Məhkəmə qərarları › İş №2(102)-3741/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3741/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3741/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2147/2023 nömrəli, 5 may 2023-cü il tarixli qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh və ya "xxxx" MMC) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 146 “A” saylı binada yerləşən 18 saylı mənzilin (bundan sonra – mənzil), habelə Bakı şəhəri, Yasamal rayonu, X2 (Ə.Ələkbərov) küçəsi 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (bundan sonra – qeyri-yaşayış sahəsi) açıq hərracdan satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə 03/01 və 03/02 nömrəli protokolların və həmin protokollar əsasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməs i, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, mənzil və qeyri-yaşayış sahələrinə dair ipotekaya xitam verilməsi, mənzil və qeyri-yaşayış sahəsinin ipotekadan azad edilməsi barədə dövlət reyestrində qeydlərin aparılması və maddi zərərin əvəzi olaraq 6.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı Bakı şəhəri Yasamal rayon İcra şöbəsini (bundan sonra – İcra şöbəsi) və Bankı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir.

3. İddiaçı tə ləbini onunla əsaslandırmışdır ki, ona məxsus ipoteka predmeti olan mənzilə və qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mənzil və qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması ilə bağlı ilk hərrac xx.xx.2021-ci il tarixə təyin edilmiş, lakin hərrac baş tutmadığından ikinci hərrac xx.xx.2021-ci il tarixə təyin edilmiş və həmin hərracda da alıcı olmamışdır. xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracdan sonra, Bankın qanunvericiliyin tələbinə görə keçirilmiş təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayanın ipoteka predmetini onun dəyərindən 25% aşağı qiymətə almaq hüququ olub. Bu müddət ərzində Bank hüququndan istifadə etmədiyindən artıq ipotekaya xitam verilməli idi. Lakin bundan sonra icra məmuru sözügedən ipoteka predmetlə rinin satılması ilə bağlı xx.xx.2021-ci il tarixli, xx/xx-132325/25938 saylı məktubla yenidən sifariş vermiş və həmin sifariş əsasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hərraclar keçirilmiş, əmlakı alan olmamışdır. xx.xx.2022-ci il tarixdə isə hərracın yekunları barədə 03/01 və 03/02 saylı protokollar tərtib edilərək, ipoteka predmetlərinin tələbkarın əldə etməsi qeyd edilmişdir. Birinci hərrac xx.xx.2021-ci il tarixdə, təkrar hərrac xx.xx.2021-ci il tarixdə keçirilmiş, lakin əmlakları alan olmamış, Bank 30 gün ərzində həmin əmlakların əldə etməsi ilə bağlı yekun protokol imzalamamışdır. Bundan sonra ipoteka predmetlərinin satılması ilə bağlı keçirilmiş xx.xx.2021-ci il tarixli sifariş və bunun əsasında keçirilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli hərraclar, həmçin in hərracın nəticələri barədə xx.xx.2022-ci il tarixli protokollar tamamilə qanunsuz olmuşdur. Belə olan vəziyyətdə ipotekaya xitam verilməli olduğu təqdirdə, ipoteka predmetləri ilə bağlı hərracın yekunlarına dair xx.xx.2022-ci il tarixli protokollar tərtib edilməklə qanunvericiliyin tələbləri və sözügedən əmlaklarla bağlı iddiaçının hüquqları pozulmuşdur.

4. Bank iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, hərracın keçirilməsi ilə bağlı ilk sifariş İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, xx/xx-132325/325935 saylı məktub əsasında həyata keçirilmişdir. Lakin xx.xx.2021-ci il tarixinə təyin edilmiş birinci hərrac yalnız bir alıcı iştirak etdiyindən baş tutmamış və buna uyğun olaraq xx.xx.2021-ci il tarixinə ikinci hərracın keçirilməsi barədə elan verilmişdir. Elanın verilməsindən sonra İcra şöbəsi tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli, xx/xx- 132325/2 saylı məktub ünvanlanaraq bildirilmişdir ki, ünvan 2 xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının mülkiyyətində qeydə alınan mübahisəli mənzilin və qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulduğundan və özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatların aparılması qadağan edildiyindən həmin əmlaklarla bağlı hərracı dayandırılmalıdır. Məhz qeyd edilən məktuba əsasən hərracın keçirilməsi cavabdeh tərəfindən dayandırılmışdır. Belə ki, iddiaçı hərracın keçirilməsinə mane olmaq üçün müxtəlif məhkəmələrə ərizə və iddialar vermiş, lakin həmin cəhdlər hamısı uğursuz olmuşdur. xx.xx.2021-ci il tarixində İcra şöbəsi tərəfindən xx/xx-132325/25938 saylı məktub göndərilərək, hərracın keçirilməsi sif ariş edilmişdir. 5. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 21.8-ci maddəsinə əsasən dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Nəzərə alınması zəruridir ki, hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclar eyni sifariş əsasında deyil, fərqli vaxtlarda verilmiş sifarişlər əsasında həyata keçirilmişdir ki, yeni sifarişin verilməsi əvvəlki sifarişin həyata keçirilməsinin mümkünsüzlüyündən qaynaqlanır. Belə ki, dayandırılmış hərrac hərəkətləri üzrə hərracın keçirilməsi təmin edilsə idi, bu zaman birinci hərracla ikinci hərracın keçirilməsi anınadək “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “İpoteka haqqında” Qanun) nəzərdə tutulmuş müddətlərə riayət edilməyə bilər, hə mçinin həmin hərracın nəticələrinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş müddət pozulmuş olardı. (“İpoteka haqqında” Qanununun 42.1, 43.5,43.7 və 43.7-1-ci maddələri). Bundan əlavə, iddiaçı məhz ipoteka predmetinin vaxtında əldə edilməməsi səbəbindən ipotekaya xitam verilməsini tələb etsə də, Bank tərəfindən ipoteka predmetinin əldə edilməsi xx.xx.2021-ci il tarixli icra sifarişinə əsasən 23 dekabr 2021-ci il tarixində keçirilmiş hərracın baş tutmaması səbəbindən sonra xx.xx.2021-ci il tarixində hərrac təşkilatı tərəfindən Banka ünvanlanmış 01/5274 saylı təklif məktubundan sonra əldə edilmişdir. Bu zaman hər-hansı qayda pozuntusuna yol verilməmişdir. Hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifi xx.xx.2021-ci il tarixli icra sifarişi ilə bağlı olmamış, xx.xx.2021-ci il tarixli icra sifarişinə əsasən tərtib edilmişdir. Bu hal “İpoteka haqqında” Qanunun 43.7 və 43.7-1-ci maddələrinin tələblərindən irəli gəlir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsində isə qeyd edilmişdir ki, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Hazırkı iş üzrə keçirilmiş hərraca münasibətdə bu müddəanı tətbiq edilsə hərracın “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydaların pozulması ilə keçirilməsi faktı öz təsdiqini tapmır. Mövcud mülki işə münasibətdə İcra şöbəsi tərəfindən üç dəfə məktub daxil olmuşdur (xx.xx.2021-ci il tarixli icra sifarişi, xx.xx.2021-ci il tarixli (xx.xx.2021-ci il tarixli icra sifarişinin İddiaçı mülkiyyətində olan əmlaklara münasibətdə hərracın keçirilməsinin dayandırılması), xx.xx.2021-ci il tarixli icra sifarişi (İddiaçı mülkiyyətində olan daşınmaz əmlaklara münasibətdə yeni hərrac sifarişi). Hazırkı iş üzrə hərrac təşkilatı mübahisələndirilən hərracı müstəqil olaraq keçirmək hüququna malik deyildir. Hərrac təşkilatının hərrac keçirilməsi üçün mütləq qaydada hərracı sifariş edən qurumun razılığı olmalıdır ki, bu razılıq hərrac sifarişçisi tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş və buna uyğun olaraq hərracın keçirilməsi, vaxtı və yeri barəsində tərəflərə bildiriş göndərilməklə bərabər, aidiyyəti üzrə müvafiq qəzetlərdə elanlar verilmiş və bütün bunlar “İpoteka haqqında” Qanunla müəyyən edilmiş müddətlərə riayət edilməklə həyata keçirilmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1453/2022 nömrəli iş üzrə 01 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbi qismən təmin edilərək, cavabdeh tərəfindən ipoteka predmeti olan mübahisəli mənzilə və qeyri-yaşayış sahəsinə dair 21 yanvar 2022-ci il tarixli Hərracın yekunları barədə 03/01 və 03/02 nömrəli protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, mübahisəli mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə Bankın adına rəsmiləşdirilmiş **********02-05101- 093015 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edi lməsi, qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə **********8-05301-083002 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, mənzilə və qeyri-yaşayış sahəsinə dair ipotekalara xitam verilməsi, mənzilin və qeyri-yaşayış sahəsinin ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlərin aparılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka predmetləri ilə bağlı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş, lakin əmlak hərracda satılmamışdır. xx.xx.2021-ci il tarixə təyin edilmiş təkrar hərracın keçirilməsi isə icra məmurunun yazılı müraciəti əsasında cavabdeh tərəfindən dayandırılmışdır. Daha sonra icra məmuru sözügedən ip oteka predmetlərinin satılması ilə bağlı xx.xx.2021-ci il tarixli məktubla yenidən MMC-yə sifariş vermiş və həmin sifariş əsasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hərraclar keçirilmiş, əmlakı alan olmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqavilələrinə əsasən ipoteka predmetlərini ipoteka saxlayan əldə etmiş və “Hərracın yekunları barədə” 03/01 və 03/02 №-li protokollar tərtib edilərək ipoteka predmetlərinin tələbkarın əldə etməsi qeyd edilmişdir. Hazırkı ipoteka predmetləri ilə bağlı birinci hərrac xx.xx.2021-ci il tarixdə, təkrar hərrac xx.xx.2021-ci il tarixdə keçirilmiş, bundan sonra isə xx.xx.2021-ci il tarixdə daha bir dəfə hərrac keçirilmiş, lakin əmlakı alan olmamışdır. xx.xx.2021-ci il tarixdə təkrar hərrac keçirilməklə, hərrac baş tut madığından həmin tarixdən 30 təqvim günü, yəni yanvar ayının 03-dək ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanı olmuşdur. İpoteka saxlayan isə qeyd olunan müddət ərzində bu istiqamətdə heç bir tədbir görməmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh mübahisəli mənzilin satılması ilə əlaqədar iki dəfədən çox hərrac keçirməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, ipoteka predmeti olan mənzil və qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixdə təkrar hərracdan sonra 30 gün müddətində Bank tərəfindən əldə edilməsi imkanı nəzərdə tutulmuşdur. Lakin hərrac təşkilatı xx.xx.2022-ci il tarixdə ipoteka saxlayana ipoteka predmetinin əldə olunmasına dair təklif göndərmişdir. İpoteka saxlayan üçün ipoteka predmetlərini qanunvericiliyə uyğun olaraq əldə etməsi üçün son müddət xx.xx.2022-ci il tarix olsa da, ipoteka predmetlərinin əldə edilməsi barədə hərrac təşkilatı ilə ipoteka saxlayan arasında alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə, yəni xx.xx.2022-ci il tarixli təkrar hərracda keçirilməsindən 59 gün sonra bağlanmışdır.

9. Məhkəmə maddi zərərin əvəzi olaraq 6.000 manat məbləğində pulun tutulması hissəsində iddianın rədd olunması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həmin halı təsdiq edən sübutlar təqdim edə bilməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1-337.5, 351.4, 354.1, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 43.1- 34.7, 43.7-1, 43.9, 44,48.1.1-48.1.5, 48.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bank apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2147/2023 nömrəli, 5 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq, hesab etmişdir ki, ikid ən artıq hərracın hər hansı əsasla keçirilməsi qanunazidd hesab edilməlidir. Hazırkı icra işi üzrə xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə keçirilmiş ilkin və təkrar hərraclar istisna olmaqla, sonradan keçirilmiş hərraclar qanunazidd olmuşdur.

14. Bankın apellyasiya şikayətinin dəlilləri ilə bağlı, məhkəmə, qeyd etmişdir ki, əvvəla, mənzil və qeyri-yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixə təyin edilmiş təkrar hərracın dayandırılması barədə icra məmurunun məktubu xx.xx.2021-ci il tarixdə cavabdehə göndərilmişdir. Həmin tarixədək isə ipoteka predmetlərinə dair artıq xx.xx.2021-ci il tarixdə ilkin hərrac keçirilmişdir. İpoteka predmetlərinə dair hərracın keçirilməsi barədə sifariş yeni sifariş deyil, elə xx.xx.2021-ci il tarixli məktubda göstərilən 132325/3 sifarişin nömrə si ilə eynidir. Bundan başqa, İcra şöbəsi tərəfindən daxil olmuş dayandırma barədə məktub xx.xx.2021-ci il tarixli sifariş üzrə hərrac təşkilatı – cavabdeh tərəfindən edilmiş hərəkətləri və onun nəticələrini ləğv etmir. Əksinə icra orqanı tərəfindən verilmiş dayandırma barədə məktub üzrə daha əvvəl hərrac təşkilatı tərəfindən edilmiş hərəkətlər aktuallığını saxlayır. Yəni hərrac təşkilatı icra orqanı tərəfindən ona ünvanlanmış hərracın dayandırılması barədə məktub üzrə təyin etdiyi təkrar hərracı keçirməməkdə haqlı olmasına baxmayaraq, daha sonra icra məmurunun xx.xx.2021-ci il tarixli sifariş məktubundan sonra ipoteka predmeti üzrə ümumi qaydada birinci hərrac təyin etmişdir ki, bununla da “İpoteka haqqında” Qanunun tələblərini pozmuşdur. Belə olan halda müəyyən edilir ki, ipoteka predmet i olan mənzil və qeyri-yaşayış sahəsinə dair hərrac təşkilat tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac sayca üçüncü hərracdır.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini, həmçinin onunla əsaslandırmışdır ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Bu baxımdan qəbul edilməlidir ki, icra məmurunun 132325/3 sifarişi əsasında mübahisəli mənzil və qeyri-yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac ilkin, xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac isə təkrar hərrac olmuşdur. Həmin əmlaklarla bağlı cavabdeh tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli hərrac isə sayca üçüncü hərrac olmaqla qanunvericiliyin tələblərinə ziddir. xx.xx.2021-ci il tarixli təkrar hərracdan sonra 30 gün müddətində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə Banka 01/5274 nömrəli xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif göndərilmişdir. Habelə ipoteka saxlayan üçün ipoteka predmetini qanunvericiliyə uyğun olaraq əldə etməsi üçün son müddət xx.xx.2022-ci il tarix olsa da, ipoteka saxlayan ipoteka predmetlərinin əldə edilməsi barədə hərrac təşkilatı ilə ipoteka saxlayan arasında alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə, yəni xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsindən 59 gün sonra bağlanaraq, ipoteka predmeti əldə edilmişdir. Belə olan halda hərracın yekunları barədə 03/01 və 03/02 nömrəli protokollar və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair bağlanmış müqavilələr etibarsız hesab edilməlidir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əsas tələbdən törəmə olduğu üçün apelyasiya baxışının predmeti olan hissədə iddia tələbi digər hissələrdə də əsaslı sayılmalıdır. Başqa sözlə, mübahisəli mənzil və qeyri-yaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə 03/01 və 03/02 №-li protokollar və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakların alqısatqısına dair bağlanmış müqavilələr etibarsız hesab edildiyinə görə, mənzil və qeyriyaşayış sahəsi üzərində Bankın mülkiyyət hüququnun qeydə alınması barədə dövlət qeydiyyatı ləğv edilməli, hər iki əmlaka dair ipoteka ya xitam verilməli, həmin əmlakların ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlər aparılmalıdır.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.4, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 43.1, 43.2, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 43.8, 48.1, 48.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Bank (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti iddiaya etirazın və ape llyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə hərracın nəticələrini etibarsız hesab etsə də, mövcud vəziyyətdə Bankın haqlı mənafelərinə qarşı iddiaçının vicdanlılıq prinsipinə riayət etməməsini (müxtəlif məhkəmə instansiyalarında hərracın keçirilməsinin dayandırılması bağlı vəsatət, iddianın təmin tədbiri ərizələrinin təqdim edilməsi, ayrıca Bakı İnzibati Məhkəməsində iddia qaldırması və s.) nəzərə almamış, icra şöbəsinin və hərrac təşkilatının mövcud vəziyyətdə edilmiş hərəkətlərinin Bankın düşmüş olduğu vəziyyətlə əlaqədar səbəbli əlaqəni, Bankın məhz əmlakın əldə edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə hərəkət və ya hərəkətsizliyindən irəli gəlibgəlməməsini, Bankın həmin halların ortaya çıxmasına hansısa formada təq sirli olubolmamasını müəyyən etmədən ipotekaya xitam vermişdir. Bu isə ipoteka saxlayan kimi Bankın hüquqlarını pozmuş, gəlirdən məhrum etmiş və nəticədə icra qurumunun səhvi nəticəsində Banka ziyan vurulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

23. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

24. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

25. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun

26. Maddə 43.1.Hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir.

27. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

28. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

29. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tər əfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

30. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

31. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

32. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

33. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

34. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarı “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab ed ilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə Bank tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

48. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (103)-2147/2023 nömrəli, 5 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar