Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3740/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğu və Cavabdeh4 qarşı QƏRARİ (Açar sözlər: miras əmlakın faktiki qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, X26 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğu və Cavabdeh4 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-71/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah akt qeydi üzrə çıxarışa əsasən, X14 ilə X17 xx.xx.1957-ci il tarixdə nikaha daxil olmuşdurlar.
2. Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cü il 06 nömrəli qərarına əsasən, Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.04 ha təsərrüfat təyinatlı torpaq sahəsi (JN-132) və 0.19 ha həyətyanı torpaq sahəsi (JN-085A) mülkiyyət hüququ əsasında X8 və X11 məxsus olmuşdur.
3. Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Az-İ № 871595 nömrəli və xx.xx.2022-ci il tarixli Az-İ № 586282 nömrəli ölüm akt qeydi üzrə çıxarışlara əsasən, X14 xx.xx.2017-ci il tarixdə, X17 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
4. Şərur r ayon Məmmədsabir kənd İƏDN-in xx.xx.2022-ci il tarixli 107 nömrəli arayışına əsasən, X14 və X17 vəfat edəndən sonra onun vərəsləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğu, İddiaçı, Cavabdeh4 qalmışdır. 5. xx.xx.2022-ci il tarixli Şərur rayon 1 saylı notariat ofisinə verilmiş ərizəyə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə X4 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. 6. xx.xx.2022-ci il tarixli Şərur rayon 2 saylı notariat ofisinə verilmiş ərizəyə əsasən, Cavabdeh2 xx.xx.2022-ci il il tarixdə X2 və X4 qalmış mirası qəbul etmədiyini, həmin mirasdan bacısı İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. 7. xx.xx.2022-ci il tarixli Şərur rayon 2 saylı notariat ofisinə verilmiş ərizəyə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə X2 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir.
8. Şə rur Rayon 1 Saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
9. Cavabdeh4 tərəfindən təqdim edilmiş kommunal ödənişlərə dair qəbzlərə əsasən, 2022-ci ilin aprel-iyun ayları ərzində qaz və elektrik sərfiyyatı ilə bağlı Cavabdeh4 tərəfindən kommunal ödənişlər ödənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X5 ölümündən sonra miras qalmış Şərur rayon Məmmədsabir kəndində 0.0369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.1945 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 fərdi yaşayış evlərinin anası X17 tərəfindən qəbul edilməsi, anasının ölümündən sonra is ə faktiki olaraq həmin miras əmlakların onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
11. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi atası X14 ilə anası X15 1951-ci ildə nikaha daxil olmadan evlənərək bir yerdə yaşadıqlarını, 1953-cü ildə qardaşı Cavabdeh1, 1955-ci ildə bacısı Cavabdeh2 doğulduğunu, xx.xx.1957-ci ildə nikaha daxil olduqdan sonra 1958-ci ildə qardaşı Cavabdeh3 oğu, 1961-ci ildə özünün, 1964-cü ildə qardaşı Cavabdeh4 doğulduqlarını, atasının xx.xx.2017-ci il tarixdə, anasının isə xx.xx.2022-ci il tarixdə öldükərini, onların ölümündən sonra Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.0369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.1945 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 fərdi y aşayış evlərinin miras qaldığını, valideynlərinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğu, İddiaçı, Cavabdeh4 vərəsləri olduqlarını, atasının ölümündən sonra həmin miras əmlaklarının anasını qəbul etdiyini, anasının ölümündən sonra həmin miras əmlakları faktiki olaraq özünün qəbul etdiyini, xx.xx.2022-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət etdiyini, valideynlərinin ölümündən əvvəl cavabdehlərin evlənərək özlərinə aid evdə yaşadıqlarını, valideynlərinin ölümündən sonra cavabdehlərdən heç biri həmin mirasa sahiblik etmədiyini, valideynlərinə verilmiş JN-85A nömrəli torpağın mülkiyyətə veilməsinə dair şəhadətnamə itdiyindən bu barədə qəzetdə elan verdiyini, bundan sonra Naxçıvan MR Daşınmaz Əmlakvə Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edərək valideynlərinin adına torpaq s ahəsinin olması barədə arayış aldığını, vərəsəlik şəhadətnaməsinin alınması üçün Şərur rayon 1 saylı Notariat Ofisinə müraciət etdiyini, notariat ofisi xx.xx.2022-ci il tarixli qərarında vərəsəlik şəhadətnaməsindən rəsmi olaraq imtina etdiyini bildirmişdir.
12. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, əlavə olaraq həmin torpaq sahəsində 2 evin olduğunu, onların birində valideynlərinin, digərində isə Qulu və onun ailə üzvlərinin yaşayırdıqlarını, anasının xəstə olan vaxtı 3 ay ərzində ona özünün baxdığını, anası vəfat etdikdən sonra qırxına kimi gedib-gəldiyini, onun yeddisini, cümə axşamlarını keçirtdiyini, anasının vəfatının 3-cü günündə Qulunun evin açarlarını ondan aldığını, yas mərasiminin xər clərinin anasının pensiyası ilə ödənildiyini, anasının 28 mart 2022-ci il tarixində vəfat etdiyini, ilk dəfə notariusa 15 iyul 2022-ci ildə müraciət etdiyini, mirasın qəbulu barədə ərizəni 01 avqust 2022-ci il tarixində verdiyini, mirasın qəbulu ilə bağlı 3 ay ərzində notariusa müraciət etdiyini, notariusun torpağın, evin sənədlərini sənədləri istədiyini, lakin sənədlərin ondan olmadığından ərizəsini qəbul etməkdən imtina etdiklərini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul etmədiyini, anasının xəstə olanda qardaşı İsgəndərin anasına baxdığını, Solmazın həftədə 1 dəfə gəlibgetdiyini, yas mərasiminin həmin evdə keçirildiyini, üçü çıxdıqdan sonra Solmaz gedəndə evin açarlarını ondan istədiyini, Solmazın da açar lar üstünə ataraq getdiyini, anasının qırxına kimi Solmazın cümə axşamları gəldiyini, o evin onların ata evi olduğunu, istəyənin gəlib qala biləcəyini, Solmazın isə məqsədi onu adına keçirib satmaq olduğunu, bir həyətdə 2 evin olduğunu, həmin evinin birində ailə üzvləri ilə yaşadıqlarını, valideynlərinin yaşadığı evdə isə heç kimin yaşamadığını, həmin həyətə özünün baxdığını, ağaclarını suvardığını, valideynlərinin yaşadığı evin 1961-ci ildə müqavilə ilə alındığını, digər evi isə 1984-1985-ci illərdə atası tərəfindən tikilməyə başladığını, həmin evlərin üzərində tikildiyi 0.19 ha həyətyanı torpaq sahəsinin ata-anasının mülkiyyəti olduğunu, evlərin isə heç birinin mülkiyyət sənədinin olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
14. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə keçiri lən məhkəmə iclasında iştirak edən zaman verdiyi izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, bacıları Solmaz ilə Qulu arasında evin açarları üstündə mübahisə yarandığını, Qulunun kiçik qardaş kimi valideynlərinin himayəsində yaşadığını, anaları xəstə olandabacıları Solmazla Tovuzun gedib-gəldiklərini, lakin analarına İsgəndərin baxdığını, analarını sağlığında və o vəfat edəndən sonra Solmazın orada yaşamadığını, yəni faktiki olaraq mirası qəbul etmədiyini, evin açarlarının Quluda olduğunu, kənd təsərrüfat təyinatlı torpaq sahəsini əvvəldən özünün əkdiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
15. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən zaman verdiyi izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, an ası xəstə olan vaxtı onun bütün ehtiyaclarını özünün qarşıladığını, onun yemeyini bişirdiyini, Solmazla Tovuzun həftədə 1 dəfə analarının yanına gəldiklərini, anasının vəfatından sonra Solmaz yeddisində çıxıb, cümə axşamları, bir də 40-da gəldiyini, yasın xərclərini anasının pensiyası ilə qarşıladığını, Solmazın öz torpaq sahəsi olduğunu, onu satıb Naxçıva şəhərinə gedərək orada yaşamağa başladığını, valideynlərinin bu ev kiçik qardaşları Qulu və onun oğlu Arazın olduğunu həmişə dediklərini, həmin evdə Solmazın yaşamadığını, həmin evə anası öləndən sonra da Qulunun baxdığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən şahid X16 ifadəsində və verilən suallara cavabında anaları xəstə olanda ona Solmaz, Tovuz və İsgəndərin baxdığını, İsgəndərin anası nın pensiyası ilə onu saxladığını, yanında İsgəndərin qaldığını, analarının yas mərasimində iştirak etdiyini, yeddisini vermək üçün Solmaz və Tovuzla ora getdiklərini, Qulunun onların dalına düşərək evin açarlarını Solmazın əlindən aldığını bildirmişdir.
17. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında tərəflərlə hasar qonşusu olduqlarını, analarının 5- 6 ay xəstə olduğunu, xəstə olan vaxtı analarına İsgəndər, Solmaz, Tovuzun baxdığını, bacılar gedib-gəldiyini, İsgəndərin isə yanında qaldığını, anaları rəhmətə gedəndən sonra o evdə heç kimin yaşamadığını, həmin həyətə Qulunun baxdığını, çünki Qulunun da evi həmin həyətdə yerləşdiyini, çöl torpağı ilə bağlı hər hansı məlumatının olmadığını, anasının ölməmişdən qabaq Solmazın gəldiyini gördüyünü, lakin ö ldükdən sonra onu orada görmədiyini bildirmişdir.
18. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində və verilən suallara cavabında onlarla qonşu olduğunu, aralarında bir ev olduğunu, analarına İsgəndərin baxdığını, Tovuzla Solmaz isə gedib-gəldiklərini, anaları vəfat etdikdən sonra həmin evin boş olduğunu, evin işıqlarının yanmadığını, həyətin girişinin bir olduğunu, həmin həyətdə iki evin olduğunu, həmin evin birində də Qulunun yaşadığını bildirmişdir.
19. Şərur Rayon Məhkəməsinin (sədrlik edən M.Əliyev) 02 mart 2023-cü il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, X17 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun vərəsələri Cavabdeh1, Cavabdeh2, C avabdeh3 oğu, İddiaçı, Cavabdeh4dur. X17 öldükdən 4 ay sonra iddiaçı xx.xx.2022-ci il tarixdə mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. Digər vərəsələr mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişlər. Şərur Rayon 1 Saylı Notariat Kontoruxx.xx.2022-ci il tarixli qərarı ilə X4 qalan mirasa İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Şərur Rayon 2 Saylı Notariat Kontoru xx.xx.2022-ci il tarixli 25 nömrəli qərarı ilə X2 qalan mirasa İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. İddiaçı bundan sonra mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflərin izahatı, şahid ifadələri və yazılı sübutlarla müəyyən olundu ki, iddiaçı tərəfindən miras faktiki qəbul edilməmişdir. Quliyeva Kübra və Quliyev Yunisdən miras qalan 0.19 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evlərindən birində həmin şəxslərin sağlığında və vəfatından sonra Cavabdeh4 yaşamışdır. Buna görə də iddiaçının tələbi əsassız olduğundan iddia rədd edilməlidir.
21. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146, 1243.2, 1246, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 80-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
22. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olu nması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, məhkəmə iclasında iştirak edərkən izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan hallarıəsdiq etdiyini, əlavə mübahisələndirilən həmin torpaq sahəsində 2 evi olduğunu, onların birində valideynlərinin, digərində isə Qulu və onun ailə üzvlərinin yaşadığını bildirmişdir. Anası xəstə olan vaxtı 3 ay ərzində ona özü baxmış, anası vəfat etdikdən sonra qırxa kimi gedib-gəlmiş, onun yeddisini, cümə axşamlarını keçirmişdir. Anasının vəfatının 3-cü günündə Qulu evin açarlarını ondan almışdır. Yas mərasiminin xərcləri anasının pensiyası ilə ödənilmişdir. Anası 28 mart 2022-cı il tarixində vəfat etmiş, ilk dəfə notariusa 28 iyu n 2022-ci ildə müraciət etmişdir. Mirasın qəbulu barədə ərizəni 01 avqust 2022-ci il tarixində vermiş, notarius torpağın, evin sənədlərini istəmiş, lakin sənədlər onda olmadığından ərizəsini qəbul etməkdən imtina edilmişdir. O, 01 avqust 2022-ci il tarixdə 28 mart 2022-cı il tarixdə vəfat etmiş X10 mirasını qəbul etməyi ilə bağlı 01 avqust 2022-ci il tarixdə Şərur rayonu 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, yəni müddəti buraxmamışdır. Lakin notariat ofisi əsassız olaraq 16 noyabr 2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyriobyektiv və bir tərəfli baxılmış, işin faktiki hallan araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İddia tələbinin təmin edilməməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. O, mirası formal olaraq qəbul etmiş, miras onun tərəfindən qəbul edildiyinə görə məhkəmə tərəfindən tətbiq olunan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bundan başqa o, altı aylıq müddət ərzində mirası qəbul etməyi ilə bağlı Şərur rayonu İ saylı notariat ofisinə ərizə vermişdir, altı aylıq müddət keçdikdən sonra yox. Apellyator sonda Şərur Rayon Məhkəməs inin 02 mart 2023-cü il tarixli 2(110)-148/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(110)-148/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir.
25. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh3 Şərur Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(110)- 148/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir.
26. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X1 (sədrliyi və məruzəsi ilə), X12 və X20) 2(108)-71/2023 saylı, xx.xx.20 23-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, yəni iddia tələbinin rədd olunması ilə razılaşmış və gəlinmiş nəticəni qanuni və əsaslı hesab etmişdir.
28. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1145, 1147.1, 1151.1, 1159.1.1, 1243.2, 1243.3, 1255, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 106.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (vəkil X21) kassasiya şikayəti verərək Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2023-cü il tarixli, 2(10 8)-71/2023 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası mübahisəli qərarında qeyd etmişdir ki, mübahisənin mübahisəli halları ilə bağlı apellyasiya icraatı zamanı tədqiq olunan iş materiallarından və işdə iştirak edən şəxslərin izahatından mərhum X5 ölümündən sonra ona münasibətdə miras qalmış Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.04 ha təsərrüfat təyinatlı torpaq sahəsi (JN-132) və 0.19 ha həyətyanı torpaq sahəsinin (JN-085A) hər hansı əsasla onun həyat yoldaşı mərhum X17 tərəfindən qəbul olunması, ey ni zamanda həmin şəxslər tərəfindən adı çəkilən miras əmlaklara dair vəsiyyətnamənin qoyulması halı müəyyən olunmamışdır.İş üzrə İddiaçı istər iddia ərizəsində, istərsə də verdiyi apellyasiya şikayətində mərhum X4 mirasqalmış adıçəkilən əmlakları qəbul etdiyini iddia etsə, məhkəməyə təqdim etdiyi Şərur rayon 1 saylı Notariat ofisinə verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin1246-cı maddəsi ilə müəyyən olunmuş müddəti buraxmış və belə olan halda da haqlı olaraq Şərur rayon 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Belə ki, göstərilən maddənin tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzin də mirası qəbul edə bilər. İş üzrə İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında mülki qanunvericiliklə mirasın qəbulu ilə bağlı müəyyən olunmuş 3 aylıq müddətin buraxılmasının ondan asılı olmayan üzrlü səbəblərdən olduğunu bildirsə də, kollegiya mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məsələyə münasibət bildirilməsinin hazırki baxılan tələb çərçivəsində mümkünsüzlüyünü apellyatorun diqqətinə çatdırmağı zəruri hesab edir.
31. Kassator daha sonra bildirmişdir ki, məhkəmə mübahisəli qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki olaraq İddiaçı tərəfindən qəbul olunmasına gəlincə, ilk növbədə qeyd olunmalıdır ki, yuxarıda da qeyd olunduğu kimi, Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah akt qeydi üzrə çıxarışdan görünür ki, X14 il X17 xx. xx.1957-ci il tarixdə nikaha daxil olmuşdurlar və Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cü il 06 nömrəli qərarları ilə Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.04 ha təsərrüfat təyinatlı torpaq sahəsi (JN-132) və 0.19 ha həyətyanı torpaq sahəsi (JN-085A) mülkiyyət hüququ əsasında X8 vəX11 məxsus olmuşdur. Yəni belə olan halda həmin şəhadətnamələrdən göründüyü kimi, mərhum X14 ilə yanaşı mərhum X10 da adıçəkilən əmlaklarda mül k i y yət hüququ olmuşdur. Tərəflərin verdiyi izahatlardan, birinci instansiya məhkəməsində işə baxılarkən dindirilən şahid ifadələrindən və digər iş materiallarından aydın olur ki, İddiaçı mərhum anası X10 xx.xx.2022-ci il tarixdə ölümündən sonra sadəcə onun yas mərasimlərində iştirak etmiş, anasının ölümündən keçən vaxt ərzində ümumiyyətlə ondan m iras qaldığını iddia etdiyi əmlakdan istifadə və ona sahiblik etməmiş, yuxarıda da qeyd olunduğu kimi, öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün hərəkətlər etməmiş, miras əmlakı lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, siğorta haqqı və digər ödənişlər vermək kimi addımlar atmamışdır. Yəni konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini göstərməmişdir. Belə ki, apellyasiya baxışı zamanı verilən sualları cavablandıran iddiaçı həmin kənddə özünə məxsus olan torpaq sahəsini uzun illər əvvəl sataraq hazırda Naxçıvan şəhərində yaşadığını, anasının ölümündən sonra yalnız yas mərasimində və cümə axşamlarında, həmçinin məclisin yeddisi və qırxında iştirak etdiyini, ondan sonra bu ünvana getmədiyini, miras əmlakı idarə etməməyinin səbəbinin qardaşı Qulunun açarları ondan alması ilə bağlı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilən iş üzrə şahidlər X13 və X9 isə verdikləriizahatlarında mərhum X10 ölümündən sonra həmin evdə heç kimin yaşamadığını, həmin həyətdə Qulu yaşadığı üçün evə onun baxdığını, Kübra xanımın ölümündən sonra evinin boş qaldığını və işıqlarının heç vaxt yanmadığını bildirmişdirlər. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş elektrik və qaz sərfiyyatına görə ödəniş qəbzlərindən, həmçinin telefon və məişət tullantılarının daşınmasına dair ödəniş qəbzləri ilə də mübahisə olunan təsərrüfata dair ödənişlərin iddiaçı tərəfindən aparılması halı öz təsdiqini tapmamışdır. Bununla bağlı bildirirəm ki, əvvələ iddia çı tərəfindən miras əmlakın formal yolla yəni, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi işin mübahisəsiz halıdır. Həmin ərizəni 3 aylıq müddətin keçməsi əsası ilə təmin edilməməsi isə yuxarıda qeyd etdiyim kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına zidd olmuşdur. Göründüyü kimi iddiaçı artıq mirası qəbul etmək niyyətində olduğunu ərizə verməklə şəksiz nümayiş etdirmişdir. Mirasın qeyri-formal yolla qəbul məsələsinə gəldikdə isə, iş üzrə şahid ifadələrindən də görünür ki, mərhum anası xəstə olanda ona iddiaçının baxdığı, anasının vəfatından sonra isə evin açarlarının qardaşı Qulu tərəfindən ondan z orla alındığı öz təsdiqini tapmışdır. Lakin, məhkəmə tərəfindən şahid qismində dindirilən X7 ifadəsi təhrif olunmuş, tam şəkildə qətnamədə öz əksini tapmamışdır. Belə ki, şahid ifadəsində iddiaçının qardaşı Qulunun onların üzərinə hücum çəkərərk, iddiaçını baltalayacağı ilə hədələdiyini bildirmişdir. Məhkəmə iclasının auido-video yazısına baxış
10. Kassasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir dövlət rüsumu Dövlət rüsumu.pdf Endir Kassasiya şikayəti Kassasiaya Solmaz X_compressed.pdf Endir etibarnamə Etibarnamə_compressed.pdf Endir order Order_compressed.pdf Endir Məhkəmə iclasının auido-video yazısına baxış keçirilsə, gərçək ortaya çıxacaqdır. Belə bir real hədə-qorxunun olduğu bir yerdə iddiaçının yaşaması mümkün deyildir. Məhkəmə isə bu hala hər hansı münas ibət bildirməmişdir. Ümumiyyətlə, əgər mirası faktiki olaraq qəbul etməmişdisə, onda anasının vəfatından sonra evin açarlarının hansı səbəbdən iddiaçıda olduğu halı məhkəmə tərəfindən araşdırılmamış, bunula da iddiaçının həm də, mirası faktiki qəbul etməsi faktı öz təsdiqini tapsa da, məhkəmə bu hala düzgün hüquqi qiymət verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:...259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə. 36. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;
37. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
38. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxl anılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.
39. Maddə
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 43. 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin i craatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır.
47. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir.
48. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur.
49. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur.
50. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir.
51. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn,miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir.
52. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmə də təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri).
53. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
54. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsası nın dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır.
55. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir.
56. Məhkəmə kollegiyası MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barəd ə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.
57. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə ə sasən iş üzrə icraata xitam verilməlidir.
58. Buna baxmayaraq həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi iddia icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxaraq həmin tələbin təmin olunması barədə qətnamə çıxarmışdır.
59. Yuxarıda şərh edilənlərə görə də iddiaçı Balayeva (Quliyeva) Solmaz Yunis qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli 2(108)-71/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Balayeva (Quliyeva) Solmaz Yunis qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli 2(108)71/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.