Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-374/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsız hesab edilməsi, hərracın nəticələrinin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Vəkil Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin, hər racın yekunların dair protokolun və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5266/2024 nömrəli 23 sentyabr 2024- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilərək, iddiaçıdan 139267,59 ABŞ dolları əsas, 3295.41 ABŞ dolları faiz, cəmi 142563 ABŞ dolları borcun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və evin altındakı torpaq sahəsinə yönəldilməsi, açıq hərracda satılması, satıldıqdan 1 ay sonra onun və X1 yaşayış evindən çıxarılması və evin boşaldılması qət edilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-94/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcu 2562,08 ABŞ dolları müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
4. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-94/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında ipoteka predmeti olan əmlakı satılması üçün açıq hərraca çıxarılmış və icra məmurunun sifarişi ilə hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Cavabdeh1 sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə 23 fevral 2023-cü il və 13 mart 2023-cü il tarixlərində iki hərrac keçirilmişdir.
5. Hərraclar baş tutmadığından, hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli 16/01- 1 saylı protokola əsasən, əmlak ipoteka saxlayan "xxxx" ASC tərəfindən 51000 manata əldə edilmişdir.
6. Cavabdeh1 27 yanvar 2023-cü il tarixli məktubuna əsasən, Gəncə Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(104)-94/2019 saylı icra vərəqəsinə əsasən borclular İddiaçı və X4 tələbkar "xxxx" ASC-yə olan cəmi 139267,59 ABŞ dolları məbləğində borcunun borclu İddiaçı m əxsus olan Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinə yönəldilməsi qərara alınmışdır. 7. “Azari” Express poçt-daşıma kuryer xidmətinin 14 fevral 2023-cü il tarixli aktından və xəbərnamələrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ünvanına göndərilmiş hərracın keçiriləcəyi yer və vaxt barədə məktublar “ünvan bağlıdır” qeydi ilə geri qaytarılmışdır. 8. “Birja Yenilikləri” qəzetinin 31 yanvar 2023-cü il və xx.xx.2023-cü il tarixli, 335 və 341 saylı çıxarışlarına əsasən, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar dərc edilmişdir. 9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 14 mart 202 3-cü il tarixli təklifə əsasən, Cavabdeh1 xx.xx.2023-cü il tarixli sifarişinə əsasən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin sahəsinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixli nömrəsində elan dərc olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmamaqla yəni 51000 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. 10. 7 aprel 2023-cü il tarixli Hərracın yekunları barədə 16/01-1 saylı protokolun və alqısatqı müqaviləsinin məzmununa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evi Gəncə Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(104)-94/2019 saylı icra vərəqəsinin, Cavabdeh1 285326/2022 saylı, xx.xx.2023cü il tarixli sifariş məktubuna əsasən Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin nümayəndəsi X3 51000 manata satılmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin "xxxx" ASC-nin mülkiyyətində olmasına dair xx.xx.2023-cü il tarixdə qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “hərracın nət icələrinin, hərracın yekunların dair protokolun və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli 16/01-1 saylı protokolun və həmin əmlaka dair daşınmaz əmlakın reyestri xidməti tərəfindən "xxxx" ASC-nin adına verilmiş **********42 nömrəli reyestr və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və hərracın yenidən təşkil olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 açıq hərracın keçirilmə si ilə bağlı "Külək” MMC-yə verdiyi sifarişdən, həmçinin hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclardan onun xəbəri olmayıb. Belə ki, hərracların keçirilmə yeri və vaxtı barədə ona bildirişlər göndərilməyib, hərrac onun iştirakı olmadan keçirilib. Bununla da, həm Cavabdeh1, həm də hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydaları ilə bağlı "İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun bir sıra tələbləri pozulmuşdur. Belə ki, "İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsa sən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifariş verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Lakin, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığı olmadan hərracın keçirilməsini "Külək” MMC-yə həvalə elmişdir. Bununla bağlı Gəncə İcra İdarəsindən, həmçinin hərrac təşkilatı tərəfindən ona hər hansı müraciət edilməyib və onun belə bir razılığı alınmamışdır.
14. Birinci instansiya məhkəməsində cavabdehlər iddiaya etiraz verməmişlər.
15. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 etiraz ərizəsi təqdim e dərək, Cavabdeh1 və Respublika xammal və əmtəə birjasının "xxxx" MMC tərəfindən hərracın keçirilməsi dair yeri və vaxtı barədə tərəf xəbərdar olunduğunu, tərəfə poçt, telefon və sms vasitəsi ilə hərracın yeri və vaxtı barədə məlumat verildiyini, iddiaçının hərracdan xəbəri olduğunu və bu iddianın yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını mümkünsüz etmək məqsədi ilə verildiyini, Gəncə şəhəri ürzə İcra idarəsinin öz növbəsində dəfələrlə poçt, telefon vasitəsi ilə xəbərdar etmiş və iddiaçının 2 dəfə idarəyə dəvət olunaraq hərrac barəsində xəbərdarlıq verildiyini bildirmişdir.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1628/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir.
18. İddiaçının hərracın keçirilməsi ilə bağlı bildirişlərin ona çatdırılmaması dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı adına bildirişlər ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə göndərilmişdir. Göründüyü kimi, hərracın keçirilməsinə dair bildiriş i poteka qoyulmuş mənzilin yerləşdiyi ünvana göndərilmişdir. Mövcud qanunvericilik normalarına uyğun olaraq isə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. Hərracın keçirilməsi zamanı qüvvədə olan “İpoteka haqq ında” Qanunun 36.1-ci maddəsinin yeni redaksiyasına əsasən - ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
19. Daşınmaz əşyanın satılma sı ilə bağlı keçirilmiş hərraca dair bildirişlərin çatdırılmaması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokolun etibarsız hesab edilməsinə dair tələb təmin edilməmişdir. Birinci instansiya məhkəməsi prosessual qənaət prinsipindən çıxış edərək qeyd etmişdir ki, hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokol etibarsız hesab edilmədiyindən iddia protokola əsaslanan alğı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və hərracın yenidən təşkil olunması hissəsində də əlavə araşdırılma aparılmadan rədd edilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 319.5, 415.2, 416-cı, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.5, 43.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” 30 dekabr 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən keçirilmiş hərrac onun xəbəri və iştirakı olmadan keçirilmiş və bununla da hüquqları pozulmuşdur. Lakin, məhkəmə, icra məmuru tərəfindən hərracın keçirilməsi barədə sifariş verilərkən, ipoteka qoyanın razılığının alınmaması faktını araşdırmamış və buna qiymət verməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, iddiaçı iddianın əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, məhkəmənin bu qənaəti səhvdir və qəbul etdiyi qətnamə işin hallarına uyğun gəlmir. Belə ki, əksinə, cavabdehlər tərəfindən hərracın keçirilməsi barədə göndərilmiş bildirişlərin iddiaçı tərəfindən qəbul edilərək imzalanmasına dair hər hansı sübut təqdim edilməmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 sentyabr 2024-cü il tarixli, 2(103)-5266/2024 saylı qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən, məruzəçi), C.C.Mus ayeva və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, “Cavabdeh1 sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə 23 fevral 2023-cü il və 13 mart 2023-cü il tarixlərində iki hərrac keçirilmişdir. Hərraclar baş tutmadığından, hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli 16/01-1 saylı protokola əsasən, əmlak ipoteka saxlayan "xxxx" ASC tərəfindən 51 000 manata əldə edilmişdir.
25. İş materiallarında olan xəbərnamənin sürətindən görünmüşdür ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hərrac təşkilatı tərəfləri məlumatlandırmaq üçün lazımı tədbirlər görmüşdür. O cümlədən, elektron sistem məlumatlarından müəyyən olunmuşdur ki, "xxxx" MMC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
27. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 414.1, 414.2, 414.3, 414.4, 414.5, 414.5-ci, “İpoteka haqqında” Qanunun 41.2, 42.1, 43.4, 43.5, 43.7-cü, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərə k, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi Mülki Məcəllənin 6.1.8, 416-cı maddələri, prosessual pozuntu kimi MPM-in 388 və 390-cı maddələrinə istinad edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən keçirilmiş hərrac iddiaçının xəbəri və iştirakı olmadan keçirilmiş və bununla da, hüquqları pozulmuşdur. Lakin, məhkəmə qəbul etdiyi qərarla hüquqlarını bərpa etməmişdir. Hərracın qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilməməsinə baxmayaraq, məhkəmə maddi hüquq normasının tələblərini tətbiq etməmiş, hərracın nəticələrini etibarsız hesab etməmişdir. Məhkəmə qətnamədə qey d edir ki, iddiaçı iddianın əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, məhkəmənin bu qənaəti səhvdir və qəbul etdiyi qətnamə işin hallarına uyğun gəlmir. Belə ki, əksinə, cavabdehlər tərəfindən hərracın keçirilməsi barədə göndərilmiş bildirişlərin iddiaçı tərəfindən qəbul edilərək imzalanmasına dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə bütün halları tam araşdırmamışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daim i fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Lakin, məhkəmə, icra məmuru tərəfindən hərracın keçirilməsi barədə sifariş verilərkən, ipoteka qoyanın razılığının alınmaması faktını araşdırmamış və buna qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir.
32. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydala rı pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
33. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
34. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
35. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi m üddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
36. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
37. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərrac a çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
38. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər ol sun.
39. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, istinad edilən maddi hüquq normalarının pozuntusuna yol verildiyi müəyyən edilmir.
49. İddiaçının kassasiya şikayətinin dəlili apellyasiya şikayətinin dəlili ilə eyni olmuş, həmin dəlil üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq 23 fevral 2023 -cü il və 13 mart 2023-cü il tarixlərdə keçirilmiş hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına, o cümlədən iddiaçıya göndərilmiş, hərracla bağlı qəzetlərdə elanlar verilmişdir.
50. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, hərrac təşkilatı tərəfləri məlumatlandırmaq üçün qanunda nəzərdə tutulmuş vəzifəsini icra etdiyindən, iddiaçı qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişlər çatmadığından hərracın etibarsız hesab edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.
51. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədə n saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5266/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.