Məhkəmə qərarları › İş №2(102)-374/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-374/2024

20.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-374/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 (qanuni nümayəndəsi Qanuni nümayəndə) Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: mənzilə köçürülmə, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5198/2023 saylı iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçıları n qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə 20 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Qanuni nümayəndə və Nümayəndə2 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx xxxxx 2013-cu il təvəllüdlü İddiaçı1 və xx xxxxxxx 2015-ci il təvəllüdlü İddiaçı2 anadan olmuşlar.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(001)165/2023 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın ləğv olunması, birgə nikahdan olan uşaqların analarının yanında saxlanılması, hər ay hər bir uşağa görə 193 manat alimentin Nümayəndə2 tutularaq Qanuni nümayəndə ödənilməsi qət edilmişdir.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmla kın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 30 sentyabr 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti ev 14/170, 42 saylı mənzili 02 iyun 2015-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2015-ci il təvəllüdlü İddiaçı2 anaları və qanuni nümayəndələri Qanuni nümayəndə (Mirzakhanova Madina) Tofikovna ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/170, 42 ünvanda yerləşən mənzilə (bundan sonra – mübahisəli mənzil) köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia tələbi için yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılmışdır ki, Qanuni nümayəndə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməsindən sonra cavabdehin oğlu onun və övladlarının yaşadıqları mübahisəli mənzilə daxil olmasına imkan verməmişdir. Belə ki, Qanuni nümayəndə 17 avqust 2022-ci il tarixində məktəblərin açılması ilə əlaqədar İddiaçı1 Azərbaycan Respublikasına gətirmək üçün Dağıstana öz ana və atasının yanına getmiş və 23 avqust 2022-ci il tarixində qayıdanda ailə həyatı qurduqdan bəri yaşadığı mənzilə öz uşaqları ilə birlikdə daxil ola bilməmişdir. Onun tərəfindən bununla bağlı polis orqanları və İcra Hakimiyyətinə müraciət edilsə də, nəticə əldə olunmamışdır. Qanuni nümayəndə uşaqları ilə bir müddət qonşularda qalmış, xx.xx.2022-ci il tarixdə kirayə ev tapmışdır. Yetkinlik yaşına çatmayanların hər ikisi də Bakı şəhəri Binəqədi rayonu 276 saylı məktəbdə təhsil alır və onların tibbi poliklinika qeydiyyatı da həmin mənzil üzrədir. Beləliklə, onlar mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

6. Məhkəmə iclasında iştirak edən Qanuni Nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək göstərmişdir ki, mübahisəli mənzil Qanuni nümayəndə ilə cavabdehin oğlu Nümayəndə2 ailə həyatı qurana qədər dövlətin balansında olmuş, özəlləşdirilməsi isə nikahdan sonrakı dövrə təsadüf etmişdir. Qanuni nümayəndə orada olanda cavabdeh məzilin mülkiyyətçisi olmamışdır. Bunlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş edərək göstərmişdir ki, iddiaçı tərəf həmin mənzilin nikah bağlanan zaman dövlətin balansında olduğunu qeyd etsə də, xx.xx.1984-cü il tarixli orderə əsasən cavabdehin mənzilə istifadə hüquqları yaranıb. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanuna, keçmiş SSRİ qanunvericiliyinin tələblərinə əsasən, mənzil hüquqları Mənzil Məcəlləsinin tələblərinə əsasən 2009-cu ildən əvvəl yaranıbsa, sözü gedən mənzilin mülkiyyətçisi həmin şəxs hesab olunur. Qanunvericiliyə əsasən sözü gedən mənzilə order istifadə hüququna yox, birbaşa mülkiyyət hüququna dəlalət edir. Bundan başqa, qanunvericiliyə əsasən, uşaqların himayəçisi kimi ana və ata çıxış edir, nənə isə əsas himayəçi hesab edilmir. Ona görə də, onl arın həmin mənzilə köçürülməsi cavabdehin mülkiyyətçi kimi hüquqlarına birbaşa qəsd edir.

8. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı1 Oleq qızı həqiqətən 276 nömrəli tam orta məktəbin 4d sinfində oxuyur.

9. İş materiallarında olan xx.xx.1984-cü il tarixli, 233370 nömrəli orderə əsasən, cavabdeh və onunla yaşayan iki şəxs mübahisəli mənzildə yaşayış sahəsi əldə etmək hüququna malikdirlər.

10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 19 yanvar 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanı Cavabdeh adına 233370 saylı, 28 fevral 1984-cü il tarixli orderə, Nümayəndə2 razılıq ərizəsinə əsasən 02 iyun 2015-ci il tarixdə ilkin qeydiyyata alınmışdır.

11. Bakı Şəh əri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 4 may 2023-cü il tarixli, 2(001)-515/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tələbinin rədd olunması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini iş materiallarına istinadən onunla əsaslandırmışdır ki, iddiaçıların qanuni nümayəndəsi cavabdehin gəlini olmuş və həmin mənzilə 2012-ci ildə köçmüşdür və hazırda sonuncunun ailə üzvü sırasına daxil deyildir. Qanuni nümayəndə cavabdehdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən onun digər qohumu hesab edilmir. Odur ki, Qanuni nümayəndə mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Mənzilin mülkiyyətçisi olan cavabdehlə Qanuni nümayəndə arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun mənzildən istifadə hüququ yaranmamışdır. Bundan başqa Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Uşaqların yaşayış yerləri onların valideynlərinin (analarının) yaşayış yeri ilə müəyyən edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2023-cü tarixli qətnaməsinə əsasən isə uşaqların analarının yanında qalması qət edilmişdir və ananın yaşayış yaşayış yeri uşaqların yaşayış yeri hesab olunur.

13. Məhkəmə gəldiyi nəticəni Azərbayca n Respublikası Mülki Məcəlləsinin 27.2, 228, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarları, Mənzil Məcəlləsinin 30cu maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçıların qanuni nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilə köçürülmə tələbi qoyulan yetkinlik yaşına çatmayan şəxslər mülkiyyətçi olan nənənin doğma nəvələridir. Həmin uşaqlar Azərbaycan Respublikasının vətəndaşları deyillər və ölkədə qalma əsaslarını digər tərəfdən analarının iş yeri zərurəti meydana gətirir. Məhkəmə tərəfindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində ehtiva olunan “diqqətəlayiq digər hallar” və “müəyyən müddətə istifadə hüququnu saxlanması” ifadələr birbaşa hazırkı mülki işin təbiətinə uyğun gəlməkdədir. Ona görə də, uşaqların Azərbaycan Respublikasının hüdudları daxilində olduqları müddət ərzində sözügedən mənzildə yaşamalarına hazırkı maddənin məzmunu tam şəkildə icazə verir. Azyaşlılar qardaş bacıdırlar və onların birini digəri ndən ayırmaq məqsədə müvafiq olmayacaqdır, həmçinin, uşaqların yaşlarının az olmasını nəzərə alaraq, mənzilə köçürülmələrinin məhz onların qanuni nümayəndələrinin iştirakı ilə aparılması məqsədə müvafiq olacaqdır. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmayanların Azərbaycan Respublikasının vətəndaşları olmadıqları, onların bu ölkədə hər hansı digər qohumlarının olmadığını və analarının ölkə ərazisində diplomatik statusla yaşamalarını, həmçinin onların öz nənələrinə məxsus evdə yaşamaq istədiklərini, Qəyyumluq və Himayəçilik Komissiyasının iş üzrə uşaqların yaşayış sahəsi ilə əlaqədar vermiş olduğu rəyi nəzərə almamışdır. Məhkəmə qətnamədə iddiaçının mövqeyini elə qələmə vermişdir ki, guya ki, mənzilə köçürülmə tələbi məhz Qanuni nümayəndə məqsədidir. Halbuki, istər iddia ərizəsində, istərs ə də məhkəmə prosesləri zamanı Qanuni nümayəndə tərəfindən dəfələrlə məhkəmənin nəzərinə çatdırılmışdır ki, hazırkı iddia məhz azyaşlı uşaqların yaşayış yerinin təmin olunması məqsədilə verilmişdir. Məhkəmənin elektron sisteminə tərəflər arasında nikahın pozulması, uşaqların himayəsi və aliment tələbinə dair Binəqədi rayon məhkəməsində gedən digər mülki iş üzrə əldə edilmiş sübutu - Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 10 avqust 2022-ci il tarixli rəyinə heç bir qiymət verməmiş və ümumiyyətlə bu sübuta münasibət bildirməmişdir. Halbuki həmin rəydə qeyd edilmişdir ki, “uşaqların həyat şəraitinin müayinə edilməsinin nəticələrini və AR Ailə Məcəlləsinin 52, 58, 60-cı maddələrini nəzərə alaraq və uşaqların birlikdə öyrəşdikləri mühitdə böyümələri baxı mından onların iddiaçı Nümayəndə2 himayəsində qalması məqsədə müvafiq hesab edilmişdir”. Sözügedən rəy o səbəbdən belə verilmişdir ki, Nümayəndə2 həmin mənzildə yaşayırdı və uşaqların onun himayəsinə verilməsi barədə iddia irəli sürmüşdü. Əgər uşaqların müqəddəratı həll olunduğu bir işdə bu rəy nəzərə alınmırsa, o zaman ümumiyyətlə Qəyyumluq və Himayəçilik Komissiyasının bu institutunun mahiyyəti olmur. Məhkəmə iddia tələbini İddiaçı1 və İddiaçı2 münasibətdə rədd edərkən mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsi ilə əsaslandıraraq qeyd etmişdir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Halbuki, birincisi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən nəvələr öz n ənə və babalarına münasibətdə özlərinin saxlanmasını tələb edən şəxslər sırasına daxildirlər, ikincisi, Mirzəxanova əcnəbidir, onun Azərbaycan Respublikasında daimi yaşadığı yer yoxdur. Cavabdeh isə yetkinlik yaşına çatmayan uşaqların qan qohumu - doğma nənələridir.

16. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etirazı onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiası tərəfindən vahid məhkəmə təcrübəsi hazırda tam olaraq formalaşmışdır. Hazırki mübahisə ilə bağlı olaraq fikir ayrılığının olması formalaşmış məhkəmə praktikasından kənara çıxılması və nəticə etibari ilə birinci instansiya məhkəməsi Binəqədi Rayon Məhkəməsinin e-2(001)-515/2023 saylı qətnaməsinin ləğvi üçün əsas olmamalıdır. Mübahisəyə Mənzil Məcəlləsi nin 30.1 və 30.4-cü maddələri tətbiq edilməlidir. Belə ki, hazırda Qanuni nümayəndə cavabdehin ailə üzvü sırasına daxil deyildir. Qanuni nümayəndə cavabdehdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15ci fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən sonuncunun digər qohumu hesab edilmir. Nəticə etibarı ilə Mirzəxanovanın mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instans iyası məhkəməsi) 2(103)-5198/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı tələb Mənzil Məcəlləsinin 30.4- cü maddəsinə əsasən nəzərdə tutulduğu kimi “mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması” ilə bağlı deyildir, yetkinlik yaşına çatmayan uşaqların anaları ilə birlikdə mənzilə köçürülməsi ilə bağlıdır. Uşaqların qanuni nümayəndələrinin evdən istifadə hüququnun yaranmaması barədə birinci instansiya məhkəməsinin gəl diyi qənaət əsaslıdır və bu halın özü iddia ərizəsinin və apellyasiya şikayətinin əsasını təşkil etmir.

19. Digər tərəfdən məhkəmə qətnaməsinə əsasən uşaqların anaları ilə qalması qərara alındığından Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən onların yaşayış yeri anasının yaşayış yeri hesab olunur və iddianın təmin olunması yalnız uşaqların iddia tələbində qeyd olunduğu kimi anaları ilə birlikdə köçürülməsi halında mümkündür, lakin yuxarıda qeyd olunduğu kimi Qanuni nümayəndə həmin mənzilə köçürülməsi qüvvədə olan qanunvericiliyin tələblərinə görə mümkün deyildir.

20. Məhkəmə apellyasiya şikayətinin Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 10 avqust 2022-ci il tarixli rəyinə heç bir qiymət veriməməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin rəyin hazırkı iş üzrə sübut kimi qiymətləndirilməməsi hazırkı iş üçün heç bir əhəmiyyət kəsb etmir. Belə ki, həmin rəyə nikahın pozulması barədə işə baxılarkən qiymət verilmiş və məhkəmənin qətnaməsində qeyd olunmuşdur ki, “... rəydə qeyd olunanlar məhkəmə araşdırması zamanı tədqiq olunan digər sübutlarla öz təsdiqini tapmadığından qeyd olunan rəy mötəbər sübut kimi qəbul edilə bilməz”. Həmçinin rəydə uşaqların ataları ilə qalması onların mənafeyinə uyğun hesab olunsa da, məhkəmə qətnaməsinə əsasın uşaqların anaları ilə birlikdə qalması qət olunmuşdur. Əgər qətnamə çıxarılarkən həmin rəy əsas götürülərək uşaqların ataları ilə birlikdə qalması qərara alınsa idi, hazırda bu iddianın qaldırılmasına zərurət olmazdı.

21. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27. 2, 228.2 və 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4 və 30.5-ci və Ailə Məcəlləsinin 89-cu maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. İddiaçıların qanuni nümayəndəsi (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, qeyd olunmuşdur ki, işə baxan məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, uşaqların RF vətəndaşı olmaları, ananın Bakı şəhərində işləməsi bağlı burada qalmağa, təhsil almağa məcbur olduqlarını, başqa yaşayış yerlərinin olmadığını, cavabdehin uşaqların do ğma nənəsi olmasını nəzərə almamış, müvəqqəti olsa da onlara yaşayış sahəsindən istifadə hüqunun verilməsinin mümkünlüyü müzakirə edilməmişdir. Məhkəmə iddiaçıların cavabdehin ailə üzvləri olmaması kimi səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı mülahizə təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

26. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

27. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiy arına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbi nə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. İddiaçıların qanuni nümayəndəsinin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

38. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, mə hkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5198/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar