Məhkəmə qərarları › İş №2(102)-3739/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3739/2024

27.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3739/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X7 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnu məhdudlaşdıran maneələrin aradan qaldırılması, həmin hərəkətlərin edilməsinin qadağan olunması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X7 qarşı mülkiyyət hüququnu məhdudlaşdıran maneələrin aradan qaldırılması, həmin hərəkətlərin edilməsinin qadağan olunması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4022/2024 nömrəli iş üzrə 12 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə ümumi mülkiyyətdə olan daşınmaz əşyadan istifadə ilə bağlıdır. Daşınmaz əşya Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Məsud Davudoğlu küçəsi, 16 ünvanında yerləşən, sahəsi 217,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsidir. Qeyri-yaşayış sahəsi tərəflərin ümumi paylı mülkiyyətindədir, iddiaçının payı 85 faiz, cavabehin payı 15 faiz təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr qeyriyaşayış sahəsinə mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam) məhdudlaşdıran manelərinin (qapını qıfıllaması, onun qeyri-yaşayış sahəsinə daxil olmasına, kommunal xidmətlərdən, telefondan, internetdən və s istifadə etməsinə qarşı edilmiş hərəkətlərinin) onun tərəfindən aradan qaldırılması, həmçinin mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması barədə və əldən çıxmış fayda kimi 143.225 manat maddi zərərin, ona vurduğu mənəvi zərərə görə 100.000 manatın və cəmi 243.225 manatın və hazırki iddia üzrə ödənilmiş 534 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AR Ə MDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr sahəsi olan qeyri-yaşayış binası cavabdeh X8 ilə onun paylı mülkiyyətindədir. Belə ki, xx.xx.2019-cu il tarixdən həmin qeyri-yayayış sahəsinin 85%-i onun, yerdə qalan 15%-i isə cavabdehin mülkiyyətindədir. Lakin, buna baxmayaraq xx.xx.2019-cu il tarixdən hal-hazıradək olan müddət ərzində cavabdeh onu mülkiyyətinə daxil olmağa və ondan istifadə etməyə qoymur. O, həmin qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixdən ayrı-ayrı şəxslərə icarəyə verməklə gəlir götürür. Hətta cavabdeh qeyri-yaşayış sahəsinin üstünü də, "xxxx" MMC-yə icarəyə verməklə gəlir götürür. Cavabdeh X5 ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr sahəsi olan qeyriyaşayış sahəsindən əldə etdiyi gəlirdən ona heç bir məbləğdə pul verməmişdir. Onda olan məlumata görə o, həmin qeyri-yaşayış sahəsini xx.xx.2019-cu ildən hal-hazıradək olan müddət ərzində hər ay 2.500 manat pul ödənilmək şərti ilə icarəyə vermişdir. X1 qeyri-yaşayış sahəsinin üst hissəsini "xxxx" MMC-yə icarəyə verməklə hər il MMC-dən 3.500 manat gəlir götürmüşdür. Hətta o, qeyri-yaşayış sahəsinin icarəsinə görə "xxxx" MMC-dən 2024-cü ilin noyabr ayına kimi olan icarə haqqını almışdır. Həmin müddət ərzində o, qeyri-yaşayış sahəsinin icarəsindən 168.500 (147.500 + 21.000) manat gəlir əldə etmişdir. Əgər sözügedən qeyri-yaşayış sahəsinə görə gələn gəlir paylara uyğun bölüşdürülsə idi, ona düşən pay 143.225 (125.375+17.850) manat edəcəkdir. Lakin, cavabdeh qeyri-yaşayış sahəsinin icarəsindən gələn gəlirdən ona düşən payı verməmişdir. Hələ bu azmış kimi onu həmin qeyri-yaşayış sahəsinə daxil olmağa və ondan istifadə etməyə maneçiliklər törədir. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində ona 143.225 manat zərər dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 380/20 saylı qiymətləndirmə rəyində qeyd edilmişdir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qeyri-yaşayış sahəsinin 1 aylıq icarə haqqı 2.500 manat müəyyən edilmişdir.

4. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, ƏMDK yanında DƏDRX-dən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr sahəsi olan qeyri-yaşayış binası İddiaçı ilə cavabdeh X5 pa ylı mülkiyyətindədir. Belə ki, xx.xx.2019-cu il tarixdən həmin qeyri-yaşayış sahəsinin 85%-i iddiaçının, yerdə qalan 15%-i isə cavabdehin mülkiyyətindədir. İddiaçı ərizəsində qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdən hal-hazıradək olan müddət ərzində cavabdeh ona mülkiyyətinə daxil olmağa və ondan istifadə etməyə qoymur. İddiaçı məhkəmədən onun mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərə son qoyulmasını və bunun cavabdehə qadağan olunmasını xahiş etmişdir. Halbuki, iddiaçının bu iddiası tamamilə əsassızdır. Belə ki, 4 ildən artıq müddətdə iddiaçının öz mülkiyyətinə daxil olmağa icazə verilmədiyi təqdirdə, onun indiyədək hər hansı qanuna müvafiq addım atmaması real görünmür. Əgər qeyd olunan müddətdə cavabdeh iddiaçıya qarşı bununla bağlı hər hansı məhdudiyyətlər yaratsa idi, yəqin k i, iddiaçı öz hüquqlarını qorumaq üçün hər hansı zəruri addımları atardı. Üstəlik, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3M-708 nömrəli İcarə müqaviləsindən də göründüyü kimi, iddiaçı həmin qeyri–yaşayış sahəsini qeyd olunan tarixdə hətta aylıq 1000 manat məbləğində icarəyə də vermişdir. Burdan da bir daha görünür ki, iddiaçı öz mülkiyyəti ilə bağlı sahiblik istifadə, sərəncam hüquqlarını layiqincə yerinə yetirir. İddiaçı həmin qeyri-yaşayış sahəsini aylıq 1000 manat məbləğində icarəyə versə də, iddia edir ki, onda olan məlumata görə iddiaçı, həmin qeyri-yaşayış sahəsini xx.xx.2019-cu ildən hal-hazıradək olan müddət ərzində hər ay 2.500 manat pul ödənilmək şərti ilə icarəyə vermişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 380/20 saylı qiym ətləndirmə rəyində qeyd edilmişdir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1 aylıq icarə haqqının 2.500 manat olduğu müəyyən edilmişdir. Maraqlıdır ki, əgər bazar qiymətinə görə qeyd edilən qeyri-yaşayış sahəsinin 1 aylıq icarə haqqı 2019-cu ildən 2.500 manat təşkil edirdisə, nəyə görə cavabdeh həmin qeyriyaşayış sahəsini 2023-cü ilin sonlarında aylıq 1000 manata icarəyə vermişdir. Həmçinin iddiaçı iddia edir ki, cavabdeh qeyri-yaşayış sahəsinin üst hissəsini "xxxx" MMC-yə icarəyə verməklə hər il MMC-dən 3.500 manat gəlir götürmüşdür. Lakin iddiaçı digər iddiaları kimi, bu iddiasını da sübuta yetirə bilməmişdir. Nəzərə alsalar ki, qeyd olunan qeyri-yaşayış sahəsinin 15% hissəsi cavabdehə məxsusdur, cavabdeh həmin his sə barəsində istədiyi kimi sərəncam vermək hüququna malikdir. Necə ki, iddiaçı əmlakın 85% hissəsini icarəyə vermiş və ondan bəhrələnmişdir. Həmçinin, iddiaçının qeyd etdiyi hadisədən mənəvi zərər çəkməsi və bunun əvəzində 100.000 manat kompensasiya tələbi iddiaçının əsassız varlanma istəyinə dəlalət edir. Faktiki işin mahiyyətindən və iddia tələbinə əlavə edilən iş materiallarından görünür ki, iddianın əsası məhz əsassız varlanmaya dəlalət edir və iddianın faktiki hər-hansı hüquqi əsası mövcud deyildir. Bu və digər səbəblərdən iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Hətəmzadə) 29 aprel 202 4cü il tarixli, e-2(001)-1769/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, qeyriyaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran maneələrin cavabdeh tərəfindən aradan qaldırılmaqla iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması, cavabdehdən 10.625 manat alınaraq iddiaçıya verilməsi, həmçinin dövlət rüsumunun əvəzi kimi 119 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir.

6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr qeyri-yaşayış sahəsinin 85 faiz iddiaçının paylı mülkiyyətindədir. Lakin qeyriyaşayış sahəsinin 15 %-nin sahibi olan cavabdeh iddiaçıya həmin qeyri-yaşayış sahəsindən sahiblik və istifadə ilə əlaq ədar maneələr yaradır. Belə ki, məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatları və şahid ifadələri ilə müəyyən edilir ki, paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin sahibliyi və istifadəsi ilə əlaqədar tərəflər arasında mübahisələr var. Eyni zamanda cavabdehin kommunal xətlərin ona məxsus olan ayrı obyektə məxsus olduğunu əsas gətirərək, mübahisəli qeyri-yaşayış sahəsinin kommunal xidmətlərə çatımlılığını məhdudlaşdırdığı müəyyən edilsə də, o, ayırmış olduğu kommunal xətlərin ona məxsus olan digər obyektə aidiyyatını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin isə iddiaçının həmin qeyri-yaşayış sahəsindən istifadəsinə maneçilik törətməsi, onun mülkiyyət hüquqlarını əsassız şəkildə pozur. Halbuki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hi ssəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh X5 onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam) məhdudlaşdıran manelərinin (qapını qıfıllaması, onun qeyriyaşayış sahəsinə daxil olmasına, kommunal xidmətlərdən, telefondan, internetdən və s istifadə etməsinə qarşı edilmiş hərəkətlərinin) onun tərəfindən aradan qaldırılması, həmçinin mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması hissəsində əsaslıdır.

7. Məhkəmə əldən çıxmış fayda kimi 143.225 manat maddi zərərin tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cav abdeh X8 ilə "xxxx" MMC ilə aralarında ünvan 2 ünvanında yerləşən 9 saylı mağazada sonuncuya məxsus stansiyanın kabinet avadanlıqları və antenlərin qurulması üçün 12 kvadrat metr (eni 3 və uzunu 4 metr) binanın damında sahənin ayrılması ilə əlaqədar 5 il müddətinə, illik 2500 manat ödəniş edilməsi barədə 4 noyabr 2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndində icarə haqqının ildə bir dəfə öncədən ödənilməsi nəzərdə tutulmuşdur. ünvan 2 ünvanında yerləşən 9 saylı mağazanın 85 %-i iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə barədə məlumatlandırılmamış və əldə edilmiş gəlirin iddiaçının payına mütənasib olan hissəsi iddiaçıya verilməmişdir. Cavabdeh həmin müqavilənin və müqavilə üzrə əldə etdiyi pul vəsaitinin özünə məxsus olan hissə ilə bağlı olduğunu əsas gətirərək qeyd edilən hissədə iddiaya etiraz etmişdir. Məhkəmənin qənaətinə görə, cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar əsaslı deyildir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 216-cı maddəsinə əsasən, mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür.

8. Məhkəmə araşdırması zamanı tərəflər arasında bununla əlaqədar bir razılaşmanın olması və ya qeyri-yaşayış sahəsinin naturada bölgüsünün həyata keçirilmiş olduğu müəyyən edilməmişdir. Ona görə də, iddiaçının 4 noyabr 2019-cu il tarixli müqavilə əsasında cavabdehin əldə etdi yi gəlirin, yəni 12500 manatın (5 il x 2500 manat = 12500 manat) payına mütənasib hissəsi kimi 10625 manatı (12500 manatın 85 %-i) cavabdehdən tələb etmək hüququ yaranmışdır.

9. Bununla belə məhkəmə qeyd edilən hissədə (əldən çıxmış fayda kimi maddi zərərin tutulması hissəsində) iddia tələbinin qalan hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı cavabdehin həmin qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixdən hal-hazıradək olan müddət ərzində aylıq 2500 manat müqabilində icarəyə verərək, gəlir əldə etdiyi qeyd etsə də, bununla əlaqədar mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, əldən çıxmış fayda kimi 143.225 manat maddi zərərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə məhz 10625 manat məbləğində pul vəsaiti tutulmalıdır.

10. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “100.000 manat məbləğində vurulmuş mənəvi ziyanın ödənilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.2, 152.3, 152.5, 157.4, 213.1, 213.2, 215.2, 216-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verərək, iddiaçı qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması, cavabdeh isə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

13. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əldən çıxmış fayda kimi maddi zərərin tutulması ilə bağlı iddia tələbinin təmin edilməməsi hissəsində gəldiyi nəticə qanunsuz və əsassızıdr. Belə ki, məhkəmənin iddiaçı cavabdehin həmin qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixdən hal-hazıradək olan müddət ərzində aylıq 2500 manat müqabilində icarəyə verərək, gəlir əldə etdiyi qeyd etsə də, bununla əlaqədar mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsi ilə bağlı mövqeyi iş materiallarında olan sübutlarla zidiyyət təşkil edir. Çünki iddiaçı tərəf olaraq onlar bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim ediblər. Hətta cavabdeh özü də məhkəmə iclasında iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsinə maneçiliklər törətməsini etiraf etmişdir. Məhkəmə həmçinin “100.000 manat məbləğində vurulmuş mənəvi ziyanın ödənilməsi” hissəsində gəldiyi nəticədə qanunsuz və əsassızdır. Çünki məhkəmə iclasında sübut olundu ki, ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratmetr qeyri-yaşayış sahəsinin 85 faizi iddiaçının paylı mülkiyyətindədir. Lakin qeyri-yaşayış sahəsinin 15%-nin sahibi olan cavabdeh iddiaçıya həmin qeyri-yaşayış sahəsindən sahiblik və istifadə ilə əlaqədar maneələr yaradır. İddiaçı cavabdehin həmin qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixdən hal-hazıradək olan müddət ərzində aylıq 2500 manat müqabilində icarəyə verərək, gəlir əldə etməsi ilə əlaqədar məh kəməyə mötəbər sübutlar təqdim etmişdir. Həmin sübutlar isə aşağıdakılardır: Məhkəməyə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2159/2023 saylı qətnaməsi təqdim edilmişdir. Həmin qətnamədən də görünür ki, cavabdeh X2 2090 manat məbləğində vəsaitin və 64 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı X6 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamələrdən müəyyən olunur ki, X8 M.Davudoğlu küçəsi 16 ünvanında yerləşən obyekti icarəyə vermək vədi ilə X3 ümumilikdə 2090 manat pul vəsaiti almışdır; "xxxx" MMC-nin xx.xx.2024cü il tarixli QXM/380/24 №-li qiymətləndirmə rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1 aylıq icarə dəyərinin bazar dəyəri 2500 manat müəyyən edilmişdir.

14. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmış dır ki, məhkəmənin iddia tələbinin təmin edilməsi hissəsində gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, ünvan 1 ünvanında yerləşən, 217.8 kvadrat metr qeyri-yaşayış sahəsinin 15% hissəsi, yəni 32.67 kvadratmetr qeyri-yaşayış sahəsi cavabdehin paylı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş, cavabdeh X8 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh antenlərin qurulması üçün həmin binanın damının 12 kv.m hissəsini "xxxx" MMC-yə icarəyə vermişdir. Payın naturada bölgüsü olmadığına baxmayaraq, məhkəmə bu hissəyə qiymət verməmiş, payların naturda bölgüsü ilə bağlı heç bir sübut əldə etməyə cəhd etməmiş, indiyədək ödənilmiş icarə haqqının paylara mütənasib olaraq bölünməsi ilə bağlı qətnamə qəbul etmişdir. Lakin məhkəmə bu hissədə nəzərə almamışdır ki, cavabdeh paylı mülkiyyətdə olan əşyanın istifadəsindən gəlir əldə etməmişdir. O, obyektin yalnızca 12 kv.m hissəsini icarəyə vermişdir, bu icarə münasibətləri isə obyektin üzərində İcarəçi tərəfindən anten quraşdırılması ilə sona çatmışdır. İddiaçı yenə də özünə aid olan 85% hissəni icarəyə vermək hüququndan məhrum olmamışdır. Bu bəndə o zaman istinad etmək əsaslı olardı ki, cavabdeh bütün obyekti icarəyə versin və mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri arasında əldə edilən gəlirin bölüşdürülməsi ilə bağlı hər hansı razılaşma olmasın. Mülki Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Həmçinin, məhkəmənin ünvan 1 ünvanında yerləşən, 217.8 kvadratme tr qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam) məhdudlaşdıran manelərinin (qapını qıfıllaması, onun qeyri-yaşayış sahəsinə daxil olmasına, kommunal xidmətlərdən, telefondan, internetdən və s. istifadə etməsinə qarşı edilmiş hərəkətlərinin) aradan qaldırılması, həmçinin mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması ilə bağlı gəldiyi nəticə də əsassızdır. Belə ki, cavabdeh iddiaçıya heç vaxt maneələr yaratmamış, iddiaçının həmin qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçilərin həmin sahədə tikinti bərpa işləri ilə bağlı məhkəməyə təqdim edilmiş video görüntü materialları bunu bir daha sübut edir. Cavabdeh özünə məxsus olan digər obyektdən mübahisə predmeti olan obyekti kommunal xidmətlərlə təmin etməkdən im tina etmiş, bunu da onun mülkiyyətçi kimi konstitusion hüquqları ilə əsaslandırmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4022/2024 nömrəli iş üzrə 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə üzrə aşağıdakıları qeyd etmişdir:

17. Birinci tələblə bağlı qeyd edir ki, iddiaçı cavabdehə paylı mülkiyyət hüququnu həyata keçirməkdə maneələr yaradır. Maneələrin yaradılması birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər X9 və X4 ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 157.4 və 215.4-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi təmin etməklə düzgün nəticəyə gəlib.

18. İkinci tələbə, yəni əldən çıxmış faydanın əvəzinin tutulması tələbinə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh qeyri-yaşayış sahəsinin damında 12 kv.m hissəni "xxxx" MMC-yə icarəyə verərək 12.500 manat icarə haqqı əldə edib. Bu, işdə olan xx.xx.2019-cu il tarixli müqavilənin məzmunu və cavabdehin izahatı ilə təsdiq olunur. İddiaçı qeyri-yaşayış sahəsinin 85 faizinin mülkiyyətçisi olduğuna görə həmin 12.500 manatın 85 faizi – 10.625 manat iddiaçıya çatmalıdır. Bu qayda Mülki Məcəllənin 216-cı maddəsinin göstərişindən irəli gəlir. Ona görə də birinci instansiya məhkəməsi ikinci təl əbi qismən təmin etməklə, yəni 10.625 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Cavabdehin qeyriyaşayış sahəsindən başqa gəlirlər əldə etdiyini və ya cavabdehin qeyri-yaşayış sahəsindən iddiaçının başqa gəlirlər əldə etməsinə mane olduğunu təsdiq edən sübutlar yoxdur. İddiaçının paylı mülkiyyət hüququ xx.xx.2019-cu ildə reyestrdə qeydə alınıb, hazırkı iddia isə 5 il sonra - xx.xx.2024-cü ildə verilib. Əgər qeyri-yaşayış sahəsindən başqa gəlir əldə edilməsi üçün real imkanlar olmuşdursa, cavabdeh isə iddiaçıya bu gəlirləri əldə etməyə əsassız maneələr yaratmışdırsa, ağlabatan mühakiməyə görə iddiaçı qısa müddətdə məhkəməyə müraciət etməli idi, çünki iddiaçı gəlirdən 5 il ərzində səbəbsiz yerə imtina etməz. Ona görə də birinci instansiya məhkəməsi ikinci tələbin qalan hissəsini rədd etməklə düzgün nəticəyə gəlib, bu nəticə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə uyğundur.

19. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə aid hissəyə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıya mənəvi zərər vuruduğu müəyyən edilmir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 215.4, 21, 23, “Mənəvi zərərin ödənilməsi barədə q anunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv olunması və həmin hissədə yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutların tam araşdırılmamasına apellyasiya instansiyasında qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulmasını sübut edən video görüntüyə, səs yazılarına, ca vabdehin obyekti 2090 manata Nuriyeva Naibə adlı şəxsə icarəyə verməsi və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğuna, qiymətləndirmə mərkəzi tərəfindən verilmiş obyektin aylıq icarə haqqının 2500 manat olması haqqında rəyinə birinci instansiya məhkəməsinin lazımi qiymət verməməsinə apellyasiya instansiyası hüquqi qiymət verməmişdir.

23. Məhkəmə iddianı qismən təmin etməklə cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkətlərini təsdiq etmiş olduğu üçün mənəvi zərərlə bağlı iddia tələbini də ən azından ağlabatan miqdarda təmin etməli idi. Apellyasiya məhkəməsi bu hallara qanunamüvafiq qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

30. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

31. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

32. Maddə

216. Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövc ud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yənin iddianın rədd edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

44. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyə nləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2024-cü il tarixli 2(103)4022/2024 saylı qətnaməsi iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar