Məhkəmə qərarları › İş №2(102)-3740/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3740/2022

12.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3740/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarma, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-354/2022 nömrəli iş üzrə 02 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə komitəsinin (bundan sonra – XDS İK) 387 saylı, 19 avqust 1977-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi ev 1-də yerləşən 2 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) İddiaçı1 3 nəfər ailə tərkibi ilə yaşaması üçün ayrılmış, 2173 saylı order əsasında iddiaçı, İddiaçı2 və Natiq Rəsulov həmin mənzilə köçürülmüşlər.

2. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2014-cü ilə tarixli, 2(060)-367/2014 saylı qətnaməsi ilə Həsənova Şükufə Həsən qızı, X3 və X1 mübahisəli mənzildən çıxarılmaları və 3500 ABŞ dollarının İddiaçı1 alınaraq Həsənova Şükufə Həsən qızına verilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də yişdirilmədən saxlanılmışdır.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı2 və qeyrilərinə qarşı X2 və qeyrilərini maraqlı şəxs qismində işə cəlb etməklə mübahisəli mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun tanınması üçün qanuni əsaslar mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (bundan sonra – cavabdeh) qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli mənzildən çıxarılması və onların həmin mənzilə köçürülmələri barədə qətnamə qət olunmasını xahiş etmişdir.

7. İl kin iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak 2 otaqdan ibarətdir. Mənzilin əsas kirayəçisi İddiaçı1dır. Cavabdeh bu mənzili 29 iyul 2019-cu ildə qanunsuz olaraq zəbt etmiş və sonra da Sumqayıt Şəhər Məhkəməsində həmin evə istifadə hüququnun tanınması barədə iddia qaldırmışdır. Lakin məhkəmə qərarları ilə onun iddia tələbi rədd olunmuşdur. Cavabdeh mənzili könüllü olaraq boşaltmır və bu səbəbdən də, iddiaçılar həmin mənzilə daxil olaraq orada yaşamaq hüququndan məhrum edilmişlər. Artıq 2-ci ildir ki, cavabdeh onların mənzilində yaşamaqla həmin mənzildən məhrum olmaqlarına və başqa ünvanlarda müvəqqəti yaşamaq məcburiyyətində qalmaqlarına səbəb olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-367/2014 saylı qətnaməsi ilə cavabdehin qohumları - anası H əsənova Şükufə və qardaşları Həsənov Firdovsi və Həsənov Novruzun mübahisəli mənzildən çıxarılmaları qət edilmişdir. İllərlə davam edən icra hərəkətlərindən sonra nəhayət ki, qətnamə icra edilmiş və xx.xx.2019-cu il tarixdə qeyd olunan şəxslər mənzildən çıxarılmış və mənzilin açarları iddiaçılara təqdim olunmuşdur. Mənzildə cavabdehlərə məxsus olan bəzi əmlakların qalması və onlar tərəfindən götürüləcəyi barədə akt tərtib olunmuş və tərəflərindən qətnamə ilə qət edilmiş 3500 ABŞ dolları məbləğində pul Şükufə Həsənovaya ödənilmişdir. Lakin hazırkı iş üzrə cavabdeh əvvəlki iş üzrə cavabdehlər mənzildən çıxan kimi mənzilə daxil olmuş və qətnamədə onun adı olmadığı üçün icra məmuru cavabdehi mənzildən çıxara bilməmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il ta rixli Qərarı ilə hazırkı iddia tələbi üzrə cavabdehin mənzilə istifadə hüququnun tanınması barədə iddiasının rədd olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə qalmış və kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh iddiaçının mənzilində qanunsuz yaşadığı üçün mənzildən çıxarılmalıdır.

8. Cavabdeh qarşılıqlı iddia verərək, mübahisəli mənzilə dair verilmiş 2179 saylı, 29 avqust 1977-ci il tarixli orderin etibarsız hesab olunmasını və iddiaçıların mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil dövlət mülkiyyətindədir və cavabdeh iddiaçıların razılığı ilə köçürülməklə bu günədək orada qeydiyyatsız yaşayır. Belə ki, 21 aprel 2001-ci il tarixində İddiaçı1 onu mənzilə köçü rmüş, iddiaçı orada yaşamaqla mənzildən istifadə hüququ əldə etmişdir. Ona görə də, onun mənzildən çıxarılması barədə ilkin iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2015-ci il tarixli qərarı ilə Həsənova Şükufə Həsən qızının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyul 2014-cü il tarixli, 2(105)-927/2014 saylı qətnaməsi qarşılıqlı iddia ilə də ləğv edilmiş, iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrdə cavabdehin adı qeyd olunmamış o, məhkəmə proseslərinə cəlb edilməmişdir. İddiaçılar mübahisəli mənzildə yaşamamış, mənzildən istifadə etməmiş, uzun müddət başqa ünvanda yaşa maqla mübahisəli mənzilə istifadə hüquqlarını itirmişlər. O, isə həmin mənzildə qeydiyyatsız olsa da, uzun müddət yaşamış və istifadə etməklə mənzilə dair istifadə hüququ əldə etmişlər.

10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-4983/2021 nömrəli iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) ilkin iddianın təmin edilməsi, Cavabdeh mübahisəli mənzildən çıxarılması, iddiaçıların həmin mənzilə köçürülmələri, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh mübahisəli əmlakla bağlı hərəkət etməyə subyektiv hüququ yoxdur. Həmçinin 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən Mənzil şəraitini yaxşı laşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiy ası məhkəməsində icraat

13. Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-880/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddiaçının mübahisəli mənzil üzərində hər hansı bir hüququnun yaranmadığı qüvvədə olan məhkəmə aktlarında öz təsdiq ini tapdığından, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

16. Məhkəmə öz mövqeyini Vəkilnın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassator Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4cü maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz dax il olmamışdır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə

13. Azərbayc an Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

23. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. xx.xx.1982-ci il tarixdən xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi

24. Maddə

49. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyə tə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 417.1.1. kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İddiaçının kassasiya şikayətlərinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, baxılan iş üzrə cavabdehin iddiaçı olduğu digər mülki iş üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ yoxdur.

35. MPM-in 82.3-cü maddəsinə əsasən bu hal hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilə və yenidən araşdırıla bilməz.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-354/2022 nömrəli iş üzrə 02 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar