansiyasında dindirilmiş şahid ifadələrinə əsasən ərizəçinin öz tələbinin əsası olan faktiki halları məhkəməyə təqdim etmiş sənədlər və şahid ifadələri ilə sübuta yetirməsini müəyyən edərək, ərizəni təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 305.1, 308-ci maddələri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stacının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 3.4-cü bəndi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq prosessual və maddi hüquq normalarını düzgü n tətbiq etmişdir. Ərizəçi onun 1977-ci ilin may ayının 02-dən 1978-ci ilin dekabr ayının sonunadək Şuşa rayon İcraiyyə komitəsində şöbə müdirinin müavini vəzifəsində və 1979-cu ilin yanvar ayının əvvəlindən 1992-ci ilin may ayının 08-dək Şuşa şəhəri Partiya Komitəsində Kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləməsi hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini xahiş edib. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, ərizəçi xx xxxx 1955-ci ildə Ağdam rayonu Kəngərli kəndində anadan olub, 1977-ci ilin may ayının 02-dən 1978-ci ilin dekabr ayının sonunadək Şuşa rayon İcraiyyə Komitəsində şöbə müdirinin müavini, 1979-cu ilin yanvar ayının əvvəlindən 1992-ci ilin may ayının 08dək Şuşa şəhəri Partiya Komitəsində Kənd təsərrüfatı şöbəsinin müdir i vəzifəsində işləmişdir. Mülki Prosessual işləyib, hazırda həmin faktın təsdiqini ərizəçi məhkəmədən kənar yolla əldə edə bilmir. Mülki-Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Dövlət X9 kollegiyasının 17 nömrəli, xx xxxxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müə yyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq qeyd edilən prosessual və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası faktı təsdiq edən şahidlərin özlərinin qeyd edilən dövrdə həmin təşkilatlarda işləməsini təsdiq edən sənədlər olmadığından onların verdikləri ifadələ rin mötəbərliyinin şübhəli olması və həmin şahidlərin ifadələrinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli Qərarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki,birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X7 və X8 da ifadələrində ərizəçinin irəli sürdüyü faktı müvafiq vəzifə və dövrlər üzrə təsdiq etmişlər. Maraqlı şəxs eyni dəlilləri apelyasiya şikayətində də bildirmiş, həmin dəlilləri yoxlamaq üçün apelyasiya instansiyası iş üzrə dindirimiş şahid X4 təkrarən dindirmiş və şahid K.Sadıxov faktı bir daha təsdiq etmişdir. Həmçinin apelyasiya məhkəməsi əmək kitabçalarına əsasən X2 xx.xx.1976-cı il tarixdən xx.xx.1983cü il tarixədək Kənd təsərrüfatı işçiləri X10 rayon Komitəsinin sədri, xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Şuşa rayon XDS İcraiyyə Komitəsi sədrinin müavini – planlaşdırma və iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində, X3 isə 1973cü ildə Şuşa rayon Partiya Komitəsində təlimatçı, 1974-cü ildən Şuşa rayon X1 İcraiyyə Komitəsinin Mədəniyyət Şöbəsinin müdiri, 1983-cü ildən Şuşa rayon Partiya Komitəsinin Təbliğat və Təchizat şöbəsinin müdiri, 1991-ci ildə Rayon Partiya Təşkilatı Nəzarət Komitəsinin sədri vəzifəsində işləməsini, xx.xx.1991-ci il tarixli əmrlə Azərbaycan Kommunist Partiyasının fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsini müəyyən etmişdir. Apelyasiya məhkəməsi dindirilmiş şahidlərin özlərinin də ərizəçi ilə bir təşkilatda işləməsini məhz həmin şahidlərin əmək kitabçalarına əsasən müəyyən etmişdir. Buna görə də kassasiya şika yətini həmin dəlilləri əsassızdır. Apelyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən şahid ifadələrini Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X6 İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1288/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar