Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3740/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı notariat ofisinə qarşı (X11, X20 və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququndan irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı notariat ofisinə qarşı (X11, X20 və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edi lməklə) “mirasın faktiki qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin alınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 sentyabr 2025-ci il tarixli, 2(103)-3573/2025 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X12 ilə Mahmudova X13 arasında xx.xx.1958-ci il tarixdə nikah bağlanmışdır.
2. X1 xx.xx.2022-ci il tarixdə, X12 isə xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.
3. X5 birinci növbə vərəsələri - övladları İddiaçı, X11, X20 və X2r.
4. Miras əmlaka ünvan 2ndə yerləşən torpaq sahəsi və üzərində olan qeyri-yaşayış sahəsi (6 saylı Azərbaycan xörəkləri yeməkxanası); «Nadir» firmasının (VÖEN: **********) nizamnamə kapitalında olan 93,25% pay (19.367,28 manat); eləcə də «Qaz-21» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi daxildir.
5. Bakı şəhəri 54 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinə baxılmışdır. Ona bildirilmişdir ki, X5 ölümü ilə əlaqədar vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etdiyi zaman zəruri sənədləri təqdim edə bilmədiyindən və vərəsələr arasındakı konflikt səbəbindən vərəsələrin dairəsini müəyyən etmək mümkün olmamışdır və vərəsəlik işinin açılmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı notari at ofisinə qarşı (X11, X20 və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mirasın faktiki qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X3 miras qalmış «Nadir» adlanan daşınmaz əmlak olan kafe və **-BA-*** dövlət qeydiyyat nişanlı Qaz-21 markalı («Volqa») avtomobilin qanun üzrə vərəsəliklə onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və bununla əlaqədar vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X12 xx.xx.2023-cü il tarixdə ürək çatışmamazlığı səbəbindən dünyasını dəyişmişdir. Bu barədə AZ-İİ № 391279 nömrəli ölüm haqqında şəhadətnamə təqdim olunmuşdur. At asından qalan miras əmlakın tərkibinə «Nadir» adlanan daşınmaz əmlak olan kafe və dövlət qeydiyyat nişanı **-BA-*** olan «Qaz 21» markalı «Volqa» avtomobili daxildir. O və qardaşları həmin əmlaka sahiblik etməklə, qardaşlarından biri X11 həmin əmlakı faktiki idarə edir. Lakin, 2024-cü ilin aprel ayından etibarən qardaşları onu həmin kafenin sahibliyindən kənarlaşdıraraq əldə olunmuş qazancdan verməkdən imtina etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, arxiv məlumatlarına əsasən ünvan 2 ünvanda yerləşən 6 saylı «Azərbaycan xörəkləri» yeməkxanasına dair X6 adına verilmiş – xx.xx.2004-cü il tarixli 003567 nömrəli və yeməkxananın yerləşdiyi 269,8 m2 torpaq sahəsinə dair «Nadir» firmasının adına verilmiş xx.xx.1998-ci il tarixli, 000021 nömrəli şəhadətnamələrin mövcud olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, mərhumun vərəsəsi olmasını təsdiq edən notarius məktubu, o cümlədən daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyatın aparılmasına dair onun və «Nadir» firmasının razılıq ərizələri ilə «ASAN Xidmət» mərkəzinə müraciət edəcəyi təqdirdə ərizəsinə baxılacaqdır. Qardaşları tərəfindən miras əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd ona qərəzli olaraq təqdim edilmir. Digər tərəfdən, Bakı şəhəri 54 saylı notariat ofisi mərhumun vərəsəsi olmasına dair təsdiqedici notarius məktubu verməs inə dair xx.xx.2024-cü il tarixli müraciətinə zəruri sənədləri təqdim edə bilməməsi və vərəsələr arasındakı konflikt səbəbindən vərəsələrin dairəsini müəyyən etmək mümkün olmadığından vərəsəlik işinin açılmasından imtina edilməsinə dair cavab məktubu göndərmişdir. Digər vərəsələr onu miras əmlakın istifadə edilməsindən məhrum etməklə yanaşı, mirası bölüşdürmək niyyətində olmaları barədə heç bir bildiriş göndərməyərək faktiki olaraq miras əmlaka sahib çıxmışlar. Baxmayaraq ki, o, miras əmlakdan imtina etməmişdir.
8. Maraqlı şəxs X7 nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı vərəsə kimi tanınması üçün müddəti ötürmüşdür. Belə ki, qanunvericiliyin tələbinə görə iddiaçı atasının vəfatından sonrakı 3 ay müddət ərzində notari usa müraciət etməli idi və növbəti 3 ay ərzində şəhadətnaməni əldə etməmişdir. Yəqin ki, əvvəlcədən mirasdan imtina etmişdir, daha sonra digər vərəsələrlə münasibəti pisləşdikdən sonra vərəsə kimi tanınmaq istəmişdir. Həmçinin, iddiaçı əvvəlcə həmin müddətin bərpasına dair notariusa müraciət etməli və oradan imtina məktubu aldıqdan sonra məhkəməyə müraciət etməli idi. Notariusun məktubundan görünür ki, orqan imtina etməmiş, sadəcə müraciət qaydasına görə imtina etmişdir. Bu səbəblərdən iddia təmin edilməməlidir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-788/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim X16) iddia təmin edilmiş, miras qoyan X4 miras qalmış aşağıdakı miras əmlaklar: 1. xx.xx.2004-cü il tarixli 003567 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməy ə əsasən Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yerləşən torpaq sahəsi və üzərində olan qeyri-yaşayış sahəsi (6 saylı “Azərbaycan xörəkləri yeməkxanası”);
2. «Nadir» firmasının (VÖEN: **********) nizamnamə kapitalında olan 93,25 % pay (19.367,28 manat);
3. «Qaz-21» markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 hər birinin 1/4 hissədə paylarının müəyyən edilməsi və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 54 saylı notariat ofisinə həvalə edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X14 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, ondan - ünvan 2ndə yerləşən torpaq sahəsi və üzərində olan qeyri-yaşayı ş sahəsi; «Nadir» firmasının (VÖEN: **********) nizamnamə kapitalında olan 93,25 % payı (19.367,28 manat); eləcə də, «Qaz-21» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Miras qoyanın vəsiyyətnaməsi mövcud deyildir. Qanun üzrə vərəsələr arasında razılaşma olmadığından miras əmlaka vərəsəlik hüququnun notariat orqanında rəsmiləşdirilməsi mümkün olmamışdır. Belə ki, hazırki iş üzrə iddiaçı notariat orqanına müraciət etsə də, onun müraciətlərinə cavab olaraq vərəsələr arasında konflikt olması göstərilməklə müraciətdən imtina edilmişdir. Hazırki məhkəmə araşdırması zamanı Maraqlı şəxs1 nümayəndəsi (vəkili) iddiaçının notariat orqanına qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməməsini əsas gətirməklə iddianın rədd edilməsini xahiş etmişdir. Maraqlı ş əxsin nümayəndəsinin (vəkilinin) qeyd edilən dəlili ilə bağlı məhkəmə bildirir ki, mərhum miras qoyan xx.xx.2023cü il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən ilkin olaraq notariat orqanına 2024-cü ilin may ayında müraciət etməsi müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Yəni Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının hazırki münasibətə t ətbiqinin mümkünlüyü baxımından qeyd edilməlidir ki, iddiaçı atasının ölümündən sonrakı 6 ay ərzində vərəsəliyin rəsmiləşdirilməsi üçün notariat orqanına müraciət etmişdir. İddiaçı miras əmlakdan imtina etməmişdir. İddiaçının miras əmlaka faktiki sahiblik etməməsi onun həmin əmlakdan imtinası kimi qiymətləndirilməməlidir. İddiaçı da digər qardaşları kimi atasınının qanun üzrə birinci dərəcəli vərəsəsidir və onu miras əmlaka hüquqları tanınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tələbində miras əmlakı faktiki qəbul etməsini və bununla əlaqədar vərəsəlik şəhadətnaməsinin alınmasına dair qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə prosessual qənaət prinsipi baxımından onun tələbində göstərilməsə də, miras əmlaka hüquqların vərəsəlik qaydasında tanınması halında və rəsələrin həmin əmlakdakı paylarının da müəyyən edilməsini qətnamədə qət etməlidir
11. Beləliklə məhkəmə bu qənaətə gəlmişdir ki, mərhum miras qoyan X4 miras qalmış əmlaklar üzərində onun birinci dərəcəli vərəsələri olan İddiaçı, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 bərabər şəkildə pay almaq hüquqları qanunvericilikdə təsbit olunmaqla, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1134.1, 1151.1, 1159.1, 1243.2, 1246, 1321.1, 1321.2, 1321.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci m addələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli, M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icra at
13. Maraqlı şəxs X11 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarından göründüyü kimi iddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə atasınıın ölümündən sonrakı 6 aydan çox müddət keçdikdən sonra vərəsəliyin rəsmiləşdirləməsi üçün notariat orqanına müraciət etmişdir. Məhkəmə bunu əsas edərək iddianı təmin etmiş və bu fikrə gəlmişdirki, şəxs mirasdan imtina etməmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən bu qərar qüvvəyə minəcək vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. X14 xx.xx.2023-cü ildə vəfat etmiş qızı Yusufova İrad ə isə vərəsəlik şəhadətnaməsi almaq üçün ilk dəfə xx.xx.2024-cü ildə müraciət etdiyindən demək o, 6 aylıq müddəti ötürmüşdür. Lakin məhkəmə bunu nəzərə almamış və qanusuz qətnamə qəbul etmişdir. İş materiallarından göründüyü kimi, məhkəmə iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, digər üçüncü şəxslərin də konstitusion hüquqlarını pozmuşdur. Miras qoyan öldükdən sonra iddiaçı 3 ay müddətində müvafiq notariat ofisinə mirasın açılması ilə əlaqədar müraciət etməli idi. Lakin iş materiallarından göründüyü kimi həmin müraciət xx.xx.2024cü il tarixdə olunmuş və notarius iş üzrə iddiaçıya vərəsəliyin açılması üçün müvafiq sənədləri təqdim edilməsini bildirmişdir. Buna baxmayaraq iddaçı vərəsəliyinin açılması üçün qeyd olunan sənədləri təqdim etməmişdir. Məhkəmə qətnamənin “qət e tdi” hissəsində əmlakı bütün vərəsələrə münasibətdə bölmüşdür. Halbuki, iddiaçı öz iddia tələbində əmlakların digər vərəsələr arasında bölünməsini istəməmişdir. Göründüyü kimi, məhkəmə iddia tələbindən kənara çıxmışdır.
15. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, Konstitusiya Məhkəməsinin “A.Nadirov və qeyrilərinin şikayəti üzrə” 16 mart 2022-ci il tarixli qərarında qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktiki rəsmiləşdirilən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətmanəsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlan ılması və təsərrüfat aparması üçün icra edilmiş hərəkətləri bariz şəkildə nümayiş etdirilməsi onin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Tərəfindən mübahisəli miras əmlakı qəbul etməklə onun faktiki idarəçiliyi qardaşlarından biri X9 həvalə edilmişdir. Vərəsəliyin rəsmiləşdirilməsi üçün notariat orqanına müəyyən müddətdən sonra müraciət etməyi və ya etməməyi işin formal tərəfi olub miras əmlakı qəbul etməməyimi ifadə etmir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (MM maddə 1255). Altı aylıq müddət vərəsəliyin rəsmiləşdirilməsinin notarial qaydasında həllidir. Bu müddətdən sonra mirasın qəbulunun müəyyən edilməsi məhkəmə qaydasında həll olunur. Apellyatorun məhkəmənin iddia tələbindən kənara çıxması mülahizəsinə münasibət bildirərək qey d etmək istəyir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, MPM-nin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxm aq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmə həmçinin, məhkəmə araşdırmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Beləliklə hesab edir ki, miras əmlaka payların vərəsələr arasında müəyyən edilməsi iddia tələbindən kənara çıxmaq kimi qiymətləndirilməməlidir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3573/2025 nömrəli, 8 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X18 və X19) üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-788/2025 nömrəli qətnaməsinin qismən – qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 54 saylı notariat ofisinə həvalə edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməməsi,qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin üçüncü şəxsin özünə aid edilməsi qət edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının əsas tələbi mahiyyət etibarı ilə atası X3 miras qalmış əmlakın vərəsələr arasında bölüşdürülməsidir. Tərəflərin izahatları ilə müəyyən edilir ki, hazırda birinci növbəli dörd vərəsə v ar: iddiaçı və üç qardaşı.
18. Miras aktivinə daxil olan əmlak: ünvan 2ndə yerləşən torpaq sahəsi və üzərində olan qeyri-yaşayış sahəsi (6 saylı Azərbaycan xörəkləri yeməkxanası); «Nadir» firmasının (VÖEN: **********) nizamnamə kapitalında olan 93,25% pay (19.367,28 manat); «Qaz-21» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir.
19. İddiaçı vərəsə kimi hüququnun rəsmiləşdirilməsi ilə bağlı Bakı şəhəri 54 saylı notariat ofisinə müraciət etsə də, ona bildirilmişdir ki, miras qoyan X5 ölümü ilə əlaqədar vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etdiyi zaman zəruri sənədləri təqdim edə bilmədiyindən və vərəsələr arasındakı konflikt səbəbindən vərəsələrin dairəsini müəyyən etmək mümkün olmamışdır və vərəsəlik işinin açılmasından imtina edilmişdir.
20. Beləlikl ə müəyyən edilir ki, vərəsələr arasında miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisə var. Mülki qanunvericiliyin tələblərinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə qeyd etmişdir ki, miras qoyan X12 hələ vəfat etməmişdən əvvəl Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu özünün 14 oktyabr 2022-ci il tarixli qərarında bildirmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsi ndə mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
22. İddiaçı da digər vərəsələr kimi atasının qanun üzrə birinci dərəcəli vərəsəsidir, miras əmlakdan imtina etməmiş və onun miras əmlaka hüquqları tanınmalıdır.
23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin miras əmlaklar üzərində vərəsələrin hər birinin 1/4 hissədə paylar ının müəyyən edilməsi barədə gəldiyi nəticə ilə razılaşır.
24. Lakin məhkəmə kollegiyası hesab edir ki, vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 54 saylı notariat ofisinə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
25. Nəzərə alınmalıdır ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. Odur ki, məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac qalmır. Vərəsəlik mübahisəsini həll edən məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra tərəflər üçün məcburi, müvafiq orqanda qeydiyyatın aparılması üçün əsas olur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları (o cümlədən mübahisəli daşınmaz əmlaka münasibətdə vərəsələrin hüquqlarını həll etmiş məhkəmə aktı) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müstəqil əsaslardan biridir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.20 24-cü il tarixli, 2(102)-3560/2024 nömrəli qərarı).
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1151, 1159.1.1, 1243.2, 1243.3, 1244, 1246, 1255, 1256, 1291-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.2, 217.4, 384.0.2, 385.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Maraqlı şəxs X11 (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il, 2(103)-3573/2025-ci saylı qətnaməsinin mirasın bölüməsi hissəsində ləğv edilməsi və kassasiya şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konsitusuya Məhkməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən qüvvədən düşmüş Mülki Məcəllənin 1246-сi maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. məhkəmə qərarından göründüyü kimi ki, iddiaçı ilk dəfe xx.xx.202 4cü il tarixdə atasınıun ölümündən 6 aydan çox müddət küçdikdən sonra vərəsəliyinin rəsmiləşdirləməsi üçün notariat orqanına müraciət etmişdir. Məhkəmə bunu əsas edərək iddianı təmin etmiş və bu fikrə gəlmişdir ki, iddiaçı mirasdan imtina etməmişdir. Konsitusuya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən isə bu qərar qüvvəyə minəcək vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. X14 xx.xx.2023-cü ildə vəfat etmiş qızı Yusufova İradə isə vərəsəlik şəhadətnaməsi almaq üçün isə ilk dəfə xx.xx.2024-cü ildə müraciət etdiyindən demək 6 aylıq müddəti ötürmüşdür. İş materiallarından göründüyü kimi iddiaçının vərəsəlik hüququ Konstitusiya Məhkəməsinin müvafiq Qərarının qəbul edilməsindən əvvəl yaranmışdır.
29. Məhkəmənin də qeyd et diyi kimi, hazırda 4 vərəsə var: iddiaşı və üç qardaş. Lakin məhkəmə bu şəxslərdən kimin mirasdan imtina edib-etmədyini araşdımadan birinci instansiya məhkəməsinin qətnaməsinə mirasın bölünməsi hissəsində qüvvədə saxlayaraq əsassız və qanunsuz qərar çıxartmışdır. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Yuxarıda da qeyd olunduğu kimi X14 xx.xx.2023-cü ildə vəfat etmiş qızı Yusufova İradə isə vərəsəlik şəhadətnaməsi almaq üçün isə ilk dəfə xx.xx.2024-cü ildə müraciət etdiyindən demək 0,6 aylıq müddəti ötürmüşdür.
30. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1134.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1. 77.1, 218.1-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
33. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamil ə və ya qismən etibarsız sayılır.
34. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
36. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
37. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
38. Maddə 1243.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Vərəsə mirasın açıldığı yer üzrə notariat kon toruna (hazırda notariat ofisinə) mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
39. Maddə 1243.3 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
40. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər.
41. Maddə 1246 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuşdur). Vərəsə vər əsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
42. Maddə 1255 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
43. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə icl asında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillər indən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməsinə aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tətəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
58. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, mira sqoyan X12 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun birinci növbə vərəsələri - övladları İddiaçı, X11, X20 və X2r.
59. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
60. Qeyd edilənlərə əsasən kassasiya kollegiyası bildirir ki, miras, X5 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə açılmışdır.
61. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mirasın açıldığı vaxt (vərəsəlik hüquq münasibətinin yarandığı vaxt) qüvvədə olmuş 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə qərara alınmışdır ki, 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin;
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin;
3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
63. Yuxarıda qeyd edildiyi kimi hazırkı iş üzrə miras 09 noyabr 2023-cü ildə açılmışdır. Yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı qüvvəyə minənədək vərəsəlik hüquq mü nasibəti yaranıb və həmin qərar qüvvəyə minərkən hazırkı məhkəmə mübahisəsi məhkəmələrin icraatında olmamışdır (iddiaçı 28 oktyabr 2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.) Ona görə də hazırkı məhkəmə mübahisəsi Konstitusiya Məhkəməsinin göstərilən qərarının təsir dairəsinə düşmür.
64. Göstərilənlərə baxmayaraq iş üzrə birinci instansiya məhkəməsi məhkəmə mübahisəsini Konstitusiya Məhkəməsinin göstərilən qərarının təsir dairəsinə düşən mübahisə kimi qiymətləndirərək iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi də öz qətnaməsinin “Tətbiq edilən hüquq” bölməsində Konstitusiya Məhkəməsinin göstərilən qərarına istinad etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 54 saylı n otariat ofisinə həvalə edilməsi” hissəsi istisna edilməklə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlamışdır.
65. Məhkəmə kollegiyası iddianın təmin edilməsinə aid hissədə apellyasiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı qüvvəyə minənədək vərəsəlik hüquq münasibəti yaranıbsa və həmin qərar qüvvəyə minərkən məhkəmə mübahisəsi məhkəmələrin icraatında olmamışdırsa mirasın bölüşdürülməsinə dair məhkəmə işlərində mirasın hansı vərəsə tərəfindən qəbul edilməsi təqdim edilm iş sübutlar əsasında araşdırılmalı və vərəsəlik hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla hüquqi dəyərləndimə aparılmalıdır.Lakin apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmək üçün göstərilən istiqamətdə araşdırma və öz qətnaməsinin “Tətbiq edilən hüquq” bölməsində istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinin dispozisiya şərtlərinə uyğun hüquqi dəyərləndirmə aparmamışdır.
66. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
67. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
68. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilo vun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
69. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
70. Yuxarıda qeyd edilənlərə görə də maraqlı şəxs X11 tərəfindən verilmiş ka ssasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3573/2025 nömrəli, 8 sentyabr 2025-ci il tarixli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Həmin hissədə apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3573/2025 nömrəli, 8 sentyabr 2025-ci il tarixli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.