Məhkəmə qərarları › İş №2(102)-3737/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3737/2025

12.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3737/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi; gecikdirilmiş vaxt üçün illik 5 % pul tələbi, maddi hüquq normasını tətbiqində səhvə yol verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4986/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsind ən iddiaçı “X5 Azərbaycan” QSC-nin kassasiya şikayətinə 12 yanvar 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)3366/2016 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmuş, “X5” ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh “X5 Azərbaycan” QSCnin xeyrinə 12 sentyabr 2013-cü il tarixli, 114105 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 32.429 (otuz iki min dörd yüz iyirmi doqquz) ABŞ dolları 39 (otuz doqquz) sent, faiz borcu qismində 1.939 (min doqquz yüz otuz doqquz) ABŞ dolları 26 (iyirmi altı) sent, cərimə borcu qismində 100 (yüz) ABŞ dolları, cəmi 34.468 (otuz dörd min dörd yüz altmış səkkiz) ABŞ dolları 65 (altmış beş) s ent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, habelə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 (iyirmi doqquz) manat və poçt xərci qismində 5 (beş) manat, cəmi 34 (otuz dörd) manat məbləğində pul vəsaiti tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, 2011-ci il buraxılışlı, ban nömrəsi WPOZZZ97ZCL000486, mühərrikinin nömrəsi C01455 olan “Porsche Panamera” minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi, avtomobilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh “X5 Azərbaycan” QSC-yə olan borcunun ödənilməsi qət edilmiş, iddia qa lan hissədə təmin olunmamışdır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)3366/2016 saylı qətnaməsi 21 may 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır.

3. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3366/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılması və borcluya 10 gün müddətində icra könüllü olaraq təmin etməsi barədə təklif edilməsi qərara alınmışdır. İcra sənədinə əsasən borclu Cavabdeh 34468,65 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar “X5 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə ödənilməlidir. 4. “X2" MMC-nin 5 iyun 2017-ci il tarixli, 30 saylı hərracın yekunları barədə protokoluna əsasən Ca vabdeh mülkiyyətində olan "xxx" markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil 23.000 AZN-ə ilkin qiymət ilə satışa çıxarılmış və nəticədə 23.600 AZN vəsaitə vətəndaş (qalib alıcı) X1 tərəfindən alınmışdır.

5. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 67893/2016-53-9/1 nömrəli, 5 dekabr 2024-cü il tarixli inkasso sərəncamına əsasən 2(004)-3366/2016 nömrəli icra sənədi üzrə borclu Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin hesabına 116.34 manat köçürülməlidir.

6. Maliyyə arayışına əsasən "X5 Azərbaycan" QSC ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli 114105 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə banka xx.xx.2025-cil tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 11.628,64 ABŞ dolları məbləğində borcu vardır. 7. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh aid hesabdan çıxarışa əsasən Cavabdeh tərəfindən "X5 Azərbaycan" QSC-yə xx.xx.2023-cü il tarixində 116,34 manat, xx.xx.2024-cü il tarixində 290,86 manat, xx.xx.2024-cü il tarixində 258,75 manat, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində 129,37 manat, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində 139,85 manat məbləğində ödənişlər edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "X5 Azərbaycan" QSC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya “borcalan”) iddiaçının xeyrinə 34468,65 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikd irilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə, 11.628.64 ABŞ dolları pul vəsaitinin və 149,3 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbini belə əsaslandırılmışdır ki, 12 sentyabr 2013-cü il tarixində Bankla cavabdeh arasında 114105 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehə 36 (otuz altı) ay müddətinə 64000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 16% (on altı faiz) dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin qaytarılması üçün cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürmüşdü r. Borcalanın 114105 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 12 sentyabr 2013-cü il tarixində Bank ilə cavabdeh arasında 114105 nömrəli İpoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdehə məxsus buraxılış ili 2011, şassi/ban: WPOZZZ97ZCL000486, mühərrik: C01455, ağ rəngli “Porsche Panamera” minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. 14 aprel 2015-ci il tarixində Bank ilə cavabdeh arasında 12 sentyabr 2013-cü il tarixli 114105 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə Razılaşma bağlanmışdır. Hə min Razılaşmaya əsasən Borcalan yuxarıda qeyd olunan müqavilə üzrə götürdüyü vəsaiti və ona illik 14% (on dörd faiz) dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada Banka qaytarmağı öhdəsinə götürmüşdür. Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Borcalan kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi banka olan borcunu ödəməmişlər. Lakin öhdəliklər cavabdeh tərəfindən tam, vaxtında və lazımı qaydada icra e dilmədiyindən, Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd edilən 18 aprel 2016-cı il tarixli, 2(004)-3366/2016 saylı qətnaməsi qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx/xx-7286/5-11771 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən 5 iyun 2017-ci il tarixdə saat 11:00-da "X2" MMC tərəfindən hərrac keçirilərək cavabdehin mülkiyyətində olan "xxx" markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil 23.000 manata ilkin qiymətlə satışa çıxarılmış və nəticədə 23.600 manata qalib alıcı X1 tərəfindən alınaraq 5 iyun 2017-ci il tarixli hərracın yekunları barədə 30 saylı Protokol tərtib edilmişdir. Yasamal Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində borclunun təqaüdünə inkasso sərəncamı qoyulmuşdur. Lakin borclunun aldığı aylıq pensiyadan xırda-xırda ödəməsi bankı yuxarıda göstərilən zərərçəkmə reallığından qurtarmır və borc tam həcmdə qaytarılmadıqca həmin zərər artmaqda davam edir. Göründüyü kimi, cavabdehin 18 aprel 2016-cı il tarixə borc üzrə 34468,65 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 18 aprel 2016-cı ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı cavabdehə yazılı xəbərdarlıq etmiş, lakin bundan son ra da öhdəliklər cavabdeh tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 11628,64 ABŞ dolları məbləğində Banka maddi zərər dəymişdir. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla: 1) 18.04.201-cı il tarixindən xx.xx.2019-cu il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 1023 gün - 4897.42 ABŞ dolları 2) xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 1771 gün 5230.05 ABŞ dolları 3) xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 63 gün – 185,45 ABŞ dolları 4) xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 90 gün – 262.79 ABŞ dolları 5) xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 154 gün – 446.41 ABŞ dolları 6) xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 32 gün – 92.42 ABŞ dolları 7) xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 31 gün – 89.21 ABŞ dolları 8) xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 29 gün – 83.14 ABŞ dolları 9) xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 30 gün – 85.69 ABŞ dolları 10) xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 26 gün – 73.97 A BŞ dolları 11) xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 64 gün – 182.08 ABŞ dolları olmaqla ümumilikdə cəmi 11628,64 ABŞ dolları təşkil edir.

10. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı üçün iddia müddətinin axımı xx.xx.2016-cı il tarixindən başlamışdır. Lakin iddiaçı 2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, qanunla müəyyən edilmiş iddia müddətim buraxmışdır Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı uçun iddia müddətinin axımının başlandığı tarix, hüququnun pozulduğunu aşkar etdiyi tarixidir. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən 9 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddəti buraxılmışdır.

11. İddiaçı məhkəməyə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdeh məhkəməyə ayrıca ərizə təqdim edərək, iddia müddətinin başa çatması məsələsinə istinad edir, lakin hazırkı tələb kredit müqaviləsi üzrə deyil, banka vurulmuş maddi ziyan xarakteri daşıyır. MM-in tələblərinə əsasən, zərərin ödənilməsi ilə bağlı iddialar ayrı qaydada və əsaslarla təqdim oluna bilər. Bu hallarda iddia müddəti ya tətbiq edilmir, ya da ümumi 10 illik müddət tətbiq olunur (MM 373). Odur ki, cavabdehin bu iddiası da zəif və hüquqi əsassızdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdehin kredit hesabı üzrə fəaliyyəti aydın şəkildə göstərir ki, o, borcu mütəmadi olaraq etiraf etmiş və bu borcun mövcudluğunu tanımaqla müxtəlif tarixlərdə hissə-hissə ödənişlər etmişdir. Cavabdehin borcu etiraf edən hərəkətləri iddia müddətinin axımını qanunvericiliyə uyğun olaraq kəsmişdir. Belə olduqda, iddia müddəti ötürülməmiş hesab edilməli və cavabdehin ərizəsi əsassız sayılmalıdır. Banka dəymiş maddi ziyanın yaranmasında cavabdehin səhlənkarlığı əsas səbəb olmuşdur. Cavabdeh kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmiş, girov predmeti olan avtomobili üçüncü şəxsə etibarnamə ilə verərək məsuliyyətlərini qeyri-rəsmi şəkildə ötürmüşlər. Bu hal banka kommersiya və hüquqi ziyan vurmuşdur. Məhkəmə təcrübəsi bu kimi hallarda iddiaların təmin edil məsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası məhkəmələrinin son illərdəki praktikasına uyğun olaraq zərər çəkən bankın maddi ziyan tələbləri mütəmadi təmin edilir. Bu, bankın kredit riski daşımasına yox, müqavilə üzrə öhdəliklərin icrasına əsaslanır. Cavabdeh şifahi olaraq iddia edir ki, “faizdən faiz yolverilməzdir”. İddia ərizəsində faizdən faiz deyil, qanuni qüvvəyə minmiş qətnamədə qeyd olunan ümumi məbləğin gecikdirilmiş hissəsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% tələb olunmuşdur. Bu, gecikmə sanksiyasıdır, yəni kompensasiya xarakteri daşıyır və faizdən fərqli hüquqi təbiətə malikdir. Bu səbəbdən, 445.7-ci maddənin tətbiqi hüquqazidd deyil və geniş məhkəmə təcrübəsi ilə təsdiqlənmişdir (29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). İddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borcun ödənilməsinin gecikdirilməsi səbəbindən illik 5% miqdarında kompensasiya tələbi irəli sürmək hüququ mövcuddur. Bu hüququn həyata keçirilməsi üçün əlavə sübutlara və ya borclunun təqsirinin sübuta yetirilməsinə ehtiyac yoxdur. Maddənin dispozisiyası yalnız borcun gecikdirilməsi faktı ilə kifayətlənmiş və bu əsasda kreditorun müvafiq tələb irəli sürmək hüququnu tanımışdır. Yəni borcun təqsirli və ya təqsirsiz şəkildə gecikdirilməsi hüquqi əhəmiyyət daşımır və bu, kompensasiya tələbinin əsaslılığına təsir göstərmir. Təkcə öhdəliyin icra müddətinin başa ça tması və pul borcunun qaytarılmaması faktı kompensasiya tələbini hüquqi cəhətdən əsaslandırmaq üçün kifayət edir. Həmçinin bu tələbin başlanğıc anı borc üzrə çıxarılan məhkəmə qərarının qanuni qüvvəyə minməsi anı deyil, pul öhdəliyinin müqavilə ilə müəyyən edilmiş icra müddətinin bitdiyi tarix hesab olunur. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanan illik 5% məbləğ pul vəsaitindən qanunsuz istifadəyə görə tutulur və bu tələbin yaranması yalnız gecikdirilmiş borcla bağlıdır. Bu mənada, əvvəlki mübahisə üzrə keçirilmiş ilkin məhkəmə icraatının uzun müddət davam etməsi və ya çıxarılan məhkəmə qərarlarının tərəflərdən biri tərəfindən apellyasiya və ya kassasiya qaydasında mübahisələndirilməsi də borcun ödənilməməsinə dair üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Əksinə, borcun qayta rılmaması səbəbindən bank aşağıdakı 4 istiqamətdə maddi itkilərə məruz qalır:

1. Pul vəsaitindən istifadə imkanının itirilməsi - Bank öz vəsaitindən faktiki istifadə edə bilmədiyindən, maliyyə çevikliyini itirmiş olur.

2. Alternativ gəlir imkanının əldən çıxması; Borc vaxtında qaytarılsaydı, həmin vəsait digər fiziki və ya hüquqi şəxslərə kredit kimi verilməklə faiz gəliri əldə edilə bilərdi.

3. Pulun real dəyərinin inflyasiya səbəbilə azalması; zaman keçdikcə pulun alıcılıq qabiliyyəti azalır və bankın əlinə çatan məbləğ ilkin nominal dəyəri qoruyub saxlamır. 4. kapital dövriyyəsinin pozulması və kredit portfelinin zədələnməsi; bu kimi gecikmələr bankın ümumi maliyyə sabitliyinə və yeni kreditlərin ayrılması imkanlarına mənfi təsir göstərir. Bu səbəbdən də, cavabdeh kredit müqaviləsi üzrə müəyyən məbləğdə vəsait alsalar da, həmin vəsaiti müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmayıb. Nəticədə, iddiaçı öz maliyyə vəsaiti üzərində sərəncam vermək və ondan gəlir əldə etmək imkanından məhrum olub. Halbuki əgər cavabdeh öhdəliklərini vaxtında yerinə yetirmiş olsaydı, iddiaçı həmin vəsaiti daha yüksək faizlə dövriyyəyə buraxaraq əlavə qazanc əldə edə bilərdi. Müqavilə müddətinin başa çatmasından sonra artıq konkret müqavilə şərtlərinə əsasən daha yüksək faiz və ya cərimə tələb etmək mümkün olmadığından, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% miqdarında kompensasiya tələbi hüquqi və iqtisadi cəhətdən tam əsaslıdır.

12. Birinci instansiya məhkəməsində cavabdeh iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişd ir ki, 2017-ci ildə ona məxsus avtomobil satılmış, lakin satışdan əldə olunan vəsait yalnız 2019-cu ildə Bankın hesabına köçürülmüşdür. Bundan başqa, 2023-cü ilə kimi ona icra ilə bağlı hər hansı bildiriş gəlməmişdir. 2023-cü ildə isə icra məmuru tərəfindən ona bildiriş göndərilmiş, ödəniləcək vəsait onun əmək pensiyasından 20 faiz tutulmaqla, 2023-cü ilin dekabrından hazırkı vaxtadək bankın hesabına köçürülmüşdür. Bu barədə "xxxx" ASC tərəfindən verilmiş bank hesabından çıxarışı məhkəməyə təqdim etmişdir.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3423/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 1723,48 ABŞ dollarının (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və 49,30 (qırx do qquz manat otuz qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. (hakim Ayşən Sultanova-Məmmədova)

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır. Bu baxımdan hazırki iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan və borc məbləği tam şəkildə ödənilmədiyindən, iddiaçının gecikdirilmiş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

15. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməli olması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)-3366/2016 saylı qətnaməsi 21 may 2016-cı il tarixdə qanuni qüvvəsini almış, borclunun əmlakı 05 iyun 2017-ci il tarixdə hərracda satılmışdır. Əmlak satıldıqdan sonra qalan borcun ödənilməsi üçün Yasamal rayon İcra şöbəsi tərəfindən pulun hər ay borclunun pensiyasından tutulması ilə bağlı xx.xx.2023-cü il tarixdə İnkasso sərancamı verilmişdir. "xxxx" tərəfindən verilmiş bank hesabından çıxarışdan da görünür ki, xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək hər ay cavabdehin pensiyasından pul tutularaq iddiaçıya ödənilir. Həmin borcun hissə-hissə ödənilməsinə münasibətdə iddiaçı tərəfindən etiraz edilməmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə borcun ödənilməsinin gecikdirilm əsi məhz əmlak hərracda satıldığı 05 iyun 2017-ci il tarixədək hesablanmalı, ondan sonrakı dövrdə qalan borcun hər ay borclunun pensiyasından tutulması nəzərə alınaraq, icranın borclunun təqsiri üzündən gecikdirilməsi kimi qiymətləndirilməməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 399.3, 399.4, 427.3, 442, 445.1, 445.2.1, 445.3, 445.7, 448-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd olunan hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pul vəsaitinin kreditorun istifadəsindən məhrum edilməsi, özü-özlüyündə kompensasiya tələb etmək hüququnu yaradır və bunun üçün borclunun təqsirli olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir. Gecikdirilmiş öhdəlik üzrə illik 5% miqdarında kompensasiya tələbi Mülki Məcəllənin 445.7-ci maddəyə uyğun olaraq, yalnız gecikmə faktına əsasən tələb oluna bilər. Əgər borc qismən ödənilibsə, qalan məbləğ üzrə gecikmə müddəti ayrıca hesablanmalı və kompensasiya həmin məbləğə dair ayrıca müəyyən edilməlidir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4986/2025 nömrəli 30 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli, Səadət Səlimova)

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirmiş və girov əmlakı təhvil vermişdir.

22. Belə ki, işin müəyyən edilən hallarına görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli, 2(004)-3366/2016 saylı qətnaməsi 21 may 2016cı il tarixdə qanuni qüvvəsini almış, borclunun əmlakı 5 iyun 2017-ci il tarixdə hərracda satılmışdır. Əmlak satıldıqdan sonra qalan borcun ödənilməsi üçün Yasamal rayon İcra şöbəsi tərəfindən pulun hər ay borclu nun (cavabdehin) pensiyasından tutulması ilə bağlı xx.xx.2023-cü il tarixində inkasso sərancamı verilmişdir. "xxxx" tərəfindən verilmiş bank hesabından çıxarışdan da görünür ki, xx.xx.2023-cü il tarixdən hazırkı vaxtadək hər ay cavabdehin pensiyasından pul tutularaq iddiaçıya ödənilir. Həmin borcun hissə-hissə ödənilməsinə münasibətdə iddiaçı tərəfindən etiraz edilməmişdir.

23. Qeyd olunan hallara əsasən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borcun ödənilməsinin gecikdirilməsi məhz əmlak hərracda satıldığı 05 iyun 2017-ci il tarixədək hesablanmalı, ondan sonrakı dövrdə qalan borcun hər ay borclunun pensiyasından tutulması nəzərə alınaraq, icranın borclunun təqsiri üzündən gecikdirilməsi kimi qiymətləndirilməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi tələb olunan borc un məbləğini, tərəflərin əmlak vəziyyətini, həm borclunun, həm də kreditorun əmlak mənafelərini nəzərə alaraq, birinci instansiya məhkəməsinin iddianın rədd olunan hissəsində gəldiyi nəticəni əsaslı hesab etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 399.3, 399.4, 427.3, 442, 445.1, 445.2.1, 445.3, 445.7, 448.1, 448.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin iddianın təmin olunmayan h issəsində ləğv, iddianın tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin icrasının gecikdirilməsi nəticəsində iddiaçıya zərər dəymişdir. Qeyd edilən halları apellyasiya məhkəməsi də təsdiq etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının (Mülki Məcəllənin 445.7-ci maddəsi) düzgün tətbiq edilmədiyini nəzərə almamış, iddianın qismən-qətnamənin qanuni qüvvəyə mindiyi 19 may 2016-cı il tarixdən əmlakın hərracda satıldığı 5 iyun 2017-ci il tarixədək olan müddət üçün təmin olunmasını qanuni və əsaslı hesab etmişdir.

28. Mülki Məcəllənin 445.7-ci maddəsindən də göründüyü kimi, kreditorun “illik beş faizin ödənilməsini tələb etmək” hüququnun yaranması üçün “pul məbləğinin ödənilməsinin gecikdirilməsi” halının baş verməsi kifayətdir. Belə ki, qanunverici həmin normadakı sanksiyanın tətbiqini hər hansı digər şərtlə məhdudlaşdırmamışdır. Bundan əlavə, apellyasiya məhkəməsinin istinad etdiyi hallar- “borclunun əmlakının hərracdan satılması”, “qalan borcun hissə-hissə borclunun pensiyasından tutulması” və s. bu kimi hallar həmin normanın tətbiqini istisna etmir. Məhkəmənin qeyd etdiyinin əksinə olaraq, borcun qalan hissəsinin ödənilməsi tələbkar və borclu arasındakı razılıq əsasında deyil, “İcra haqqında” Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş “tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi” məcburi icra tədbiri kimi tətbiq edilmişdir. Əmlakın hərracdan satılması da ödənilməmiş qalan borcun ödənilməsinin gecikdirilməsi nəticəsin də vurulmuş zərərin əvəzinin ödənilməsi məsuliyyətindən azad edən əsas kimi çıxış edə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair”, 9 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə oldu ki: “MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.” X3 Məhkəməsi Mülki Məcəllənin 449.4-cu maddəsinə də istinad etd i və bildirdi ki: “..həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” “Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni — tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür.” Hazırkı işdə isə maddi hüquq norma sını düzgün tətbiq etməyən apellyasiya məhkəməsi, həmçinin Konstitusiya Məhkəməsinin də yuxarıda qeyd edilən hüquqi mövqelərini nəzərə almamışdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması – Mülki Məcəllənin 445.7-ci maddəsi düzgün tətbiq edilməmiş, normanın özündə onun tətbiqi ilə bağlı hər hansı məhdudlaşdırıcı şərt olmadığı halda, apellyasiya məhkəməsi normanın özündə nəzərdə tutulmayan və hətta ehtiva edilməyən hallara istinadən hüquq normasını məhdud müddət üçün tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməl idir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli s ürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 445.7. (hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiya) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə də, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verdiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarı Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecik dirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarı Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcə də pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qi smən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.

34. Məhkəmələrin tətbiq etdiyi maddi hüquq normaları, eləcə də həmin normaların izahı ilə bağlı Konstitusiya Məhkəməsinin qərarları gecikmə olduğu halda, analoji iddiaların təmin edilməsini istisna etmir.

35. Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək dah a böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (hazırda həmin norma 24 fevral 2023-cü il tarixli, 822-VİQD №-li Qanunla eyni məzmunda başqa redaksiyada tətbiq edilir.)

36. İşin hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməyib, üstəlik, həmin öhdəlik üzrə məhkəmə qətnaməsini də tam icra etməyib.

37. İddia ərizəsində cavabdehin hansı dövrlər üzrə gecikməyə yol verməsi, gecikdirilən günlərin sayı və buna uyğun olaraq da hesablanmış 5 faiz məbləğinin konkret olaraq 11628,64 ABŞ dolları təşkil etməsi qeyd edilib.

38. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni onunla əsaslandırıb ki, borcun ödənilməsinin gecikdirilməsi məhz əmlak hərracda satıldığı 05 iyun 2017-ci il tarixədək hesablanmalı, ondan sonrakı dövrdə qalan borcun hər ay borclunun pensiyasından tutulması nəzərə alınaraq, icranın borclunun təqsiri üzündən gecikdirilməsi kimi qiymətləndirilməməlidir.

39. Apellyasiya instansiyası məhkəməsinin mövqeyindən belə görünür ki, iddia mübahisələndirilən hissədə ona görə təmin edilməyib ki, öhdəliyin və qanuni qüvvəyə minmiş qətnamənin icrasında cavabdehin təqsiri yoxdur.

40. Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüq uqi əhəmiyyəti yoxdur.

41. Buna görə də apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqinin cavabdehin icranı gecikdirməsində təqsirli olub-olmaması ilə əlaqələndirməsi düzgün olmamışdır. 42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli Qərarında qeyd edilmişdir ki,... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış fay danın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müva fiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikd ə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

43. X3 Məhkəməsi izah etmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.... Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.... MM-in 449.1-ci maddəsinə görə faizlərin tu tulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. 44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə onda n faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

45. Beləliklə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsi ni borcludan tələb edə bilər.

46. Bu baxımdan, borclunun icranı gecikdirməsində təqsirli olub-olmaması Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün əhəmiyyət daşımır.

47. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 445.7-ci maddəsini borclunun icranı gecikdirməsində təqsirli olmaması əsası ilə tətbiq etməməsi maddi hüquq normasının pozulmasıdır.

48. İddiaçı apellyasiya şikayətində də məhz onu vurğulamışdır ki, pul vəsaitinin kreditorun istifadəsindən məhrum edilməsi, özü-özlüyündə kompensasiya tələb etmək hüququnu yaradır və bunun üçün borclunun təqsirli olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir.

49. Buna baxmayaraq, apellyasiya instanisyası məhkəməsi həmin dəlilə əhəmiyyət verməmiş, maddi hüquq normalarına və hazırkı məsələ ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə diqqət yetirmədən yalnız birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığını göstərərək, birinci instansiya məhkəməsinin qətnaməsində əks edilən dəlillərini təkrarlamaqla yetərlənmişdir.

50. Bundan əlavə, iddianın təmin edilməyən hissəsi üzrə qalan borcun hər ay cavabdehin pensiyasından tutulması da Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqini istisna etmir.

51. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə – iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, cavabdeh (borclu) tər əfindən pul məbləğinin ödənilməsinin hansı müddətə və məbləğdə gecikdirilməsi, gecikdirilmiş vaxt və məbləğ üçün nə qədər pul hesablanmalı olması və s. hallara aydınlıq gətirməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.

52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X5 Azərbaycan” QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4986/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə – iddianın təmin edilməyən hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar